Ardını oxu...
73 yaşlı amerikalı modelyer Vera Vanq Yeni 2023-cü ili qarşıladıqdan sonra necə göründüyünü nümayiş etdirib.

Çin əsilli dizayner öz İnstaqramında bir neçə kadr paylaşıb.

Fotoda o, ağ çimərlik paltarında bədən quruluşunu nümayiş etdirir. Vera Vang yay üçün mərcan xəz çəkmələri, gümüş tac və gün eynəyi taxıb.

"Yeni ildən sonra səhər və hovuzda qəhvə"

Onun yeni paylaşımını bir gündən az müddətdə 22 minə yaxın insan bəyənib.

Xüsusilə Vera Vanq şəffaf Prada paltarında poza verdiyi şəkilləri paylaşıb.

Çin əsilli modelyer fotoya "Buxtada gün batımı. Gündəlik parıltı... Prada parıltısı ✨" şərhini yazıb.

İnsanlar onun 73 yaşı olduğuna inanmadıqlarını bildiriblər.
Qeyd edək ki, Vera Vanq müasir məşhurların həyatlarının mühüm günündə seçdiyi dəbdəbəli gəlinlikləri ilə tanınır.

Xatırladaq ki, Vera Vanq 73 yaşının şərəfinə yüksək səviyyəli şənlik də təşkil edib.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
ABŞ-ın Kolorado ştatında Meqan Hess adlı cənazə evi sahibinin əməlləri eşidənləri şoka salıb.

Teref.az xarici KİV-ə istinadla xəbər verir ki, 46 yaşlı Meqan Hess anası ilə birlikdə 560 cəsədi hissələrə bölərək satıb.

Hess və 69 yaşlı anası Şirli Koxun cəsədləri parçalayaraq cərrahi təlim şirkətlərinə satdığı üzə çıxıb.

Hessin anası Şirli Kox da əməllərini etiraf edib.

Hess mərhumların ailələrini aldatdığına görə 20 il, anası isə dələduzluq ittihamı ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə sənədlərində 69 yaşlı ananın əsas rolunun cəsədləri parçalamaq olduğu yazılıb.

Araşdırmalardan sonra məlum olub ki, ana və qızdan meyit hissələrini alan şirkətlər dələduzluqdan xəbərsiz olublar.

Qeyd edək ki, ABŞ-da transplantasiya üçün ürək, böyrək və vətər kimi orqanların satışı qanunsuzdur. ABŞ qanunları yalnız bu orqanların donorluğuna icazə verir. Ölkə.Az
Ardını oxu...
 
Ardını oxu...
Son dövrlər özünü cəmiyyətdə daha çox xeyriyyəçi “biznes ledi” kimi tanıdan Ruhi Əliyevanın böyük piarı aparılır. Tovuzlu xanım ən baxımlı kanaldan tutmuş, ən bahalı manşet, ən çəlimsiz sayta kimi hər yanda az qala bütləşdirilir. “Tovuzlu xanım” vurğusu səbəbsiz deyil. Çünki Ruhinin tarixçəsi oradan başlayır.
Ruhi Əliyeva 1977-ci il martın 8-də Tovuzda dünyaya gəlib. Ali təhsili barədə məlumat əldə etmədik. Peşəkar səhnəyə 2007-ci ildə qədəm qoyub. Belə deyək, orta məktəbdən 13 il sonra məşhurlaşıb:

– ilk klipi çıxıb;

– 2009-da yeni albomu təqdim olunub;

– teleaparıcılıq edib.

