Ardını oxu...
Sosial şəbəkələrdə millət vəkili Məlahət İbrahımqızının pensiya yaşının 70 yaşadək artırılmasıyla bağlı təklif etdiyinə dair məlumatlar yer alıb.

Deputatın əhalinin sosial rifahının yaxşı olmasını əsas gətirərək, pensiya yaşının artırılmasının tərəfdarı olduğu deyilir.

Cebhe.info-ya danışan Milli Məclisin üzvü haqqında yayılan xəbərlərin yalnış olduğunu bildirib:

"Rəsmi bir adamın adından yalnış məlumatlar yaymaq olmaz. Mən elə söz deməmişəm, kim belə söz deyibsə, onu qınayıram. Pensiya yaşının artırılması hazırda heç cür mümkün deyil, azaldılması da bu gün gündəmdə deyil. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, sədr müavini olaraq bildirirəm ki, pensiya yaşında dəyişikliklə bağlı komitəyə heç bir təklif gəlməyib".

Deputat bildirib ki, məsələ müzakirədə deyil, amma, gələcəkdə necə olacağını indidən deyə bilməz:

"İnsanlar erkən pensiyaya çıxıb nə edəcəklər ki? Aktiv həyat yaşamaları ilə seçilməlidirlər. Bu, tək millət vəkilinin də qərarı deyil. Pensiya yaşı kim necə istədisə, elə təyin edilmir. İnsanın sağlamlığı, orta ömür həddi və s. təhlil edilir, ondan sonra pensiyanın yaşla bağlı hissəsinə qərar verilir. Beynəlxalq Əmək Təşkilatının ekspertləri bunun üçün çoxlu rəylər verirlər. Hər ölkənin maddi durumu, həyat tərzi, xüsusiyyətləri nəzərə alındıqdan sonra pensiya yaşı müəyyən olunur".

Qeyd edək ki, deputat bir müddət öncə pensiya yaşının 65 yaşdan aşağı endirilməsinin tərəfdarı olmadığını açıqlayıb. O bildirib ki, bu gün cəmiyyətdə insanlarımız 65 yaşında həkim, müəllim işləyir. Onlar pensiyaya çıxmaq istəmirlər. Əksinə, bir az vaxtın uzanmasını istəyirlər. Özünün hazırda 63 yaşı olduğunu deyən deputat insanların həyatının ən məhsuldar çağında evdə oturmasını qınayıb:

"Azərbaycanda orta ömür həddi uzanıb. Bu, o deməkdir ki, sosial, maddi rifahda da yaxşılaşma var".
 
 
 
Ardını oxu...
İranda türkmən qadın həkim təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilib. Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

Bildirilib ki, dekabrın 17-də dəfn edilən əslən Türkmənsəhra türkmənlərindən olan və Tehranın “Çəmran” xəstəxanasında işləyən gənc həkim Ayda Rüstəmi təhlükəsizlik qüvvələri tərəfindən oğurlanıb və öldürülüb.

O, dekabrın 12-də işdən çıxdıqdan sonra yoxa çıxıb. Polis onun meyitini iki gün sonra ailəsinə təhvil verib və avtomobil qəzasında öldüyünü, sonra isə özünü körpüdən ataraq intihar etdiyini iddia edib.

Ayda Rüstəmiyə məxsus şəxsi əşyaların ailəsinə verilmədiyi, ailənin məsələni ictimailəşdirməməsi ilə bağlı təhdid edildiyi bildirilir.
Ardını oxu...
İyirmi ildir BMT-də işləyən amerikalı aktrisa Ancelina Coli BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) xüsusi nümayəndəsi vəzifəsini tərk edəcək.

"DogruXeber.az" xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və aktrisanın cümə günü təşkilatın saytında dərc etdiyi birgə bəyanatda deyilir.

