Ardını oxu...
“Dövlət xəstəxanasına gedirsən, icbari tibbi sığortanın adını eşidəndə aparatların işləmədiyi deyilir. Özəl xəstəxanalar isə od bahasına, sığortanı da saymırlar”, – bu sözləri AzadlıqRadiosuna Yasin Məmmədov deyib.

Növbəyə dayanan xəstələr
Məmmədov nə özünü, nə də ailə üzvlərini sığorta hesabına müalicə etdirə bildiyini, aylardır növbəsinin çatmadığını söyləyir: “Suraxanıda qeydiyyatda olduğum xəstəxanaya əlimdə çəlik axsaya-axsaya getdim. Oradan göndərişlə dövlət xəstəxanalarından birinə analiz üçün getməli idim. Çəkim çox olduğundan Azərbaycan Tibb Universiteti Cərrahiyə Klinikasına göndərilməli idim, amma hələ də göndərməyiblər. MRT cihazı 1 ildən çoxdur ölkənin heç bir klinikasında tapılmır. Vəziyyət ağırlaşandan sonra da dövlət yiyə durmur ki, sənin xəstəliyinə çox pul çıxır. Anam şəkər xəstəsidir, o da yararlana bilmir sığortadan. Yaşlı qadındır, ritm pozğunluğundan tutmuş, təzyiq, ağrılara kimi çox simptomu ağırlaşıb. Nə vaxta kimi pulumuz yoxdur deyə, xəstə qalacağıq. Dövlət də orada-burada deyəcək ki, biz sığorta ilə vətəndaşlara xidmət edirik”.

Rayonların da eyni dərdi

İmişlidə yaşayan Nəsirovlar da tibbi sığortadan narazılığını dilə gətirir. 10-nəfərlik ailənin heç bir üzvünün sığortadan yararlana bilmədiyini söyləyən Nəsirovlar həkimlərin sığorta ilə gələnlərdən pul tələb etdiyini bildirir.

“Özüm də dövlət işində işləyib sığortaya pul verirəm. Arvadım da müəllimdir, maaşından çıxılır. Böyük qızım da 1 ildir ki, qazancından bu sığortaya pul verir. Gözümüzün qarşısında təkcə bir ailədən 3 nəfər pul verir. Lazım olanda sığorta çevrilir tapılmaz bahalı daşa. Xəstəxanada ya növbə var deyirlər, ya da xidmətin olmadığını. Başa düşmək olmur, uşağın ayağı sınanda onu sığorta ilə qarşılamaq üçün hansı xüsusi xidmət olmalıdır? Kiçik xidməti göstərmirlərsə, nəyə veririk o pulları? Ya da sığorta ilə razılaşıb, amma əlavə pul istəyirlər. Başınıza dönüm, artıq pulum olsa idi, elə dövlətin nazını çəkmək əvəzinə özəl klinikada puluna minnət müalicə olunaram da. Səhər-birisi gün əsgər aparmağa qapımıza dayanacaqlar, bu gün büdcədən bir qəpik xərcləmək istəmirlər uşaqlar səhhətinə”, – ailə başçısı AzadlıqRadiosuna danışıb.

Dövlətin pulunun çatmadığı xəstəliklər
Bakı sakini Fərqanə Əkbərovanın səhhəti 2022-ci ilin iyulundan pisləşməyə başlayıb. Müalicələr heç bir nəticə vermədiyindən ötən il oktyabrın 28-dən onu xəstəxanaya yerləşdiriblər. Ağır pnevmoniyadan əziyyət çəkən Əkbərovanı həm də onkoloji xəstəliklər riski gözləyirdi. İlkin hesablamalar bir aylıq müalicə üçün təxminən 45 min manata yaxın vəsaitin gərəkdiyini göstərib. Lakin səhiyyə ilə bağlı heç bir dövlət qurumu müalicə xərclərini tam qarşılamadığından xəstənin qızı Nərmin Əkbərli başlatdığı ianələrlə xərclərin öhdəsindən qismən gəlməyə çalışıb. Daha sonra Əkbərli ölkə prezidentinə, Heydər Əliyevin Fonduna müraciət etsə də, səsinə səs verən olmayıb. Yanvarın 18-də Fərqanə Əkbərova vəfat edib, qızının isə hazırda 20 min manatdan çox borcu qalmaqdadır.