Yəqin Putinin tovuzlu dostu İlham Rəhimov barədə eşitmisiniz. Ruhi özündən 26 yaş böyük bu oliqarxla əvvəlcə vətəndaş nikahında, ardınca ailəli olub. O vaxtlar hər kəs Ruhiyə bağışlanan çoxmilyonluq villalardan, qiymətli hədiyyələrdən bəhs edirdi. Cütlüyün uzun müddət övladı olmurdu, elə fikir ayrılığı da o vaxtdan başlayıb. Çünki Ruhi hamilə qalarkən və uşaqları dünyaya gətirmək üçün xaricə yollandıqda onlar artıq ayrılmışdılar. Hətta İlham Rəhimov sabiq millət vəkili Rəbiyyət Aslanova ilə ailə qurmuşdu. Ruhi ölkəyə qayıtdıqdan sonra İlham Rəhimovla onun arasında mal-mülk davaları alovlandı. Səbəb uşaqların atasının övladların ondan olmasına şübhə etməsi idi. Lakin sonradan İlham Rəhimov Ruhi ilə barışıb. Deyilənə görə, uşaqları özünə oxşatmışdı. Əkizlərin himayəyə götürüldüyü, eks cütlüyün ara-sıra görüşdüyü deyilir. Onsuz da İlham Rəhimovun Rəbiyyət Aslanova ilə qısa evliliyi siyasi məqsəd kəsb edirdi. Çünki eks millət vəkilinin oğlu “nurçu qalmaqalı”na qədər Prezident Administrasiyasında şöbə müdiri olub. İlham Rəhimovun deputatlığa 2000-ci ildəki uğursuz cəhdindən sonra siyasətdən gedişi onun parlament eşqində olmadığını deməyə əsas verir. Ona görə də İlham-Rəbiyyət nikahının siyasi tərəfi sirr olaraq qalır.

Qayıdaq “Bentley”də (99-RR-002) dolaşan Ruhiyə… Xanım Əliyeva BMT ilə əlaqəsi olmayan agentliklər tərəfindən verilən mükafatı BMT boyda şişirdir. Avropada tanınmayan Avropanın “Şərəf” ordenini alır. “Liatris Holding”in rəhbəri “Gold faces of Azerbaijan – 2022” mükafatına layiq görülür. Türkiyənin Ankara şəhərində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası ona “Türk dünyasında ilin iş adamları” fəxri adı ilə “Altın Yıldız” medalı təqdim edir…

Bununla yanaşı onun bəzi mükafatlandırmalardan şəhid və qazi ailələri də narahatdır. Şəhid Heydərov Qadirin atası Ədalət hazırladığı videomüraciətdə oğlunun Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının işğaldan azad olunması üçün döyüşüb şəhid olduğunu xatırladıb. Oğlunun yalnız “Vətənə xidmətə görə” ordeni ilə təltif olunduğunu bildirən Ədalət Heydərov Ruhi Əliyevanın müxtəlif təltifetmələrinə etiraz edib. Hətta şəhid ailəsi və qazilər Prezidentə müraciət hazırlayır. Çünki onların fikrincə, Müdafiə Nazirliyinin Ruhini qəhrəmanlaşdırması biabırçılıqdır. Onu da deyək ki, Ruhi Əliyevaya “Topçu Ruhi” də deyirlər. Müdafiə Nazirliyinin icazəsi ilə 1 dəfə Tərtərdə top atıb. Yəni özünü mərminin, topun, tankın önünə verən oğulların layiq olduğu təriflərin Ruhiyə yağdırılması acınacaqlı durumdan xəbər verir. Buna xalqda döyüş ruhunun sındırılması adı da vermək olar. Bu iş isə Rusiya və Kremlin ölkəmizdəki 5-ci kolonuna sərf edir. Bu gün Putinin ən yaxın dostlarından olan İlham Rəhimovun uşaqlarının anası reklam olunursa, 5-ci kolon iş başındadır.

Amma Azərbaycan əhalisi görüntüdən doyub və yalnız əməl, konkret addım qiymətləndirməsi aparır. Yəni Ruhi deputat olsa, bu, seçici sevgisi və istəyi deyil. Yaxud mədəniyyət naziri postunu tutsa, yenə də bu, sadə vətəndaşların ağlından keçmir.

Ruhinin vəzifə halallığı verilibsə, bunu yalnız son illər aktuallaşan kadr islahatları ilə bəraətləndirmək mümkündür. Gender bərabərliyi donu da yaraşar ki, doğrudan da qadınlara yüksək vəzifələr verilir. Guya Ruhidən başqa vəzifəyə layiq ALİ SAVADLI kadr yoxdur? Digər tərəfdən sahibkarın, iş adamının dövlətdə vəzifəsi tutması, deputatlıq mandatı alması normaldırmı?

