Ardını oxu...
Jurnalist Nataliya Morari oktyabrın 20-də Moldovada keçiriləcək prezident seçkilərində müstəqil namizəd kimi iştirak etmək qərarını açıqlayıb.

Qaynarinfo xəbər verir ki, o, "YouTube" kanalında qərarını ölkədə dəyişiklik etmək istəyi ilə izah etdiyi bir video yerləşdirib.

Morari kampaniyasını "Dəyişiklik burada və indi" şüarı altında aparacaq.

"Ümidimizi itirdik, inamımızı itirdik. Amma biz hamının heyranlıqla danışdığı ölkəyə çevrilə bilərik. Biz daxili problemlərin həllinə cəmləşməliyik, uzaq gələcəklə bağlı boş vədlərə qulaq asaraq onilliklər gözləməyi özümüzə rəva bilməyəcəyik", deyə Natalya Morar bildirib.

Natalya Morarinin 40 yaşı var. O, jurnalist karyerasına Rusiyada başlayıb, 2007-ci ildə Moskva Dövlət Universitetinin sosiologiya fakültəsini bitirib. Daha sonra "The New Times" jurnalında işləməyə başlayıb, lakin 2007-ci ilin sonunda Rusiyaya girişi qadağan edilib. Qadağa yalnız 2012-ci ildə götürülüb.

Moldovada Nataliya Morari yerli TV8 kanalında siyasi tok-şousun teleaparıcısı işləyib. Onun proqramı 2021-ci ildə uşağının atasının məşhur sahibkar Vyaçeslav Platon olduğu məlum olanda bağlanıb.

Hazırda Böyük Britaniyada yaşayan Vyaçeslav Platon 2023-cü ildə Moskvanın Tverskoy Məhkəməsi tərəfindən Rusiyadan xarici valyutada olan 126 milyard rubldan çox vəsaitin qanunsuz çıxarılmasına görə qiyabi olaraq 20 il müddətinə maksimum rejimli koloniyaya məhkum edilib. Moldovada biznesmen axtarışa verilib - o, korrupsiya və dələduzluqda ittiham olunur. Bu il iş adamı "Phoenix Moldova" partiyasının yaradıldığını elan edib.

Morari artıq üçüncü qadındır ki, prezidentlik uğrunda mübarizə aparmaq istədiyini bəyan edir. Moldovanın hazırkı prezidenti Maya Sandu keçən il bunu söyləyib. Bu həftə Qaqauziyanın (respublikanın cənubundakı muxtariyyət) keçmiş rəhbəri İrina Vlah namizədliyini irəli sürmək qərarını açıqlayıb.