Hazırda səhiyyə qurumlarından, özəlliklə də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən yardım almadığı üçün müalicəsi ianə kampaniyalarının ümidinə qalanların sayı az deyil. Təkcə SMA xəstəliyindən əziyyət çəkən 30-a yaxın uşaq dövlətdən yardım ala bilmədiyi üçün ianələrdən asılı qalıb.

Xeyli müddətdir ki, onkoloji xəstəliklərin icbari tibbi sığorta zərfinə salınması təklif olunur. Bu məsələni parlament üzvləri də qaldırırlar. Ölkədə təxminən 58 min onkoloji xəstə var və bu xəstəliklərin icbari tibbi sığorta ilə əhatələnməsinə 200 milyon manat vəsaitin gərəkdiyi bildirilir.

Milyardlarla vəsait…
2022-ci ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 1 milyard 125 milyon manatdan çox vəsait ayrılıb. Bu ilsə dövlət büdcəsindən icbari tibbi sığorta fonduna 1 milyard 263 milyon 820 min manat vəsaitin ayrılması proqnozlaşdırılıb. Büdcədən səhiyyəyə ümumilikdə 1 milyard 906 milyondan çox vəsait ayrılıb. Poliklinikalar və ambulatoriyalar üçün 1 milyon 802 min 885 manat, xəstəxanalar üçün 171 milyon 384 min manat ayrılması nəzərdə tutulur.

Azərbaycanda rəsmi iş yeri olan hər kəs icbari tibbi sığorta üçün maaşından ödəniş verməlidir. İşçinin əməkhaqqısının 8 min manatadək olan hissəsindən 2 faiz tutulur. Məsələn, aylıq maaşı 900 manat olan şəxs tibbi sığorta üçün maaşının 18 manatından keçməli olur.

Vətəndaşdan ödəniş tələbi qanunsuzdur
Vaxtı ikən 1 saylı Kliniki Tibbi Mərkəzdə (Semaşko) sanitar işləyən, hazırda parlamentin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli AzadlıqRadiosuna deyib ki, tibbi sığorta zərfinə daxil xəstəliyin müalicəsində vətəndaşdan pul istənilməsi qanunsuzdur: “İcbari sığorta paketindəki bütün xidmətlərdən istifadə vətəndaş üçün ödənişsiz təşkil olunmalıdır. Türkiyədə xəstəliyin bir hissəsini müştərək müqavilə əsasında sığorta qarşılayırsa, digər hissəsi vətəndaş hesabına olur. Lakin bizim ölkədə tətbiq edilən icbari tibbi sığorta belə deyil. Məsələn, bir əməliyyat sığorta paketində varsa, proses zamanı bütün xərci də sığorta qarşılamalıdır”.

Deputatın fikrincə, “vətəndaş dövlət agentliyinin rəsmi saytındakı xidmətlər siyahısına baxmalıdır, xəstəlik xidmətlər zərfinə daxildirsə, müalicə xərci çox olsa da, qarşılanmalıdır”. Məmmədli onkoloji xəstəliklərin icbari sığorta paketinə salınmamasını müvafiq dövlət proqramının olması ilə əlaqələndirir.

“Pullar hara gedir?”
Həkim-radioloq Aydın Əliyev tibbi sığorta üçün ayrılan pulların qeyri-şəffaf istifadə edildiyini, sistemdə boşluqların olduğunu deyir.

“Bu yaxınlarda avtomobil qəzasına düşən şəxs mənə müraciət edib ki, tibbi sığorta onun xərclərini qarşılamadı. Özəl xəstəxanada da 40 min manata yaxın xərci çıxıb. Belə müraciətlər çoxdur, əhalinin əksəriyyəti İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətindən narazıdır. Mən də pis qiymətləndirirəm. Vətəndaşlar və dövlət müəssisələrindən alınan bu qədər vəsait hara gedir?!.. İstisnasız olaraq bütün xəstəliklər tibbi sığorta zərfinə daxil edilməlidir. Amma Azərbaycanda əhalinin bir qisminin əziyyət çəkdiyi xroniki, onkoloji xəstəliklər bu zərfə aid deyil. Çox yayılan xəstəlikləri belə ya qarşılamır, ya da bir qismini qarşılayır. Xəstəliyin bəzən bir hissəsini qarşılanması deyilir, limit qoyulur. Dünyanın heç bir ölkəsində belə praktika yoxdur”, – deyən Əliyev icbari tibbi sığorta sistemini şəffaf etməyə, qurumu hesabat verməyə çağırır.