"Dünyada məcburi köçkünlərin hüquqları və müdafiəsini müdafiə edən BMT-nin Qaçqınlar üzrə Komissiyası ilə 20 ildən çox fədakar işindən sonra Ancelina Coli BMT QAK-ın Xüsusi Elçisi rolundan daha geniş spektrli humanitar və insan hüquqlarına keçid edir".

"Biz ona onilliklər boyu xidmətinə, fədakarlığına və qaçqınlar və qaçmağa məcbur olmuş insanlar üçün gördüyü işlərə görə minnətdarıq. BMT QAK ilə uzun və uğurlu əməkdaşlıqdan sonra onun missiyasını dəyişmək və qərarını dəstəkləmək istəyini yüksək qiymətləndirirəm" - Bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi bildirib.

Aktrisa “BMT QAK-ın bu qədər görkəmli və fədakar işçiləri ilə işləmək imtiyazı və imkanına görə” minnətdarlığını bildirib və gələcəkdə “qaçqınlarla və yerli təşkilatlarla birbaşa əlaqə qurmaq” niyyətində olduğunu qeyd edib.

Coli 2001-ci ildən BMT QAK-da işləyir və 2012-ci ildə təşkilatın xüsusi nümayəndəsi təyin edilib. Açıqlamada aktrisanın BMT əməkdaşları ilə birlikdə Yəmən və Burkina Faso da daxil olmaqla 60-dan çox səhra missiyası həyata keçirdiyi qeyd olunub.
Ardını oxu...
Son günlər sosial şəbəkələrdəki yersiz paylaşımları ilə erməni cəmiyyətini tez-tez qəzəbləndirən baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan növbəti dəfə qınağa tuş gəlib.

Anna Akopyan bu dəfə Oskar adlı pişiyi ilə birgə fotosunu yayımlayıb.

Akopyan fotolara əlavə olaraq yazıb: “Oskarla kitab oxumaq güclü əsəb və əzm tələb edir”.

Baş nazirin xanımının paylaşımı yenidən müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə Anna Akopyanı qınayanlar bildiriblər ki, onun tez-tez lüks həyat tərzini nümayiş etdirməsi cəmiyyəti təngə gətirib.

Ermənistan mətbuatı da bu xəbərə geniş yer ayırıb.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Çox xahiş edirəm, mətnin aşağısında paylaşacağımız videonu sona qədər izləyib, paylaşaq ki, geniş ictimaiyyətə çata bilsin. Videoda danışan xanım əslən Tovuz rayonundan olan soydaşımızdır. Rusiyanın Surqut şəhərinfə yaşayır, 3 uşaq anasıdır. Adı – Məmmədova Raya Sabir qızıdır.

Yaşadığı binanı sakinləri arasında yaradılan votsap qrupunda xanımın uşaqlarının və özünün milli mənsubiyyətini təhqir ediblər. Xanım da adekvat cavab verərək, rusları təhqir edib. Bunu danmır, əsəbi halda olduğu səbəbindən söykədiyini bildirir, hətta publik olaraq üzürhaqlıq da edib.

Ardını oxu...

Ancaq Rusiyanın hüquq-mühafizə orqanları və media nümunələri bu məsələni elə səviyyədə şişirdiblər ki, xanımın həbsə getməkdən başqa şansı qalmır. Ona “Milli münasibətləri qızışdırma” maddəsi ilə ittiham verilib. 6 aydır ki, istintaq və məhkəmə gedir. Vəkili bildirib ki, növbəti məhkəmə iclasında xanıma 4 il həbs cəzası nəzərdə tutulan hökm elan ediləcək.

Həmin maddədə, pul cəriməsi, şərti cəza da nəzərdə tutulsa da, məhkəmə həbs qərarı verməkdə israrlıdır. Ancaq bildirirlər ki, bu qərar verilsə də, soydaşımızın himayəsində azyaşlı uşaq olduğu üçün 3 il sonra icraya yönəldiləcək. İstənilən halda, bunun adı həbsdir!