Ümumilikdə doqquz nəfər qarşıdan gələn prezident seçkilərində iştirak edəcəyini açıqlayıb - Maya Sandu, "Bizim Partiya"nın lideri Renato Usatii, keçmiş baş prokuror Aleksandr Stoyanoqlo, keçmiş baş nazirlər Vlad Filat və İon Çiku, keçmiş daxili işlər naziri Andrey Nastase, keçmiş xarici işlər naziri Tudor Ulyanovski, İrina Vlah və Nataliya Morari. Siyahı hələ yekun deyil. Bir aydan sonra ölkədə seçki kampaniyası başlayacaq.
Ardını oxu...
Çanakqala Savaşının qəhrəmanı, cəsur türk qızı Nezahat Onbaşı. 70-ci Alayın komandiri Albay Hafız Hamitin qızı olub.
Nezahat Onbaşının atasıyla birliktə 3 ıl boyunca bütün döyüşlərə qatıldığı, 70. Alaya isə yunanlıların ''qızlı alay'' ləqəbini verdiyi deyilir.
Qurtuluş Savaşı zamanı Gediz Cəbhəsində 70. Alayın düşmən qüvvələrin hücumundan sonra geri çəkilən türk əsgərləri qarşısında çıxış edir:''Mən babamın yanında şəhid olmağa gedirəm, siz hara gedirsiz?'' deyəndən sonra əsgərlər böyük düşmən ordusunu darmadağın edir...
Qoşqar Salmanlı
TEREF
Ardını oxu...
Bu aydan ölkədə qadınların pensiya yaşı daha 6 ay artılaraq, 64 oldu. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, kişilərin pensiya hüququ əldə etmək üçün yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq hər il 6 ay artırılmaqla 2021-ci il iyulun 1-dək 65-ə çatdırılmalı idisə, qadınlar üçün bu keçid dövrü 2017-ci il iyulun 1-dən 2027-ci il iyulun 1-dək nəzərdə tutulub. Yəni qadınlar üzrə pensiya hüququ əldə etmək yaşı bundan sonra hələ daha iki dəfə 6 ay artırılacaq ki, 65-ə çatsın.
Qadınların və kişilərin eyni yaşda pensiyaya çıxmaları nə dərəcədə məntiqidir? Qadınlar kişilərdən daha tez pensiya hüququ əldə etməlidirlər. Onlar zərif cinsin nümayəndələri olduqları, ailədə aparıcı qüvvə sayıldıqları, uşaq dünyaya gətirdikləri, onun təlim-tərbiyəsində əsas və həlledici rol oynadıqları üçün müəyyən güzəşt və imtiyazlara sahib olmalıdırlar. O cümlədən, pensiya hüququ məsələsində də. Qadınların pensiya hüququ əldə etmək yaşları kişilərdən azı 3 il aşağı olmalıdır. Bəzi ölkələrdə qadınlar ilə kişilərin pensiya yaşı arasında 5 il fərq mövcuddur. Bəs bizdə niyə belə deyil?

Məsələ bundadır ki, ölkədə hazırkı pensiya-sığorta sistemi mexanizmi vətəndaşlara 65 yaşdan tez pensiyaya çıxmaq imkanı vermir. Hər şey vətəndaşın əmək fəaliyyəti dövründə ödədiyi sosial sığorta haqları, yığa bildiyi pensiya kapıtalı, iş stajı və s. asılıdır. Bunlar elə təşkil olunmalıdır ki, vətəndaşın gələcəkdə əldə edəcəyi aylıq pensiya məbləği qaneedici olsun, Dövlət Sosial Müdafiə Fondu (DSMF) dövlət büdcəsindən asılı olmasın. Hazırkı yaş həddi bu məsələlər nəzərə alınaraq müəyyən edilib.

Son illər DSMF-nin dövlət büdcəsindən asılılığı xeyli azalıb. Bu, yığımlarla bağlıdır. 2019-cu ildə məcburi dövlət sosial sığorta haqları ödənişlərinin DSMF-dən alınaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə verilməsi böyük əhəmiyyət kəsb etdi.
Bundan əlavə, həmin il Vergi Məcəlləsinə edilən dəyişikliklərlə məcburi dövlət sosial sığorta haqlarının faizi artırıldı.
Paralel olaraq, əmək müqaviləsi olmadan işə cəlb edilmə faktlarının aşkarlanması və s. hesabına DSMF-nin büdcəsinin ildən-ilə artmağa başladı. Bu da sözügedən quruma dövlət büdcəsindən köçürməni azaltmaq üçün imkanlar yaratdı. 2019-cu ildən Fonda dövlət büdcəsindən ödənişlər azaldılmağa başlandı.

Yeri gəlmişkən, Fondun cari il büdcəsinə də dəyişiklik edilib. Belə ki, DSMF-nin büdcə gəlirləri və xərcləri ilə bağlı proqnoz 6 919,9 milyon manatdan 6 949,9 milyon manata çatdırılıb. Bu, məcburi dövlət sosial sığorta haqları ilə bağlı proqnozun 5 288,1 milyon manatdan 5 478,1 milyon manata yüksəlməsi, əvəzində isə dövlət büdcəsindən ayrılan vəsaitin 1 392 milyon manatdan 1 232 milyon manata endirilməsi ilə bağlıdır.

