Ardını oxu...
2023-cü il Qarabağdakı separatçı rejimə qarşı hərbi əməliyyatlar vəd edir

Başa çatmaqda olan 2022-ci ildə də Qarabağ münaqişəsinin tam həllinə nail olmaq mümkün olmadı. Əksinə, qarşıdakı illərdə də problemin Azərbaycan və Ermənistanın gündəmində əsas mövzu olaraq qalacağı dəqiqləşdi. İl ərzində baş verən hərbi toqquşmalar (Fərrux dağı əməliyyatı, 12-14 sentyabr döyüşləri) isə güc tətbiqinin əsas vasitələrdən biri kimi qaldığını göstərir. Əgər problemin tam, hərtərəfli həlli mümkün olmayacaqsa, gələn il daha iri miqyaslı hərbi toqquşmaların baş verməsi qaçılmaz görünür.

2022-ci il, lokal hərbi əməliyyatlarla yanaşı, münaqişənin həlli üçün beynəlxalq vasitəçilərin ciddi siyasi, diplomatik cəhdləri ilə yadda qaldı. Biz ABŞ hökumətinin, Avropa İttifaqı (Aİ) rəhbərliyinin Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması istiqamətində çoxşaxəli fəaliyyətini müşahidə etdik. Brüsseldə Aİ Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə keçirilən ardıcıl 4 görüş, Bakı və İrəvanın sülh müqaviləsi üçün təklif etdikləri əsas prinsiplər, ABŞ Dövlət katibi Entoni Blinkenin tərəflər arasında təşkil etdiyi müzakirələr problemin həlli məsələsini yenidən beynəlxalq səviyyəyə daşıdı. Eyni zamanda, Azərbaycan və Ermənistan arasında sülhə mane olan əsas problemlərin dairəsini müəyyənləşdirməyə imkan verdi.
Qərbin fəallaşması, Bakı və İrəvanın bu formatda həvəslə iştirak etməsi başı Ukrayna müharibəsinə qarışan Rusiyanı da aktivləşdirdi və Kreml öz maraqlarını qorumaq üçün əlindəki rıçaqları işə saldı. Son olaraq, 31 oktyabrda Vladimir Putinin Soçidə təşkil etdiyi üçtərəfli görüş Qərbin vasitəçiliyi əldə olunan tərəqqini heçə endirdi və problem yenidən 2 il əvvəlki məcraya qayıtdı. Hazırda Moskva təşəbbüsü yenidən ələ alıb, Qərb isə bir qədər oyundankənar vəziyyətə düşüb. Çünki sülh razılaşması barədə müzakirələri qarşılıqlı ittihamlar əvəzləyib, Ermənistan rəhbərliyi bu situasiyanın yaranmasında maraqlı olub. Baş nazir Nikol Paşinyanın Brüssel formatında “Fransa prezidenti E.Makronun iştirakı” şərtini irəli sürməsi Bakının etirazına səbəb olub, nəticədə il sonuna qədər liderlərin görüşü təxirə salınıb. Qarşıdakı günlərdə Brüsseldə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü planlaşdırılır ki, ondan hansısa irəliləyişlər gözləməyə dəyməz. Qərb bu təması təşkil etməklə prosesdən kənarlaşmadığını göstərməyə çalışır.

Beləliklə, 2022-ci ildə münaqişənin həllinə mane olan əsas fikir ayrılıqları və maraqlı tərəflərin mövqelərinin aşağıdakılardan ibarət olduğu qətiləşdi:

Rusiya Qarabağın Azərbaycanın suverenliyi daxilində olmasını istəmir, eyni zamanda, Ermənistanın Xankəndidəki separatçı rejimə təsir imkanlarını azaltmağa çalışıb və buna nail olub. Milyarder Ruben Vardanyanın Qarabağa göndərilməsi Kremlin bölgə ilə bağlı planlarını çılpaq şəkildə ortaya qoyur. Vardanyan dəfələrlə bəyan edib ki, Qarabağ erməniləri Azərbaycanın tərkibində olmayacaqlar, ancaq yanaşı yaşamaqdan söhbət gedə bilər. Rusiya vəziyyəti qəlizləşdirməklə, Azərbaycanı sərt addımlara vadar etmək, Qərblə gedən danışıqlar prosesini sıfırlamaq, Bakıya qarşı ciddi beynəlxalq təzyiqlərə nail olmaq, nəticədə öz şərtlərini diktə etmək üçün münbit şərait yaratmaq istəyir. Kreml rəsmiləri açıq şəkildə bildiriblər ki, Qarabağ ermənilərinin statusu gələcək nəsillərin işdir, yəni sözügedən naməlum dövrə qədər bölgənin Rusiyanın faktiki idarəçiliyində olması ilə barışmaq lazımdır;

Ermənistan da Azərbaycanla sülh müqaviləsini öz şərtləri daxilində imzalanmasına çalışır. Rəsmi İrəvanın mövqeyi belədir ki, Qarabağ mövzusu ikitərəfli münasibətlərin predmeti deyil, bu məsələ ayrıca həll olunmalıdır. Yəni Bakı ilə sülh müqaviləsi imzalayıb, sərhədlərin dəqiqləşdirilməsinə, kommunikasiyaların açılmasına başlamaq olar. İrəvan Qarabağın Azərbaycanın tərkibində olması faktı ilə də razılaşır, amma orada yaşayan ermənilərin hüquqlarının və təhlükəsizliyinin qorunmasına beynəlxalq qarantiyalar tələb edir. Bu, faktiki olaraq, Qarabağa xüsusi status verilməsi deməkdir və Bakı bu tələbi rədd edir. Ermənistan rəhbərliyi habelə 10 noyabr bəyanatında yer alan Zəngəzur dəhlizinin açılmasına qarşıdır. Bu məsələdə İrandan və Qərbdən dəstək alır, amma Rusiya öz nəzarətində olacaq dəhlizin açılmasını istəyir. Nikol Paşinyan dəfələrlə bəyan edib ki, Azərbaycana Zəngəzurdan Naxçıvan Muxtar Respublikasına maneəsiz keçid verməyəcək. Azərbaycan rəhbərliyi isə bunun qarşılığında Qarabağ ermənilərinə yaratdığı – Laçın dəhlizindən sərbəst keçid imkanına yenidən baxacağını bildirir. Bu istiqamətdə addımlar atılıb, bir həftədir sözügedən yol bağlıdır, vətəndaş cəmiyyəti təmsilçiləri Laçın yolunda etiraz aksiyası keçirir. Amma Bakının bu addımı Ermənistan rəhbərliyini o qədər də narahat etmir, dolayısı ilə problemin həllini Rusiyanın üzərinə atır. Kreml rəhbərliyi isə hələ ki, Azərbaycanla hesablaşmaq mövqeyində olduğunu nümayiş etdirir;

