Ardını oxu...
Türkiyə və Suriya Milli Ordusunun (Azad Suriya Ordusu/ASO) birgə hücum hazırlığında olduğu xəbəri yayılıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Təhlükəsizlik mənbələri Türkiyə və Suriya Milli Ordusunun Suriyada YPG/PKK-ya qarşı böyük hücuma hazırlaşdığını bəyan edib.

 

Ardını oxu...
 

“ABŞ-ın gələcək prezidenti Donald Tramp Ukraynadakı münaqişəni nə 24 saata, nə 48 saata, nə də 72 saata həll edə bilməyəcək”.

Bu barədə Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba “Die Presse” qəzetinə müsahibəsində deyib.

Kulebanın fikrincə, prezidentlik yarışında siyasətçinin qələbəsi Ukrayna üçün də istənilən digər Avropa ölkəsi üçün eyni deməkdir - qəbul edilməli və onunla işləmək lazım olan yeni reallıq.

“Trampın ilk açıqlamaları və telefon zəngləri böyük səs-küyə səbəb olsa da, hələlik bunlar sadəcə sözlərdir. Müharibənin tez bitməyəcəyi aydındır. Bu, sadəcə olaraq mümkün deyil. Trampın hansı planı ortaya atmasından asılı olmayaraq, reallıq yoxlamasından keçməli olacaq”.\\“Report”

Ardını oxu...
Suriya müxalifətinin silahlı qüvvələri Palmiraya daxil olaraq şəhərə nəzarəti ələ keçirib.

Bu barədə “Anadolu Agentliyi” məlumat yayıb.

Qeyd olunub ki, Suriya ordusu Əl-Suxna, Əl-Furqəllus və Palmira şəhərlərindən geri çəkilib.

Bundan başqa Suriya hərbçiləri Palmirada yerləşən hərbi aerodromu tərk edir.
 
Ardını oxu...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün cümə namazını İstanbulun Üsküdar bölgəsində yerləşən Həzrəti Əli məscidində qılıb.

Tribunainfo.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ərdoğanın Suriyada gedən proseslər, Bəşər Əsəd rejiminə qarşı çıxan “Heyət Təhrir əş-Şam”ın Hələb, İdlib, Həma və digər şəhərləri ələ keçirməsi və Dəməşqi hədəf alması fonunda şiələrin əsas tərəfdarı hesab etdikləri Həzrəti Əli (İmam Əli-red.) məscidindən Suriya lideri Bəşər Əsədə səslənişi böyük marağa səbəb olub.

Qeyd edək ki, Suriyada əhalinin çoxluğunu sünni müsəlmanlar təşkil etsə də, Əsəd ailəsi ölkədədki cəmi on faizlik ələvi icmasının (ələvilik şiəliyin bir qoludur-red.) təmsilçisidir. İranın ölkə rəhbərliyində təmsil olunan ən güclü və yeganə tərəfdarı hesab olunan Bəşər Əsəd uzun illərdir məzhəb ayrıseçkiliyi edərək öz hakimiyyətini qoruyub saxlamağı bacarıb.

 
Ardını oxu...
ABŞ-nin dəstəklədiyi qruplar Suriyanın şərqindəki Deyr əz-Zor şəhərinə nəzarəti ələ keçirib.

APA-nın xəbərinə görə, bu barədə “Reuters“ iki təhlükəsizlik mənbəsinə istinadən məlumat yayıb.

Məlumata görə, “Suriya Demokratik Qüvvələri kimi tanınan alyans Deyr əz-Zorda nəzarəti tam ələ keçirib”.

Qeyd edilib ki, bu, bir həftə ərzində Suriya Prezidenti Bəşər Əsəd hökumətinin nəzarətindən çıxan üçüncü şəhərdir.
 