Sözün qısası, gedişat deməyə əsas verir ki, ölkədə kişilərin olmasa da, qadınların pensiyaya çıxmaq hüququnu yaxın gələcəkdə hətta 60 yaşa qədər də salmaq mümkündür. Ancaq bundan ötrü DSMF-nin maliyyə imkanları geniş olmalı, ölkədə özəl pensiya fondları fəaliyyət göstərməli, hər bir vətəndaşın işlədiyi yerdə istənilən məbləğdə pensiya kapitalı toplaya bilməsi üçün müvafiq imkan və şərait olmalıdır.

Ümumiyyətlə, biz pensiya hüququ əldə etmək məsələsinə hələ də çox bəsit yanaşırıq. Hər bir dövlət və hökumət istəyər ki, vətəndaşı ondan razı qalsın, işdən çıxdıqdan sonra yüksək səviyyədə müavinət və pensiya alsın. Ancaq bunun üçün müvafiq şərtlərin təmin olunması vacibdir. Ən böyük şərt isə ondan ibarətdir ki, gərək vətəndaşların əmək haqları yüksək olsun, onlar lazımi səviyyədə sosial sığorta haqları ödəyə bilsinlər. Çünki dövlət bütün növ sosial və pensiya ödənişlərini cibindən ödəyə bilməz.

Bu mənada, pensiya yaşı müəyyən edilərkən DSMF-in imkanları, başqa sözlə desəm, ödənişlər üçün tələb olunan vəsaitin haradan və necə əldə olunduğu nəzərə alınır. Odur ki, məsələ ilə bağlı pafoslu təklif və çıxışlarla heç nəyə nail olmaq mümkün deyil.

Pərviz Heydərov
Azvision.az
 

Ardını oxu...
Aparıcı Hüsniyə Məhərrəmova ABŞ-la Bakıya tez-tez gedib-gəlməsindən söz açıb.

Bizim.Media xəbər verir ki, bu haqda Hüsniyə sosial şəbəkə hesabında paylaşdığı postda yazıb.

Məhərrəmova bildirib ki, ABŞ-la Bakı arasında böyük saat fərqinin olmasına baxmayaraq bu rejimə artıq asanlıqla öyrəşə bilib:

““Jetlag” (Hava səyahəti zamanı vaxt zonalarının sürətli dəyişməsi səbəbindən bir insanın sirkadiyalı (gündüz və gecənin dəyişməsi ilə bağlı müxtəlif bioloji proseslərin intensivliyində tsiklik dalğalanmalar) ritmlərinin müvəqqəti pozulmasıdır) olmur. Heç bilmədim o nədir. Bakıya gəlirəm, Bakı vaxtı ilə yatıram, ABŞ-a gedirəm, oranın vaxtı ilə yatıram”.

Hüsniyə “Bu nə qədər qazanır ki, bu qədər uçur?” sualına qısa olaraq “Çox” cavabını verib.

“Amerikada nə ilə məşğulsunuz?”sualını aparıcı “Bilet pulu qazanmaqla” sözləri ilə cavablandırıb. Məhərrəmova “ABŞ-a köçmüsünüzsə, niyə iki gündən bir Bakıya gəlirsiniz?” sualına “Kəbab yeməyə” cavabını verib. Hüsniyə okeanın o tayına uçub və Bakıya geri qayıtmasından yorulduğunu da gizlətməyib:

“Bu dəfə çox yoruldum. Ona görə bir müddət gəlməyəcəyəm. Sevdiyim adamlar ABŞ-a köçsə, bəlkə heç gəlmədim”.

Ardını oxu...
 