Agentliyin rəsmi vebsaytında maliyyə hesabatı gözə dəymir, AzadlıqRadiosunun sorğusu da cavabsız qalıb.

Dünya təcrübəsi
20-dən çox ölkədə tibbi sığorta ilə bağlı “büdcə” modeli tətbiq edilməkdədir. Belə olduqda vətəndaşların səhiyyə xərcləri dövlət büdcəsinə daxil olan vergi vəsaitləri hesabına qarşılanır. İngiltərədə Milli Sağlamlıq Sistemi (NHS) adlı sistemə bağlı xəstəxanalarda bütün səhiyyə xidmətləri pulsuz təqdim edilir. Avropa İttifaqı (Aİ) ölkələrində tibbi sığorta haqları adətən vergilər və ya işəgötürənlər tərəfindən ödənilir. Dövlət öz vətəndaşlarını tibbi sığorta ilə təmin edir. Fransa və İtaliya da bu sistemdən yararlanır. Səhiyyə xidmətləri özəl xəstəxanalar tərəfindən göstərilir və bu xidmətlərin ödənişlərini hökumət qarşılayır.

SSRİ dağılandan sonra icbari tibbi sığorta sistemini ilk tətbiq edən ölkələrdən biri Estoniya olmuşdu. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) məlumatına görə, 1992-ci ildən bu sistemə keçən Estoniyada hazırda vətəndaşların 80 faizə yaxını tibbi sığorta ilə təmin olunub.

Qonşu Türkiyədə də Sosial Güvənlilik Qurumu (SGK) vasitəsilə bütün vətəndaşlara tibbi xidmət 100 faiz ödənilir.

Göstərilən xidmət sayı..
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sığorta zərfinə 2 min 550 xidmət daxildir. Zərfə 950 cərrahi, təcili və təxirəsalınmaz tibbi xidmət üzrə yalnız altı xidmət salınıb. Agentlik bildirib ki, ötən ilin ilk 11 ayı ərzində dövlət tibb müəssisələrinə 4 milyondan çox şəxs 16 milyon dəfədən çox müraciət edib. Vətəndaşlara 40 milyon 277 mindən çox tibbi xidmət göstərildiyi bildirilir.

Agentlik rəsmiləri qeyd edir ki, ağır xəstəliklərin xidmət zərfinə salınması Dövlət Statistika Komitəsinin məlumatı əsasında, 5 il ərzində ölümlərin hansı xəstəliklər üzrə olmasına görə müəyyən edilir. Maliyyə resursları artdıqca siyahıda yer alan xəstəliklərin sayı da artırılır.
 
Ardını oxu...
Kot-d'İvuarın mərkəzində yerləşən kənddə son iki ayda azı 12 uşaq naməlum xəstəlikdən ölüb.

"Report" xəbər verir ki, bu barədə "Frans Press" agentliyi məlumat yayıb.

Kpo-Kahankro kəndində ölənlərin yaşının birdən səkkiz yaşına qədər olduğu bildirilir.

Mütəxəssislərin toxuma nümunələri üçün götürdüyü analizlər hələ ki xəstəliyin səbəbini müəyyən etmək imkanı verməyib.
 
Ardını oxu...
Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixeil Saakaşvili yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə onun vəkili Şalva Xaçapuridze bildirib.

Onun sözlərinə görə, Saakaşviliyə artıq xəstəliyə yoluxması ilə bağlı diaqnoz qoyulub.

Qeyd edək ki, bu gün Mixeil Saakaşvilinin anası Giuli Alasania jurnalistlərə açıqlamasında onun səhhətinin yaxşı olmadığını, iştahasız olduğunu və ayağa qalxa bilmədiyini deyib.
 
 
 
Ardını oxu...
Hurriyyet.az xəbər verir ki, Kovid-19 pandemiyası təhlükəsi barədə illər əvvəl (2015-ci ildə) xəbərdarlıq eləmiş Bill Qeyts növbəti pandemiyanın insan tərəfindən hazırlanacağını və milyonlarla insanın ölümünə səbəb olmuş koronavirusdan çox amansız ola biləcəyini söyləyib. “Deyli Meyl” nəşrinin yazdığına görə, Sidneydə keçirilən bir konfransda çıxış edən Qeyts dünyanı gözləyən yeni bir təhlükədən danışıb. Qeyts dünya liderlərinin fikir ayrılıqlarını bir kənara qoyub indidən hazırlıqlara başlamalı olduqlarını söyləyib. Onun sözlərinə görə, hazırlanan ssenarinin reallaşması dünya iqtisadiyyatına 10 trilyon dollar zərər vuracaq. O, kabus ssenarisini xatırladan bu vəziyyətin öhdəsindən gəlmək üçün hər 5 ildən bir həm ölkə, həm də region miqyasında təlimlər keçirilməli olduğunu deyib.