Ardını oxu...
Rusiya Federasiyasının Kursk vilayətində Ukrayna qüvvələrinin hücumu başlamazdan əvvəl hadisələrin inkişafı üçün müxtəlif ssenarilər hesablanıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski “Kursk əməliyyatı” sənədli filmində danışıb.
Sırskinin sözlərinə görə, ssenariləri hesablayarkən minimum və maksimum tapşırıqlar olub.
“Əlbəttə, biz Xarkov əməliyyatının keçirilməsi təcrübəsini nəzərə aldıq”, deyən Sırski xüsusən də relyefin oxşarlığının nəzərə alındığını bildirib.
Ukrayna Silahlı Qüvvələrinin baş komandanı bildirib ki, hücum əməliyyatları ərəfəsində hücuma keçməli olan bölmələri gəzib:
“Mən onlara məqsəd və vəzifələri izah etdim, gələcək fəaliyyətlərində uğurlar arzuladım. Motivasiya kifayət qədər yüksək idi”.
Baş komandan vurğulayıb ki, Rusiya Federasiyası Ukrayna Silahlı Qüvvələrinin mümkün hərəkətlərinə “çox yaxşı hazırlaşıb”, buna görə də Kursk vilayətində düşmən minalanmış sahələr və müdafiə strukturları ilə güclü müdafiə xətti qurub.
“Niyə bu istiqamət seçilib? Təbii ki, qərar qeyri-standart idi, o, getdikcə daha da mürəkkəbləşən real vəziyyətə əsaslanaraq verilməli idi. Xüsusən də Pokrovsk və Toretsk istiqamətlərində”, deyə Sırski qeyd edib.
Buna görə də ukraynalı müdafiəçilərin qarşısında məhdud qüvvələrlə düşmənin hücumunu zəiflətmək və onu bu iki istiqamətdən xeyli sayda bölməni geri çəkməyə məcbur etmək vəzifəsi durur.
Aleksandr Sırskinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin hücum zamanı itkiləri ruslarınkından az olub.
“Onlar (ruslar-red.) bizim hiss etdiklərimizi hiss etdilər. Yəni onlar öz ərazilərini və onlar üçün rahat olmayan şəraitdə müdafiə etməyə məcbur olublar. Burada hücum əməliyyatları zamanı bizim itkilərimiz əslində müdafiəçilərin itkilərinin yarısı qədər idi”, deyə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı bildirib.
 
Ardını oxu...
Rusiya prezidentinin mətbuat katibi deyib ki, vəziyyət qiymətləndirildikdən sonra Suriya hakimiyyətinə lazım olan yardımın dərəcəsi barədə artıq danışmaq mümkün olacaq.
Suriyadakı vəziyyətin qiymətləndirilməsindən asılı olaraq yaraqlılarla mübarizə üçün Rusiyadan Suriya hakimiyyətinə lazım olan yardımın dərəcəsi barədə danışmaq mümkün olacaq. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Vəziyyətin qiymətləndirilməsindən asılı olaraq, yaraqlıların öhdəsindən gəlmək və bu təhlükəni aradan qaldırmaq üçün Suriya hakimiyyətinə lazım olan yardımın dərəcəsi barədə artıq danışmaq mümkün olacaq. Moskva Suriyada baş verənləri diqqətlə izləyir və Dəməşqlə daimi dialoq aparır", - Peskov deyib.
O bildirib ki, Rusiya lazım gələrsə, Suriya dəstəyinə hərbi yardım edə biləcək.
"Həyat Təhrir əş-Şam" terror qruplaşması Suriyanın qondarma silahlı müxalifətinə daxil olan bir sıra silahlı birləşmələrlə birlikdə irimiqyaslı əməliyyat keçirib. Noyabrın 30-da Suriyanın ikinci böyük şəhəri və onun ətrafı, o cümlədən beynəlxalq hava limanı və Kuveyris hərbi aerodromu terrorçuların nəzarətinə keçib.
Hələbin silahlılar tərəfindən tam ələ keçirilməsi 2011-ci ildə Suriyada böhran başlayandan bəri ilk dəfə baş verib. 2016-cı ilin sonuna qədər silahlı müxalifət şəhərin yalnız şərq hissəsini nəzarətdə saxlayıb və Rusiya Aerokosmik Qüvvələrinin dəstəyi ilə Suriya ordusu tərəfindən oradan çıxarılıb.
Hələbin alınmasından sonra terrorçu qruplaşmalar Maaret Nuuman kəndini ələ keçirərək Həma şəhərinə doğru irəliləməyə cəhd ediblər. Hələb əyalətinin şimalında Tel Rifaat qəsəbəsi ərazisində kürd qüvvələrinin nəzarətində olan ərazilərə daha dərindən irəliləməyə cəhdlər edilir. Suriya ordusunun komandanlığı da öz növbəsində dekabrın 1-də terrorçuların Həmada irəliləyişinin dayandırıldığını və hökumət qoşunlarının əks-hücuma keçdiyini, daha əvvəl terrorçuların ələ keçirdikləri bir sıra yaşayış məntəqələrini azad etdiyini açıqlayıb.
 
