Qanı təmizləmək üçün universal maddə hazırlanıb
Kurçatov İnstitutunun alimləri yeni - universal və təhlükəsiz hemosorbent yaradıblar.

Onun xüsusiyyətləri təbii sorbentlərdən iki-dörd dəfə yüksəkdir.

“Cebhe.info” bu barədə TASS-a istinadən xəbər verir. Kurçatov İnstitutu qeyd edib ki, yeni hemosorbent insan orqanizmi üçün zəhərli deyil və qan hüceyrələrini məhv etmir.

“Təcrübə göstərdi ki, yeni sintetik montmorillonit daha çox toksini uda bilir. Bundan əlavə, material orqanizm üçün tamamilə təhlükəsizdir”, - institutdan bildiriblər.

Sintetik komplekslər təbii alüminosilikatların faydalı xüsusiyyətlərini - alüminium və silisium birləşmələrini təkrarlayır, onların tibbdə istifadəsi potensial təhlükəli çirklərin olması səbəbindən məhduddur.

Rus alimlərinin bu tapıntısı daxili bazarda xarici materialları əvəz edə bilər. Bu, yalnız daha effektiv deyil, həm də daha ucuzdur. Bundan əlavə, sintetik montmorillonitlər yalnız qanı viruslardan, bakteriyalardan və toksinlərdən təmizləmək üçün deyil, həm də yara və yanıq sarğılarının yaradılmasında, həmçinin mürəkkəb qarışıqlardan zülalların çıxarılması üçün xromatoqrafik sistemlərdə istifadə edilə bilər.

Sorbent zəhərli maddələri bədəndən ifraz edə bilən preparatdır. O, bütövlükdə həzm traktının, kolon və bədəndən toksinlerin aradan qaldırılması ilə bədəndə sağlam daxili mühit yaratmaq üçün sadə, lakin effektiv yoldur.
 

Dünyapress TV

Xəbər lenti