Kovid-19-un axırıncı pandemiya olmadığını dəfələrlə qeyd edən Qeyts lazımi addımların atılacağı təqdirdə yeni bir pandemiyanın qarşısının alına biləcəyini bildirib. O, qlobal pandemiyaya qarşı müdaxilə və səfərbərlik üçün GERM komandası adlandırdığı 3 min nəfərlik ordunun qurulması üçün 1 milyard dollar sərmayə yatıracağını açıqlayıb.

Qeyts mütəxəssislərdən ibarət olacaq həmin ordunun hədəfinin epidemiyaların pandemiyaya çevrilmədən qarşısını almaq olduğunu söyləyib.

Qeytsin özlərinə görə, Kovid-19-iun yayılmasının qarşısı ilk 100 gün ərzində alına bilsəydi, virus səbəbindən baş verən ölümlərin 98 faizindən çoxu olmazdı.
Ardını oxu...
Rusiyanın Krasnoyarsk diyarında koronavirusun yeni ştammı “Cerberus”a ilk yoluxma halları qeydə alınıb.

Bu barədə Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmətinin (“Rospotrebnadzor”) Krasnoyarsk diyarı üzrə departamentinin rəhbəri Dmitri Qoryayev xəbər verib.

“Son iki həftə ərzində omikronun əvvəllər bizim subyektdə qeydə alınmayan genetik xətləri aşkar edilib – BQ.1.1 (“Cerberus”), BF.7 və BQ.1.2”, – deyə şöbə müdiri qeyd edib.

Qoryayevin sözlərinə görə, regionda koronavirus infeksiyasının “Hipoqrif” (XBB.1) ştammına yoluxma halları daha çox rast gəlinir, amma “kraken” ştammına yoluxma müəyyən edilməyib.
 
Ardını oxu...
Uşaqlarda, hətta böyük adamlarda çöp qalma halları çox olur. Amma çöpçüyə aparılan uşaqlarda bu daha çox baş verir.
Bacardığınız qədər uşağı çöpçüyə aparmayın.

“Medicina” xəbər verir ki, bu sözləri həkim fitoterapevt Füzuli Hüseynov açıqlamasında deyib.
Çöp qaldıqca və çıxarıldıqca, boğazdakı ciblər genişlənir və daha tez-tez çöp düşür.

Həmin cibləri təmizləmək üçün belə bir üsuldan istifadə edə bilərsiz.

Vedrənin yarısına qədər ilıq su alıb, hamamda uşağın başından qəfil tökürsüz,uşaq silkələnir, fınxırır, onda o burun ətrafında qalan çöplər tərpənib düşür. Bunu həftədə 1-2 dəfə etmək olar.

Eləcə də Ud hindi yağ buruna damcıladılır, Haymor mağarasını təmizləyir, frontal cibləri açır”.
 
Ardını oxu...
Süd vəzi xərçəngi, eləcə də süd vəzinin bəzi təhlükəli şişləri çox zaman ilk mərhələdə qadınların diqqətindən yaranır.
Hər bir qadın güzgü önündə və hamamda süd vəzilərini mütəmadi yoxlamalı, əlləri ilə baxmalıdır. Amma bunu çoxları etmir. Ona görə də bəzən həyat yoldaşları süd vəzidə dəyişikliyi hiss edir.
Bakupost.az xəbər verir ki, bu fikirləri həkim mammoloq Günel Qəmbərova bildirib.
“Ona görə də çox zaman qadınlar yoldaşları ilə münasibət zamanı məhz kişilər əlləri altında dəyişikliyi hiss edib. Xanım gəlib deyir ki, doktor, yoldaşımla münasibət zamanı dedi ki, döşündə şişka var O deyənə qədər, əlləyənə qədər mən bilməmişəm. Və kişilər qadınları məcbur edir ki, həkimə get.
Əslində belə olması həm yaxşıdır, həm də istəməzdik. Çünki biz həmişə deyirik ki, qadın ayda bir dəfə özünü müayinə etməlidir.
Bəylər bunu aşkarlayanda məsələni daha ciddiyə alırlar. Çünki əri narahatdır. Eləsi var, 1-2 ay kələmlə, qurğuşunla, mazlarla, kompreslərlə prosesi gecikdirir.
Bəzən də gilədən axıntı, qan gəldiyini də yoldaşları görür.
Deyir ağzıma pis dad gəldi. Bu zaman hər ikisi narahat olur. Bu da yaxşı haldır ki, vaxtında nəsə varsa aşkarlanır”.
 