Dəyərli dostlar! Hamı Ukraynadakı Misir Qasımlı kimi qışqırıb-bağıra, dəmir barmaqlıqları təpikləyə və siyasi şüarlar səsləndirə bilmir ki, diqqəti özünə cəlb edə bilsin. Əsl siyasi motivlə bu xanım həbs edilib və ona nə cəmiyyətimiz, nə diasporumuz, nə də ki, Rusiyadakı səfirliyimiz səviyyəsində heç bir dəstək yoxdur.

Mən bu müraciəti bütün sosial şəbəkə hesablarımızda yerləşdirmişəm və onların linkini şərh bölümündə paylaşacam. Gəlin, qərib eldə olan bir azərbaycanlı xanımı tək buraxmayaq. Kimin əlindən nə dəstək gəlirsə, versin!

Məhəmmədəli QƏRİBLİ,

Azinforum.az

 
Ardını oxu...
BMT-nin İqtisadi və Sosial Şurası İranın 2026-cı ilə qədər BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasından çıxarılmasına səs verib. “Report” AFP-yə istinadə xəbər verir ki, ABŞ İranda son aylarda davam edən etirazlar zamanı qadınların hüquqlarının pozulmasını əsas gətirərək bu ölkənin komissiyadan çıxarılması təşəbbüsü ilə çıxış edib.

29 ölkə çıxarılmanın lehinə, 8-i əleyhinə, 16-sı bitərəf qalıb. Avstriya, Argentina, Belçika, Benin, Bolqarıstan, Böyük Britaniya, Qvatemala, Yunanıstan, İsrail, İtaliya, Danimarka, Kanada, Kolumbiya, Latviya, Liberiya, Liviya, Yeni Zelandiya, Panama, Peru, Portuqaliya, Koreya Respublikası, ABŞ, Finlandiya, Fransa, Xorvatiya, Monteneqro, Çexiya, Çili və Yaponiya lehinə səs verib.
Ətraflı

Boliviya, Zimbabve, Qazaxıstan, Çin, Nigeriya, Nikaraqua, Oman və Rusiya əleyhinə səs verib.

Banqladeş, Beliz, Botsvana, Qabon, Hindistan, İndoneziya, Kot-d'İvuar, Mavrikiy, Meksika, Madaqaskar, Konqo Respublikası, Solomon adaları, Tayland, Tanzaniya, Tunis və Esvatini isə bitərəf qalıb.
 
Ardını oxu...
Hamiləliyindən xəbərsiz olan Tamara adlı turist təyyarədə tualetə gedib və gözlənilmədən uşaq dünyaya gətirib.

Publika.az xəbər verir ki, bu barədə New York Post (NYP) məlumat yayıb.

Bildirilir ki, insident dekabrın 8-də Ekvadordan İspaniyaya gedən və Hollandiyada fasilə verən "KLM Royal Dutch Airlines" aviaşirkətinə məxsus laynerin göyərtəsində baş verib.

Sərnişin bildirib ki, onda hamiləlik əlaməti olmayıb, ona görə də uşağln qəfil dünyaya gəlməsi onun üçün əsl sürpriz olub.

"Hollandiyaya enməyə bir neçə saat qalmış qadının mədəsi ağrıdı və o, tualetə getmək qərarına gəldi. O, qucağında bir körpə ilə geri döndü", - nəşr qeyd edib.

Gözlənilməz doğuşdan sonra yeni anaya təyyarənin göyərtəsində Avstriyadan olan iki həkim və tibb bacısı kömək edib. Qadın doğuşdan sonra yanında olan sərnişinlərdən birinin şərəfinə oğluna Maksimiliano adını vermək qərarına gəlib. Təyyarə Şiphol hava limanına enən zaman arvad və uşağı həkimlər qrupu qarşılayıb və Haarlemdə "Spaarne Gasthuis Haarlem Zuid" şəhər xəstəxanasına aparılıb. Ana və yeni doğulmuş körpənin vəziyyəti hazırda yaxşıdır.
 
Ardını oxu...
Romada 3 qadın güllələnərək ölüb.

"Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, hadisə Fidene rayonundakı kafedə olub.

Bildirilib ki, ölənlər arasında İtaliyanın Baş naziri Corca Meloninin sevgilisi də olub.

İkisi kişi, ikisi qadın olmaqla, 4 nəfər isə yaralanıb.

Araşdırmalar nəticəsində şübhəli bilinən 57 yaşlı şəxs saxlanılıb.
Ardını oxu...
13 sentyabr 2022-ci il, “Jina Amini” kimi tanınan xanım Məhsa Əmini Tehranda İranın dini “əxlaq polisi” tərəfindən hökumət standartlarına uyğun hicab geyinmədiyi üçün həbs edildi və polis bölməsinə aparıldı. Orada xanım Əmini naməlum şəraitdə və açıqlanmayan səbəbdən komaya düşüb. Üç gün sonra, 16 sentyabr 2022-ci ildə xanım Əmini - 22 yaşlı iranlı qadın şübhəli şəraitdə xəstəxanada vəfat etdi.

Onun ölümü İran cəmiyyətində geniş qəzəb doğurdu və onlarla şəhəri əhatə edən hökumət əleyhinə mitinqlərə səbəb oldu.

Üç aya yaxın davam edən mitinqlər nəticəsində 45-i uşaq olmaqla, 350-yə yaxın nümayişçi öldürülüb (ən son məlumata görə, 485 nəfər öldürülüb – red.), 1000-ə yaxın adam yaralanıb, 10 mindən çox adam (18 min 259 nəfər – red.) həbs edilib və Möhsün Şikari adlı vətəndaş edam edilib. Bu faciə nəticəsində vəziyyəti sabitləşdirmək məqsədi ilə İran hökuməti “əxlaq polisi”ni ləğv edib.

Ümumiyyətlə, “əxlaq polisi” kimlər idi və onların missiyası nə idi?

Bu qurum 2006-cı ildə Prezident Mahmud Əhmədinejadın dövründə “təvazökarlıq və hicab mədəniyyətini yaymaq” üçün yaradılıb.

“Rəhbər patrulu” kimi tərcümə olunan, lakin geniş şəkildə “əxlaq polisi” kimi tanınan “Qəşt-e-ərşad” İranın dövlət polis qüvvələrinin ictimai yerlərdə islami geyim qaydalarına dair qanunları tətbiq etmək vəzifəsi daşıyan bir bölməsidir.

Qaydaya əsasən, yaş həddi dəqiq müəyyən edilməsə də, yetkinlik yaşına çatmış bütün qadınlar ictimai yerlərdə baş örtüyü və hər tərəfi tam qapalı paltar geyinməlidir. Məktəbdə qızlar adətən 7 yaşından hicab taxmalıdırlar.

Geyim “əxlaq polisi”nin diqqət mərkəzində idi, eyni zamanda onlar həm də alkoqol qəbuluna görə və ya bir-biri ilə nikah əlaqəsi olmayan kişi və qadınların qarışıq toplantılarına, partilərinə qatılan şəxsləri saxlayıb həbs edə bilərdilər. Eyni zamanda, qanunun bu cür qeyri-müəyyən şəkildə ifa olunması, sözsüz ki, “əxlaq polisi”ndə korrupsiyanın yaranmasına münbit şərait yaratdı. Yutub vasitəsi ilə İranda keçirilən partiləri, diskoteka və insanların asudə vaxtlarını keçirməsini çoxlarınız görmüsünüz. Sözsüz ki, bunları “əxlaq polisi” də görüb… Bundan əlavə, heç kim üçün sirr deyil ki, Tehran və İranın digər şəhərlərində alkoqol içkilərin alınması çox sadə və asan prosedurdur. Düzdür, spirtli içkilər dükanda satılmır, amma müxtəlif Teleqram kanalları vasitəsi ilə və müəyyən yerlərdə hər bir İran vətəndaşı spirtli içki əldə edə bilər.

