Cavid Qurbanovun kadrı haqqında ilginc iddialar... -
Kəlbəcərli 3 uşaq anası 4 aydır diri olduğunu sübut edə bilmir, icra başçısı onu “öldürüb”… Kəlbəcərin icra başçısı Azər Qocayev barəsində rast gəldiyim bir xəbər düzü mənə maraqlı yumor təsiri bağışladı.
Onu da qeyd edim ki, yüz illər boyu böyük fikir adamları bəzən problemlərə ciddi prizmadan deyil, yumor, satira, hətta ironiya, sarkazm tərəfdən yanaşıblar. Bəli, Kəlbəcərin icra başçısı öz işi ilə məşğul olmaq əvəzinə İDMAN-a güc verib, əzələlərini şişitrməklə məşğuldur. Hətta cavan icra başçısı şikayətçilərə də hərdən yumruq atır-filan...
Deməli, Kəlbəcər camaatı yazır ki, İcra başçısı Azər Qocayev kabinetdə idman etməklə, trenajorla məşq etməklə kifayətlənməyib, hələ üstəlik....
Bəli, xəbərə görə, Azər Qocayev yaşadığı Gəncə şəhəri Gülüstan qəsəbəsindəki villasının alt mərtəbəsini “trenajor zalı”na çevirib. İddiaya görə, icra başçısı işə getməmişdən əvvəl hər səhər dayanmadan idman edir, hərdən lap dərinə gedir... İcra başçısı bu hərərkrətləri ilə deyəsən cammatı qorxuzmaq istəyir.
Sözün qısası, icra başçısı hər yerdə deyir ki, “Sağlam bədəndə sağlam ruh olar"...
Birinci ondan başlayaq ki, Azər Qocayev böyük səhvə yol verir. Niyə..? Çünki hər sağlam bədəndə sağlam ruh olsaydı, onda danalar, öküzlər və s ən sağlam ruha sahib olardılar, ay Qocayev. Əslində məsələ belədir: Sağlam ruh sağlam bədəndə olur, Azər müəllim. Kəlbəcərlilərin dediyinə görə, yuxarıdan Azər Qocayevə baramaçılığın inkişafı ilə bağlı tapşırıq gələndə, o, yaxınlarından soruşub ki, barama nədir..? Bu bilirsiniz nəyə bənzədi..? Bir dağ adamından soruşurlar ki, HAMAM görmüsən, cavab verir ki, həə, 2 kilo da yemişəm... İndi Azər Qocayevi qınamayın ee....Sumqayıtda doğulmuş, orada böyümüş, güc-bəlal İlə Sumqayıt universitetinin “mantyor” fakültəsini bitirmiş, ömründə rayona, kəndə ayağı dəyməyən Azər Qocayev nə bilsin ki, barama, yaxud ipək qurdu nədir..? Vaxtilə bir lətifə var idi. Şəhər adamını rayona rəhbər göndərirlər. Ferma müdirindən soruşur ki, bu nədir, deyir inəkdir, bu nədir, deyir kələdir. Təzə rayon rəhbəri soruşur ki, kələ nə üçündür...Yazıq ferma müdiri utana-utana izah edir...Rayonun təzə böyüyü gülə-gülə deyir ki, ta denən inəyin əridi də...
İndi bizi qınamayın Azər Qocayev kimi yeni kadrlar nə bilir barama nədir. Ona görə də Azər Qocayev bütün günü idmanla məşğul olur...
Gəlin, Azər Qocayevin avtobioqrafiyasına nəzər salaq. Qocayev Azər Bəhlul oğlu - 07.09.1985-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 2007-ci ildə Sumqayıt Dövlət Universitetinin Elektroenergetika fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə 2009-cu ildə “Sumqayıtelektrikşəbəkə” ASC-də nəzarətçi kimi başlayıb. 2010-2017-ci illər ərzində “Azərenerji” ASC-nin “Sumqayıt Regional Elektrik Şəbəkəsi” MMC-nin Sumqayıt Elektrik Şəbəkəsi müəssisəsinin Enerji satışı şöbəsində nəzarətçi və nəzarətçi mühəndis vəzifələrində çalışıb. 2017-2020-ci illər ərzində “Azərbaycan Dəmir Yolları” QSC-də çalışıb. Azərbaycan Respublikası Prezidentinin 13.05.2020-ci il tarixli sərəncamı ilə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Fikir verdinizmi, bu adam ömründə 1-cə gün də idarəetmə işində çalışmayıb, kiçik bir kollektivi idarə etməyib. Bəs Kəlbəcər boyda 100 minlik rayonu bu adam necə idarə edəcək..?
Nə isə qayıdaq Azər Qocayevin əməllərinə. Bu adam kresloya oturan kimi korrupsiya maşınını işə salıb. Belə ki, mediada yazılanlardan bəlli olur ki, Kəlbəcər rayon icra hakimiyyətinin başçısı Azər Qocayevə cinayət işi açılıb.
Bəli, cavan icra başçısı Azər Qocayev vəzifəsindən sui-istifadə etməklə rayonun Təhsil Şöbəsinin müdir əvəzi İsmayıl Məmmədovun vasitəçiliyilə məktəb direktorlarından rüşvət tələb edərək alıb.
Bunu biz demirik aaa, bütün mətbuat yazır.
İcra başşçısı Kəlbəcər RTŞ-nin tabeliyindəki 5, 9, 10, 11, 22, 55, 98, 109, 115 saylı və digər məktəb direktorlarının hər birindən 500 manat rüşvət alması məktəb direktorlarının izahatlarında və digər sübutlarla öz əksini tapıb. Hələ bu harasıdır..?
Mediada yazılanlardan bəlli olur ki, Azər Qocayev bir müddət əvvəl Kəlbəcər İH-nə məxsus ianə fondunu ləğv edib. İddia edilir ki, buna səbəb həmin fonda yığılan küllü miqdarda maddi vəsaitin məhz Azər Qocayev tərəfindən qeyri- səmərəli şəkildə xərclənərək talanması, pulların mənimsənilməsidir. İddia edilir ki, həmin fakt üzrə də prokurorluqda ciddi araşdırmalar aparılır. Hələ bu harasıdır…? Azər Qocayev sağ adamı ölü çıxarır.
Bəli, Kəlbəcər sakini Alışanova Lətafət Asif qızı deyir ki, aldığı təqaüdün qəflətən kəsilməsindən narahat olaraq Gəncədə yerləşən DSMF-yə müraciət edib, orada ona deyiblər ki, SƏN ÖLMÜSƏN, ona görə də DİRİ olduğunu sübut etməlisən.
Yəni DİRİ olduğunu sübut etmək üçün mütləq polisin 102 xidmətinə zəng etməli, ASAN xidmətə gedib qan analizi verməlisən və sübut etməlisən ki, həqiqətən dirisən. Yazıq 3 uşaq anası olan Lətafət xanım indi qalıb yollarda. Uzun get-gəllərdən sonra binəva xanıma məlum olub ki, kəndin icra nümayəndəsi Ələkbər Ələsovla icra başçısı Azər Qocayev əlbir olaraq binəvanı “öldürüblər” və müavinətini həzm-rabedən keçiriblər. Vallah hər şey eşitmişdik, amma beləsini ilk dəfədir eşidirik. Bu da gənc icra başçısı.
Redaksiyamıza daxil olan məlumata görə, Hesablama Palatası icra başçısı Azər Qocayevin 3 illik fəaliiyəti ilə bağlı ciddi yoxlama aparıb və… Yaxın zamanda Azər Qocayev yola salınacaq. Hara..? Onu yaxın zamanda biləcəyik.
P.S. Mən uşaq olarkən, Sumqayıtda qohum evində oturmuşdum. Birdən qohumlardan biri gəldiki filan qohumun bacısı Gülnarı qaçırdıblar. Evdə hamı bir-birinə dəydi. Sonradan ağbirçək və ağsaqallar bir araya gələrək, maraqlı söhbət etdilər. Həmin söhbətdən bəzi xatırlatmaları növbəti sayımızda sizinlə bölüşəcəyik. //gundelik-baku.com//

