Ardını oxu...
Sosial şəbəkələrdə NATO-nun Vilnüs sammiti təşkilatçılarının məxfi məlumatlarına, o cümlədən sammit iştirakçılarının təhlükəsizliyinə görə məsuliyyət daşıyan şəxslərin adları və nümayəndə heyətlərinin hərəkət marşrutları barədə məlumatlar yayılıb.

APA yerli KİV-ə istinadla xəbər verir ki, Litvanın hüquq-mühafizə orqanları NATO sammiti ilə bağlı məxfi məlumatları ələ keçirməsi faktını araşdırır.
 
Ardını oxu...
Yəni, Qazaxıstan vətəndaşının eGov mobil tətbiqində olan aşağıdakı məlumatları tam olaraq "rəqəmsal sənəd" statusuna malikdir :
1. Şəxsiyyət vəsiqəsi
2. Pasport
3. Etibarnamələr
4. Sürücülük vəsiqəsi
5. Ali məktəb diplomu
6. Kollec diplomu
7. Müvəqqəti yaşamaq üçün icazə
8. Doğum haqqında şəhadətnamə
9. Nigah sənədi
10. Sığorta polisi
11. Və s.
Qazaxıstan vətəndaşı ölkənin istənilən yerində bu qeyd olunanları telefonunda eGov mobil tətbiqinə daxil olmaqla təqdim edə bilər, bu məlumatlar orijinal, kağız formada olan sənəd statusuna malikdir.
Yəni, artıq heç bir yerdə Qazaxıstan vətəndaşından ənənəvi şəxsiyyət vəsiqəsi tələb edilmir. Bunun üçün telefonda eGov mobil tətbiqindəki elektron məlumat, "Rəqəmsal şəxsiyyət vəsiqəsi" yetərlidir.
Kağız və rəqəmsal sənədlər eyni hüquqi qüvvəyə malikdir.
Bizim eGov mobil tətbiqdəki məlumatların hələlik belə bir statusu yoxdur. Həm də inteqrasiya tam başa çatmayıb, məlumatlar çox azdır.
Bizdə hətta, əksinə, hələ də adında "elektron" sözü olan sənədi yenidən kağıza çap etməklə tələb edən dövlət və özəl qurumları var.
Məsələn, bəzən elektron qaimənin, əmlak haqqında elektron məlumatın kağıza çap edib təqdim edilməsi tələb olunur.
Amma ayrı-ayrı dövlət qurumları, bu istiqamətdə addımlar atıb, elektron çıxarışlar, rəqəmsal sənədlər təqdim edir. Məsələn Ədliyyə Nazirliyi "Mobil notariat" tətbiqi vasitəsilə Etibarnamələrin rəqəmsallaşmasını tam həll edib.
Doğrudur, bəzi hallarda bu rəqəmsal sənədləri də tanımaqdan imtina edənlər, kağız formada tələb edənlər, vətəndaşın özünün gəlməsini tələb edənlər olur .
Amma Ədliyyə Nazirliyi ədliyyə xidmətlərin rəqəmsallaşması sahəsində nəhəng işlər görüb.
Hələlik ölkəmizdə vahid bir servisdən, məsələn, eGov mobil tətbiqindən, yaxud portaldan "rəqəmsal sənədlər" servisini almaq mümkün deyil.
Buradakı elektron məlumatlar , sadəcə məlumatlardı, sənəd statusuna malik deyil.
Bildiyim qədər hazırda İRİA bu istiqamətdə ciddi işlər görür.
Pərakəndə halda olan eGov portallarının birləşdirilməsi, superportalın yaradılması da ləngiyir.
Ümid edirəm RİNN-in İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi yaxın zamanlarda heç olmasa az sayda da olsa "rəqəmsal sənəd" statusuna malik olan məlumatları vahid bir servisdən telefonlarımıza inteqrasiya edə biləcək.
Osman Gunduz
Teref.az
 
Ardını oxu...
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") yerin məsafədən müşahidə edilməsi məqsədilə yeni peykin orbitə çıxarılması üçün layihənin icrasına başlayıb.

Bunu "Report"a açıqlamasında "Azərkosmos"un İdarə Heyətinin sədri Saməddin Əsədov bildirib.

"Bu, hələ o demək deyil ki, yeni peyk dərhal hazır olacaq. Bu proses bir neçə il çəkir. Biz ehtimal edirik ki, 2025-2026-cı illərdə yeni peykimiz orbitə çıxarılacaq", - deyə o qeyd edib.