Ardını oxu...
Suriyada müxalif silahlı qüvvələr ölkənin daha bir iri şəhəri olan Həmanı da nəzarətə götürüblər.

CNN-in məlumata görə, Bəşər Əsədin ordusu Həmadan geri çəkildiyini elan edib.

Ordu "mülki əhalinin həyatını xilas etmək və şəhər döyüşlərinin qarşısını almaq üçün" şəhərdən çəkildiyini bildirib.

Suriya müxalifətinin formalaşdırdığı Suriya Müvəqqəti Hökuməti tərəfindən idarə olunan Suriya Milli Ordusu (SMO) şəhərin şimal-şərqindəki əraziləri işğal etdiklərini, mərkəzi həbsxananı ələ keçirdiklərini və məhbusları azad etdiklərini bildiriblər.

Beləliklə, Hələbdən sonra ikinci böyük şəhər Suriya müxalifətinin nəzarətinə keçir və onlar üçün Homsa gedən yol açılır. Homsdan sonra isə paytaxt Dəməşq gəlir.
 
Ardını oxu...
Rusiya-Ukrayna müharibəsi tam şiddəti ilə davam edir. ABŞ və bəzi Avropa ölkələrinin öz silahları ilə Rusiyanın dərinliklərinə zərbə endirmək üçün Kiyevə icazə verməsi və buna qarşılıq olaraq Moskvanın ortamənzilli ballistik raketlərlə Ukrayna ərazilərini vurması qarşıdurmanın miqyasını daha da genişləndirib.

Ukrayna ordusu artıq Rusiyanın bir sıra obyektlərinə uğurlu zərbələr endirib. Kremldən “müharibə qlobal fazaya keçdi” açıqlaması verilib. Nüvə müharibəsi riski getdikcə daha inandırıcı təsir bağışlayır.

Baş verənlər Avropada ciddi miqrant böhranı yaradıb. Avropa ölkələri Kiyevə silah, texnika və maliyyə yardımı etməklə yanaşı, ukraynalı qaçqınlara sığınacaq da verirlər. Ən çox qaçqın qəbul edən ölkənin Almaniya olduğu bildirilir.

Almaniyada yaşayan azərbaycanlı jurnalist Ramil İbrahimov AYNA-ya açıqlamasında deyib ki, müharibə nəticəsində sığınacaq üçün təhlükəsiz ölkə olaraq Almaniyanı seçən ukraynalıların sayı, təxminən 1.2 milyon nəfərə çatıb: “2024-cü ildə açıqlanan rəqəmlərə görə, sığınacaq alan ukraynalılardan yalnız 20%-i işləyir. Ukraynalı qaçqınların işçi qüvvəsinə daxil olmamasının müxtəlif səbəbləri var. Bunlardan biri də Almaniyada sosial təminatın yüksək olmasıdır. Bu da Almaniya iqtisadiyyatına əlavə yük olaraq dəyərləndirilir”.

