Orqanizmdən toksinləri çıxara bilən pendir növü istehsal olunub. Bakupost.az xəbər verir ki, Rusiya Biotexnoloji universitetin alimləri qara mərmər pendir əldə edib. Pendirə aktivləşdirilmiş kömür qatılıb. Onlar bildirib ki, bu məhsul xüsusi istiqamətlidir, müalicəvidir. “Bu pendir orqanizmi, mədə-bağırsaq sistemini təmizləyir, bütün orqanizmə müalicəvi təsir edir. Pendirdə olan kömür toksin, zərərli maddə, qazları çıxarır, diareyanın qarşısını alır, köpü götürür. Qara kömür pendirin dadını dəyişmir, pendir həmişəki qaydada sadəcə pendirdir. Qiyməti də adi pendirdən çox fərqlənməyəcək. Pendirin reseptində təbii, yerli inqridiyentlərdən istifadə olunub. Kütləvi istehsal üçün güclü istehsalat avadanlığı olan müəssisəyə ehtiyac var”.
Əgər soyuqdəymə və qripin əlamətini, yoluxduğunu ilk başda, hələ simptomlar olmadan hiss etsəniz, dərhal antivirus preparatları qəbul etmək xəstəliyin müalicəsini tezləşdirir.
“Medicina” xəbər verir ki, bu barədə pulmonoloq Oleq Abakumov bildirib. “İndiki qriplə bacarmaq üçün müasir antivirus preparatlarını vaxtında içmək lazımdır. Xəstəliyin ilk yüngül əlamətləri az hiss olunan kimi bu dərmanı içmək lazımdır.
Əgər xəstəliyin ilk dəqiqələrində hələ qızdırma qalxmadan içsəniz, qızdırma çox yüksəlməyəcək, öskürək artmayacaq, burun-boğaz axmayacaq, virus orqanizm daxilində artıb, toksin ifraz etməyəcək, yəni bədən halsız düşməyəcək.
Bunun üçün Oseltamivir adlı preparat effektivdir.
Əgər quru qızdırmalı öskürək varsa, deməli, bakterial yox, virus xəstəliyidir. O zaman bu dərmanı içmək olar.
Eləcə də soyuqdəymə və qrip zamanı evdə qalıb, bol maye içmək lazımdır. İnsan tərlədikcə mikrolementlər yuyulub gedir. Ona görə, mineral balansını təmin etmək üçün bol su içmək lazımdır”.
Bədəndə, göz dibində sarılıq, əllərdə saralma sirrozun əlamətidir.
Əgər sirroz başladısa, vəziyyəti geri döndərmək mümkün deyil.
Teref.az xəbər verir ki, terapevt Filipp Kuzmenko sirroz barədə maraqlı açıqlama verib.
“Spirtli içki qaraciyəri məhv edir, bunu hamı bilir. İçki içənlər dəriləri saralmayana qədər bu təhlükəni gözardı edir. Əgər saralma baş verdisə, onu artıq geri qaytarmaq mümkün deyil. Qısacası, bu artıq sondur.
Düzdür, sirroz ölümə səbəb olur, amma statistikaya görə, içki içənlər sirrozdan çox ürəyin dayanması, insult və alkoqol zəhərlənməsindən həyatını itirir.
Bəs qaraciyəri içkidən qorumaq olarmı? Olar, bir yolla – içməyi unudasız.
Sirroz simptomsuz başlayır, birinci mərhələdə ümumi narahatlıq, zəiflik, içtah azalması olur”.
Qaraciyər ağrımadığı üçün ağrı artıq sirrozun irəli mərhələsində sağ qabırğaaltında sinir ağrısına bənzəyir (medicina.az).
Tarif Şurası 48 dərman vasitəsinin qiymətini təsdiq edib, 31-nin qiymətini artırıb.
Toplum TV xəbər verir ki, müvafiq qərar qurumun yanvarın 31-də keçirilən iclasında qəbul olunub.
Bildirilir ki, bu qərar nəticəsində ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiyməti təsdiq edilmiş dərman vasitələrinin sayı 13 690 təşkil edir.
Türkiyədə cəmiyyətin məşhur simalarından Aslı Çetiner və iş adamı Tahsin Çiftkurtun 24 yaşlı qızı Leyla Çiftkurt İngiltərənin paytaxtı Londondakı evində ölü tapılıb.
Leyla Çiftkurtun Londonda universitet tələbəsi olduğu bildirilir.
Aslı Çetiner iki gün Leyladan xəbər ala bilməyib və Londonda təhsil aldığı universitetlə əlaqə saxlayıb. Universitetdən Leylanın dərslərə gəlmədiyi bildirilib. Bu halda Çetiner qızının dostlarından kömək istəyib.
Leylanın dostları polisin müşayiəti ilə onun evinə daxil olduqda şok yaşayıblar. Leyla öz evində ölü tapılıb.
Aslı Çetiner Londona uçub. Polis hələ ki Leylanın müəmmalı ölümü ilə bağlı açıqlama verməyib. Lakin onun intihar edə biləcəyi ilə bağlı xəbərlər yayılıb.
İngiltərədə qrip əlamətləri ilə xəstəxanaya müraciət edən 21 yaşlı həvəskar futbolçu Lyui Devinin hər iki ayağı amputasiya edilib.