Azərbaycanda hə!
KONKRET.az
 
 
 
Ardını oxu...
Tanınmış jurnalist Ülviyyə Alovlu Azərbaycanın ilk və hələ də yeganə "dünya gözəli" tituluna sahib olan Sona Mehmandarova ilə bağlı maraqlı paylaşım edib.

Sfera.az həmin yazını təqdim edir.

“Sona Mehmandarova 1894-cü ildə Lənkəranda anadan olubb. O, Azərbaycan Xalq Cümhuriyyətinin Müdafiə naziri olmuş Səməd bəy Mehmandarovun qardaşı Nağı bəy Mehmandarovun qız idi. Xarici gözəlliyinə görə evə tez-tez elçilər gəlirdi. Atası Nağı bəy qızının təhsilinə öncəlik verdiyini bildirərək, qızına olan evlilik təkliflərini rədd edirdi. Belə rədd cavabı alan elçilərdən Əhməd bəy Zeynalov 1910-cu ildə Nağı bəyi öldürərək dənizə atır.

Atasının ölümündən sonra Sona Lənkəranı tərk edərək Bakıya - anasının qohumlarının yanına gəlir. 1912-ci ildə qohumlarının təkidi ilə "Obşestvennoye sobraniye" binasındakı (indi Azərbaycan Dövlət Filarmoniyası yerləşən bina) gözəllik yarışmasına qatılır.

Burada qalib olan Sona Tiflisdə keçirilən digər müsabiqəyə qatılır və burada "Qafqaz incisi" tituluna layiq görülür.

Tiflisdən sonra Sankt-Peterburqa yola düşür və burada da birinciliyə layiq görülür. 1912-ci ilin sonunda isə Parisdə keçirilən beynəlxalq əhəmiyyətli müsabiqədə qalib gələrək, "Dünya gözəli" titulunun qran-prisinə sahib olur və məşhurluğu dünyaya yayılır.

Bu qalibiyyətdən sonra Sona xanım Azərbaycana qayıda bilmir və Sankt-Peterburqda yaşamağa başlayır”.
 

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Müharibə iştirakçılarının sosial vəziyyətinin yaxşılaşdırılmasına dair təşəbbüslər” və “Məişət zorakılığına qarşı mübarizə və qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması təşəbbüsləri” istiqaməti üzrə qrant müsabiqələrinin nəticələrini elan edib.

Yeniavaz.com xəbər verir ki, qrant müsabiqəsinə “Müharibə iştirakçılarının sosial vəziyyətinin yaxşılaşdırılmasına dair təşəbbüslər” üzrə 66, “Məişət zorakılığına qarşı mübarizə və qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması təşəbbüsləri” üzrə 105 layihə təqdim edilib.

Onlardan “Müharibə iştirakçılarının sosial vəziyyətinin yaxşılaşdırılmasına dair təşəbbüslər” üzrə 31 fərdi, 7 koalisiya üzrə, “Məişət zorakılığına qarşı mübarizə və qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması təşəbbüsləri” üzrə 47 fərdi, 8 koalisiya üzrə layihələrin maliyyələşdirilməsi haqqında Agentliyin Müşahidə Şurası qərar qəbul edib.

Qeyd edək ki, qrant müsabiqəsinin qalibi olan təşkilatlar arasında millət vəkili Tamam Cəfərovanının rəhbərlik etdiyi “Universitet Təhsilli Qadınlar” ictimai birliyi də var. Millət vəkili “Özünü tanı, hüququnu bil” erkən nikahın aradan qaldırılması sahəsində qadınların maarifləndirilməsi” adlı layihənin icrası üçün Agentlikdən 9 000 manat alacaq.

Onu da bildirək ki, əvvəllər də millət vəkillərinin rəhbərlik etdikləri QHT-lər Agentlikdən qrantlar alıb və bu cəmiyyıt tərəfindən birmənalı qarşılanmayıb.

Ardını oxu...
33 yaşlı Janet Ekpe adlı qadın ərini zəhərləyərək öldürüb.

32gun.az xarici KİV-nə istinadən xəbər verir ki, hadisə Zimbabvedə yaşanıb. Belə ki, qadının əri onu ən yaxın rəfiqəsi ilə aldadıb. Bundan xəbər tutan qadın əvvəlcə yoldaşının yeməyinə zəhər qataraq onu zəhərləyib. 33 yaşlı qadın ərinin ölümünü izləyib. Ardınca isə onun cinsiyyət orqanını kəsib.