Ardını oxu...
“Bakı Oksford Məktəbi”nin müsadirə olunan binası hərraca çıxarılır. Yeniavaz.com xəbər verir ki, Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, 108 ünvanında yerləşən bina iyul ayının 29-da açıq hərraca çıxarılacaq. Ümumi sahəsi 18 min 972,2 kvadratmetr olan binanın ilkin start qiyməti 24 milyon 703 min manatdır. Hərracda iştirak etmək istəyənlər 10% həcmində – 2 milyon 470 min 300 manat beh ödəməlidirlər. Sənədlər hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək Əmlak Xidmətləri Məkanında qəbul ediləcək.

Məlumat üçün bildirək ki, “Bakı Oksford Məktəbi”nin binası hazırda həbsdə olan “Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədova və yaxınlarına məxsus müsadirə olunan əmlaklardan biridir. “Bakı Oksford Məktəbi”nin Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi 108 ünvanında yerləşən binasının da sahiblərindən biri Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədovadır.

Yeniavaz.com-un əldə etdiyi məlumata görə, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, 108 ünvanında yerləşən binanın 2-ci sahibi Prezident Aparatının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin qızı Kamilə Əliyevadır. Hər iki mülkiyyətçnin binadakı payı 50% təşkil edir. Kamilə Əliyeva eyni zamanda sabiq millət vəkili İlham Əliyevin həyat yoldaşıdır.
 
Ardını oxu...
"Bu, dəhşətlidir, amma mən buna sevinirəm..."

Moskvanın Zamoskvoretsk Məhkəməsi istintaqın vəsatəti ilə tanınmış teleaparıcı, "Şən və Hazırcavablar Klubu"nun sabiq üzvü, bloger və ictimai xadim Tatyana Lazarevanın həbsinə order verib.

Moderator.az xəbər verir ki, bu barədə "Mediazona" nəşri məhkəmə saytının məlumatına istinadən yazıb.

Lazarevaya qarşı "terrorçuluğa haqq qazandırılması" maddəsi ilə cinayət işinin açııması barədə iyunun 17-də bəlli olub.

Buna səbəb teleaparıcının Rusiya ərazisinə pilotsuz uçuş aparatlarının hücumu barədə fikirləri olub.

Belə ki, Lazareva müsahibələrinin birində Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazilərinə dronlarla hücumları şərh edərkən deyib: "Bu, dəhşətlidir, amma mən buna sevinirəm".

Üç gündən sonra Rusiyanın Maliyyə Monitorinqi üzrə Federal Xidməti artıq federal axtarışda olan Lazarevanı terrorçular və ekstremistlər siyahısına daxil edib.

Bu gün Rusiya məhkəməsi teleaparıcının saxlanıldığı andan iki ay müddətinə Rusiya ərazisində həbs edilməsi və ya Rusiyaya ekstradisiya edilməsi barədə qərar çıxarıb.

Lazareva uzun illərdir açıq şəkildə Vladimir Putin rejimini tənqid edir. 2011-ci ilin dekabrında o, Bolotnaya meydanında keçirilən mitinqdə natiqlərdən biri qismində iştirak edib.

2012-ci ilin oktyabrında Lazareva Rusiya müxalifətinin Koordinasiya Şurasına daxil olub. O, həmçinin "Sozidaniye" xeyriyyə fondunun qəyyumluq şurasının üzvüdür.

2022-ci ilin iyulunda teleaparıcı "xarici agentlər" siyahısına salınıb. Bu siyahıda həm də onun sabiq əri Mixail Şats da var.

Ukraynada tammiqyaslı müharibə başlanandan sonra hər ikisi Rusiyanı tərk edib.

Lazareva İsrailin dostu və tez-tez müsafiridir. O, sonuncu dəfə ötən ilin dekabrında musiqiçi, şair və rəssam Andrey Makareviçin Təl-Əvivdə yubiley konsertində iştirak etmək üçün onun dəvətilə İsrailə gəlib.

O zaman Rusiyanın vətənpətvər mətbuatı onları dərhal "xarici agentlərin şər toplantısı" adlandırıb.