Azərbaycanın sülh şərtləri isə sadədir. Rəsmi Bakının bu ilin əvvəlində təqdim etdiyi 5 baza prinsipi dövlətin ərazi bütövlüyü və suverenliyinin qarşılıqlı olaraq tanınmasını, biri-birinin daxili işlərinə qarşımamaq öhdəliyini, güc tətbiq etməkdən imtina etməyi ehtiva edir. Azərbaycan rəhbərliyi Qarabağ ermənilərinə hər hansı status və ya müstəsna imtiyazlar verilməyəcəyini bəyan edir. Bildirilir ki, Bakı erməni əhalinin təhlükəsizliyinin və hüquqlarının qorunmasına təminat verir, burada hər hansı beynəlxalq missiyaların fəaliyyətini qəbul etmir. Azərbaycan hesab edir ki, 10 noyabr bəyanatının şərtləri yerinə yetirilməlidir, qanunsuz erməni silahlı birləşmələri Qarabağdan çıxarılmalıdır, bölgədə Azərbaycanın dövlət qurumlarının fəaliyyətinə şərait yaradılmalıdır. Bu tələb Qərb tərəfindən açıq şəkildə dəstəklənmir, Rusiya isə ümumiyyətlə onun icrasına bölgədəki imkanları ilə mane olur. Əslində Moskvanın Qarabağdakı sülhməramlı missiyasının əsas fəaliyyəti bundan ibarətdir.

Azərbaycan bəyan edir ki, əgər müharibədən keçən 2 il ərzində sülh üçün heç bir zəmin yoxdursa, Qarabağdakı hərbi qruplaşma tərksilah edilməyibsə, bölgədə antiterror əməliyyatlarına başlaya bilər. Xankəndidəki hərbi xuntanın son davranışları Bakını sərt addımlar atmağa vadar edir.

İlin mənzərəsi belə nəticə çıxarmağa əsas verir ki, qarşıdakı 2023-cü ildə bizi Azərbaycanın separatçı cinayətkarlara güc tətbiqi və onun yaradacağı hərbi-siyasi gündəm gözləyir…
pressklub
 
 

Ardını oxu...
Özge Özdemir

İqtisadi böhran və maliyyə çətinlikləri ailə və digər birgəyaşayış münasibətlərinə də mənfi təsir edir.

"İnflyasiya hekayələri" çərçivəsində söhbət etdiyimiz insanlar ölkədəki iqtisadi böhrana görə evlərində gərginliyin artdığını, dolanışığın çətinləşməsi ucbatından həyat yoldaşlarıyla əvvəlkindən daha çox dalaşdıqlarını deyirlər.

Ekspertlərin fikrincə, maliyyə çətinliyi şəraitində münasibətlərin korlanmaması mümkün deyil.

Türkiyə Statistika Təşkilatının (TÜİK) 2021-ci ilə aid ailə quruluşu araşdırmasının nəticələrinə görə, boşanmaların əsas səbəbi məsuliyyətsizlik və laqeydlikdir.
Ailənin iqtisadi problemlərinin həll edilməməsi isə üçüncü sırada göstərilir və boşanma səbəblərinin 10 faizini təşkil edir.

"BBC Türkçe-ye danışan psixoloq Ece Oral Albayrağın sözlərinə görə, maddi çətinliklər mütləq boşanmayla nəticələnmir; amma inam, yaxınlıq, sevgi bağları qopanda ayrılma ehtimalı artır.

Son dövrlərdə yaranmış anlayış: iqtisadi aldatma
Ece Oral Albayrak son dövrlərdə ən çox rast gəlinən hallardan birinin "iqtisadi aldatma" olduğunu bildirir:

"İqtisadi aldatma ər və ya arvadın gizlicə bank hesabını açması, yaxud da birinin digərindən xəbərsiz borc götürməsi zamanı baş verir. Bu isə iqtisadi etibarsızlığa gətirib çıxarır. Ona görə də açıq və şəffaf ola bilmək çox vacibdir".

Ancaq bu, davamlı olaraq bir-birinə nəzarət etmək və ya bir-birini hesabat verməyə məcbur etmək ənənəsinə çevrilməməlidir; çünki belə yanaşma iqtisadi zorakılıq yaradır.

İqtisadi zorakılıq maddi üstünlükdən istifadə etməklə partnyora nəzarət etmək, sınamaq, alçaltmaq və cəzalandırmaqdır.

Ailənin iqtisadi prinsipləri müəyyən edilməlidir
Psixologiya üzrə məsləhətçi Tunc Tataker deyir ki, iqtisadi geriləmə psixoloji və fiziki durumu təhdid edən vəziyyətdir; bu baryeri keçmədən münasibətlərdəki problemləri aradan qaldırmaq çətindir.

Buna görə də o, iqtisadi çətinliklər həll olunana qədər münasibətlərdə münaqişə yaradan elementləri azaltmağı tövsiyə edir.

