![]() |
![]() ![]() ![]() |
|
İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın paytaxtı Beyrutda “Hizbullah”ın yerləşdiyi güman edilən cənub bölgələrə hücumları bərpa edib.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə mülki müdafiə xidmətindəki mənbə bildirib.
“Hərbi əməliyyatlar bombardmandan sonra bir sıra yerlərdə yanğınların baş verdiyi Haret-Horeik məhəlləsinə ardıcıl yeddi hava hücumu ilə başladı. Hazırda Leylaki və Kəfaat məhəllələrinə də ən azı üç zərbə endirilib. Şueifat ətrafına hücumlar davam edir, güclü partlayışlar eşidilir”, - deyə mənbə bildirib.
Hava hücumunun başlamasına təxminən yarım saat qalmış İsrail ordusunun sözçüsü sosial mediada ərəb dilində qarşıdan gələn hücumlarla bağlı xəbərdarlıq yerləşdirərək sakinlərə evlərini tərk etməyi və Beyrutun təhlükəsiz bölgələrinə getməyi tövsiyə edib.
Rusiya ordusu cəbhədə irəliləməkdə davam edir və yeni uğurlar əldə edir.
Musavat.com xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.
Ukraynanın cəbhədəki mövcud dəyişiklikləri izləyən “DeepState” monitorinq layihəsinin məlumatına görə, ruslar Darıno (Kursk vilayəti), Kuraxovo (Donbas), Nijni Klin (Kursk vilayəti), Kremyano (Kursk vilayəti), Razdolnoe (Donbas), Novodonetskoye (Donbas) və Dalneye (Donbas) ərazilərində irəliləyib.
Bundan əlavə, analitiklər qeyd edib ki, Olqovka meşəsindəki vəziyyət dəqiqləşdirilir. Bu, əhəmiyyətli şəxsi heyət itkilərinə və əsir götürülən ukraynalıların güllələnməsinə səbəb olub.
Amerikanın “The New York Times” qəzeti yazır ki, Ukraynada Rusiya ordusunun qarşısını almaq üçün piyada və artilleriya çatışmır.
Əsgər və komandirlərin sözlərinə görə, uzunmüddətli döyüşlərdən sonra təcrübəli kadr çatışmazlığı uğurlu əməliyyatlara maneə törədir. Bu, Ukraynanın müdafiə xəttlərinin tükənməsinə səbəb olub və Rusiyaya müharibənin başlanğıcından bəri ən böyük uğurlarını əldə etməyə imkan verib.
Nəşr yazır ki, 20 noyabrda Rusiya ordusu Velikaya Novoselka yaşayış məntəqəsinin şərq və şimal-şərqində bir sıra hücum əməliyyatları keçirib. Məlumatlara görə, ruslar taktiki uğur əldə edib, lakin real vəziyyət bir neçə gün ərzində aydın olacaq.
İqbal RZAYEV,
Musavat.com