Xatırladaq ki, dünən Moskvanın Basman Məhkəməsi həbsxanada həlak olan rusiyalı müxalifətçi Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnayanın həbsinə order verib.

Navalnayaya qarşı hər-hansı cinayət işinin açılması barədə məlumat verilməyib.
 
 
 
Ardını oxu...
Naxçıvan Dölvət Telveiziyasının baş redatkoru Ə.Ə tabeliyində olan qadın redaktor B.J-i maşınına mindirərək, çöllük sahəyə aparıb (adlar şərtidir). Burada maşının qapılarını bağlayaraq, qadından onunla cinsi əlaqədə olmasını tələb edib. Qadın etiraz etdikdə isə, ona ağır işcəngələr verib. Daha sonra isə, onun uyğunsuz şəkillərini çəkib, susması üçün təhdid edib. Bu haqda “ Gündəlik Naxçıvan”a redaksiyada çalışan işçilər məlumat verib.
Onlar „Gündəlik Naxçıvan“a hadisənin təfərrüatlarını sübut edən çoxlu faktlar və işgəncəyə məruz qalan qadının bədənin göyərmiş yerlərinin şəkillərini göndəriblər. Onlar həmçinin bildirirlər ki, bu, adıçəkilən televiziyada bəzi qadınların cinsi qısnamaya məruz qalması ilə bağlı ilk hadisə deyil.
Zərərçəkmiş qadın B.J. iş yoldaşlarının dediklərini “Gündəlik Naxçıvan”a təsdiqləsə də, özü əlavə məlumat vermək istəmədi.
Keçmiş iş yoladışları deyir ki, cinsi zorakılığa məruz qalan qadın redaktor biabır olmasın deyə, bir müddət şantaj qarşısında susub və heç yerə şikayət etməyib. Lakin, baş redaktorla redaksiyadakı bu yaxınıarda baş verən mübahisələrdən sonra, işin üstü açılıb. Elə, bütün televiziya da məsələdən o vaxt xəbərdar olub. Bundan sonra qadın polisə şikayət edib.
Polisə şikayət etdikdən bir müddət sonra isə o, psixoloji təzyiq altında işdən çıxmaq üçün ərizə yazmağa məcbur olub. Polis də təqdim olunan faktları yetərsiz sayıb, işi bağlayıb:
“Baş redaktor Ə.Ə. onu sevdiyini, münasibətinin ciddi olduğunu bildirirdi. Qadın da onun fikrinin ciddi olduğunu düşünüb, hisslərinə hörmət etməyə başlayıb. Bir müddətəd sonra isə, ona cinsi əlaqədə olmaq təklifi edib. Qadın bu təkliflə qətiyyən razılaşmayıb. O isə, fikrindən əl çəkməyib. Bu söhbətlərin bəzisi baş redaktorun kabinetində baş verirdi. Qadına deyirdi ki, evlənmədən öncə cinsi əlaqədə olmaq normaldır. 19 yanvar 2014-cü ildə söhbət etmək adı ilə onu maşınına mindirib.
Maşını Şahbuz yoluna, çöllük əraziyə tərəf sürüb. İşi anlayan qadın özünü maşından atmaq istəsə də, alınmayıb. Şahbuz yolunda çöllük ərazidə maşını saxıayıb və onunla cinsi əlaqədə olmağı tələb edib. Qadın razı olmadıqda isə, ona telefonla xəsarət yetirib, yumruqlayıb, başını maşının şüşəsinə çırpıb. Qadın aölr xəsarətlər alıb. Daha sonra şantaj məqsədi ilə onun uyğunsuz şəkillərini çəkib. Deyib ki, bu söhbəti açsan, şəkilləri internetdə asyıb, biabır edəcəyəm”.
İşçilər bildirirlər ki, hadisədən sonra G.B. Naxçıvan Mərkəzi Xəstəxanasına gedib, orda da onun susmasını məsləhət görüblər, xəsarətləri aktlaşdırmayıblar. O özü də şantajdan qorxduğu üçün, şikayət etməkdən çəkinib. Lakin, baş redaktorla mübahisələrdən sonra işin üstü açılb və hadisəni televiziya rəhbərliyinə danışıb. Rəhbərlik də məsələnin böyüyəcəyindən qorxub, polisə müraciət edib:
“Bir dəfə mübahisə zamanı B.J-i kabinetinə qatıb, qapını bağlamaq istəyirdi. Qadın məcbur olub, səs-küy saldı, işçilər tökülüşüb gəldik. Rəhrəbimiz Sahil Tahirli gəldi. Onları dinlədi. Bundan sonra o, məsələni araşdırmaq üçün polisə müraciət etdi. Qadın hər şeyi istintaqa danışlb. Lakin, istintaq faktları yetərsiz sayıb, işi bağladı. İşgəncə ilə bağlı şəkilləri də keçərsiz saydılar. Televiziyada isə, ona psixoloji təzyiq edib, qadını işdən çıxmağa məcbur etdilər. Redaksiya açıq-aşkar təcavüzkarın tərəfini tutdu. Təcavüzkar baş redaktor B.J- i hazırda da təhdid edir, əl çəkmir ondan. Bu redaksiyada qadınların çoxunu cinsi qısnamaya məruz qoyurlar. İctimailəşdirdik ki, bu hallara son qoyulsun. Həmin qadına qarşı davam edən təhdidə də son qoyulsun”.
Məsələ ilə bağlı adıçəkilən televiziyadan şərh vermək istəmədilər. Onların da mövqeyini paylaşmağa hazırıq.
TEREF
 