Ümumiyyətlə, İranın sosial tənzimləmələrinin böyük bir hissəsi həm kişilərdən, həm də qadınlardan təvazökar geyinməyi tələb edən islam şəriət qanunlarının dövlət tərəfindən mühafizəsinə əsaslanır. Lakin praktikada “əxlaq polisi” ilk növbədə qadınları hədəf alır.

Hansı geyim növlərinin uyğunsuz olduğuna dair heç bir aydın təlimat və təfərrüatın olmaması polislərin şəxsi mövqeyinə imkan yaradır və “əxlaq mühafizəçiləri”nin özbaşınalıq etməsinə, korrupsiyaya və hətta günahsız qadınların həbsinə geniş yol açır.

“Əxlaq polisi” tərəfindən saxlanılanlara bildiriş verilir və ya bəzi hallarda onları təhsil və məsləhət mərkəzi deyilən yerə və ya polis bölməsinə aparır və orada onların hicab və islam dəyərləri ilə bağlı məcburi mühazirələrdə iştirak etmələri tələb olunur. Daha sonra azadlığa çıxmaları üçün yaxınlarına zəng edilir ki, saxlanılan şəxsə “uyğun paltar” gətirsinlər.

“Əxlaq polisi” məmurlarından biri BBC-yə gündəlik iş təcrübəsi barədə anonim müsahibə verərək demişdi: "Sanki ova çıxırıq. Qadınlar çox qorxurlar. Qorxurlar ki, ictimaiyyətin gözü qarşısında onları tutub maşınlarımıza basacağıq… Bu isə çox böyük rüsvayçılıqdır… Bilirsinizmi, bunu edərkən neçə dəfə göz yaşı tökmüşəm?”

Lakin bununla “əxlaq polisi”nin sərhədsiz hakimiyyəti yekunlaşmırdı… Hökumət hicab pozuntularına qarşı mübarizəni və özünəməxsus islami geyim kodunun versiyasının təbliğini məktəblərdə, milli mediada, əsasən TV-lərdə və ictimai tədbirlərdə də davam etdirirdi…

Bununla belə, bir çox iranlı qadın ultramühafizəkar geyim qaydalarına qarşı çıxmağın yollarını tapıb. Bir çoxları dar geyimlər geyinərək və çadradan rəngli aksessuar kimi istifadə edərək, saçlarının çox hissəsinin üzə çıxararaq İran hökumətinin qoyduğu sərhədləri aşırlar, baxmayaraq ki, nə hökumətin qaydalarında, nə də Quranda bir sıra məhdudiyyətlərin ümumiyyətlə sərhədləri müəyyən edilib – başa yaylıq taxılmalıdır, ya yox, taxılmalıdırsa, saçın nə qədərinin üzə çıxa biləcəyi ilə bağlı sərt qaydalar yoxdur.

Bəs maraqlıdır, İran hökumətinin istinad etdiyi və bütün müsəlmanların ali kitabı olan Quran bu barədə nə deyir?

Mən özüm namaz əhlindənəm və hər il Orucluq ayında Quran oxuyuram və qayda-qanunları pis bilmirəm. Lakin yenə də məlumat üçün elektron mənbələrə nəzər yetirərək, Qurani-Kərimə müraciət etdim. Və qadınların geyim tərzləri ilə əlaqədar çox az sayda, lakin kifayət qədər dolğun məlumat əldə etdim:

“Mömin qadınlara da de ki, gözlərini (harama baxmaqdan) çevirsinlər və ayıb yerlərini qorusunlar. Öz-özlüyündən görünən qisimlər istisna olmaqla, zinətlərini göstərməsinlər. Baş örtüklərini yaxalarının üstünə örtsünlər. Zinətlərini ərləri, ataları, ərlərinin ataları, oğulları, ərlərinin oğulları, qardaşları, qardaşlarının oğulları, bacılarının oğulları, öz qadınları (mömin qadınlar), sahib olduqları cariyələr, kişiliyi qalmamış xidmətçilər, yaxud qadınların məhrəm yerlərinin fərqində olmayan uşaqlardan başqasına göstərməsinlər! Gizlətdikləri zinətlər bilinsin deyə ayaqlarını yerə vurmasınlar! Ey möminlər, hamılıqla Allaha tövbə edin ki, bəlkə, nicat tapasınız!” Quran 24/34.

