Ardını oxu...
Bədən məşqləri, idman, hərəkət demensiyaya qarşı ən güclü təsirli alətdir.

Bədənində, belində daim xroniki ağrı olan insanlar bunun qarşısını vaxtında almalıdır.
“Medicina” xəbər verir ki, demensiya beynin fəaliyyətinin azalmasıdır. Son 10 ildə demək olar ki, 50% yaşlılarda rast gəlinir. Hələ ki, müalicəsi yoxdur, lakin onu artıran faktorlar məlumdur.

Yeni elmi araşdırma göstərib ki, 3 ay və daha çox müddətdə bel, kürəyində ağrılar olan insan yaşlandıqda daha çox yaddaş pozuntusu və əqil geriliyindən əziyyət çəkir.

Xroniki ağrı eləcə də artrit, onurğa problemi və ya xərçəngdən ola bilər.
Hipokamp – beynin yaddaş, təhsil hissəsinə cavabdehdir.

Araşdırmalar göstərib ki, xroniki bel ağrılarından əziyyət çəkən insanlarda 60 yaşa doğru bu hissə daha tez qocalıb.
Nevroloq Aleksandra Alexina bildirib ki, bədənin 2 müxtəlif hissəsində uzun aylar, illər çəkən ağrı hipokampın kiçilməsinə səbəb olur.

Hipokamp boz maddədir, o bədəndə ağrı nöqtələrinin sayına görə təsirlənir və 60 yaşlardan sonra xüsusilə kiçilir.

Məsələn, bədənində 5-7 nöqtədə ağrı olanlarda hipokamp 4 dəfə kiçilmişdi. Bu ümumilikdə beynin 8 il qocalması deməkdir.
Ardını oxu...
Qalxanvari vəzi ilk olaraq 1656 – cı ildə termin kimi ingiltərəli həkim Tomas Uorton tərəfindən işlədilib. O zamanlar bu orqanın qadın boqazını yumru və gözəl göstərdiyini demişdir.

Əslində, qalxanabənzər vəz daxili sekresiya vəzisidir, onun hüceyrələri maddələr mübadiləsini və enerjini, böyümə proseslərini, toxuma və orqanların fəaliyyətini idarə edən hormonlar (tiroksin və triiodotironin) istehsal edir.

Trioid hormonları beynin, sinir və ürək-damar sistemlərinin, mədə-bağırsaq traktının fəaliyyətini tənzimləyir, reproduktiv funksiyaya, süd və tər vəzilərinin fəaliyyətinə təsir göstərir.

Qalxanabənzər vəzi pozulmasının simptomları:

- apatiya;

- iştahsızlıq, kilo itkisi və ya əksinə, bədən çəkisinin kəskin artması;

- qıcıqlanma, göz yaşı;

- ürək döyüntüsü hissi;

- quru dəri, saç tökülməsi;

- qadınlarda menstrual dövrünün pozulması;

- libidonun azalması;

- tərləmə, yuxu problemi;

- üzün, barmaqların, alt ekstremitələrin şişməsi;

- yaddaş və diqqətin azalması;

- səs-küy, depressiya və daha çox.

Qalxanabənzər vəzi xəstəliyinin ən çox rast gəlinən növləri :

- diffuz eutiroid guatr;

- otoimmün tiroidit;

- kolloid düyünlü guatr;

- hipotiroidizm;

- multinodulyar guatr;

- tirotoksikoz;

- subakut tiroidit.

Qalxanabənzər vəzinin böyüməsində əsas səbəblər yod çatışmazlığı, irsi meyl (genetik dəyişikliklər), müəyyən dərman qəbul etmək, qanda dəmir çatışmamazlığı, ətraf mühit faktorlarıdır.\\Medicina.Az
Ardını oxu...
"Vita Aptekləri” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində protokol tərtib edilib.

Qaynarinfo-nun məlumatına görə, şirkət nəzarət markası ilə markalanmalı olan malların, məmulatların və məlumat materiallarının belə nəzarət markası olmadan satış və ya yayılma məqsədi ilə saxlanmasına, istehsal binasının hüdudlarından kənara çıxarılmasına, satılmasına və ya digər üsullarla yayılmasına görə məhkəməyə verilib.

Binəqədi rayon Məhkəməsinin hakimi Elçin Ağayevin sədrliyi ilə martın 9-da keçiriləcək məhkəmədə fakt təsdiqini taparsa, şirkət nəzarət markası olmayan mallar, məmulatlar və məlumat materialları müsadirə edilməklə, 150 manat cərimə ediləcək.

