Ardını oxu...
İnsan sağlamlığına bir çox faydası olan qarğıdalının saçağının da orqanizmimizə inanılmaz köməyi var.
"Medicina" böyrək xəstələri və eləcə də diabetlərə faydalı olan çayın reseptini təqdim edir.

Qarğıdalı saçağından hazırlanmış çay böyrək daşlarının yaranmasının qarşısını alır.
Kişilərdə rast gəlinən prostat problemlərini aradan qaldırır.
Qarğıdalı saçağı çayı bədənə qüvvət verərək revmatizm ağrılarına fayda göstərir.
Yetişmiş və bir az tündləşmiş qarğıdalı saçaqlarını kiçik bir çaynikdə qaynar suyun içinə qoyaraq az odda 10 dəqiqə dəmləyin. Artıq çay içilməyə hazırdır.
Ardını oxu...
“Azərbaycanda uzun müddət yod çatışmazlığı xəstəliyi mövcud olub. 2001-ci ilin 27 dekabrında "Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədilə duzun yodlaşdırılması haqqında qanun" qəbul edilib.
Qanunun 8.3 maddəsinə qeyd olunur ki, yodlaşdırılmamış duzun qida və yem məqsədləri ilə istehsalı, satışı və Azərbaycan Respublikasında idxalı qadağandır".
Teref.az bildirir ki, bunu "Sherg.az"a açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib.
Onun sözlərinə görə, qanunun həyata keçirilməsi üçün AİB bir neçə layihə icra edib:

"BMT-nin duz üzrə eksperti ilə dəfələrlə gecə Masazır gölünün rəngini dəyişməsini izləmişik. Rayonlarda ailələr səviyyəsində monitorinqlər aparmışıq. Nəhayət, qanunun həyata keçirilməsində müvəffəqiyyətlər əldə olunub.
Vaxtilə bazarda cəmi 15 faiz yodlaşdırılmış duz olduğu halda, hazırda 85 faizdir.
Duzun yodlaşdırılmasın dair standart da mövcuddur. Həmin standarta əsasən, 1 kiloqram duzun tərkibində 40 milliqram yod olmalıdır. Üstəlik yodlaşdırılmış duzun yararlılıq müddəti 1 ildən artıq deyil. Çünki 1 ildən sonra yod duzun tərkibindən uçur. Yodlaşdırılmış duz qaranlıq yerdə, saxlanılmalıdır. İsti yox, nisbətən soyuq xörəyə tökülməlidir".

E.Hüseynovun qənaətincə, istehsalçı "S S Brothers” şirkəti yodlaşdırılmış duzun yararlılıq vaxtını 1 ildən artıq qoyub:

"Güman ki, yodun miqdarı duzun tərkibində deyilən standartlara uyğun olmayıb. Ona görə də, Azərbaycaqn Qida Təhlükəsizliyi Agentliyi ( AQTA ) haqlı olaraq qarşısını alıb. AQTA-dan xahiş edirəm ki, boynunu çevirib marketlərə də baxsın. Marketlərdə 15 faizdən yuxarı yodlaşdırılmamış duz satılır. Müxtəlif ölkələrdən gətirilir. 1 kiloqramının qiyməti 10 manat duzlar da var. Dəniz duzu, zəngiləşdirilmiş duz adı altlnda satılır. Azərbaycana bir çox ölkələrdən duz idxal edilir, o vümlədən, İran və Ukraynadan və s. Duz bazarında liberal azad bazar şəraiti olarsa, duzun qiyməti də aşağı düşər. Pakistandan duz idxal edən şəxs duzun tərkibindəki yodun miqdarı yerində yoxlasın.

Əhalinin yodlu duzu tanıması o qədər asan deyil. Yod duzun tərkibində qoxu vermir. Sadəcə etiketinə baxmaq lazımdır. Duzu yodlaşdırmayan bəzi şirkətlər yalandan üzərinə "yodlu duz" yazır. Bəlkə də, yod vurmur, yaxud normadan aşağı olur”.
E.Hüsyenov çağırış edib: “Mağazalarda ciddi monitorinq aparılsın. Gömrük orqanlarına tapşırıq verilsin. Yodsuz duzun Azərbaycana idxalı qanunun 8.3 maddəsinə görə qadağan olunduğu üçün heç bir aldadıcı reklamlara inanmasınlar. Duzun tərkibini xüsusi testlərlə yoxlayırlar. AİB-də, gigiyena, həmçinin gömrük orqanlarında həmin testdən var. 30 saniyəyə müəyyən etmək mümkündür. Yodun miqdarı da standartlara uyğunlaşdırılmalıdır".

Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə, xaricdən Azərbaycana gətirilən 22 ton xörək duzunda nöqsanlar aşkarlanıb.“Inovax General Trading” MMC-nin Pakistandan idxal etdiyi “S S Brothers” şirkətinin istehsalı olan, ümumi çəkisi 22,29 ton xörək duzu məhsuluna (10.10.2022-31.12.2024 istehsal və son istifadə tarixli) agentliyin müfəttişlərinin keçirdiyi baxış zamanı götürülən nümunələrin müayinələri nəticəsində məhsul partiyasında yodun miqdarının normadan aşağı olduğu müəyyənləşib. Aşkar edilmiş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
 
Ardını oxu...
Damarlarda tromb yaranmasına qarşı təsirli qidalar içində birinci yeri yağ tutur.
Bakupost.az xəbər verir ki, nutrisoloq Olqa Panova treska balığı qaraciyəri, albalı, giləmeyvələr və günəbaxan yağının trombdan müdafiə etdiyini açıqlayıb.
“İnsan tromb yaranmasına qarşı səfərbər olmalıdır. Bunun üçün fiziki aktiv və hərəkətdə olmaq lazımdır. Uzun müddət divanda, stulda oturaq iş, həyat və addım atmamaq tromboz riskini artırır.
Eləcə də qidalardan vişnə qanı durulaşdırır. Tromba qarşı hər gün bir ovuc vişnə yemək lazımdır.
Tromba qarşı ikinci vasitə yaşıl çaydır.
Yağlardan isə təmiz günəbaxan yağı antioksidantla və E vitamini ilə zəngin olduğundan trombositlərin çox sintez olmasına mane olur və nəticədə trombun qarşısını alır. Söhbət satışda olan rafinə olunmuş qoxusuz yağdan yox, rafinə edilməmiş, kəskin qoxulu təmiz yağdan gedir.
Eləcə də yağlı balıq və balıq qaraciyəri yemək mütləqdir. Bu məhsullarda təbi heparin var, onlar damar divarlarını bərpa edir, qanın qatılaşıb pıtrı əmələ gətirməsinə mane olur”.
 
Ardını oxu...
Ən bahalı səhiyyə ABŞ-dadır.

İndex.az xəbər verir ki, ABŞ-da 1 ildə orta hesabla adambaşına düşən səhiyyə xərcləri 12 318 dollardır. Siyahının ikincisi 7 383 dollarlıq səhiyyə xərcinə sahib Almaniya, üçüncüsü isə 6 262 dollar səhiyyə xərci olan İsveçdir.
Teref.az 1 il ərzində orta hesabla adambaşına düşən səhiyyə xərclərini təqdim edir:
Ardını oxu...
 
Ardını oxu...
Çilidə beş yaşlı qıza süd vəzisi xərçəngi diaqnozu qoyulub.

O, dünyada oxşar diaqnoza malik ən gənc xəstə olub.

Hazırda Mauranın artıq yeddi yaşı var və o, iki ildir sağalmaz xəstəliklə yaşayır. Anası Patrisiya Munoz qızının cəmi beş yaşında ikən bədənində şiş aşkarlandığını deyib. Müayinədən sonra həkimlər bunun bədxassəli şiş olduğu qənaətinə gəliblər.

Maura xərçəngin digər orqanlara keçməsinin qarşısını almaq üçün döşünü tamamilə çıxarmaq üçün əməliyyat olunub.

Ananın sözlərinə görə, qızı hələ də xəstəliyinin təhlükəsindən xəbərsizdir.

O, övladının böyüyəndə psixoloji problemlərlə üzləşəcəyindən narahatdır.

İndi balaca xəstənin ailəsi xərçəngin metastaz verib-verməməsini göstərəcək növbəti müayinənin nəticələrini gözləyir. Əlavə müalicənin İspaniyanın Barselona şəhərində, uşaqlardakı şişlər üzrə ixtisaslaşmış xəstəxananın olduğu yerdə aparılması planlaşdırılır.