Ardını oxu...
Bir çox insan ilin əvvəlində yeni qərarlar qəbul edir. Bu qərarların ən məşhurlarından biri də arıqlamaqdır.

Buna nail olmaq üçün yediklərimizə diqqət etməyə və idmana başlayırıq.

Yeməkdə olan enerjinin miqdarı kalorilərlə ölçülür və bir çoxumuz düşünürük ki, qəbul etdiyimiz kalori sayını azaltsaq, məqsədimizə çatacağıq.

Bu, düzgün yanaşmadırmı?

Bəzi ekspertlər deyirlər ki, kalorilərin hesablanması köhnə və hətta təhlükəli üsuldur.

Kalori nədir və necə kəşf edilib?


Bəzi ekspertlər kalori hesablamağın köhnəlmiş üsul olduğunu deyirlər. Çünki fərqli qidalar eyni miqdarda enerji təmin etsələr də, faydaları və qida dəyərləri müxtəlifdir.

Məsələn, bir stəkan süd 184 kalori, bir stəkan pivə isə 137 kaloridir.

Qidaların üzərində yazılmış kalori miqdarı porsiya göstəriciləri baxımından məlumatlandırır, amma orqanizmin bunun nə qədərini həzm edəcəyini bildirmir.

Yeo deyir ki, "Biz hər 100 kalori zülalın yalnız 70 faizini qəbul edirik. Bu o deməkdir ki, zülalın 30 faizi onun həzm edilməsinə sərf olunur . Yağ isə olduqca enerjili qidadır və çox effektli yanacaq bazasıdır. İstehlak etdiyimiz hər 100 kalorilik yağın 98 kalorisi həzmə gedir".

Sadə dillə desək, 100 kalorilik kartof qızartması yemək 100 kalorilik yerkökü yeməkdən daha çox kalori qəbul etməklə nəticələnir.

Yeo hesab edir ki, yediyimiz qidanın növünü nəzərə almasaq, kaloriləri hesablamaq mənasızdır.

Bundan başqa, hər hansı qidadan nə qədər enerji almamız yaşımızdan, yuxu saatlarımızın və bağırsaqlarımızdakı bakteriyaların miqdarından, o cümlədən, yeməyi necə çeynəməmiz kimi bir çox faktorlardan asılıdır.

Dərin istehsal prosesində qidaların zülallı və lifli hissələri atılır; yağ, şəkər və duz əlavə edilir. Bu, yeməyin kalorisini artırır, amma qida dəyərini aşağı salır.

Kalori hesablamağın bizi qeyri-sağlam seçimlərə sövq etdiyini bildirən Yeo deyir ki, "Kalorilər bizə yeməkdə nə qədər yağ, şəkər, karbohidrat, lif və ya vitamin olduğu haqda məlumat vermir. Mən kalorini kor bir alət hesab edirəm".
Kalori hesablamaq təhlükəlidirmi?
Nyu-Yorkdakı Cornell Universitetinin Amerika mətbəxinin tarixi üzrə eksperti Adrienne Rose Bitar kalori azaltma proqramlarının problem yarada biləcəyini qeyd edir: "Alkoqoldan fərqli olaraq yemək yeməyi dayandırmaq olmaz.

Anoreksiya, bulimiya, ortoreksiya kimi bir çox pozuntuların səbəbi zahirən zərərsiz görünən kalori hesablama proqramlarıdır".

Bitar vurğulayır ki, bəzi proqramlar insanlara təhlükəli dərəcədə aşağı kalorili pəhrizlərlə yaşamağı tövsiyə edir.

Kalori hesablamağın alternativi nədir?
Qida sənayesi xaricində enerji kalorilərlə yox, joulla ölçülür.

Artıq bəzi qida şirkətləri də qidanın enerji dəyərini kaloriylə deyil, kilojoulla göstərməyə başlayıb. Britaniya Qidalanma Fondunun əməkdaşı Bridget Benelam kimi ekspertlər kalorilərə tamamilə məhəl qoymamağı doğru hesab etmirlər.