Tataker vurğulayır ki, cütlüklərin etməli olduqları ilk şey real vəziyyətləri haqqında danışmaqdır:

"Kağız və qələm götürüb masanın arxasına keçirsiz. Gəlirimiz nə qədərdir, xərcimiz nə qədərdir? Ailəmizin iqtisadi prinsipləri hansılardır? Borc alacağıqmı, borc verəcəyikmi? Ailələrdən biri və ya hansısa dostumuz bizdən maddi yardım tələb edəndə necə reaksiya verməliyik? Bu müzakirə birgəyaşayış üçün zəruri olan tale ortaqlığı hissini də yaradır. Bu hiss yoxdursa, cütlük ola bilməzsiniz".

İnsanların pulla bağlı keçmişi və hissiyyatı fərqlidir
Mütəxəssislərin fikrincə, cütlüklər maddi vəziyyətlərini müzakirə edəndə nəzərə almalıdırlar ki, hər kəsin pulla davranışı və maddi keçmişi fərqlidir.

Ona görə də cütlüklər pul haqqında nə düşündüklərini, nə hiss etdiklərini və onu necə xərcləmək istədiklərini açıq deməlidirlər.

Oral Albayrak qeyd edir ki, "Ər və arvadın bir-birini tanıması vacibdir. Prioritetləri fərqli ola bilər. Biri ev almaq, maşın almaq və ya investisiya qoymaq istəyə bilər. Digəri isə deyə bilər ki, mən indi qazanıram və xərcləmək istəyirəm. Yəni onların önəm verdiyi, dəyərli və ya vacib hesab etdiyi şeylər fərqli ola bilər. Bunu bilmək heç də həmişə münaqişənin qarşısını almır, amma bu, cütlükləri daha hazırlıqlı edə və münaqişələri azalda bilər".

Bir çox analitiklər deyirlər ki, maddi məsələləri və özlərinin maliyyə gələcəyini müzakirə etmək cütlüklər arasındakı bağları gücləndirir. Bəzilərinə isə bu hətta romantik görünə bilər.

ABŞ-ın ictimai radiosu NPR-ə danışan maliyyə terapevti Amanda Clayman bu vəziyyəti belə izah edir:

"Həssas ola bilmək yaxınlığın ən vacib hissələrindən biridir. Hər şey qarışıq olsa belə, bunu birlikdə həll edə bilmək, bu vəziyyəti kiminləsə bölüşmək - sehrli bağların yarandığı yer məhz buradır".
bbc
 
Ardını oxu...
Naxçıvanın baş “leşyeyən”i Azər Zeynalovun ətrafında həlqə daralır.
Ovqat.com-un məlumatına görə, dünən Azər Zeynalovun qardaşı Ceyhun DTX-nın Naxçıvan Baş Ofisinə gətirilib.
İfadəsi alındıqdan sonra sərbəst buraxılan Ceyhun Zeynalovun yenidən, bu dəfə uzun müddətliyə DTX-ya çağırılacağı gözlənilir.
Zənnimizcə, Ceyhun Zeynalovun DTX-ya çağırılması təsadüfi deyil. Böyük ehtimalla, Azər Zeynalovun da başının üstündə “qara buludlar dolaşır”. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini vəzifəsini icra edən Azər Zeynalov “kiçik torpağ”ın mədəniyyət, təhsil və səhiyyə kimi humanitar sahələrinə nəzarət edir. Naxçıvanda haqqı yeyilən hər mədəniyyət xadiminin, xəstənin ahu-naləsində onun da xüsusi payı var. DTX-nın Naxçıvan Baş İdarəsinin son zamanlar səhiyyə ocaqlarında apardığı əməliyyatlardan sonra Azər Zeynalovun qardaşının eyni idarəyə çağırılması arasında üzvi əlaqənin olduğu şübhə doğurmur. Xatırladaq ki, iki gün əvvəl Naxçıvanın Səhiyyə Nazirliyinin rəhbər şəxsləri, həmçinin bütün xəstəxanaların baş həkimləri DTX-ya çağırılmışdı. Onlardan Naxçıvan MR xəstəxanasının baş həkimi Zəbur Bağırovun hətta Bakıya gətirildiyi də vurğulanırdı. Baş həkimlər xüsusilə Naxçıvanın tibbi sığorta fondunu talamaqda şübhəli bilinirlər.
Ardını oxu...
Şəkildə: Azər Zeynalovun malikanəsi: "Xan" həzrətləri ev kimi istifadəsinə icazə vermədiyi üçün tələbə yataqxasına çevrilib
Azər Zeynalov təkcə mədniyyət xadimlərinin və xəstələrin haqqını yeməklə kifayətlənməyib. O, həmçinin Naxçıvanda vurulmuş iri məmurların “ölmüş” mülkünə qonan və onları mənimsəyən əsas şəxs kimi tanınır. Məhz bu qabiliyyətinə görə, o, Naxçıvanda “Baş leşyeyən” ləqəbi ilə tanınır. Azər Zeynalovun Naxçıvan MR sabiq Daxili İşlər naziri Əhməd Əhmədovun qardaşı iş adamı Əvəz Əhmədovun mülklərinə yiyələnməsi barədə dünən facebook səhifəsində paylaşdığımız bir məlumatı diqqətinizə çatdırırıq:
Ardını oxu...
Azər Zeynalov: Naxçıvanın baş “leşyeyəni”
Yəqin yadınızda olar, bir müddət əvvəl yazdığımız bir yazıda Naxçıvan MR-də “leşyeyənlik” “sənət”inin geniş yayıldığından bəhs etmişdik. Bildirmişdik ki, Muxtar Respublika Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mirzə Cəlilov dostu Xoklu Habillə əlbir olub vurulan iri məmurların mülkiyyətini yarı qiymətinə alır və özünküləşdirirlər. Bu işə himayədarlıq edən Mirzə Cəlilov, yerinə yetirən isə Xoklu Habildir. Xoklu Habilə məhz bu yeni peşəsinə görə Naxçıvanda “leşyeyən” də deyirmişlər.
Sən demə, Naxçıvanda “leşleyən” təkcə Habil “müəllim” deyilmiş. Hətta ondan daha yekə leşyeyən də var imiş. Adı da nə olsa yaxşıdır? Azər Zeynalov. Bəli, bəli, bu zamanadək sizə “Boz kardinal” kimi tanıtdığımız adam. O adam ki, xalq artisti Həsən Ağasoyu da 1.5 il işsiz qoyub və indi xalq artisti ondan kompensasiya istəyir.
Azər Zeynalov Naxçıvanda külli-ixtiyar sahibi olduğundan əlavə “leşyeyən”ə belə ehtiyac duymurmuş. Özü birbaşa ölmüş mülklərə qonur və heç bir xərc çəkmədən onları öz mülkiyyətinə keçirirmiş. Təsəvvür edin ki, bir vaxtlar Naxçıvanın ən qüdrətli adamı sayılan sabiq Daxili İşlər naziri Əhməd Əhmədov da xan tərəfindən vurulduqdan sonra onun və qardaşı iş adamı Əvəz Əhmədovun da “sahibsiz qalmış” mülkilərini “baş leşyeyən” ələ keçirib.
Əvəz Əhmədovun Azər Zeynalov tərəfindən ələ keçirilən mülklərindən bəziləri:
1.Mövlan Ticarət Mərkəzi: Azər Zeynalovun bu ticarət mərkəzindəki 10 dükanın hər birini 150 min manata satdığı bildirilir;
2. Badaşqan restoranı: Ərazisi 17 sot olub. İndi bu ərazidə obyektlər tikilib iş adamlarına satılır;
3. Piramida Pub;
4. Yarımçıq qalmış tikili.