Qeyd edək ki, "Vital aptektləri” MMC-nin qanuni təmsilçi Sadıqov Elçin Ağasadıq oğludur. Elçin Sadıqov həm də "Dokta” MMC-nin qanuni təmsilçisi olsa da, sahibi deyil. Şirkətin sahibi deputat Cavanşir Feyziyev olduğu deyilir. "Dokta” MMC onun əczaçılıq sahəsində təsis etdiyi ilk şirkətdir. Cavanşir Fyeziyev həm də dərman bazarının əsas oyunçularından olan "Avromed”in sahibidir.
 
Ardını oxu...
"Hər iki dəqiqədə bir qadın hamiləlik və ya doğuş zamanı ölür"

32gun.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, 2015-ci ildən bəri bu məlumatlar dəyişməyib.

Sənəddə deyilir: “Son illərdə qadınların səhhətində narahatlıq doğuran tendensiyalar yaranır, çünki ana ölümü dünyanın demək olar ki, hər bir regionunda ya artıb, ya da durğunlaşıb”.

2020-ci ildə dünyada 287 minə yaxın ana ölümü qeydə alınıb. "BMT-nin səkkiz regionundan ikisində - Avropa və Şimali Amerika, Latın Amerikası və Karib hövzəsi hövzəsi - 2016-cı ildən 2020-ci ilə qədər ana ölümü nisbətləri müvafiq olaraq 17% və 15% artıb" .

BMT-nin məlumatına görə, 2020-ci ildə hamiləlik və ya doğuş zamanı bütün ölümlərin təxminən 70%-i Saharadan cənubda olan Afrikada baş verib. ÜST dünyanı bu nisbətləri azaltmaq üçün tədbirlər görməyə çağırır, əks halda 2030-cu ilə qədər bir milyondan çox qadın ölə bilər.
 
Ardını oxu...
Təhlükəsiz arıqlamaq heç də göründüyü kimi asan deyil. Pəhriz və qidalanma prinsiplərinə riayət etmək çox çətindir.

Həftədə 0,5 - 1 kiloqram arıqlamaq təhlükəsiz hesab edilir. Təbii bəzi üsullar var ki, daha sürətli kilo vermək mümkün olur.

Sağlam və orqanizmə fəsadsız arıqlama üçün əsas metodları təqdim edirik:

Rafinə edilmiş karbohidratları rasionunuzdan çıxarın. Məsələn şəkər, qənd. Onları meyvə - giləmeyvələrlə əvəz edin. Eləcə də tərəvəzlərlə.

Mürəkkəb karbohidratların lehinə olan digər vacib nüans, həzm traktının sağlamlığı üçün faydalıdır, həmçinin toxluq hissi yaradır.

Karbohidratların orqanizmdə tənzimlənməsi və azaldılması:

- İştahı azaldır.

- Çəkinin daha tez azalmasına gətirib çıxardır.