Gördüyünüz kimi, Quranın “əl-Nur” surəsində qadınlara ayıb yerləri və yaxalarını örtmələri tövsiyə edilir və bu geyim qaydalarını yalnız ayədə sadalanan xüsusi şəxslərin qarşısında yüngülləşdirməyə icazə verilir. Quran nöqteyi-nəzərindən nəyin “görünən qisimlər” olduğuna dair din xadimləri yekdil rəyə gələ bilmir və bunun təfsiri onların şəxsi rəyinə görə dəyişir. Amma bu o demək deyil ki, hər bir yarpağın da həyatını nəzarətdə saxlayan Tanrı bizə bu məsələdə təfərrüatı verməyi unudub, sadəcə olaraq Allah bu qərarı hər bir qadının seçiminə buraxıb desək, həqiqətə daha yaxın ola bilərik. Yalnız qadın öz duyğuları və dünyagörüşündən irəli gələn qərarlar nəticəsində öz ayıb yerlərini örtür və görünəcək qisimlərini təyin edir. Onu Allah zəkalı məxluq olaraq yaradıb və Allah qarşısında o özü fərdi şəkildə cavab verməlidir.

“Onların hamısı qiyamət günü tək-tənha Onun hüzuruna gələcəkdir”. Quran 19/95.

Buna baxmayaraq, bir sıra islam ölkələri bizi inandırmağa çalışırlar ki, Allah qadınların saçlarını, hətta bədənlərinin hər qarışını örtməyə çağırır (yəqin ki, islam ölkələrindən ölkəmizə gələn, ağızlarını və burunlarını belə örtən turist qadınları görmüsünüz). Lakin Quranda bu barədə heç bir söz yoxdur. Digər tərəfdən, bəzi din xadimləri deyir ki, Quranda qeyd edilməyən məsələlərin təfərrüatını alimlər hədis və digər vasitə ilə insanlara çatdırır… Birincisi, ilk addımlarından səhvlər edən və gündə günahlarının bağışlanması üçün beş dəfə namaz əmri alan insana Allah hikmətlərini xırdalamağa imkan verməsi şübhə altındadır. İkincisi, niyə “qadınların taleyi məhz kişilərin əmrində olmalıdır” kimi suallar planetimizdə yaşayan milyardlarla insanı narahat edir?

“Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin zövcələrinə (evlərindən çıxdıqları zaman) örtüklərini örtmələrini söylə! Bu, onların tanınmaları və incidilməmələri üçün daha münasibdir. Allah bağışlayandır, rəhmlidir.” Quran 35/59.

Yuxarıdakı ayədə Allah qadınlara “örtüklərini örtmələrini” əmr edir. Yenə deyirəm, Allah örtüyün konkret uzunluğunu və dizaynını müəyyən etmir. Saleh qadın kimi tanınmaq və kənar şəxslər tərəfindən incidilməmək üçün hər bir qadına hansı uzunluğun ona uyğun olduğuna özünə qərar vermək hüququ verir.

“Mömin kişilərə de ki, gözlərini (harama baxmaqdan) çevirsinlər və ayıb yerlərini (zinadan) qorusunlar. Bu, onlar üçün daha təmiz bir davranışdır. Şübhəsiz ki, Allah onların etdiklərindən xəbərdardır”. Quran 24/30.

Allah həm kişiləri, həm də qadınları bir-birinə şəhvətlə baxmamaqla, baxışlarını ram etməyə çağırır. Bu, bizə istəklərimizi cilovlamağa, şirnikləndiricilərə qarşı müqavimət göstərməyə və nəhayət, öz iffətimizi qorumağa və özümüzü saleh aparmağa imkan verir.