Bildirildiyinə görə, Azər Zeynalovun da Mirzə Cəlilov kimi icraçı “leşyeyən”i varmış: Naxçıvan şəhər İcra başçısının müavini Pəncalı adlı şəxs. Amma onun “leşyeyən”i Xoklu Habil kimi məsrəfli deyilmiş. Pəncalı “müəllim” icra başçısının müavini olmağı “Baş leşyeyən”ə borclu olduğundan onun ələ keçirdiyi mülkləri öz patronunun adına müftə rəsmiləşdirirmiş.
Azər Zeynalovun “leşyeyənlik” qabiliyyəti barədə araşdırmamızı davam etdirəcəyik”.
Facebookdakı bu paylaşımımızdan sonra redaksiyamıza maraqlı bir məktub daxil oldu. Adının açıqlanmasını istəməyən müəllifin yazdığına görə, “baş leşyeyən” Azər Zeynalov əsas kapitalını Ali Məclisin sədr müavini işləməmişdən əvvəl rəhbərlik etdiyi Naxçıvan Dəmir Yolları MMC-ni talamaqla qazanıb. Bir sözlə, o, təkcə leşyeyən yox, həm də dəmiryeyən imiş. Azər Zeynalovun işini araşdıran müvafiq dairələrin diqqətini çəkəcəyini düşünüb məktubu olduğu kimi yayımlayırıq:
“Axşaminiz xeyir, Heydər bəy.
Azər Zeynalov Naxçıvan Demir Yollarının rəisi işlədiyi dövrdə Sədərəkdən Ordubada 4 zolaqlı dəmir yolları vardı. Sovet illərindən qalan həmin dəmir yollarının uzunluğu hardasa 180 km idi. Dörd zolaqlı dəmir yolunun iki xəttini toplasaq, 360 km edir. Azər Zeynalov həmin dəmir yollarının relslərini sökərək metallom kimi irana satdı. Üstəlik, yüzlərlə vaqonu ve teplovozları da bu hesaba qatın. Bu hardasa milyonlarla ton polad, 590 min ton aluminium və mis deməkdir. Təkcə rels və vaqonların ümumi çəkisini dəmir metallomunun indiki qiymətinə vursaq, 2 milyard manatdan çox pul edir. Xahis edirik ki, bu faktları işıqlandırasınız.
Onu da qeyd edim ki, Azər Zeynalov Naxçıvan MR Güləş Federasiyasınin sədridir. Federasiyaya rəhbərlik etdiyi dövr ərzində hələ bir idmançını belə, dövlət hesabına yarışa göndərməyib. Naxçıvan MR İdman Nazirliyinə ayrılan pullar Azər və İdman naziri Hacı Ramil tərəfindən indiyədək mənimsənilir. 2004-cü ildən bir idmancının da Naxçıvan MR İdman nazirliyi tərəfindən Azərbaycan və xaricdəki yarışlara ezam edilməməsi bu cür düşünməyə əsas verir. Hardasa 20 il ərzində Naxçıvan idmançıları öz hesablarına yarışlara gediblər. Azər Zeynalov və İdman naziri Hacı Ramil tərəfindən Naxçıvan şəhərindəki İlham Əliyev adına İdman Olimpiya Kompleksində Azərbaycan bayrağı vurmaq qadağan edilib”, - məktubda vurğulanır.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Vardanyanın açıqlamalarından hiss olunur ki, mövcud vəziyyətin davam etməsi erməni əhalinin Bakıya üz tutması reallığını gücləndirə bilər. Bundan narahat olan separatçı rejim vəziyyətin bu həddə çatmaması üçün iki istiqamətdə hərəkət edir:
Birincisi, Azərbaycanın “düşmən obrazını” gücləndirir;
İkincisi, “hərbi vəziyyətlə” erməni əhalisinin hərəkətini məhdudlaşdırır;
Vardanyanın “qaz təchizatının təmin edilməsi bizim qələbəmizdir, yolu da açacağıq” açıqlaması da ictimai rəyi ələ almağa hesablanıb.
Bu vəziyyətdə rəsmi Bakı Qarabağdakı erməni əhalisinin təhlükəsizliyinin qorunması, separatçı rejimin onlar üzərində təzyiqini də gündəmdə saxlamalıdır. Azərbaycanlı hüquq müdafiəçilərinə ermənilərin etdiyi zənglər buna imkan verir.
Asif Nərimanl
Teref.az
 
Ardını oxu...
14 dekabrda Aşqabadda Azərbaycan, Türkiyə və Türkmənistan liderlərinin iştirakı ilə üçtərəfli sammit baş tutdu. Azərbaycan Türkmənistanla 2017-ci il sazişi ilə strateji tərəfdaş, Türkiyə ilə isə 2021-ci il Şuşa Bəyannaməsi ilə strateji müttəfiqdir.

