Musa Kılıç saxta diplomla çalışır? –Pasiyentlər şikayət yazdı…..
Hazırda ABŞ-da yaşayan jurnalist Qənirə Ataşova Azərbaycanda daha bir həkimin diplomunun saxta olduğu ilə bağlı məlumat paylaşıb. Özünün “instagram” sosial şəbəkə platforması hesabında paylaşdığı məlumatı və faktları təqdim edirik:

Məlumat verir ki, Həkim Musa Kılıç diplomu saxta olduğu iddia olunur. Həmçinin məlumat yayımlandıqdan sonra Uzm.fizioterapevt Musa Kılıç sosial hesabında paylaşım edib və Gürcüstanda təhsil aldığı, Türkiyədə isə uzmanlıq kurslarında iştirak etdiyini bildirib. Həmçinin Səhiyyə Nazirliyi tərəfindən həkim sertifaktını təqdim edib.
1741021896_2.jpg
Tribunainfo.az xəbər verir ki, Qənirə Ataşovanın yayımladığı xəbərdə vurğulanırdı ki, Gürcü, rus və ingilis dili bilməyənin Gürcüstan universitetindən gələn saxta “diplom”! Təbii, əminəm Azərbaycan Təhsil Nazirliyi bu sənədi tanımayıb. İstənilən halda bu qədər xırdalığa getmək fikirim yox idi. Hətta fikir verirsiz, daha çox toplu problemlərə diqqət edirdim. Amma və lakinBugün özünü həkim elan edib, diplomunu çərçivələdib divara vuran Musa Kılıçın mənim Instagram və Facebook hesabıma hücum göndərdiyini gördüm. Savad səviyyəsini soruşsanız, adam texnologiyaya da eyni diplomla yaxınlaşıb deyəsən. Bütün bunlarla bağlı əlimdə konkret sübutlar var, əlbəttə. Musa Kılıç, siz və sizin düşüncədə olanlar Instagram-ımı bağlatdı nə oldu, bağlatmadı nə oldu? Tutaq ki, bağlatdın — o Instagram elə 5 günə təzədən açılacaq. Hə, onda artıq sənin saxta diplomundan tutmuş, bütün “elmi fəaliyyətinə” qədər hamısını qəşəng bir dosye edib təqdim edəcəyəm. İndi sən bax gör, əsl fizioterapiya nədir, virtual terapiya nədir. Bu mesajı bu niyyətdə olan hər kəs yaxşı yadda saxlasın — mənim hesablarıma hücum etməklə həqiqətləri yox eləmək mümkün olsaydı, indiyə hamınız professor idiniz deyə qeyd edib.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-03_1741021967_1.jpg
Qeyd edək ki, məlumat yayınladıqdan sonra pasiyentlər şərh yazıblar.

Tribunainfo.az həmin şərhləri təqdim edirik.
Alivenino yazır: Bu hekim instqaramda reklami gunde 10 defe cixir ve mende o insanlara baxib mualiceye getmisdim bu nece ola biler axi ? Niye insanlarimizi bu qeder aldadirlar.Siz bu ise basalayandan faliyetinizi izleyirem insalari qinayirdim niye ele hekimlerin yanina gedirler ve ozumde o veziyyete dusdum.Ve insanlar inanirlar ki hekim olmayana bu qeder selahiyyet icaze verilmez

*****

mrs.aysu.h. Musa Kılıç haqqında yazır: sizinlə tamamilə razıyam. Müalicə üçün yanına getmişəm və heç bir köməyi olmadı. Əksinə, vəziyyətim daha da pisləşdi. Korseyə ehtiyacı olmadığı halda insanlara korse yazır və bu korselər “orces” adlı şirkət tərəfindən satılır (faiz tətbiq edilir). Eyni zamanda, MRT çəkmək səlahiyyəti olmadığı halda MRT yazır və burada da faiz tətbiq olunur. Əslində, danışsam, sizi şoka salacaq daha çox detal var! Bu məsələnin üzərinə gedin, sona qədər. Heç olmasa bizdən sonrakılar bizim yaşadıqlarımızı yaşamasın!

***

Royaismayılzadeh yazır: O gün bizi dava edirdi. Gəlsin açıqlasın görək hansı dildə oxuyub fizioterapiyanı?