- Metobalizmi sürətləndirir

- Bir çox xəstəliklərin qarşısını alır
Mənbə: Medicina.Az
 
Ardını oxu...Dünyada bir-birinə qarşı olan iki tibb sistemi var - Qərb və Şərq tibb sistemi. Qərb tibb sisteminin əsasını Paracelsus qoyub, mineraloji dərman müalicəsini əsas götürərək xəstəliklərin özlərinə və səbəblərinə təsir etmədən simptomlarını aradan qaldırılmasına yönəlikdir. Şərq təbabəti baxımından bu sistem xəstəlikləri yeni adlarla adlandırmaqla, anlayışları, başqa anlayışlarla əvəz etməklə (məsələn, XƏRÇƏNG- GÖBƏLƏK ) əslində xəstəliklərin sayını və müddətini artıraraq əczaçılıq dünyasına milyardlarla haram mənfəət qazandırmış oldu . Bu murdar siyasətin nəticəsidir ki, kimyəvi həblər insanları onlardan asılıl edir və küllü miqdarda yan təsirlərə malikdir.
Şərq təbabətinin əsası İbn Sina tərəfindən sistemləşdirilib və təbii dərmanlara, düzgün yeyib-içməyə, işə, hərəkətə, mənəvi müvazinətə söykənən sistemdir.
Ardını oxu...
Qərb təbabətində dağınıq, parçalanmış bir yanaşma var , xəstəliklər orqanlar üzrə bölünür və hər orqan üçün ayrı həkim var. Şərq təbabətində isə insan bir bütün olaraq müalicə olunur. Əslindəsə bir orqan xəstədirsə, bu o deməkdir ki bütün bədən xəstədir və xəstə üzv xəstəliyin sadəcə çıxış nöqtəsidir.
Beləliklə Qərb tibb sistemi həyatı qısaltmaqla , şərq tibb sistemi isə uzatmaqla məşğuldur, bu iki sistem bir-birlərini istisna edirlər. Qərb sistemində xəstə müştəridir, şərq sistemindəsə salamlıq uman naəlac.
Qərb sistemində xəstələrin və xəstəliklərin azalması sərf etmir, çünki böyük bir həkim ordusunun çörəyi xəstələrin çoxluğundan asılıdır, şərq sistemində dərmanlar istehsalat və kommersiya məhsulu deyil, ana təbiətin verdiyi nemətlərin sadəcə düzgün istifadəsinə söykənir hır şey. Əslində dünyada cəmi 4 növ "zaraza" mövcuddur: viruslar, bakteriyalar, qurdlar və göbələklər ( bunlar öz növbəsində minlərlə növə bölünür). İlk 3 infeksiya 3 gündən 3 aya qədər müalicə olunur, göbələklər daha sırtıq olduğu üçün bir və ya bir neçə ilə qədər mübarizə aparmaq məcburiyyətində saxlayır.
Göbələklər onkologiya xəstəlikləri, astma, bronxit, kəpək, sedef, əksər dəri xəstəlikləri, tonzillit və s.əmələ gətirir. Xərçəng, məsələn, Candida və Aspergillusun nəticəsidir. Yəni əvvəlcə bədəndə ilk 3 zaraza işləyir, (antibiotiklərin istifadəsi ilə toxunulmazlıq minimuma endirilir, halbuki o bağırsaqdakı faydalı mikroflora ilə dəstəklənir) sonra yüksək oranda turşuluq qazanmış qanda kif, göbələk əmələ gəlir və bədənimiz zibil yığınına, bütün bədən boyu yayılmış göbələk plantasiyasına çevrilir və bu göbələk plantasiyası şiş ocaqları yaradır.
Teref.az
 
Ardını oxu...
Ümumdünya Səhiyyə Təşkilatının rəsmi nümayəndəsi Tarik Yaşareviç SARS-CoV-2 koronavirusunun mənşəyi ilə bağlı məlumatların toplanmasının dayandırılması ilə bağlı xəbərləri təkzib edib.

Cebhe.info TASS-a istinadən xəbər verir ki, onun sözlərinə görə, ÜST araşdırmanın davam etdirilməsinin tərəfdarıdır.

Bundan əvvəl “Nature” jurnalı məlumatların toplanması ilə bağlı problemlərə görə koronavirusun mənşəyi ilə bağlı araşdırmanın dayandırıldığı barədə məlumat yayıb.

Yaşareviç məlumatı təkzib edəərk bildirib ki, qurum artıq nəşrdən yazıya düzəlişlər edilməsini və ya izahat verilməsini xahiş edib:

“Təşkilatın araşdırmasını davam etdirmək üçün Çindən yeni məlumatların lazımdır. Onlar olmadan, COVID-19 patogeninin mənşəyini anlamaq cəhdləri nəticəsiz qalacaq”.

ÜST sözçüsü bildirib ki, 2021-ci ildə yaradılan “Emerging Dangerous Patogens” Elmi Məsləhət Şurası koronavirusun mənşəyi ilə bağlı Çindən məlumat tələb edir və hər hansı yeni dəlilləri araşdırır.
 
Ardını oxu...
“Ümumiyyətlə, bununla bağlı məlumatlar təsdiq olunduğundan preparatın tətbiqini birinci Dünya Səhiyyə Təşkilatı qadağan etməlidir”.

Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla Böyük Britaniyanın “Glaxo” şirkətinin istehsalı olan və mədə yarası xəstəliklərində istifadə edilən “Zantac” dərmanının tərkibində kanserogen olması və bunu bilə-bilə bu haqda heç bir məlumat verməməsi ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib. Professorun sözlərinə görə, yalnız bundan sonra sözügedən məsələnin hüquqi tərəflərinə baxıla bilər.

Adil Qeybulla bildirib ki, 2019-cu ildə preparatın xərcəng şişi törətməsi ilə bağlı məlumatlar yayılandan sonra artıq həyacan təbili çalınmağa başlayıb:

“Bunlar mədədə, qaraciyərdə, prostat vəzidə xərçəng şişi xəstəlikləri yarada bilir. Əgər dərmanın tərkibində kanserogen maddə olduğunu bilib və gizlədiblərsə, buna görə şirkət mütləq məsuliyyət daşımalıdır. Yox, bununla bağlı heç bir məlumat olmayıbsa və sonradan ortaya çıxıbsa, burada hüquqi məsuliyyət artıq başqa çür dəyərləndirilə bilər. Zamanla bu cür preparatlar olur”.