Bakı və Aşqabadı mədəni-tarixi faktorlardan başqa oxşar coğrafi şərait birləşdirir. Hər iki tərəfin açıq dənizlərə və okeanlara çıxışı yoxdur. Bu amil tərəfləri fərqli cəhətlər üzrə diplomatiyanı aktivləşdirməyə stimullaşdırır. 30 il ərzində Bakı əsasən Qərb, Aşqabad isə Şərq istiqaməti üzrə əlaqələri inkişaf etdirmişdir. Hazırda əldə edilən nailiyyətlərin, resursların, əlaqə kanallarının mübadiləsi ekzistensial zərurətə çevrilmişdir. Bu Bakı, Aşqabad və Ankaraya iqtisadi mənfəət gətirməklə yanaşı, hər 3 tərəfin siyasi çəkisinin artmasına şərait yaradacaqdır.
Ardını oxu...
Türkmənistan Azərbaycan və Türkiyə üçün Mərkəzi Asiyaya açılan iki qapıdan biridir. Son illər tərəflər arasında iqtisadi əlaqələr çox inkişaf etmişdir. 2022-ci ilin ilk 10 ayı ərzində Bakı və Ankara arasında ticarət dövriyyəsi $5 mlrd., Bakı-Aşqabad arasında ticarət dövriyyəsi isə $400 mln. təşkil etmişdir. Qeyd edək ki, keçən illə müqayisədə bu il Bakı və Aşqabad arasında ticarət dövriyyəsi 5 dəfə artmışdır.

Ticarətin artması logistika infrastrukturunun inkişafını zəruri edir. Hazırda Bakı və Aşqabad Xəzərin əks sahillərində, Ankara isə Aralıq və Qara dənizdə logistika imkanlarını genişləndirir. Bakı-Tbilisi-Qars dəmiryolunun yük ötürmə həcminin 1 mln. tondan 5 mln. tona çatdırılması üçün $100 mln.-dan artıq sərmayə ayrılıb. Dəniz tranzitinin ötürmə gücünün artırılması məqsədilə yeni tanker, bərə və yük gəmilərinin, hava tranziti imkanlarının artırılması məqsədilə isə əlavə 9 yük təyyarəsinin alınması planlaşdırılır. Durmadan artan ticarət ənənəvi marşrutlarla yanaşı yeni nəqliyyat dəhlizlərinin – Zəngəzur dəhlizinin açılmasını aktual edir. Ölkə başçısına görə Azərbaycan artıq Zəngəzur dəhlizinin açılması üçün zəruri olan dəmiryol xəttinin 40%-ni, avtomobil yolunun isə 70%-ni yekunlaşdırıb.

Çoxtərəfli əlaqələrdə enerji də vacib əhəmiyyət kəsb edir. Türkmənistan təbii qaz ehtiyatlarına görə dünyada dördüncü yerdədir. Türkmənistan qazının böyük hissəsi Çinə ixrac edilir. 2019-cu ildə Çinin boru kəməri vasitəsilə qaz idxalının 60%-dən çoxu Türkmənistanın payına düşürdü. Bu göstərici ilə Türkmənistan Çinin ən böyük təbii qaz tədarükçüsü idi. Lakin Rusiyanın Çinə enerjini güzəştli qiymətlə satması Türkmənistanın Asiya bazarında mövqelərini zəiflədir. Rusiya öz növbəsində Türkmənistan üçün alternativ bazar deyil. Aşqabad Qərbin ikinci dərəcəli sanksiyalarından ehtiyat edib, Rusiya ilə münasibətləri inkişaf etdirmir. Digər tərəfdən Rusiyanın Qərbə təzyiq məqsədilə Qazaxıstan neftinin nəqlinə bir neçə dəfə mane olması Aşqabadın Moskvaya etibarını azaltmışdır.

Asiyada qaz qiymətləri aşağı düşdüyü halda avqustda Avropa bazarında bir m3 qazın qiyməti $2700-a çatmışdı. Qış aylarında bu göstəricinin daha yüksək olacağı gözlənilir. Ona görə də Türkmənistanın Avropaya nəzər yetirməsi istər diversifikasiya, istərsə də iqtisadi mənfəət baxımından əhəmiyyətlidir. Çin ilə yanaşı Avropaya da qazın nəqli Türkmənistanın beynəlxalq arenada siyasi çəkisini artırıb, ölkəyə yeni investisiyaların cəlb edilməsinə şərait yarada bilər. Bakı və Ankara Aşqabada bu məsələdə yardım etməyə hazırdır. Tərəflər arasında artıq müəyyən enerji razılaşması mövcuddur. 2021-ci ildə Azərbaycan İran vasitəsilə Tükrmənistandan SVOP şəklində 1,5 milyard kub metr qaz almağı razılaşdırmışdır. Azərbaycan türkmən qazı sayəsində yerli tələbatı ödəyib, Qərb istiqamətində öz ixrac potensialını artırmaq imkanı qazanır. Perspektivdə yeni enerji xəttlərinin çəkilməsi Türkmənistana Azərbaycan və Türkiyə vasitəsilə Avropaya qaz nəql etməyə imkan verəcəkdir.
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi
Teref.az
 
 
 