“Azərkosmos” rəsmisi əlavə edib ki, yeni peyklə bağlı keçirilmiş tenderin qalibi İsrail şirkətlərindən biri olub: "Tenderdə Avropa, Asiya və ABŞ-dan 20-dən çox şirkət iştirak edib, onların arasında qiymət və keyfiyyət üzrə ən yaxşısı, bu sahədə dünyada liderlərdən olan İsrail şirkəti seçilib. Şirkətin adını yayacağımız bəyanatda açıqlayacağıq”.

Bu ilin aprel ayında Azərbaycanın yeganə yerin məsafədən müşahidə peyki "Azersky" dizayn edilmiş istismar müddətindən 1 il daha tez, yəni fəaliyyətinin 9-cu ilində missiyasını başa çatdırıb.
 
Ardını oxu...
Hazırda dünyanın texnologiya gündəminin əsas mövzusu “Meta” şirkətinin qurucusu Mark Zukerberqin “Threads” tətbiqini istifadədə verməsi ilə bağlıdır.

Tətbiq yeni yaranmasına baxmayaraq ilk 4 saat ərzində 5 milyondan çox insanı özünə cəlb edə bilib.

Bəs, tətbiq hansı özəlliklərə sahibdir?

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, “Threads” tətbiqində də tviterdə olduğu kimi status paylaşmaq mümkündür.

Lakin platforma həmin statusu 500 simvola qədər yazmaq imkanı verir.

Tviterdə olduğu kimi burada da linklər, şəkillər və videolar da paylaşıla bilər.

Həmçinin, istifadəçilər başqalarının hesablarını izləyə, onların paylaşımlarına rəy bildirə bilərlər.

İstifadəçilər bir-birləri ilə ünsiyyət qura bilmək imkanına da malikdirlər.

Mark Zukerberqin tviterə rəqib olaraq təqdim etdiyi “Threads” hazırda 100-dən çox ölkədə istifadə olunur.
 
Ardını oxu...
Avtomobillərlə bağlı müxtəlif məzmunlar təqdim edən “Carmegheddon” YouTube kanalı fərqli layihəyə imza atıb.
Bakupost.az xəbər verir ki, kanalın üzvləri dünyanın ən alçaq avtomobilini istehsal edib.
Bunun üçün italiyalı qrup normal ölçüdə olan avtomobili iki hissəyə ayırıb.
Kəsilən hissəyə təkər və avtomobil matoru yenidən dizayn edilərək əlavə edilib.
Avtomobilə düz şəkildə minmək isə mümkün deyil.
Sürücü avtomobili yanlız uzanaraq idarə edə bilər.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Azərbaycanın bir neçə rayonunda və paytaxt Bakıda zəlzələ olub. Xəzər dənizində 5,7 maqnitudalı zəlzələ baş verib. Zəlzələ baş verən zaman Android tipli mobil telefon istifadəçilərinə anında zəlzələ ilə bağlı xəbərdarlıq mesajları gəlib. Xəbərdarlıqda, hətta zəlzələnin neçə bal gücündə olduğu da bildirilib. Maraqlıdır, hələ silkələnmə davam edərkən, telefonlarımıza belə dəqiq məlumat necə, hansı texnologiya vasitəsilə öütürülür?

Məsələ ilə bağlı İT mütəxəssisi Samir Əliyev açıqlamasında bildirib ki, zəlzələ haqqında heç bir proqram dəqiq şəkildə məlumat verə bilməz:

“Zəlzələ təbii fəlakət olduğu üçün onun dəqiq vaxtı və zamanı olmur. Lakin bəzi hallarda məlumat almaq olur. Alimlər tərəfindən müəyyən edilmiş ərazilərdə zəlzələ ölçən cihazlar quraşdırılır. Müxtəlif məlumatlar seysmoqraf cihazlarında bir yerə toplanır. Daha sonra toplanan məlumatlar Google tərəfindən çox sürətli şəkildə hesablanır və cihazlara yönləndirilir”.
Ardını oxu...
Mütəxəssisin sözlərinə görə, zəlzələ haqqında məlumat Google Yer bildirimlər xidməti aktiv olduğu halda gəlir:

“Həmçinin mesaj hər kiçik zəlzələdə gəlmir. Gərək zəlzələ 4,5 bal gücündən çox olsun. 4,5 baldan çox olarsa, telefonlara informasiyalar ötürür. Göndərilən mesajlarda zaman, məsafə və bal fərqləri olur.

