Qarabağ və Şərqi Zəngəzurda avtomobil yolu layihələrinin ekoloji tərəfləri müzakirə edildi – FOTO
Qarabağ və Şərqi Zəngəzur bölgəsində 3 mühüm avtomobil yolunun: Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd, Xudafərin-Qubadlı-Laçın, həmçinin Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yollarının tikinti layihələri ilə bağlı ictimai dinləmə keçirilib.

Tədbirdə sifarişçilər, layihə icraçıları, dövlət qurumları, ekoloqlar, QHT və KİV nümayəndələri, həmçinin digər maraqlı tərəflər bu tikinti layihələri üzrə tərtib olunmuş ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərini ayrı-ayrılıqda müzakirə ediblər.

Layihə sənədini hazırlayan “Geoexpert Consulting” MMC-nin direktor müavini Azad Məcidov bildirib ki, Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun uzunluğu 69,94 km-dir. Avtomobil yolu 1c, II, III texniki dərəcəyə uyğun layihələndirilib. “Bu yol 2 hissədən ibarətdir: I hissə başlanğıcını Əhmədbəyli-Horadiz-Mincivan Ağbənd magistral avtomobil yolunun Xudafərin su anbarı yaxınlığından keçən hissəsindən götürərək Laçın şəhərinə qədər davam edir. II hissə Xanlıq kəndindən Qubadlı şəhərinə qədər uzanır. Layihə üzrə I hissədə 9, II hissədə 3 qovşaq olmaqla, ümumilikdə 12 qovşaq tikilmişdir. Laçın rayonunun Malxələf kəndi ilə Laçın şəhəri arasında 7 tunelin tikintisi isə hələlik davam etdirilir. İşlərin yarısı artıq yekunlaşıb”, – deyə A.Məcidov qeyd edib.

Digər mühüm yol – “Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd” avtomobil yolunun ümumi uzunluğu 123,5 km olmaqla, 1C texniki dərəcəyə uyğundur. Yol 79 km-ə kimi 6 zolaqlı, 44,5 km hissəsi isə 4 zolaqlıdır. Burada 3 tunel, 28 körpü, 8 qovşaq layihələndirilmişdir. Tunellərin tikintisi Yeni Avstriya Tunel Üsulu ilə yerinə yetirilmişdir. Yağıntılı hava şəraitində, yaxud sel zamanı səth sularının (yağış və ərimiş qar sularının) tikinti sahələrinə yığılaraq bataqlıq yaratmasının qarşısının alınması, eləcə də yola və yol konstruksiyalarına zərər vermədən keçməsinin təmin edilməsi məqsədilə müxtəlif ölçülərdə su ötürücü borular, eləcə də xəndəklər, beton arxlar inşa edilmişdir. Tikinti işlərinin 2025-ci ildə yekunlaşacağı proqnozlaşdırılır.

Və sonuncu – uzunluğu 22 km olan Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolu 30 avqust 2022 tarixində istifadəyə verilmişdir və III texniki dərəcəyə uyğun layihələndirilib. Yol yoxuşlarda 3, digər hissələrdə isə 2 hərəkət zolağı ilə səciyyələnir. Yol boyunca ümumi uzunluğu 149,5 m olan 1 körpünün tikintisi işləri aparılmışdır. Yeni çəkilən bu avtomobil yolu işğaldan azad olunmuş Laçın və Şuşa rayonlarına aid ərazidə yerləşir. Yol Xankəndi-Laçın avtomobil yolunun üzərində yerləşən Şuşa rayonunun Sarıbaba kəndinin 1,4 km-dən başlayaraq Böyük Qaladərəsi, Kiçik Qaladərəsi kəndlərindən keçməklə, Xudafərin-Qubadlı-Laçın yolunun 46-cı km-də kəsişirək tamamlanır.

Vurğulanıb ki, bu layihələrin icrası zamanı təbii sərvətlərin istifadəsi səmərəli şəkildə həyata keçirilir və onların bərpa olunması ilə müşayiət olunan bütün tədbirlər görülür. Görülən işlər barəsində təqdim edilən hesabatda yaşıllıqlara dəyən ziyan, yolların tikintisi üçün salınmış düşərgələr, orda istifadə olunan xammal, torpağın üst münbit qatının götürülməsi və ondan istifadə, təbiətə dəyən ziyanın kompensasiya edilməsi və s. hallar artıqlaması ilə nəzərə alınıb.
 
 
 

Bölmənin digər xəbərləri

19 Aprel 2025 Mövqelərimiz yenidən atəşə tutuldu
18 Aprel 2025 Xarici diplomatlar Xankəndidə- VİDEO
18 Aprel 2025 Bu gün Başlıbel faciəsindən 32 il ötür
17 Aprel 2025 Təhməzovlarla Vəliyevin ortaqlığı: Sarıcalıda su daman evləri onların tikdiyi üzə çıxdı
15 Aprel 2025 Petrosyanla bağlı yalan danışdığı elə məhkəmədə sübut olundu
15 Aprel 2025 Şəhid atasını aldadaraq pulunu oğurladılar - VİDEO
14 Aprel 2025 Qarabağ Universitetinin yeni fakültələri Şuşa və Xocalıda fəaliyyətə başlayacaq
12 Aprel 2025 O videonu Arayikə izlətdilər- Timsahın göz yaşları...
10 Aprel 2025 Mövqelərimiz yenə atəşə tutuldu
09 Aprel 2025 “Böyük Qayıdış”ın zəfər həftəsi
08 Aprel 2025 Ağdaban faciəsindən 33 il ötür
07 Aprel 2025 Qarabağda bir gündə 4 nəfər minaya düşüb - YENİLƏNİB
06 Aprel 2025 Türkiyənin adından Qarabağ haqda pis xəbər yayıldı: səfirlik REAKSİYA VERDİ– FOTO
05 Aprel 2025 Suqovuşan kəndinə növbəti köç karvanı yola salındı
05 Aprel 2025 Zəngəzur dəhlizi ilə bağlı mühüm gəlişmə...
03 Aprel 2025 32 ildir açıq qalan sual: Kəlbəcərin işğalının qarşısını almaq mümkün idimi?
02 Aprel 2025 Qələbəyə aparan yol - Aprel döyüşlərindən doqquz il ötür
01 Aprel 2025 “300-ə yaxın müsəlman məscidi, 500-dən artıq müsəlman qəbiristanlığı barədədə hesabat versin”-DEPUTAT
29 Mart 2025 Azərbaycan öz Milli Qəhrəmanına BELƏMİ SAYĞISIZDIR? - BU NƏDİ BELƏ?..
28 Mart 2025 Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Sarıcalı kəndinə səfərdən görüntülər paylaşılıb - VİDEO

Dünyapress TV

Xəbər lenti