Ukrayna prezidenti Volodimir Zelenski müharibə zamanı demobilizasiya məsələlərini şərh edib.
"
DogruXeber.az" bu barədə xarici mətbuata istinadən xəbər verir. O vurğulayıb ki, cəmiyyətdə ordudan tərxis olunmağa tələbat var, lakin bu, hazırda qanunvericilikdə nəzərdə tutulmayıb: "Əgər sabah ordunun yarısı sadəcə evə getsəydi, biz birinci gün təslim olmalıydıq. Sabah ordunun yarısı evə getsə, Putin sadəcə olaraq hamımızı öldürəcək".
Zelenskinin sözlərinə görə, Ukrayna kifayət qədər çox sayda əsgəri səfərbər edir, ordunun rotasiyaları və məzuniyyətləri var, lakin “bu kifayət deyil” və keyfiyyət üzərində işləmək lazımdır.