Çünki hər bir telefonda saat və yer fərqlidir. Elə vaxt olur ki, ölkə xaricində zəlzələ olarkən bəzi şəxslərə bildirim gəlir. Bu kimin hallar normaldır. Lakin proqram heç bir halda zəlzələ anını deyə bilməz.


Ancaq müəyyən müddət sonra bizə məlumat gəlir. Bu da məsafəyə görə dəyişir”.

S. Əliyev əlavə edib ki, əslində iOS istifadəçilərinə də zəlzələ məlumatını göndərmək mümkündür. Amma çox təəssüflər olsun ki, bu xidmət Azərbaycanda işləmir.//Publika.az
 
Ardını oxu...
Məşhur Azərbaycan filmi olan “Asif, Vasif, Ağasif”in baş rol ifaçıları illərdən sonra görüşüblər.

Tribunainfo.az xəbər verir ki, bu barədə Emil Pənahov (Asif) məlumat verib.

Belə ki, “Ağasif” rolunda olan Hökümə Cəlilova, “Vasif” rolunda olan Ramin Aslanov və “Asif”i canlandıran Emil Pənahov 40 ildən sonra bir araya gəliblər.

Qeyd edək ki, film 1983-cü ildə lentə alınıb.

Həmin fotonu təqdim edirik:
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
İnsanlı kosmik uçuşlar daha moskvalıları, hətta SSRİ-dən miras qalmış ənənəvi tərəfdaşları da orbitdə saxlaya bilməz

ABŞ Prezidenti ilə Hindistanın Baş nazirinin birgə bəyanatı geosiyasətdə gərginliyi bir qədər artırdı. ABŞ-Hindistan hərtərəfli qlobal və strateji tərəfdaşlığı hind işlərində moskvalıların iştirakını əhəmiyyətli dərəcədə azaldan xüsusiyyətlər əldə edir.

Bir çox fəaliyyət sahələrindən olan analitiklər ətraflı araşdırma üçün kifayət qədər "qidaya" sahib olacaqlar. İstiqamətlərin sırası, vaciblik dərəcəsini göstərsə də, ikinci dərəcəli əhəmiyyət kəsb etməməlidir:

gələcək üçün texnologiya tərəfdaşlıqlarının planlaşdırılması;

gələcək nəsil müdafiə tərəfdaşlığının təmin edilməsi;

təmiz enerjiyə keçid üçün katalizator;

strateji yaxınlaşmanın dərinləşdirilməsi (Ukraynaya yardım və burada onun bərpası məsələsi);

qlobal artımın stimullaşdırılması;

gələcək nəsilləri gücləndirmək və insanların sağlamlığını qorumaq və s.

Beləliklə, birinci trekin başlanğıcında hər iki tərəf 2023-cü ilin yanvarında Kritik və İnkişaf etməkdə olan Texnologiyalar (iCET) təşəbbüsünün açılışını alqışladılar və birbaşa kosmosa keçdilər. Bəyanatın bu bəndində deyilir: "Prezident Bayden və Baş nazir Modi kosmik əməkdaşlığın bütün sektorlarında yeni sərhədlərə nail olmaq yolundadırlar. Liderlər yer və kosmik elm və kosmik texnologiya sahələrində artan əməkdaşlığımızı alqışladılar. NASA və ISRO 2023-cü ilin sonuna qədər insanlı kosmik uçuşlar sahəsində əməkdaşlıq üçün strateji çərçivə hazırlayır”.

Liderlər NASA-nın 2024-cü ildə Beynəlxalq Kosmik Stansiyada birgə səylər qurmaq məqsədi ilə Texas ştatının Hyuston şəhərindəki Conson Kosmik Mərkəzində hind astronavtları üçün təkmil təlim proqramını elan etməsini də alqışladılar.

Liderlər NASA-ISRO Sintetik Aperture Radarının (NISAR) Hindistanın Banqalor şəhərindəki ISRO Peyk Mərkəzinə çatdırılmasını qəbul etdilər və NISAR-ın 2024-cü ildə Hindistandakı kosmodromdan buraxılmasını səbirsizliklə gözlədiklərini dedilər.

“Hindistanın Kosmik Siyasəti 2023”ü alqışlayan liderlər, ABŞ və Hindistanın özəl sektoru arasında kosmik iqtisadiyyatın bütün dəyər zənciri üzrə kommersiya əməkdaşlığının artırılmasına, həmçinin ixraca nəzarət məsələlərinin həllinə və texnologiya transferinin asanlaşdırılmasına çağırıblar.