Ardını oxu...
Bakıda kişi iki dəfə nişanlanmasına mane olan qadını döydüyü üçün saxlanılıb.

Pravda.az bildirir ki, qaynarinfo-nun məlumatına görə, 1992-ci ildə Ağdam rayonu, Əliağalı kəndində anadan olmuş Rauf Kərimov (şərti) barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

Məhkəmədə məlum olub ki, Rauf əvvəllər münasibətdə olduğu S.M. adlı qadını Nərimanov rayonu, Ağa Nemətulla küçəsində döyərək xəsarət yetirib. O, qadını döyməsinə səbəb kimi onun evlənməsinə mane olması ilə göstərib:

"İki dəfə nişanlanmağıma mane oldu. Hətta iyul ayının 5-də nişanım olmalı idi, lakin həmin xanıma görə baş tutmadı. Dəfələrlə ondan polisə şikayət etmişəm. Onunla danışdığıma görə peşmanam".

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs 300 manat cərimə edilib.
 
Ardını oxu...
Rusiyalı aktrisa Yana Troyanova terrorçular və ekstremistlər siyahısına daxil edilib.

"DogruXeber.az" xəbər verir ki, iyunun 11-də Rusiya Federasiyası İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin onun ifadələri yoxlamaq əmri verib.

Departamentin məlumatına görə, videolardan birində sənətçi uşaqlar da daxil olmaqla rusların qətlinə çağırışlara açıq şəkildə dəstəyini ifadə edib.

İyunun 21-də isə Moskva prokurorluğu Troyanova qarşı ekstremizmlə bağlı cinayət işinin başlanmasına qərar verilməsi üçün yoxlama materiallarını istintaq orqanına göndərib.
Ardını oxu...
Abşeron rayonunda 1989-cu il təvəllüdlü Gülüstan şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı 1981-ci il təvəllüdlü həyat yoldaşı Asimi (adlar şərti göstərilib – red.) öldürüb.

Hadisə 25 avqust 2023-cü ildə gecə saat 1 radələrində Xırdalan şəhərində baş verib.

