b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_5ef6e593b4bfc14560f067afb1360689.jpg
  

Bu gün, martın 4-də Bakı Məhkəmə Kompleksinin inzibati binasında, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə Ermənistan vətəndaşı Ruben Karlenoviç Vardanyanın cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək.

Ruben Vardanyan Azərbaycanlılara qarşı işgəncə, muzdluluq, müharibə qanunlarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər cinayətlərdə ittiham olunur.

Musavat.com xəbər verir ki, Vardanyanın cinayət dosyesini araşdıran heyətə hakimlər Anar Rzayev və Camal Ramazanov da daxildir.

Qeyd edək ki, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğunun birgə yaydığı məlumata görə, Rusiya Federasiyasının vətəndaşı olmuş, hazırda Ermənistan Respublikasının vətəndaşı olan Ruben Karlenoviç Vardanyan 25 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1, 279.3 və 318.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində axtarış elan edilib. 27 sentyabr 2023-cü il tarixində saxlanılaraq istintaqa təhvil verilib və həmin tarixdə ona ittiham elan olunub.

Ruben Vardanyan Rusiya Federasiyasında “Troyka Dialoq” şirkətinin təsisçisi və rəhbəri olmuş, Rusiya Federasiyasında “KAMAZ” ASC-nin direktorlar şurasının üzvü, həmin ölkədə “Volqa-Dnepr” şirkətlər qrupunun müstəqil direktoru və sair vəzifələrdə çalışıb.

Toplanmış mötəbər sübutlar əsasında təqsirləndirilən şəxs Ruben Vardanyana Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsi ilə bağlı yekun ittiham elan olunub.

İstintaq müddətində təqsirləndirilən şəxsin müdafiə, dil və digər prosessual hüquqları təmin edilib.

O, özünün seçdiyi vəkillərlə təmin edilib, özü və vəkilləri tərəfindən verilmiş vəsatətlərə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılaraq müvafiq qərarlar qəbul edilib.

Təqsirləndirilən şəxs Ruben Vardanyana və cinayət prosesinin digər iştirakçılarına ibtidai istintaqın başa çatması barədə məlumat verilib, onlar cinayət işi üzrə maddi sübutlar, sənədlər, ekspertiza rəyləri və digər sübutlar da daxil olmaqla, cinayət işinin bütün materialları ilə tanış edilib.

Cinayət işi üzrə ittiham aktı Azərbaycan Baş prokuroru tərəfindən 28 dekabr 2024-cü il tarixində təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

E.MƏMMƏDƏLIYEV,
Musavat.com

Bölmənin digər xəbərləri

04 Mart 2025 Paşinyandan Bakı və Ankaraya təklif: Laçından Ermənistana…
03 Mart 2025 Qukasyanın müharibə haqda Bakıda dedikləri göstərir ki, Putin… - Abramyan
28 Fevral 2025 Gəncə – Şuşa müntəzəm avtobus reysi istifadəyə veriləcək
28 Fevral 2025 SEPARATÇILARIN RƏHBƏRLƏRİ DANIŞMAĞA BAŞLADILAR - Qukasyan və digərləri ifadələrində nə dedilər?
27 Fevral 2025 Kəşfiyyatçı Mübariz Əskərovu (“Cin Mübariz”) öldürdüyünü iddia edən erməniyə polkovnikdən TUTARLI CAVAB
27 Fevral 2025 Türkiyənin paytaxtı Ankara şəhərində Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar “Dinməyən ağrı: Xocalı soyqırımı” adlı beynəlxalq simpozium keçirilib.
26 Fevral 2025 Ərdoğan Xocalı qurbanlarını yad etdi
26 Fevral 2025 Xocalı soyqırımından 33 il ötür - UNUTMADIQ
23 Fevral 2025 Erməni generaldan Xocalı ETİRAFI - GÖRÜN NƏLƏR DEDİ
21 Fevral 2025 Daha 33 ailə doğma Cəbrayıla qayıdır
19 Fevral 2025 Keçmiş deputatla bağlı araşdırma başlaya bilər: Köçkünlər üçün keyfiyyətsiz bina?
19 Fevral 2025 Cəbrayıla növbəti köç karvanı yola salındı
18 Fevral 2025 Bakı “dəhliz” təklifini rədd etdi, İrəvanda hazırlıq başladı... - “Ya müharibə, ya da…”
18 Fevral 2025 Vardanyanın separatçılara verdiyi silahların – Siyahısı
17 Fevral 2025 Qaradağlı faciəsindən 33 il keçir
13 Fevral 2025 Aİ “missiyası” növbəti dəfə Azərbaycan sərhədində müşahidə aparıb
12 Fevral 2025 Simonyan Şahramanyana səsləndi: "Mühafizəçilərinlə Qarabağdan necə qaça bildin..."
10 Fevral 2025 Köçəryan Ağdamın işğalını detalları ilə etiraf etdi: "Mənə zəng gəldi, dedim ki..."
10 Fevral 2025 Bu gün hərbi cani Vardanyanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçiriləcək
09 Fevral 2025 Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu

Dünyapress TV

Xəbər lenti