Prezident Bayden Hindistanın bütün bəşəriyyətin rifahı naminə kosmosun tədqiqi ilə bağlı ümumi baxışı təşviq edən Artemida Sazişlərini imzalamasını dərindən qiymətləndirdi.

İnsanlı kosmik uçuşlar daha moskvalıları, hətta SSRİ-dən miras qalmış ənənəvi tərəfdaşları da orbitdə saxlaya bilməz.

Son bir neçə ildə dörd Hindistan vətəndaşı "Soyuz"un uçuşları üçün bataqlıqlarda təlim keçib. Onlar hər biri üçün fərdi skafandr, tənəkə qutularına quraşdırmaq üçün şəxsi oturacaqlar və yataqxanalar tikiblər. Və... gələcək hind astronavtları artıq Hyustonda hazırlaşacaq və “SpaceX”dən “Crew Dragon”u öyrənəcəklər ki, gələn il Beynəlxalq Kosmik Stansiyaya (BKS) gedəcəklər. Və bunun birdəfəlik fəaliyyət hesab edilməməsi üçün təcili olaraq strateji çərçivə hazırlanır.

Hindistanın kosmos siyasətində bu il açıqladığı inqilabi qərar kosmosun kommersiyalaşdırılması və kosmik iqtisadiyyatın işə salınması dəb deyil. Hindistanın Baş naziri ilə “SpaceX” sahibi arasında praktiki görüş təsadüfi deyil. Hər iki ölkənin kosmik firmaları arasında kommersiya əlaqələrinin intensivləşməsinə maneələrin başa düşülməsi, həqiqətən də ABŞ ekspert nəzarətinin ciddi normalarında və onların ötürülməsi zamanı kosmik texnologiyaların qorunması məsələlərində istisnaların yaranmasına kömək edəcəkdir.

Kosmik iqtisadiyyat olmayan yerdə (məsələn, Rusiyada) gələcək də yoxdur. Hindistanın “Artemis” müqavilələrinə qoşulmaq istəyi ümumilikdə Yer kürəsində əhalinin sayına görə ən böyük ölkənin sivilizasiya seçimini nümayiş etdirir. Avtoritar rejimlərin təkəbbürlü münasibətinin olmadığı tərəfdaşlarla kosmosun dərin tədqiqi proqramlarının lehinə mərc etmək bunu təsdiqləyir.

Texniki qarşılıqlı fəaliyyət üçün standartlar məsələlərində bərabərlik, resursların və nəticələrin ədalətli bölüşdürülməsi, Artemida iştirakçılarının kosmik fəaliyyətinin davamlı inkişafı üçün əsas məlumatların operativ mübadiləsi - bu cəlbedicidir və ruhlandırır. Nəticədə, bataqlıqlarda hiyləgərliyə yalnız sürünmək qalır.

Müəllif: Andrey Kolesnik - Kosmik fəaliyyətlər üzrə analitik, Ukrayna Dövlət Kosmik Agentliyi sədrinin keçmiş müşaviri.

Mənbə: UNİAN

Tərcümə AYNA-ya məxsusdur.
 
 
 
Ardını oxu...
Etiraf edək ki, Azərbaycan əhalisinin və xaricdə yaşayan sayı milyonlarla ölçülən soydaşlarımızın daha çox ətrafında cəmləşdiyi və informasiya aldığı mənbələr hazırda fəaliyyət göstərən televiziyalar və saytlar deyil.

Bu, birmənalıdır. Belə rəqabətdə uduzan KİV-lərimizin sayəsində, vətəndaşlarımız və soydaşlarımız kütləvi şəkildə radikal dini liderlər və kriminal avtoritetlər ətrafında cəmləşir və onlara olan açıq rəğbətlərini çəkinmədən ifadə edirlər.

Bəllidir ki, Azərbaycan dövləti KİV-lər və sosial şəbəkələrlə iş üçün stimullaşdırıcı tədbirlər həyata keçirir. Hətta bu məqsədlə müxtəlif layihələr adı ilə külli miqdarda vəsaitlər də ayırır.

Ancaq bu vəsaitlərin müqabilində aparılan təbliğat və təşviqat işi ayrılan dövlət vəsaitlərinə adekvat deyil, daha çox kimlərinsə pul qazanması üçün formalizm mahiyyətini daşıyır. Hazırda Azərbaycan sosial şəbəkə seqmentində əsasən 3 təbəqə cəmləşib və bunu aşağıdakı kimi səciyyələndirmək olar:

1. “Feysbuk”dan daha çox siyasi cameə istifadə edir.