Mənbə: lenta.ru
 
 
 
Ardını oxu...
İsrailin Müdafiə Qüvvələrinin (IDF) tibbi yardım heyəti Türkiyəyə gəlir.

APA xəbər verir ki, bununla bağlı İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, fevralın 8-də səhər tibb heyəti Türkiyənin cənubunda humanitar yardım səylərinə qoşulmaq üçün yola düşəcək. "Nümayəndə heyəti zəlzələdən zərər çəkmiş ərazilərdə səhra xəstəxanası yaradacaq və tibbi yardım göstərəcək", XİN bildirib.

Qeyd edək ki, İsrailin axtarış-xilasetmə qrupunun birinci hissəsi bu səhər Türkiyəyə gəlib.
 
Ardını oxu...
Ümumdünya Səhiyyə Təşkilatı həyacan təbili çalır...

Transyağlar - bu ifadəyə son vaxtlar kütləvi informasiya vasitələrində tez-tez rast gəlmək olur. Hər şeyə laqeyd olmağımızdanmı, yoxsa başımızın daha ciddi işlərə qarışmasındanmı, bəlkə də bu sözün ilk yarısını tutan xoşagəlməz məna tutumundanmı – hansısa səbəbdən bu olduqca vacib mövzuya o qədər də diqqət etmirik.

Vəziyyət isə belədir: Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu yaxınlarda sənaye yolu ilə əldə olunan transyağ turşularının qida kimi istifadəsini bütün dünyada tamamilə qadağan etməyə çağırdı. Həmin çağırışda daha sonra qeyd edilirdi ki, dünyada hər il yarım milyon insanın erkən ölümünə səbəb məhz süni yolla əldə olunan, əslində normalda duru halda olan bitki yağlarının hidrogenləşdirilməsi yolu ilə alınan və beləliklə də adi otaq temperaturunda bərk halda olan transyağların qida kimi istifadə olunmasıdır.

Bəs bu trans yağ – elmi adı ilə desək, süni transyağ turşuları ilə biz məişətdə necə və harada qarşılaşırıq? Bu məsələ isə müxtəlif dünya ölkələrində fərqlidir. Məsələn, artıq 2020-ci ilədək dünyanın 58 ölkəsində bu yağların istifadəsi ya tamamilə qadağan olunub, ya da ciddi şəkildə məhdudlaşdırılıb. Bunlara ABŞ, Kanada, Latviya, Sloveniya aiddir. Əksər Asiya ölkələri, Cənubi Amerika və təbii ki, Afrika ölkələrində isə hələ də bu zəhərli yağlar sərbəst şəkildə istifadə olunur.

“Amerikanın səsi” radiosunun ÜST-nın bu hesabatı ilə bağlı yaydığı məqalədə Azərbaycanın da adı bu qorxunc siyahıda bilavasitə qeyd edilib. (yazının linki WHO Calls for Removal of Trans Fat in 2023 (voanews.com)) Elə həmin yazıda qida və sağlamlıq ekspertlərinin fikrinə əsaslanaraq o da bildirilib ki, əgər bütün dünyada bu zəhərli yağlar qadağan edilsə və istifadəsi dayandırılsa 2040-cı ilədək 17 milyon insanın vaxtından əvvəl infarktdan, insultdan və xərşəngdən ölməsinin qarşısı alına bilər.

Bəli, 17 milyon insan – hardasa bizim ölkə əhalisinin iki qatı qədər insan xilas edilməsini gözləyir. Bir qədər əvvəlki sualın cavabına gəldikdə isə, konkret olaraq biz bu zəhərli yağlarla belə demək mümkünsə, tamamilə iç-içə yaşamaqdayıq. Onlar hər yerdədir: kərə yağı, kərə ətirli yağ və s. adı altında ərzaq mağazaları vitrinlərində, bütün hazır satılan un məmulatlarında, şirniyyatlarda, peçenyelərdə, vaflilərdə, kartof çipsilərində və həmçinin yağda qızardılmış yeməklər bişirilən restoran və qida hazırlanan bütün hər yerdə.