“Son aylarda Almaniyada baş verən hökumət böhranının səbəblərindən biri olaraq bu faktor göstərilir. Ölkənin nüfuzlu iqtisadi araşdırma qurumu olan Alman İqtisadiyyat İnstitutunun (IFW) məlumatlarına görə, Ukraynadakı müharibə indiyədək Almaniyaya təxminən 240 milyard avroya başa gəlib. Bununla yanaşı Almaniyanın Rusiya-Ukrayna müharibəsində Ukraynaya dəstəyi davam edir. Ötən ay Berlində Almaniya, Fransa, İngiltərə, Polşanın müdafiə nazirləri, o cümlədən İtaliya Müdafiə Nazirliyinin müşaviri Avropanın müdafiə qabiliyyəti və Ukraynaya dəstəyini müzakirə ediblər. Mətbuatda yayılan açıqlamada Almaniya müdafiə nazirinin “Prezident Tramp və yeni administrasiya dövründə bəzi şeylərin dəyişəcəyi aydındır. Buna nə qədər tez hazırlaşsaq, bir o qədər yaxşıdır” açıqlaması verdiyi qeyd olunur”, - deyə həmyerlimiz bildirib.

Onun sözlərinə görə, Rusiyanın Ukraynada aqressiv şəkildə irəlilədiyini, xüsusilə də Ukraynanın infrastrukturuna hava hücumları təşkil etdiyini və hər gün minlərlə insanı öldürdüyünü ifadə edən Almaniyanın müdafiə naziri Pistorius Rusiyanın təhdidedici rəftarının dolayısı ilə və ya birbaşa olaraq Avropaya yönəldiyi qənaətində olduğunu həmkarları ilə bölüşüb: “O cümlədən Almaniyanın Qaçqınlarla İş üzrə Dövlət Komitəsinin açıqlamasına görə, il yarım əvvəl Almaniyadakı ukraynalıların əksəriyyəti Ukraynaya qayıtmaq istədiklərini bildirsə də, bu gün vəziyyət dəyişib və mühacirlərin əksəriyyəti ölkədə daimi qalmağı planlaşdırır”.

“Sığınacaq alan ukraynalıların 65%-i daimi yaşayış yeri əldə edərək Almaniyada qalmaq istəyir. Son anketlərə görə, alman xalqı müharibənin Almaniya iqtisadiyyatına vurduğu zərərdən, enerji böhranından narahat olsa da, 62% əhali savaşda Ukraynanı dəstəkləyir”, - deyə İbrahimov vurğulayıb.

Ayna.az
 
 


 
Ardını oxu...
ABŞ-ın Suriyadakı hərbi mövcudluğunun məqsədləri dəyişməz olaraq qalır və Vaşinqton orada öz maraqlarını müdafiə etməyə hazırdır.
Bakupost.az TASS-a istinadən xəbər verir ki, bunu Pentaqonun mətbuat katibi Patrik Rayder jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
“Vurğulamaq istərdim ki, ABŞ-ın Suriyadakı məqsədləri dəyişməz olaraq qalır. Çünki ABŞ və koalisiya qüvvələri İslam Dövlətini tam məhv etməyə hədəflənməyə davam edir. Regionda yerləşən şəxsi heyətimizi və aktivlərimizi, o cümlədən Suriyadakı hərbçilərimizi qorumağa tam hazırıq”, - Müdafiə Nazirliyinin sözçüsü bildirib.
Rayder həmçinin bildirib ki, ABŞ hərbçiləri bir müddət əvvəl Fərat çayı ərazisində olduqları yerə atəş açan naməlum şəxslərə cavab verməyə məcbur olublar. O, bütün hədəflərin vurulduğunu açıqlayıb.
 

Dünyapress TV

Xəbər lenti