Ardını oxu...
Rosqvardiyanın 96-cı operativ təyinatlı alayı Qroznıdan Ukraynaya hərbi əməliyyatlarda iştirak etmək üçün yola düşüb.

Axar.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.

“Bu gün onlar döyüş mövqelərində olan əsgər yoldaşlarını dəyişmək üçün cəbhəyə gediblər”, - deyə Kadırov bildirib.

Onun sözlərinə görə, bu, Maqomed Tuşayevin rəhbərliyi altında böyük uğurlar qazanan Rosqvardiyanın ən döyüşə hazır və effektiv bölmələrindən biridir.
Ardını oxu...
Mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanıb.

Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə çatdırılıb.
Ermənistan tərəfinə təxribatlarına son qoyulması və qəsdən vəziyyətin gərginləşdirməməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, növbəti dəfə atəşkəsi pozub.

Təxribat törədilən istiqamətdə Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülüb.

Qəsdən törədilən bu təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
 
Ardını oxu...
İsrailin Təl-Əviv və digər şəhərlərində raket hücumu xəbərdarlığı işə düşüb. Bundan sonra partlayış səsləri eşidilib.

Qeyd edilir ki, hava xəbərdarlığı Qəzza zolağından raket hücumları səbəbindən aktivləşdirilib.

İsrailin cənubundakı Sdeorot şəhərindəki evlərdən birinə də raket düşüb. Zərbə nəticəsində xəsarət alan olmayıb.

Tel-Əvivə raket hücumları zamanı təyyarələrin Ben Qurion hava limanına enişi qısa müddətə dayandırılıb.

Aşkelon xəstəxanasına raket hücumları zamanı sığınacağa çatmağa çalışan iki zərərçəkmimş daxil olub. Həmçinin, daha 3 nəfərə ciddi narahatlıqla bağlı tibbi yardım göstərilib.
 
Ardını oxu...
“Vaqner”in rəhbəri Yevgeni Priqojin Baxmutda çətin vəziyyətə düşüb, çünki növbəti addımlarının hər biri onun məhvi ilə nəticələnə bilər.

Axar.az xəbər verir ki, bunu Ukrayna prezidentinin aparatının rəhbəri Mixail Podolyak deyib.

"İrəliləmək olmaz, o zaman Ukrayna ordusu məhv edəcək. Geri çəkilsə də, Rusiya MN-nin cəza dəstələri məhv edəcək. Yerində qalmaq da olmaz. Onda da məhv edəcəklər. Sursat da verilmir. O zaman nə etmək lazımdır? Bütün dünya tərəfindən rəsmən terrorçu təşkilat kimi tanınmaq və finalı gözləmək...", - Podolyak bildirib.
 
Ardını oxu...
Rusiya Prezidenti Vladimir Putin ehtiyyatda olan hərbi vəzifəlilərin təlim toplanışına çağırılması haqqında fərman imzalayıb.

Sənəd rəsmi hüquqi informasiya portalında dərc olunub.

“2023-cü ildə ehtiyatda olan Rusiya Federasiyasının vətəndaşları Rusiya Federasiyası Silahlı Qüvvələrində, Rusiya Federasiyası Milli Qvardiyasının qoşunlarında, dövlət təhlükəsizlik orqanlarında və Federal Təhlükəsizlik Xidmətinin orqanlarında hərbi təlim keçməyə çağırılır”, - sənəddə deyilir.
Ardını oxu...
“Avropa İttifaqı Ukraynaya 1 milyon artilleriya mərmisi verməyə hazırdır”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenlə keçirdiyi brifinqdə deyib.

“Ukrayna hər gün Rusiyanın təcavüzünə qarşı müdafiənin effektivliyini nümayiş etdirir. Terrorçuların hər vurulan raketi, əsgərlərimizin Rusiya hücumlarını dəf etməkdə əldə etdiyi hər bir uğur bizim bu təcavüzkarı məğlub edə biləcəyimizin sübutudur”, - o bildirib.