Əgər Allah qadınları təpədən dırnağa qədər örtməyə məcbur edirsə, bəs niyə kişilərə “gözlərini çevirməyi” əmr edir? Deməli, Quranın nazil olduğu dövrdə kişilər qadın gözəlliyinə heyran ola bilirdilər və buna görə də günahkar düşüncələrə yol verməyərək özlərinə nəzarət etməli idilər.

“Ey Adəm balaları! Sizin üçün ayıb yerlərinizi örtmək və yaraşıq üçün libaslar nazil etdik (yaratdıq). Lakin ən gözəl libas salehlik geyimidir. Bu, Allahın dəlillərindəndir ki, bəlkə, düşünüb öyüd alalar”. Quran 7/26.

Allah bizə deyir ki, əynimizə geyinə biləcəyimiz ən yaxşı libas salehlik libasıdır. Eyni zamanda deyir ki, libasları bizə həm də yaraşıq üçün nazil edib – deməli, bizim yaraşıqlı olmağımızı istəyir… Qaranlıq otaqda biz heç nə görmürük, əksinə işıqlı aləmdə isə biz bütün rəngləri görməklə yaraşıqlı duyğular yaşayırıq və bu təbiəti və aləmi yaradan uca Allahdır. O, hər şeyi biləndir, hikmət sahibidir. Bizi də yaratdığı təbiət kimi yaraşıqlı görmək istəyir, bizə çətinliklər yaratmaq istəmir. Bizdən nəyi tələb edirsə, nəsihət edirsə və ya əmr edirsə, ruhumuzun xeyrinədir. Bu dünyaya gəlməkdə yeganə məqsədimiz yalnız saleh həyat sürməklə Allahın dərgahına pak qayıtmaqdır.

Mənim fikrimcə hər bir qadın Allaha yaraşacaq və razı qalacaq şəkildə geyinib-geyinməyəcəyinə özü qərar verməlidir, çünki Allah onu və kişiləri müstəqil fərd kimi yaradıb və dərgahına pak qayıdışını gözləyir. Bir daha “Məryəm” surəsinin ayəsini təkrar edirəm:

“Onların hamısı qiyamət günü tək-tənha Allahın hüzuruna gələcəkdir”. Quran 19/95.

Lakin bir sıra islam ölkələrində qadınlara qarşı belə sərt qaydalarla iffəti qorumaq istəyən hökmdarlar özləri islamda vacib qayda - insan təsvirini təbliğ etmə qadağasına əməl etməyərək, xiyaban və digər ictimai yerlərdə öz portretlərini təşviq edirlər. Niyə bu günə qədər nə Peyğəmbərimizin, nə də imamlarımızın təsvirləri yoxdur? O zamanlar rəssamlar yox idi? Var idi – sadəcə olaraq, Allahdan başqa sitayiş ediləsi varlığın olmadığı postulata ciddi riayət və hörmət edərək onlar öz təsvirlərini təbliğ etmirdilər.

“De: “Ey kitab əhli! Nə üçün (həqiqəti) gördüyünüz halda onu əyri göstərmək məqsədilə iman gətirənləri Allahın yolundan döndərməyə çalışırsınız? Allah sizin etdiklərinizdən qafil deyildir”. Quran 3/99.

İranda heyrətamiz dərəcədə yüksək inflyasiya, iqtisadiyyatına qarşı ağır beynəlxalq sanksiyalar, su böhranı və regional gərginlik kimi ciddi problemləri də rəsmi Tehrana Allah nəsib etməyib – buna hökumət məmurları gündəlik verdikləri qərarlar nəticəsində gəlib çıxıb. “Əxlaq polisi” kimi qurumları ləğv etməsi vəziyyəti sabitləşdirə bilməz.