Ardını oxu...
Türkçülük düşüncesinin en önemli isimlerinden biri olan Hüseyin Nihal Atsız‘ın, 27 Eylül 1973 yılında Ötüken Dergisi’nde kaleme aldığı “Türk Korkusu” başlıklı makalesinde, yakın ve komşu ülkelerin Türklerden neden korktuğunu, birleşmesinden neden çekindiğinden bahsediyor.
Hüseyin Nihal Atsız, yazdığı makalede günümüzde hala geçerliliğini koruyan önemli noktalara dikkat çekerek şu ifadelere yer veriyor;
“Bize komşu veya yakın olan ülkelerde bir Türk korkusu olduğuna dikkat ettiniz mi? En çelimsizinden en güçlüsüne kadar hepsini tedirgin eden bu korku o milletlerdeki mazinin hâtırasından gelir. Oralarda hâkim olmuşuzdur. Yahut o ülkelerde az veya çok bir Türk topluluğu vardır. Eskiden olduğu gibi bu Türkler’in yine şahlanarak birleşmesi ihtimali komşu veya yakın ülkelerin kâbusudur, korkulu rüyasıdır.”
“Suriye’nin kuzeyinde, Türkiye’ye bitişik yaşayan ve kendilerine “Türkmen” diyen Türkleri’in şehir ve ticaret hayatında olanları yavaş yavaş Türkçeyi kaybetmektedir. Kırk elli yıl sonra Türklük burada bir hâtıradan ibaret kalacak, belki hâtıra bile olamayacaktır.
Irak’taki Türkler çok çetindir. Kuzeydeki Kürdler ve Araplar arasında, ovalık topraklarında Türklüklerini koruyan bir milyona yakın insan, mücadeleleri ve iradeleriyle kendi üzerlerine ilgiyi zorla çekmek başarısını gösteriyorlar. Türkiye’de Kerkük Türkleri tanınıyorsa bu sırf onların gayreti ve himmeti sayesindedir.
Balkan Türkleri’nden Bulgaristan ve Yunanistan hakimiyetinde bulunanlar büyük baskı altındadır. Bunları kaçırmak, milliyetlerini unutturmak için akla gelen her çareye başvurulmaktadır.
İran TÜrkleri büyük bir konudur. Türk, Fars, Kürt, lor, Beluç, Arap ve Ermeniler’den kuru bir ülke olan İran 1925 yılına kadar Türkler’in hakimiyetinde iken bu yılda, neferlikten yetişerek yüksek rütbeli subaylığa kadar çıkmış olan Muhammed Rıza adına birisi, İran şahının Fransa’da bulunmasından faydalanarak idareye el koydu ve o günden başlayan Fars milliyetçiliği , İrandaki Türkleri yok etmeye girişti.
Otuz milyon kadar olan (çünkü hiçbir hakiki nufus sayımı yapılmamıştır) İran nufusunda en büyük unsur TÜrkler olduğu halde İran’daki millete “İran Milleti”, diline “İranca” diyerek Türklük yutulmak istenmektedir.
İranda 50-60 bin kadar olan Ermeniler için okul varken 30 milyon Türk için okul yoktur.
Rusya’da Azeri, Tatar, Başkurt, Kazak, Kırgız, Karakalpak, Özbek, Türkmen, Hakas, Oyrat, Yakut, Çuvaş gibi birçok alfabeler vardır.
Kırımlılar’ın da bir alfabesi vardı ama şimdi Kırımlılar dağıtılmış olduğu için bunların ne olduğunu bilmiyoruz. Bu ayrı alfabeler onları birbirini anlamaz ayrı milletler haline getirmek için yapılmıştır ama boşunadır.
Bunlar hakikaten anlamasalar bile siyasî birlik kurulduktan sonra tek dil, hem de tek lehçe halinde yeniden olacaktır.
Türkler’in hakkını korumak Türk hariciyesinin görevidir. Becerikli ve zeki bir hariciyenin yapabileceği çok şey vardır.
Hiçbir şey yapamasa bile yalnız ve ümitsiz yaşayan Türkler’e sahipsiz olmadıklarını anlatmak, onlara ümit ve hız vermek az şey midir?
Unutmayalım ki bütün bu ülkeler Türkler’den korkuyor. Türkler birleşirse, eskiden olduğu gibi büyük devletlerini kurarsa ne yaparız diye düşünüyor
Hüseyin Nihal Atsız
 
Ardını oxu...
Ermənistan hakimiyyəti bəyənmədiyi Kremlə yalvarır ki, “yolun açılmasını təmin edin”. Ermənistan parlamentinin spikeri Alen Simonyan yalvarmaqla yanaşı Moskvanı təhdid də edir.
Simonyan deyib ki, ABŞ Dövlət Departamenti və Fransa XİN Azərbaycandan yolun açmasını istəyiblər, növbə Rusiyanındır:
“Ümid edirəm ki, müttəfiqimiz bu dəfə bizi məyus etməz”.
Teref.az yazır ki, bunu politoloq Elxan Şahinoğlu deyir.Politoloq fikirləriniu şərh edərək daha sonra yazır:
Yəni demək istəyib ki, Kreml son illər Ermənistanı və erməniləri çox məyus edib, heç olmazsa bu dəfə fərqli hərəkət etsin. Alen Simonyan daha sonra absurd və xəstə xəyallarını səsləndirməyə başlayıb:
“Rusiyanın sülh missiyasına alternativ təhlükəsizlik variantları barədə düşünməliyik. ATƏT-in Minsk Qrupunun 12 ölkəsinin missiyasını Dağlıq Qarabağa göndərmək lazımdır”.
Bu Alen Simonyanın və digər erməni rəsmilərin cəmiyyətlərini sakitləşdirmək məqsədilə səsləndirdikləri açıqlamalardır. Özləri də anlayır ki, Azərbaycan heç zaman “alternativ missiya”, “yeni təhlükəsizlik tədbirləri” və “ATƏT-in missiyası” kimi təklifləri qəbul etməyəcək.
Teref.az
 