V.Zelenski həmçinin qeyd edib ki, digər məsələlərlə yanaşı, AK rəhbəri ilə bu sursatların tədarükü və çatdırılmasının tezliyi məsələsini də müzakirə edib.

Xatırladaq ki, mayın 5-də Aİ Şurası Ukrayna üçün sursat alınması üçün 1 milyard avro ayrılmasını təsdiqləyib. \\Redaktor.Az
Ardını oxu...
Ukrayna ordusunun gözlənilən əks-hücumu üçün gözlər yenidən cəbhə xəttinə çevrilib. Rusiyanın Ukraynaya atdığı hipersəsli “Kinjal” (“Xəncər”) raketinin vurulması isə on beşinci ayını başa vurmaq üzrə olan müharibədə yeni səhifə açıb.

Teleqraf.com xəbər verir ki, Ukrayna ordusunun ötən həftə açıqladığı “Kinjal”ın ABŞ-ın “Patriot” hava hücumundan müdafiə sistemləri tərəfindən vurulması ilə bağlı məlumatı Vaşinqton tərəfindən təsdiqlənib.

“CNN İnternational”a məlumat verən ABŞ mənbələri Kiyev səmasına atılan hipersəs raketinin Amerikanın Oklahoma ştatında təlim keçmiş Ukrayna hərbçiləri tərəfindən məhv edildiyini bildirib.

CNN xatırladır ki, məşhur “Patriot” sistemləri indiyədək adi ballistik raketlərə qarşı istifadə olunub və hipersəs raketlərini vurmaq qabiliyyəti yalnız nəzəri olaraq ifadə olunub.

Məlumata görə, “Kinjal”ın “Patriot”lar tərəfindən vurulması ABŞ Müdafiə Nazirliyində (Pentaqon) narazılıq yaradıb.

Rusiya lideri Vladimir Putin ilk dəfə 2018-ci ilin martında təqdim edilən “Kinjal”ı “məğlubedilməz” adlandırmışdı.
 
Ardını oxu...
İranın İsfahan əyalətində naməlum PUA elektrik stansiyasına hücum edib.

Axar.az xəbər verir ki, bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb.

Hücum barədə əlavə məlumat verilməyib.
Ardını oxu...
“İndiki gənclər orduda xidmət etmək istəmirlər”.
Bunu erməni aktyor Qrant Toxatyan İrəvan Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin həyətində jurnalistlərlə söhbətində bildirib.
Qeyd edək ki, İrəvan Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsində 3-cü Ordu Korpusunun keçmiş komandiri, general-mayor Qriqori Xaçaturovun işi üzrə məhkəmə iclası başlayıb. Onun tərəfdarları məhkəmənin həyətinə toplaşıb.
“Müstəqillik əldə etdikdən sonra ölkəmizdə iki təsisat var idi. Biri kilsə, digəri isə ordu idi. Son illər bunların hər ikisi darmadağın edilib. Onlar ordunun nüfuzunu mümkün qədər sıfıra endirmək istəyirlər.
Bunu etmək olmaz. Bu, biabırçılıqdır. Hərbçilərə deyəcəkləri olsaydı, ayrı-ayrılıqda görüşüb deyə bilərdilər.
Bu məsələ daxildə həll edilməli idi. Bu gün oğlanları ordudan azad etmək üçün əllərindən gələni edirlər.
Təbii ki, əvvəllər də belə bir şey var idi, amma nadir hallarda olurdu. Bu gün gənclər, ümumiyyətlə, orduda xidmət etmək istəmirlər.
Söhbət çoxluqdan gedir. Təbii ki, hər zaman vətənpərvər oğlanlar var. Əgər ordunu bu cür gözdən salırlarsa, deməli, sabah bizdə, ümumiyyətlə, çağırışçılar olmayacaq”, – deyə o təəssüflənib.
 

Dünyapress TV

Xəbər lenti