Bəs, niyə bu süni trans yağlar belə geniş yayılıb? Əsasən ona görə ki, nisbətən ucuzdur və qida məhsullarının daha uzun müddət “təzə” qalmasını təmin edir. Başqa cür desək ərzaq məhsullarının “rəf müddəti”nin uzun olmasına, beləliklə də satışda problemlərin olmamasına səbəb olur. Problem isə, əlbəttə ki, bir müddət sonra insanların səhhətində özünü göstərsə də bu barədə heç kim danışmır. Məsələnin maraqlı tərəflərindən və bu yağların qida kimi istifadəsinin əleyhinə olan ən bəsit arqument isə məhz burada gizlənib. Uzun müddət xarab olmamaq o deməkdir ki, ərzağı xarab edəcək mikroskopik canlılar – bakteriyalar bu qidalara yaxın düşmürlər. Yəni Allahın onlara verdiyi qabiliyyət sayəsində bizdən fərqli olaraq xarici görünüşə aldanmırlar.

Yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, heyvanın südündə və ətində rast gəlinən təbii trans yağ turşuları (məsələn kərə yağının tərkibində olan) və ya başqa cür desək doymuş yağlar artıq elmi dairələrdə əvvəlki populyarlığına qayıdıb. Əksər tədqiqatlar təbii yağların orqanizm üçün mühüm əhəmiyyətini təsdiq edir. Süni trans yağlar isə kimyəvi tərkibinə görə heyvan mənşəli bu natural yağlardan tamamilə fərqlidir. Yəni insan yağa olan tələbatını heyvan mənşəli yağla təmin etməlidir, süni yolla - hidrogenləşdirilmiş bitki yağlarından isə var gücü ilə uzaq qaçmalıdır.

ÜST-ün çağırışı ilə əlaqədar əsas məsuliyyət isə ölkəmizdəki qanunverici və icra hakimiyyətinin üzərində düşür. Daha çox ləngimədən süni transyağların qadağan edilməsi və qida sənayesindən çıxarılması, beləliklə də xalqımızın bundan daha artıq zəhərlənməsinin qarşısının alınması üçün fəaliyyətə başlamalı, müvafiq qanun qəbul edərək icraya yönəldilməlidir.

Sonda vətəndaşlarımız üçün Amerika Ürək Assosiasiyasının (AHA) tövsiyyələrindən bir neçəsini xatırlatmağı özümə borc bilirəm:

Tərəvəz, meyvə, tam taxıllı qidalar, az yağlı qoyun və mal əti, balıq, quş əti, ləpələr (qoz, fındıq və s.) yeyin. Qırmızı ətə, hətta təbii olsa belə - şəkərli qidalara və içkilərə (bura mürəbbələr də aiddir) limit qoyun. Yalnız natural yağlar istifadə edin – təbii kərə yağı və duru halda olan bitki yağları, əsasən də Zeytun yağı.

Hidrogenləşdirilmiş yağları isə mətbəxinizə buraxmayın, tərkibində bu cür yağ olan heç bir ərzaq istifadə etməyin və evdən kənarda dərin qızardılmış heç bir şey yeməyin! İlk növbədə uşaqlarınızı bu zəhərli yağlardan uzaq saxlayın!

Həsrət RÜSTƏMOV


 
Ardını oxu...
London İmperial Kollecinin tədqiqatçıları bəzi məlumatları təhlil edərək yumurtalıq xərçəngi hallarını xəstəliyin inkişafının erkən mərhələsində aşkarlamağın mümkünlüyünü ortaya çıxarıblar.

Cebhe.info xəbər verir ki, araşdırma “JMIR Public Health and Surveillance” jurnalında dərc olunub.

Elm adamları iki böyük aptekdən əldə edilən məlumatlardan istifadə etməklə 300 qadının altı il ərzində alış-verişini təhlil ediblər. Onlar aşkar ediblər ki, sonradan yumurtalıq xərçəngi diaqnozu qoyulan qadınlar ağrı və həzmsizlik üçün daha çox dərman alıblar. Satınalmalarda bu dəyişiklik diaqnozdan səkkiz ay əvvəl müşahidə edilə bilər.