*****

Həkimə getmişdim dizimin ağrısına görə,mənə təcili gəl gir əməliyyata dedi,getmədim ,təbii müalicə yazan biri sağaltdı məni.Pul bu “həkim”lərin gözünü bürüyüb,camaatı gücnən salırlar əməliyyata

*****

Eynullayeva aysel yazır: Musa Kılıçın yanına oğlumu (Serebral-6yaş) aparırırdım. Nəsə bir söz demek olmurdu otağına çağırıb söhbət aparırdı. Sakit olun bizə güvənin. Saxtakarlığına ört-basdır etmək üçün qoymurdular orda bir nəfərin səsi çıxsın. Mən əvvəldə uşağımı başqa yerlərə aparmışdım məlumatlı valideyn idim deyə onlara sərf etmirdim. Getməyi dayandırdım heç bir dəfə də maraqlanmadılar çünki məlumatlı adam istəmirdilər orda. Hər yerdən də baha qiymətə fəaliyyət göstərirdilər. Allaha tapşırıram!
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-03_1741022016_2.jpg
Qeyd edək ki, Musa Kılıç MedEra hospitalında Uzman Fizioterapevt Reabilitoloq kimi çalışır.
 
 
 

Bölmənin digər xəbərləri

04 Mart 2025 "Bu şəxslər direktora arxalanıb İSTƏDİYİNİ EDİR..." - ÖZBAŞINALIQ!
04 Mart 2025 Deputat Əlibala Məhərrəmzadənin Qubadakı qanunsuz tikililəri: Qanunlar güclüdür yoxsa sizin ehtiyaclarınız? – REPORTAJ
04 Mart 2025 149 saylı məktəbdə pul yığımına start verildi- Rəhilə Baxşiyeva nə tapşırıq verib?
04 Mart 2025 Rafiq Vəliyev Mədəniyyət Nazirliyinin pullarının 30 faizini öz layihəsinə xərcləyib - ARAŞDIRMA
04 Mart 2025 Adil Vəliyev dünya-aləmi oğluna PEŞKƏŞ EDİB... - VƏTƏNDAŞ KİMDİR Kİ?..
04 Mart 2025 “İlham Süleymanov, Azad Cəfərli kimi harınların “at oynatdıqları” ölkədə yaşamaq mümkün deyil” - Şəhid və Qazi anasından Prezidentə şok müraciət
04 Mart 2025 Adil Əliyev Qarabağ qazisinə SAVAŞ AÇIB
03 Mart 2025 Mətin Eynullayev sahibkarın BAŞINA OYUN AÇIR... - Prezidentə MÜRACİƏT OLUNDU
03 Mart 2025 Qazax şəhər icra nümayəndəsi Akif Vəliyevin məmur oğlu Elvin Vəliyevin dəbdəbəli həyatı- Fotolar
03 Mart 2025 " 'Balım' Uşaq Bağçası pulumu aldı, 2 yaşlı uşağıma baxmadı..." - İTTİHAM VAR...
02 Mart 2025 Səsyazısı yayılan direktorla bağlı araşdırma aparılacaq
02 Mart 2025 Sumqayıt məktəblərindən şikayətlərin ardı kəsilmir - İndidə 16 nömrəli məktəbdən şikayətlər gəlir
02 Mart 2025 231 nömrəli məktəbin direktoru müəllimləri təhqir edib? - Araşdırma aparılır
02 Mart 2025 Abşeron təhsil sistemində MALİYYƏ DƏLƏDUZLUĞU... - İLGİNC FAKTLAR...
02 Mart 2025 248 saylı orta məktəbdə nə baş verir?
02 Mart 2025 Möhnətovun işçiləri avtomobillərdən topladıqları pulu vergidən gizlədir - Sürücülərə niyə qəbz verilmir?
01 Mart 2025 BİZƏ ƏDALƏTLİ QƏRARLAR VERİN!..
28 Fevral 2025 Adil Əliyev birinci Qarabag müharibəsi əlilindən Yeni Suraxanıda nə istəyir – TƏFƏRRÜAT
28 Fevral 2025 Tikinti və Təmir” MMC kimə və nəyə xidmət göstərir - İLGİNC FAKTLAR...
28 Fevral 2025 Xətai rayonunda yeni tikilən “SƏNƏDSİZ OBYEKT" hansı vəzifəli şəxsindir? - FOTOLAR

Dünyapress TV

Xəbər lenti