Xalqın narazılığı isə getdikcə artır. Son illərdə bir neçə ümummilli iğtişaşlar baş verib, ölkənin müxtəlif yerlərində ara-sıra regional mitinqlər keçirilir.

İran hökuməti “əxlaq polisi”ni ləğv etməklə etiraz edənlərin dəstəyini qazanmadan, nümayişçiləri sakitləşdirmədən öz tərəfdarlarının böyük bir hissəsini həmişəlik itirəcək. Ona görə ki, etirazçılar artıq məcburi hicabdan imtina etməkdən daha çox şey istəyirlər. Son hadisələr göstərir ki, etirazçılar tələblərinə ciddi məmnunluq qazanmayanadək mitinqlərini davam etdirəcəklər.

Lakin bir sıra dövlət və din xadimləri bunu anlamaq istəmir və köhnə “qəlib”lərlə hərəkət edirlər. Bu sırada Şərqi Azərbaycan əyalətində yaşayan ermənilərin arxiyepiskopu Qriqor Çiftçiyan İranda son etiraz aksiyaları ilə bağlı bəyanat yayıb. O, İran rəsmilərinin fikirlərini təkrar edərək, etirazçıları "düşmən" adlandırıb və onları terrorçu, iğtişaşçı kimi qələmə verərək nümayişçilərin hərəkətlərini pisləyib. İranda yaşayan bütün xalqların bərabər hüquqa malik olduğunu iddia edən erməni din xadimi etirazçıları fitnəkarlıqda ittiham edib. Çiftçiyan etiraz aksiyalarının yatırılmasını istəyib və bu yöndə İran hökumətinin repressiv addımlarına dəstək verdiklərini bildirib.

Odur ki, sizdən soruşsalar ki, ağıllınız kimdir, əminliklə deyə bilərsiniz ki qabaqda gedən zəncirli.

Burada mənə, sadəcə, hamını Allahın özünə tapşırmaq qalır. Allah hamının ürəyincə versin!

axar.az
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının keçmiş rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq prezidenti Ramiz Mehdiyevin həyat yoldaşı, BDU-nun kafedra müdiri, professor Mehdiyeva Qalina Yuriyevna ilə “Fireland Vineyards” MMC-nin qanuni təmsilçisi Səidov Elmar Çingiz oğlu arasında məhkəmə çəkişməsi 2 ildir davam edir.

Yeniavaz.com xəbər verir ki, 2 il əvvəl – 2021-ci ilin yanvar ayında Səidov Elmar Çingiz oğlu Mehdiyeva Qalina Yuriyevna barəsində məhkəmə iddiası qaldırıb.
Ardını oxu...
İddiaya Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyeva tərəfindən baxılır.
Qeyd edək ki, iddia ilə bağlı ilk hazırlıq iclası ilk dəfə 21.01.2022-ci il tarixinə təyin olunub. Həmin tarixdən sonra dəfələrlə hazırlıq iclası təyin edilib. Sonuncu hazırlıq iclası dekabr ayının 5-də baş tutub.

Ardını oxu...

Növbəti hazırlıq iclası isə gələn ilin yanvar ayının 9-na təyin edilib
Ardını oxu...
“Fireland Vineyards” MMC-nin qanuni təmsilçisi Səidov Elmar Çingiz oğlunun iddiası ilə əlaqədar olaraq 2 il ərzində ancaq hazırlıq iclaslarının təyin olunmasının hansı səbəbdən baş verdiyi açıqlanmır.
Məlumat üçün bildirək ki, 26.01.2007-ci ildə dövlət qeydiyyatına alınan “Fireland Vineyards” MMC Azərbaycanın ən böyük şərab istehsalçılarından biri olub. Bildirilir ki, Qalina Mehdiyeva “Fireland Vineyards” MMC-nin təsisçilərindən biridir. Hazırda “Fireland Vineyards” MMC-nin dövlət büdcəsinə də böyük həcmdə - 128 min 767 manat 72 qəpik vergi borcu var.
 
 
 

Dünyapress TV

Xəbər lenti