Polis tərəfindən saxlanılan qadın izahatında, rəfiqələrinin ərini cazibədar gördüklərini və daha əvvəl ərinə bu barədə xəbərdarlıq etdiyini, ərinin isə ona qulaq asmadığını bildirib.
 
 
 
Ardını oxu...
Türkiyənin hüquq-mühafizə orqanları saxta valyutanın hazırlanması və satışı ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin işi üzrə istintaq prosesini yekunlaşdırıb.
71 nəfər şübhəlini əhatə edən istintaq 298 səhifəlik cinayət materialından ibarətdir.
İstintaq zamanı cinayətkar qruplaşmanın üzvlərindən biri saxta əsginaslarla 50 milyard dolların hazırlandığını etiraf edib.
Təqsirləndirilənlər arasında qruplaşmada kuryer “işləmiş” Azərbaycan vətəndaşı, 61 yaşlı Elmira Abdullayeva da var.
Məlum olduğu kimi, 2021-ci il mayın 23-də polisin məxfi nəzarətində olan Elmira Abdullayeva Bakıdan İstanbula uçub və iyunun 3-də İstanbulun Aksaray rayonundakı otellərdən birində həbs edilib.
Axtarış zamanı onun üzərindən Tehrana aviabilet və 5 000 saxta dollar aşkar edilib.
Cinayət işinin baxılması məsələsində Ankara və İstanbul Ağır Cəza Məhkəmələri arasında səlahiyyət bölgüsü mübahisələrə yol açdığından, işə Türkiyə Ali Məhkəməsinin 5-ci Cəza Kollegiyasında baxılacaq.
 
Ardını oxu...
Bakıda qadın ətçəkən mikserə düşərək ölüb.

APA-nın əldə etdiyi xəbərə görə, hadisə Qaradağ rayonu ərazisində yerləşən sexlərin birində baş verib.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Qaradağ rayonu ərazisində yerləşən ət kəsim sexlərindən birində xadimə işləyən 1982-ci il təvəllüdlü Rəqsanə Pirməmmədovanın elektrik mikserini təmizləyən zaman qurğunun hərəkətə gəlməsi nəticəsində qurğunun hissələri arasında qalaraq aldığı xəsarətlərdən hadisə yerində ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.
 
 
 
Ardını oxu...
Bakı Slavyan Universitetinin (BSU) Ədəbiyyat nəzəriyyəsi və dünya ədəbiyyatı kafedrasınının professoru, ədəbiyyatşünas, filologiya elmləri doktoru Elmira Rəhimova vəfat edib.

Bu barədə BSU məlumat yayıb.

Qeyd edək ki, professor Elmira Abdulla qızı Rəhimova Ağdaş şəhərində anadan olub. O, 1962-ci ildə Ağdaş şəhər orta məktəbini bitirib.

1962-ci ildə E.Rəhimova Pedaqoji Dillər İnstitutuna daxil olub və həmin institutu 1967-ci ildə fərqlənmə diplomu ilə bitirib. 1971-1974-cü illərdə aspiranturada təhsil alıb.

Aspiranturanı bitirdikdən sonra, 1976-cı ildə "Azərbaycanda yaşayan rus yazıçılarının 20-30-cu illərdə ədəbi fəaliyyəti" mövzusunda namizədlik, 1995-ci ildə isə " Azərbaycan xalq qəhrəmanlıq dastanlarının rus dilinə tərcümələrinin tarixi və təcrübəsi( "Kitabi-Dədə Qorqud" və "Koroğlu" dastanlarının materialları əsasında) " doktorluq dissertasiyasını müdafiə edib. 1980-1982-ci illərdə yüksək ixtisaslı mütəxəssis kimi Kubanın Havana Universitetində çalışıb, orada rus dili və ədəbiyyatını tədris edib.

E.Rəhimova BSU-nun Ədəbiyyat nəzəriyyəsi və dünya ədəbiyyatı kafedrasında professor vəzifəsində çalışıb.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı olub.

Allah rəhmət eləsin!
 
 
 

Dünyapress TV

Xəbər lenti