Ardını oxu...
Avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhərin, Zabux və Sus kəndlərin Rusiya “pisməramlılar”ından geri aldı. Uzun çəkən əsəb müharibəsi Azərbaycanın istəyinə uyğun şəkildə tamamlandı. Ermənilər onlar üçün salınmış yeni marşrutdan istifadə etməli oldular...
O vaxt yazmışdım, bir daha xatırladıram: Marşrutun dəyişməsi Azərbaycana böyük üstünlüklər verdi. Belə ki, köhnə marşrut üzərindən Ermənistan Qarabağ ermənilərinə qaz, işıq və İnternet xətti ötürürdü. Marşrutun dəyişməsi nəticəsində bütün bu xətlər avtomatik olaraq Azərbaycanın nəzarətinə keçdi...
Aydındır ki, Azərbaycan istədiyi vaxt bu xətləri bağlaya bilər. Yəni erməniləri qaz, işıq və İnternetsiz qoymaq bizim üçün su içmək kimi asan bir işdir...
Təbii ki, bu, arzuolunan iş deyil. Qışın oğlan çağında erməninin qazını, işığını, internetini kəsmək onlara zülm etməkdir. Amma ermənilər ipə-sapa yatmaq istəməsələr bütün təzyiq vasitələri işə düşəcək. Başqa variant yoxdur. Həm də I Qarabağ Müharibəsi zamanı ermənilər humanizm prinsiplərinə elə tüpürüblər ki, biz onlara nə qədər pislik etsək, yenə azdır...
Heç şübhəsiz ki, Azərbaycan Qarabağ ermənilərinin qaz, işıq və İnternet bağlantısını öz üzərinə götürməlidir. Ermənistandan Qarabağa ötürülən bütün xətlər kəsilməlidir. Əlbəttə, bu, müəyyən zaman tələb edən işdir. Ancaq bu, iş mütləq görülməlidir. Erməni bilməlidir ki, onun istifadə etdiyi qaz, yandırdığı işıq, bağlandığı İnternet Azərbaycanın əlindədir. Əgər o, Azərbaycan qanunlarına tabe olmasa, həmin əl dəmir yumruğa çevrilib onun başına da çırpıla bilər...
Bunları niyə yazdım? Deyirlər ki, Azərbaycan Qarabağ ermənilərinin qazını kəsib. Məncə, bu, azdır. İşığı da, İnterneti də kəsmək lazımdır. Qarabağdakı erməni hiss etməlidir ki, Azərbaycanla qara-qışqır dili ilə danışmaq olmaz. Nə Paris, nə də ki Moskva onlara elə bir yardım etməyəcək...
Dekabrın 5-də yazmışdım ki, Rusiyanın razılıq verdiyi mini gömrük postunun qurulması o deməkdir ki, Laçın yolu dəhliz statusun itirdi. Bu, Azərbaycan və onun dostlarının növbəti uğurudur. Hal-hazırda Qarabağda baş verənlər onu deməyə əsas verir ki, Azərbaycan bu uğuru möhkəmlədirməkdə israrlıdır.
Dost da, düşmən də bilməlidir ki, Zəngəzura dəhliz statusu verilməsə, Laçın da dəhliz statusunu itirəcək.
Erməni, sən Xankəndindən maneəsiz İrəvana getmək istəyirsən. Yaxşı eləyirsən. Biz də Zəngilandan Naxçıvana maneəsiz çıxış əldə etmək istəyirik. Mənə bu, olmazsa, sənə dünəndən olmaz. Bu qədər bəsit...
Hazırda Qarabağda Rusiya Ordusu ilə üz-üzə dayanan soydaşlarımız bu sadə həqiqəti ermənilərə (elə ruslara da) başa salmağa çalışır....
P.S Şaxtanın qılınc kimi kəsdiyi bu günlərdə bu işin altına çiynini verən hər bir vətən övladına minnətdarlığımı bildirirəm. Allah sizləri var eləsin. Azərbaycan sizin kimi insanları ilə böyükdür...
Elbəyi Həsənli
Teref.az
 