Demokrat.az xəbər verir ki, İngiltərədəki Willington İdman Klubunun həvəskar futbolçusu, 21 yaşlı Lewi Devey, qrip əlamətləri və nəfəs çatışmazlığı şikayəti ilə xəstəxanaya müraciət edib. Həkimlər gəncə pnevmoniya və B qripi diaqnozu qoyublar. Vəziyyəti pisləşdikdən sonra futbolçu 31 gün süni nəfəs aparatına qoşularaq yuxuya gedib.
Yanvarın 9-da gəncə sepsis (qan zəhərlənməsi) və çoxlu orqan çatışmazlığı diaqnozu qoyulub və hər iki ayağının dizdən yuxarı amputasiyasına qərar verilib. Çətin əməliyyatdan sonra 21 yaşlı futbolçunun ayaqları amputasiya edilib.
Mərci şorbasının sən demə insan orqanizmi üçün zərərləri də var imiş.
"DogruXeber.az" 100 qram mərci ilə 100 qram mərcinin protein tərkibi bərabərdir. Hətta, mərci ətdən daha faydalıdır, çünki tərkibində heyvan mənşəli yağlar yoxdur.
Elə daxili orqanların yağlarının əriməsi üçün mərci şorbası xeyirlidir Mərci də yaşıl çay kimi antioksidantlarla zəngindir. Bu oksidantlar isladılıb bişirilərkən daha da artır. Tədqiqatlara görə mərci orqanizmdə xolesterinlə də mübarizə aparır.
Eyni zamanda ürəyin də sağlamlığı üçün faydalıdır. Tərkibi B qrup vitaminlərinin hamısı olduğu üçün stress və yorğunluğu götürür.
Əgər əsəbisinizsə, yaxud qan azlığından əziyyət çəkirsinizsə, bu dənli bitkidən istifadə edin.
Lakin, onu da qeyd edək ki, zərərli tərəfləri də var. Zərərli tərəfləri isə mədədə gec həzm olunmasıdır. Eyni zamanda sidikdə zülal tərkibi çox olanlar qətiyyən mərci istifadə etməsin, çünki zülalı artırır.
Mütəxəssislər mərci şorbasını həftədə 3 dəfədən artıq yeməməyi tövsiyyə edir.
"ABŞ-ın icazəsi olmadan F-35 qırıcılarının alıcıları onlardan istifadə edə bilməzlər".
“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin "Baykar" şirkətinin idarə heyətinin rəhbəri Səlcuq Bayraktar bildirib.
“F-35-ləri alan ölkələrə və onların üzləşdiyi problemlərə baxın. Onlar ABŞ-ın icazəsi olmadan qırıcılardan təkbaşına istifadə edə bilməyəcək. Ölkənin suverenliyi yalnız öz texnologiyalarını inkişaf etdirdikdə mümkündür. Kənardan əldə edilən ən qabaqcıl texnika ölkə daxilində yaradılan ən bəsit vasat texnologiyadan qat-qat pisdir”, - Bayraktar deyib.
Bundan əvvəl ABŞ Ankaranın Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini almasına cavab olaraq Türkiyəni F-35 qırıcılarının tədarükü proqramından kənarlaşdırmışdı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerikanın digər qırıcıların - dördüncü nəsil F-16-ların alınması təklifini açıqlasa da, Konqresdə hələlik razılaşmanın əleyhdarları var. Ərdoğan, həmçinin bildirib ki, Ağ Ev Türkiyəyə F-16-ları satmağa hazırlaşır, lakin imtina ediləcəyi təqdirdə digər ölkələrə, o cümlədən Rusiyaya müraciət edə bilər.
İranın İsfahan şəhərinə dron hücumu uğurlu olub, hərbi obyektdə ən azı dörd partlayış baş verib.
“Report” xəbər verir ki, bu barədə İsrailin “Jerusalem Post” qəzetinə Qərb kəşfiyyatındakı mənbələr bildirib.
Qeyd olunub ki, İsfahanda mütərəqqi silahların işlənib hazırlanmasını həyata keçirən obyektdə dörd partlayış baş verib: “Bunu sosial şəbəkələrdə yerləşdirilən qeydlər sübut edir. Zərər İranın iddia etdiyi “damın kiçik zədələnməsindən” çox daha böyükdür”.
Qəzetin yazdığına görə, əvvəllər İran hakimiyyəti bu cür insidentlərdə hərbi obyektlərə ciddi ziyanın dəydiyini əvvəlcə təkzib edir:
“Yalnız bir müddət sonra Tehran dəymiş ziyanın miqyasını açıqlayır. Bu, dəyən ziyanın effektivliyini təsdiqləyən və İran hakimiyyətinin ilkin rəsmi versiyasını təkzib edən peyk şəkilləri ictimai sahəyə çıxdıqdan sonra baş verirdi”.
Qəzetin mənbələrinə görə, İsrailin kəşfiyyat orqanlarının İranın nüvə proqramı ilə bağlı hədəflərə qarşı keçmişdə uğurlu hücumlar həyata keçirib.
2022-ci ildə uşaqlarda ən çox aşkarlanan xəstəliklər məlum olub.
Bu barədə Medicina.az -a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, ötən il uşaqlarda aşkar olunan xəstəliklər arasında göz xəstəlikləri - 25% (əsasən yaxındangörmə), həzm sistemi - 20% (əsasən stomotoloji), tənəffüs sistemi - 13.5% (əsasən LOR), sümük-əzələ sistemi - 12.3% (əsasən qamətin pozulması) xəstəlikləri üstünlük təşkil edib.