Həmin vaxt kirayə yaşadıqları evdə narkotik vasitə aludəçisi olan Asim əvvəllər olduğu kimi narkotik vasitə əldə etmək üçün pul tapa bilməməsi səbəbindən Gülüstanla mübahisə edib, ona pul tapmasını, anasına zəng vurub pul istəməsini tələb eləyib. Gülüstan tələblərə əməl etməyəcəyini, anasından pul istəməyəcəyini, narkotikə görə anasının pulunun sərf olunmasından bezdiyini deyib.

Mübahisə zamanı Asim arvadının gizli telefon işlətməsindən xəbər tutduğunu, əxlaqsız yolla pul qazanıb ona verməyə borclu olduğunu deyib. Arvadının saçından tutaraq stola vurub, onu döyüb.

Bütün bunların nəticəsində güclü emosional yaşantı “affektiv partlayış”la nəticələnib. Gülüstan affekt halında Asimin qasıq nahiyəsinə bıçaqla vuraraq onu öldürüb.

“Tez-tez mübahisələrimiz olurdu”

İstintaq orqanı tərəfindən Gülüstanın barəsində Cinayət Məcəlləsinin 122.1-ci (zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Gülüstan elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Bildirib ki, 2007-ci ildə Asimlə ailə həyatı qurub, lakin rəsmi nikah bağlanmayıb:

“2008-ci ildə Nərmin adlı övladımız dünyaya gəldi. Ailə qurduğum vaxtdan müxtəlif ünvanlarda kirayə yaşamışıq. 2023-cü ilin iyul ayının əvvəllərindən hadisə baş verən ünvanda kirayə yaşamağa başladıq. Ərim Asim narkotik aludəçisi olduğundan evdə tez-tez mübahisələrimiz olurdu”.

“Çimərlikdə pivə içdik”

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2022-ci ilin yay aylarında 3 ay müddətində əri Asim narkotik vasitə aludəçiliyi ilə bağlı Pirşağı yaxınlığında adını dəqiq xatırlamadığı özəl tibb müəssisində müalicə alıb:

“Müalicə bitdikdən 2 ay sonra yenidən narkotik qəbul etməyə başladı. Avqustun 24-də saat 14 radələrində qızım Nərminlə Novxanı yaxınlığında yerləşən “Local Beach” adlı çimərliyə getdik. Xalam qızı Südabənin əri Saleh də 3 qızı ilə oraya gəlmişdi.

Saat 21 radələrində ərim oraya gəldi və birlikdə oturduq. Orada mən, ərim Asim, Südabə və onun əri bir stolda oturmuşduq. Qızım Nərmin, Südabənin qızları ayrı stolda əyləşmişdilər. Stolda mən, ərim, Südabə və onun əri pivə içdik. Mən əlavə olaraq içki kokteyli də içdim”.

“Anamdan pul istəmişəm”

Gülüstan deyib ki, avqustun 25-də gecə saat 1 radələrində əri Asim, qızı Nərmin və bacısı qızı ilə birlikdə yaşadığı evə gəliblər: “Mətbəxdə Asimlə əvvəllər də aramızda olduğu kimi eyni məzmunlu mübahisə başladı. O, narkotik qəbul etmək vaxtı çatdıqda evdə dava-dalaş salırdı. Narkotikə pul tapa bilmədikdə mənimlə mübahisə edir, pul tapmağa kömək tələb edirdi.

Dəfələrlə anama zəng edərək evdə pul qurtarıb adıyla pul istəmişəm. Anam neçə dəfə mənə pul vermişdi. Ondan aldığım pulu da ərimə verirdim. Asim pulu alan kimi evdən çıxıb haradansa narkotik tapıb qəbul edirdi”.

“Əxlaqsızlıq edərək pul qazanmalı olduğumu dedi”

Gülüstanın ifadəsinə görə, avqustun 25-də gecə mətbəxdə olduğu vaxt əri Asim pulunun çatmadığını deyib və narkotik almaq üçün pul verməsini tələb edib: “Ona pulumun olmadığını dedim. O da anama zəng edərək pul istəməyimi tələb etdi. Narkotikə görə anamın pulunun sərf olunmasından bezdiyimi dedim.