Adiq Qeybulla “Ranitidin”in kimyəvi denevrator, yəni, mədəyə gələn azan sinir şaxələrini blok edən bir dərman olduğunu vurğulayıb:

“Onun bir analoqu da “Simetidin”, “Famotidin”dir. Bu preparatlar mədə xorasının müalicəsində, hiperasit qastridlərdə, ümumiyyətlə, aşırı turşuluqdan baş verən mədə patalogiyalarında istifadə olunan qiymətli dərman preparatı idi. Bu təsirə görə bütün həkimlər ondan uğurla istifadə edirdilər. Ondan sonra “Proton” pombasın blakatorları tətbiq edilməyə başladı və nəticədə bu dərmanların tətbiqi azaldı. Amma bu gün də praktikada həmin dərmanların tətbiqi var”.

“Zantac” mədə turşusu istehsalını azaldan bir dərmandır. Ümumiyyətlə, mədə xorası və GERD xəstəliyini müalicə etmək üçün qəbul edilir. 13 sentyabr 2019-cu il tarixində ABŞ Qida və Dərman İdarəsi (FDA) bəyanat yayaraq, “Zantac” da daxil olmaqla bəzi ranitidin dərmanlarında N-nitrosodimethylamine (NDMA) adında bir nitrosamin safsızlığının olduğunu elan edərək dərman mağazalarında bütün ranitidin məhsullarının satışını dayandırıb. 1 aprel 2020-ci ildə FDA dərman istehsalçılarından ranitidinin bütün növlərini ABŞ bazarından çıxarmasını istəyib.

“Bəs, istifadəsi qadağan olunun bu dərman preparatı Azərbaycanda da istifadə olunubmu? Ümumiyyətlə, bu dərmanlar hazırda Azərbaycanda satışda varmı”, sualına Adil Qeybullanın cavabı “bəli” olub.

Xatırladaq ki, bu dərmanın Azərbaycanda dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri siyahısında qiyməti belədir: ZANTAK RANITIDINE 150 mq Tablet Blister N20, Çin istehsalı 6,95, ZANTAK RANITIDINE 25 mq/ml İnyeksiya üçün məhlul, Ampul 2 ml N5, İtaliya istehsalı 6,45.

Qeyd edək ki, “Bloomberg”in məlumatına görə, mədə xorası və yanmasına qarşı olan “Zantac” dərmanını istehsal edən Britaniya şirkəti “Glaxo” dərmanın kanserogen olduğunu bildiyi halda bu barədə məlumat verməyib və bazardan çıxarmayıb. Dərman qəbul edərkən xərçəng riskinin artması haqda məlumat yalnız 2019-cu ildən geniş yayılmağa başlayıb.
 
Ardını oxu...
Sarımsaq damarları xolesterindən qoruduğu üçün beyinə də faydalıdır.

Teref.Az xəbər verir ki, diyetoloq Yelena Solomatina sarımsağın beyinə təsirini açıqlayıb.

“Beyin üçün əslində sarımsaqda olan lif çox faydalıdır. O, beyin damarlarını xolesterindən qoruyur, damarların divarları sağlam olur.

Sarımsaq aspirin qədər iltihab əleyhinə təsir edir. Qan dövranını yaxşılaşdırır, trombositlərin bir-birinə yapışıb tromb əmələ gətirməsinin qarşısını alır.

Xolesterin də yalnız iltihablı damar divarına yapışır. Damar içi divar hamardırsa, o xolesterinlə dolmur.

Sarımsağı həftədə 3 dəfə çiy halda, əzərək yemək lazımdır”.\\Medicina
 
Ardını oxu...
Bu gün Ümumdünya Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günüdür.

Teref.az xəbər verir ki, Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Uşaq Onkoloji Klinikasının şöbə müdiri Reyman İsmayılzadə APA-ya açıqlamasında ötən il 167 uşaqda onkoloji xəstəliyin aşkarlandığını deyib.

Onun sözlərinə görə, həmin uşaqların hamısı müvafiq protokollar əsasında müalicə alıblar:

“Uşaqların və böyüklərin onkologiyası bir-birindən əsaslı surətdə fərqlənir. Uşaqlarda olan onkoloji xəstəliklər bütün bədxassəli şişlərin təqribən 1-1.5%-ni təşkil edir”.

Qeyd edək ki, 2021-ci ildə isə Azərbaycanda 170 uşaqda onkoloji xəstəlik aşkarlanıb.
 

Dünyapress TV

Xəbər lenti