O, bütün çatışmazlıqlarına rəğmən kalorinin funksional dəyəri olduğunu söyləyir:

"Piylənmə bu gün üzləşdiyimiz ən böyük ictimai sağlamlıq problemidir. Ona görə də insanların niyə çox kökəldiyini anlamaq vacibdir".

Kaloriləri saymaq arıqlamaq istəyənlərə pəhriz planlaşdırmasında kömək edə bilər.

"İnsanların nə yediklərini və kalorilərin hardan gəldiyini anlamaq vacibdir. Məsələn, onların doymuş yağı çox istehlak edib-etmədiklərini görmək üçün doymuş yağlardan nə qədər kalori aldıqlarını hesablayırıq. Yəni elmi nöqteyi-nəzərdən kaloriləri hesablamaq vacibdir" – Benelam belə deyir.

Böyük Britaniyanın Milli Sağlamlıq Xidmətinin (NHS) əməkdaşları insanların istehlak etdikləri enerjiylə qidadan aldıqları enerjini tarazlamaları lazım olduğunu bildirir və ara-sıra qəbul edilən artıq dozadan narahat olmamağı tövsiyə edirlər: "Sadəcə növbəti günlərdə daha az enerji qəbul edin".
bbc
 
Ardını oxu...
Azərbaycanda da geniş yayılan II tip diabetin ətlə bağlı olduğu üzə çıxıb.

“Medicina” xəbər verir ki, alimlər diabeti ət məhsullarında olan konservantlar səbəbindən orqanizmdə baş verən problemlər siyahısına salıb.

Konsertvantlar sosis, kolbasa, qaxac ət, konserv və s. ət məhsullarının rəf ömrünü artırmaq, rəngini dadını qorumaq üçün qatılan süni qatqılardır.

Bu maddələrin xərçəng və ürək xəstəliyinə səbəb olması da sübut olunub.
Son elmi araşdırmalar nitritlərin diabetin inkişafında da vasitəçi olduğunu hər gün sübut edir.

Yeni elmi tədqiqat göstərib ki, kolbasa,sosis və bekona xarakterik qırmızı rəng verən konservant II tip diabeti yaradır.
Bu tədqiqatlar bir daha emal edilmiş ət məhsullarının qidada daha az istifadə olunmasının vacibliyini göstərir.

Nitritlər eyni vaxtda bir neçə ağır xəstəliyin, o cümlədən xərçəngin səbəblərindən biridir.

Salyami, paştet, vetçina kimi qidalarda olan nitritlər əslində təbiət üçün zərərsizdir, amma orqanizmdə çox miqdarda orqanizmdə toplandıqda nitrozamin adlı təhlükəli maddəyə çevilir.

Həkim endokrinoloq Antonina Qureyeva bildirib ki, müasir insanlar uzun illərdir nitritlərlə zəngin qidalar yedikləri üçün II tip diabet riski qazanıblar.

Fransa alimləri geniş masştablı araşdırmada 104 min insanı müşahidə edərək bu qənaətə gəliblər ki, rasionunda nitritlər çox olan insanlarda diabet daha çox yaranıb.

“İnsanlar əslində belə qidaları yeməyə bilər. Əti normal təzə halda alıb, evdə yeməklər bişirmək daha sağlamdır. Un,şirniyyat və belə məhsullar 40 yaşdan sonra diabeti artırır”.
 
Ardını oxu...
Ötən illərdə baş transplantasiyası ilə gündəmə gələn italyan neyrocərrah professor Sergio Kanavero ölümsüzlük qapısının beyin nəqli ilə açıla biləcəyi tezisi ilə yenidən gündəmdədir.

Bu barədə Gununsesi.info xarici mediaya istinadən bildirir.

Kanaveronun fikrincə, üzərində uzun müddət çalışılan “arzu” düzgün şərtlər daxilində reallığa çevrilə bilər.

İnsandan insana baş transplantasiyası üzərində çalışan və bütün dünyada təsir bağışlayan italiyalı professor Sergio Kanavero növbəti dəfə mübahisə yaradıb. Məşhur cərrah gələcəkdə insandan insana beyin transplantasiyasının mümkün ola biləcəyini, insanların nəzəri olaraq istədikləri qədər yaşaya biləcəyini bildirir.

Dünyapress TV

Xəbər lenti