Bu zaman o, qolumdan tutaraq mənə şillə vurmağa başladı. Məni döyərkən ona qəti şəkildə daha pul verməyəciyimidedim.

Ərimin mənim gizli telefon işlətməyimdən də xəbəri vardı. O mənə əxlaqsızlıq edərək pul qazanmalı olduğumu, qazandığım pulu ona verməyə borclu olduğumu dedi. Həmin vaxt əxlaqsız olmadığım halda məni bu cür alçatdığından gərgin vəziyyətə düşdüm, ağlamağa başladım”.

“Qan ləkələrini təmizlədim”

Gülüstan qeyd edib ki, əri mətbəxdən bıçağı götürərək saçlarından tutub, başını stolun küncünə vurub: “Bıçaqla hədələyərək məni də, özünü də öldürəcəyini dedi. Çox qəzəbli idi. Onun məni öldürəcəyindən qorxdum, özümü itirdim, nə edəcəyimi bilmədim. Həyəcanlı halda əlimi həmin bıçağa atmağım yadımdadır. Bundan sonra nə baş verdiyini xatırlaya bilmirəm. Sanki, gözüm qaraldı.

Özümə gələndə əlimdə bıçaq olduğunu gördüm. Yerdə isə qan ləkələri vardı. Yenə nə baş verdiyini anlaya bilmədim. Bədənimi keyimiş kimi hiss etdim. Daha sonra Asimin səsini eşitdim. Ona tərəf baxdıqda, qan içində qonaq otağında oturaq vəziyyətdə gördüm. Hələ də nə baş verdiyini anlaya dərk edə bilmirdim. Ona kömək etməyə çalışdım. Birtəhər özümü toparladım, dəsmal götürərək Asimin yarasına sıxdım, qanaxmasını dayandırmaq istədim. Uşaqların harada olduğunu görmədim.

Asimin yanında yerə çökərək ağladım. Bir müddət sonra özümə gəldikdə anladım ki, ərimi vurmuşam. Lakin hadisənin necə baş verdiyi yadıma düşmədi. Həyəcanlı şəkildə tutulacağımdan qorxduğuma görə evdə qan ləkələrini təmizləməyə başladım. Mətbəxdə yerdə olan qan ləkələrini təmizlədim”.

“Ərimin özünə xəsarət yetirdiyini demişəm”

Gülsatanın ifadəsinə görə, sonra qonşulardan kimsə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat verib:

“Ərim Asimi hansı vəziyyətdə vurduğumu xatırlamıram. Xatırladığıma görə, ərim məni döyərək, əlində bıçaq olarkən bıçağı mənə doğru istiqamətləndirib. Daha sonra baş verənlər yadımda deyil. Asimi öldürmək fikrim yox idi. Bıçağı Asimin əlindən necə almağımı da xatırlamıram.

Özümə gəldikdən sonra hadisəni törətdiyim bıçağı qonaq otağında ərimin meyitinin yanına qoydum.

Hadisə vaxtı qızım və bacım qızı da bizdə idilər. Özümə gələndə onların evdə olmadığını gördüm. Hadisənin təsiri altında olaraq 102 və 103 xidmətinə məlumat verməmişəm. Ərimin özü-özünə xəsarət yetirməsi barədə fikir mənim tərəfindən irəli sürülüb. Tutulacağımdan qorxduğuma görə anama və qonşulara ərimin özünə xəsarət yetirdiyini demişəm”.

Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Gülüstan 1 il 5 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvanı axşam saat 23:00-dan səhər 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, iş və yaşayış yerlərini nəzərə alaraq Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulub.

Təqsirləndirilən şəxsin barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri ləğv edilib. Onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilib.

Hökmün icrası səlahiyyətləri daxilində Abşeron Rayon Polis İdarəsinə, Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilib./Teleqraf.com
 

Dünyapress TV

Xəbər lenti