Bölmənin digər xəbərləri

15 İyun 2025 Afaq Əliyeva bu dəfə də öz hökmranlığını göstərdi. 201 saylı məktəbdə biabrçılıqlar bitmir!!!
15 İyun 2025 Tovuz Dövlət Sosial İqtisadi Kolleçində nə baş verir? VİDEOİTTİHAM
15 İyun 2025  “National Prime Hospital”da vergidən BELƏ YAYINIRLAR - BU DA FAKT!
15 İyun 2025 Bakı Bulvarında qanunsuzluq ocağı: “FERMA ART” restoranı əmək qanunlarını tapdalayır!
14 İyun 2025 6 nömrəli poliklinikanın baş həkimi qanunsuzluqla məşğuldur - ŞİKAYƏT
13 İyun 2025 Mərkəzi Klinikada göndərişlə gələn II qrup əlildən ödəniş aldılar: Həkim‐kardioloq Firdovsi İbrahimov müayinədən imtina etdi?
13 İyun 2025 FHN-in Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsində milyonların oyunu gedir
13 İyun 2025 "Olympus” MTK kütləvi narazılıq yaradır:Biz nə vaxta qədər küçələrdə qalacağıq?
13 İyun 2025 Yeni Klinikanın həkimi vətəndaşı şikəst edib: Azad Məlikov bizi təhqir etdi, dedi ki...
13 İyun 2025 “Sudan İstifadəedənlər Birliyi”ndə ailə podratı
13 İyun 2025 Nazirliyin Yaradıcı Mərkəzində maaş üsyanı - Etirazlar sosial şəbəkəyə sıçradı
13 İyun 2025 KEÇMİŞ DİREKTOR ELƏ BİR ŞEY ETDİ Kİ..: ŞOK FAKTLAR!!! - BÜTÜN DETALLARI İLƏ...VİDEO
13 İyun 2025 Xətai rayonu Gəncə Prospektində qanunsuz tikintiyə icra başçısı icazə verib? - Video
13 İyun 2025 SDU-da şübhəli satınalma: Bir aylıq MMC ilə müqavilə bağlayır - İLGİNC FAKTLAR
13 İyun 2025  Adil Vəliyevin XARABA QOYDUĞU SABUNÇU... - ÖZBAŞINA QALIBLAR...
12 İyun 2025 “Həkim məni 3 dəfə əməliyyat edib pis vəziyyətə qoydu” – Foto
12 İyun 2025 201 saylı məktəbin direktoru Afaq Əliyeva haqqında daha bir ŞOK FAKT - Görün dövlət əmlakını necə talan edib... - FOTOFAKT
12 İyun 2025 QAZİNİ ALDADIB, MAĞAZASINI SÖKDÜLƏR... - İcra başçısı gündəlik çörəkpulu qazanmaq üçün yer vermişdi, rəhbər şəxslər mane oldular / VİDEO
12 İyun 2025 TOĞRUL ALLAHVERDİYEVİ HANSI MƏMURLAR HİMAYƏ EDİR? –Aslan İsmayılovdan sensasion açıqlamalar
11 İyun 2025 Nəsimi rayonunda binanın zirzəmisində qanunsuz obyektin tikintisinə kim icazə verib?-Video

Dünyapress TV

Xəbər lenti