Ardını oxu...
Eyni taktika, eyni düşüncə tərzi, təkrarçılıq və təkrarlanan tarix. Qarabağ ətrafında baş verənlər bundan o yana keçmir. Keçə bilmir.
Qarabağda hadisələrin qızışması, münaqişənin alovlanması və sonunda baş verən müharibə uzaq tarix deyil.
Azərbaycan müstəqillik əldə etməmişdən əvvəl Qarabağda proseslər başlamışdı. Azərbaycan müstəqilliyini qazandıqdan sonra Qarabağa əl qoymağa çalışdı. Mədənləri dövlətin balansına keçirmək üçün fəaliyyət göstərdi. Təbii ki, bu hər zaman uğurlu olmurdu.
Azərbaycan tərəfi bir müddət öncə Laçın dəhlizinin bir neçə saatlıq da olsa, bağlamağa müvafiq olmuşdu. Bunu da məhz işğaldan əvvəlki dönəmdə olduğu kimi, mədənlərlə bağlı etdi. Bu gün olduğu kimi, o zaman da monitorinq üçün gədənlərə qarşı aksiyalar keçirildi, ara qarışdı. Beləcə rəsmi Bakı sözdə mülki şəxslər, əslində, provokatorlarla üz-üzə qaldı.
Ruben Vardanyan ilk gələndən yazırdım ki, Moskva milyarderini kiçik işlər üçün kiçik əraziyə göndərməz, göndəribsə, böyük oyunlar qurulub. Ruben gələndən sonra, təbii ki, ilk əl qoyduğu şeylər elə milyardının üstünə milyard gətirəcək mədənlər oldu. Azərbaycan ərazidə monitorinq keçirən zaman məhz Ruben Vardanyanın orada olması da bunlara sübutdur. Sual olunur, mədənlərdən çıxarılan qiymətli materiallar hansı ölkəyə daşnır? Əlbəttə ki, Rusiyaya. Faktiki olaraq Rusiya sülhməramlı adı altında bölgədə maraqlarını təmin etmək üçün fəaliyyət göstərir. İndi, yəqin ki, ruslar sülhməramlı adı altında əraziyə girəndə “Rus ordusu bölgəyə girdi və çıxması qəliz olacaq” deyənləri qınayanlar biraz utanarlar…
Dünənə qədər sülhdən, Azərbaycanın suverenliyindən danışan Ermənistan və onun baş naziri açıq şəkildə bəyan etdi ki, üçtərəfli bəyanatın 4-cü bəndinə əməl etməyəcəklər. Ermənistan rəhbərinin bu bəyanatı gerçəkdə müharibə səbəbidir. Təkcə bu bəyanat Paşinyanın “Azərbaycanın suverenliyini tanıyırıq” cümləsini sadəcə söz xətrinə dediyinin sübutudur. Ermənistan hər nə qədər Qarabağdan əlini çəkirmiş kimi davransa da, faktiki olaraq prosesin içindədir və oynamağa davam edir. Hətta Azərbaycan ordusu ərazidə olan qanunsuz silahlı dəstələri zərərsizləşdirmək üçün əməliyyat həyata keçirməyə qalxsa, ordunun qarşısına silahlılardan öncə mülki şəxsləri çıxaracaqlar. Əgər bir mülki erməniyə güllə dəysə, bütün dünyanı ayağa qaldırmağa çalışacaqlar. Azərbaycan tərəfi bunu hesablamamış deyil.
Erməni tərəfinin monitorinqlər zamanı aksiya təşkil etməsinə Azərbaycan tərəfinin cavabı da, demək olar ki, eyni oldu. Mülki şəxslər sülhməramlılara qarşı aksiya keçirir, yolu bağlamağa cəhd edir. Bunun nə qədər uğurlu olub-olmamasını zaman göstərəcək.
Məsələnin gerçək tərəfi odur ki, iki xalqın eyni dam altında yaşaması üçün heç bir çarə tapılmayıb. Bu tip mintiqlər hətta prosesə qarışmayanlar arasında belə aqressiya yaradır, onsuz da qarşılıqlı nifrətlə yaşayan xalqlar arasında münasibəti daha da kəskinləşdirir.
Bu cür hallar mülki şəxslərin, cəmiyyətin reaksiyası kimi təqdim edilsə də, kənardan “iki xalqın bir arada yaşaması imkansızdır” mesajını verir. Bu isə təkcə Ermənistanın yox, Rusiyanın da, Fransanın da çörəyinə yağ sürtmək kimi bir şeydir.
Təəssüf edici bir məqam da ondan ibarətdir ki, müharibədən əvvəl olduğu kimi, indi də Azərbaycan tərəfi ancaq cavab addımları atır. Erməni tərəfi hansısa hərəkət edir, Azərbaycan tərəfi də ona eynilə cavab verir. Belə olduğu halda, prosesi idarə edən tərəf kimi ermənilər görsənir. Azərbaycan yalnız müharibədən sonra keçirdiyi bir neçə hərbi əməliyyatda artıqlaması ilə cavab verib. Digər məsələlərdə ancaq və ancaq eyni cür davranıb.
Proseslərin bu həddə çatması onu göstərir ki, artıq siyasi, diplomatik böhran pik həddə yaxınlaşır. Danışıqlar dalana dirənib, faktiki olaraq “söz güləşi” gedir.
Səxavət Məmməd
Teref.az
 
Ardını oxu...
Azərbaycanın Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı və onun törətdiyi fəsadlarla bağlı ilkin monitorinqin baş tutmaması nə deməkdir? Rusiya hərbi kontingentinin bir neçə gün əvvəl məmurlarımızla görüş zamanı verdiyi vədi yerinə yetirməyəcəyi gözlənilən idi. Rusiya hərbi kontingenti Moskvanın təlimatıyla hərəkət edir. Qarabağdakı kontingentə əmr belə olub ki, monitorinq ərazisinə daxil olan azərbaycanlı məmurların normal fəaliyyəti üçün şərait yaradılmasın, prosesi kənardan müşahidə etsinlər. Hadisə yerində toqquşma baş verə bilərdi. Çünki monitorinq yerinə gələnlər separatçılarla üz-üzə qalıblar, onlar yolu kəsiblər və aralarında mübahisə olub. Görünür, Rusiya hərbi kontingenti gərginlikdə maraqlı olub. Halbuki, Kreml istəsəydi Qarabağdakı hərbi kontingentinin komandanlığına əmr verərdi ki, monitorinqin aparılmasına şərait yaradılsın və bu barədə separatçıların rəhbərliyi xəbərdar edilsin. Rusiyadan asılı vəziyyətdə olan separatçıların onların icazəsi olmadan yolu kəsməz və azərbaycanlı məmurların fəaliyyətə mane olmazdılar. Separatçılar alətdir.
Kreml yataqların monitorinqinə ona görə şərait yaratmayıb ki, bunun ardının gələcəyini anlayıb. Bəli, biz monitorinqlə kifayətlənməyəcəkdik, bunun ardınca başqa tədbirlər planı da var. Rusiya birinci addımımızı əngəlləməklə bizə belə bir mesaj göndərib ki, o biri addımlarımıza da şərait yaratmayacaq. Ancaq bizim əlimizdə elə alətlər var ki, onları yerində reallaşdırmaq üçün Rusiya hərbi kontingenti ilə məsləhətləşməyə ehtiyac yoxdur. Məsələn keçmiş Laçın dəhlizi nəzarətimizə keçdikdən sonra vaxtilə Ermənistandan Qarabağa çəkilən qanunsuz kommunikasiya xətləri – elektrik, qaz boru və internet xətləri nəzarətimizə keçib. Ekoloji vəziyyətin monitorinqini aparmaq üçün şərait yaratmırlarsa, kommunikasiya xətlərində problemlərin yaradılacağı barədə real addımlar atılmasının zamanı yetişib...
Elxan Şahinoğlu
Teref.az
 
 
 

Dünyapress TV

Xəbər lenti