Statistikaya görə, erkən mərhələdə diaqnoz qoyulsa, yumurtalıq xərçəngi diaqnozu qoyulan qadınların 93% -i beş il və ya daha çox yaşaya bilər. Yumurtalıq xərçəngi son mərhələdə aşkar edilərsə, beş il yaşamaq şansı 13% təşkil edir. Eyni zamanda, yumurtalıq xərçəngi erkən mərhələdə çox nadir hallarda aşkar edilir: bu xəstəliyi olan hər beş qadından biri xəstəlik artıq bədəni çox zəiflətdiyi zaman təcili yardım otağında diaqnozunu öyrənir.

Yumurtalıq xərçənginin simptomları xəstəliyin ilkin mərhələlərində gizli də ola bilər, bu da bəzi qadınların vəziyyətini ciddi hesab etmədikləri üçün həkimə getmək əvəzinə aptekdən dərman almağa məcbur edir. Erkən simptomlara iştahsızlıq, qarın ağrısı və şişkinlik daxil ola bilər.

Bu araşdırmada iştirakçılar diaqnoz qoyulmasından təxminən 4,5 ay əvvəl yumurtalıq xərçəngi ilə əlaqəli olduğu aşkar edilən simptomları özlərində hiss etdiklərini qeyd etdilər. Həkimə müraciət diaqnoz müddətini 3,5 aya qədər azaldıb. Həkimlər bu simptomlara məhəl qoymamağın insan həyatı üçün təhlükəli ola biləcəyini vurğulayırlar.
 
Ardını oxu...
Avropa Sağlamlıq Birliyinin araşdırmaçıları bütün Avtropa boyu xalça və kavrolitlərdə toplanan toksiki maddələrə diqqət çəkərək, həkimləri və əhalini xəbərdar ediblər.

"Medicina" məlumatına görə, alimlər xalçalarda 59 ciddi maddəni aşkarlayıb ki, bunlara yüksək kanserogen və ağır metallar daxildir. Hansı ki, bu maddələr insan orqanizminə keçərək onkoloji, endokrinoloji problemlər yaradır. Toksiki maddələrin tənəffüslə və dəri ilə qana keçməsi xüsusən hamilə qadınlar, körpələr və xəstə adamlar üçün təhlükəlidir.

Ağır metallar – civə, qurğuşun, kadmiy müasir xalçaların hazırlanması zamanı onlara vurulan boyanın tərkibində olur. Bu maddələr sintetik parça, xalça və ayaqaltıların tərkibində katalizatorlar kimi yer alıb. Bunlardan əlavə xalçaları təhlükəli edən daha bir səbəb onların tərkibinə vurulan suya, qoxuya qarşı və yanmaya davamlı olması üçün vurulan kimyəvi maddələrdir.


Çox toksiki maddələr 5-10 ildən sonra sağlamlıqda öz təsirini göstərir. Bu müddət ərzində onlar orqanizmdə yavaş-yavaş toplanır. Xalçaların tərkibində olan 59 toksiki maddədən 10-u rəsmi olaraq "yüksək dərəcədə təhlükəlilik” kimi qeydə alınıb, 4-ü isə formal olaraq sənayedə qadağan olunub. Amma hələ də bu maddələr istehsalda istifadə edilir.


Tədqiqatın müəllifləri öz məruzələrində Avropa səhiyyə komissiyasını bu məsələdə günahkar bilir.

" Bİz açıq-aydın görürük ki, Avropa komissiyası sağlamlıq üçün potensial təsirləri nəzərə almayıb və öhdəliyini lazımınca yerinə yetirməyib. Bu səhvi düzəltmək olar, istehlakçıların və vətəndaşların sağlamlığına zərər vurmayan material və maddələrin istifadəsi istiqamətində əlavə resurslar axtarılmalıdır. Avropada toksinsiz iqtisadiyyat qurulması üçün vacib sayılacaq bu addım bir çox xroniki xəstəliklərin və onkologiyanın inkişafının qarşısını alacaq. Bizim araşdırmamızın nəticəsini və məsləhətlərimizi təcrübədə tətbiq etməklə, cəmiyyətin ən zəif üzvləri olan hamilə qadınlar və uşaqları təhlükədən qorumaq olar- deyə Alyansın rəhbəri Genon Censen bildirib”
 

Dünyapress TV

Xəbər lenti