2. “İnstaqram”dan reklam məqsədi ilə biznes subyektləri yararlanır.

3. “Tik-Tok”da isə ölkənin əsas kütləsi cəmləşib. Loru dillə ifadə etsək “qara kütlə”.

İllər əvvəl Azərbaycan hakimiyyətində mediaya cavadeh olan şəxslər “Feysbuk”a da barmaqarası baxırdı. Bu sosial şəbəkə alətindən istifadə edənləri avara, qaraguruh adlandırırdı. Nəticədə bu şəbəkədə müxalif fikir , bu yöndə olan təbliğat və əsasən də xaricdən idarə olunan səhifələr iqtidara meydan oxumağa başladı. Bunu anlayan Azərbaycan hakimiyyəti gec də olsa “Feysbuk”la ciddi işləməyə başladı.

Böyük səhifələr və qrupların satın alınaraq, kursunun dəyişməsinə külli miqdarda vəsait xərcləndi. Eyni zamanda, hakimiyyət nəzarətində olan bütün resurslara , QHT-lərə, gənclər təşkilatlarına “Feysbuk”da fəal olmaqla bağlı göstəriş verildi.

Bu metod izləmə sayında müxalif mənbələri üstələyə bilməsələ də, xəbər bolluğunun yaradılması baxımından olduqca böyük önəm kəsb etməyə başladı. Yəni artıq “Feysbuk”u açan kimi sənin qabağına yalnız xaricdən yayımlanan xəbər səhifələri çıxmır. Çünki xəbər bolluğu şəraitində suni alqoritimlər onları uduzdurur, arxa plana keçirir.

Hazırda anoloji vəziyyət “Tik-Tok”da hökm sürür. 4 milyondan çox əhalinin istifadə etdiyi bu sosial şəbəkə ilə hakimiyyətin media və ideoloji siyasətinə cavabdeh olan şəxsləri demək olar ki, ciddi işləmir. Adını da belə qoyurlar ki, ora əyləncə və əxlaqsızlığın hökm sürdüyü, qeyri-ciddi bir platformadı. Bu adla da ölkədə ən çox izləyicisi olan platformanı taleyin ümidinə buraxıblar.

Nəticədə nəyin şahidi oluruq? Hazırda “Tik-Tok”un Azərbaycan seqmentində üzdəniraq həyatda tərzi keçirən adamlar əsl fenomenə çevriliblər. Onların hər birinin canlı yayımında 10 minlərlə adam olur. Bu, artıq müxalifət-İqtidar mübarizəsi deyil. Əxlaqımıza, mənəviyyatımıza olan təcavüzdür. Hünərin var onların hansınasa bir söz de.

Hər tərəfdən şantaj və təzyiqlərə, hətta məhkəmə çəkişmələrinə məruz qalassan. Təbiidir ki, Azərbaycan dövləti bu məsələni inzibati müdaxilələrlə həll edə bilməz. Geniş auditoroyanın toplaşdığı sosial alətlərlə düzgün iş prinsipinin qurulması ilə ciddi dönüşlərə nail olmaq mümkündür.

Bunun üçün də, bloggerlik, sosial şəbəkələrdə iş adı ilə ayrılan vəsaitlərdən hansı nəticələrin əldə olunması ilə ciddi maraqlanıb, hesabat tələb olunmalıdır. Ölkənin xeyiri üçün sosial şəbəkələrdə təmənnasız ciddi iş aparan peşəkarlar “qara siyahı”lardan çıxarılmalı, onların da fəaliyyətinə dəstək verilməlidir…
Məhəmmədəli Qəribli
Teref.az
 
 

 

Ardını oxu...
Uçan avtomobil hazırlayan Amerikanın “Alef Aeronautics” şirkəti belə bir avtomobil üçün dünyada ilk uçuşa yararlılıq sertifikatı alıb.

Bu barədə şirkətdən məlumat verilib.

Sertifikat ABŞ Federal Aviasiya Administrasiyası tərəfindən təqdim olunub. Beləliklə, avtomobil ABŞ səlahiyyətlilərindən uçmaq üçün qanuni icazə alıb.
Söhbət ötən ilin oktyabrında təqdim edilən tam elektrik idman avtomobili “Model A”dan gedir. İstehsalçı bildirib ki, o, şaquli qalxma və enmə imkanı sayəsində həm yerdə, həm də havada hərəkət edə bilir.

Mənbə: aif.ru
 

Dünyapress TV

Xəbər lenti