2 gündə 3 İcra Hakimiyyətinin tenderini udan sirli şirkət - Kimindir?
"House Project" MMC dünən 2, bu gün 1 tenderin qalibi seçilərək 2 gündə 3 qurumla müqavilə imzalayıb.

Valyuta.Az xəbər verir ki, şirkət bu Hacıqabul Rayon İcra Hakimiyyəti ilə 4.199,62 AZN dəyərində satınalma müqaviləsi imzalayıb. Alacağı vəsaitin qarşılığında Hacıqabul Rayon İcra Hakimiyyəti tərəfindən şirkətə Hacıqabul rayonunda(magistral yol boyunca yaşayış məntəqələrində) Abadlıq işlərinin layihə-smeta sənədlərinin hazırlanması həvalə olunub.

Xatırladaq ki, şirkət dünən də 2 müqavilə imzalayıb. Bunlardan biri Zərdab rayon İHB-nin Zərdab şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi ilə, digəri isə Culfa Rayon İcra Hakimiyyəti ilə olub.

Birinci ilə imzalanan müqavilə Zərdab şəhərində abadlıq işlərinin layihə-smeta sənədlərinin tərtib olunması, ikinci ilə ilə imzalanan müqavilə isə Culfa şəhərində Şəhidlər Abidə Kompleksinin əsaslı təmirinin layihələndirilməsi ilə bağlı olub.

Bağladığı müqavilələrə görə şirkətə müvafiq olaraq 5.097,6 AZN və 34.891,66 AZN vəsait ödəniləcək.

Şirkət İcra hakimiyyətləri tərəfindən elan edilən tenderlərdə tez-tez qalib gəlməsi ilə seçilir. Bunlara misal olaraq Yevlax, Ağcabədi, Şamaxı, Şirvan, Ucar, Şəki, Naftalan, Beyləqan, Lerik, Ordubad və Ağstafa rayonu İcra Hakimiyyətləri və onların müxtəlif ərazilər üzrə nümayəndəlikləri ilə imzalanan müqavilələri göstərmək olar.

Qeyd edək ki, MMC 30 aprel 2021-ci ildə dövlət qeydiyyatına alınıb. 10 manat nizamnamə kapitalına malik şirkətin qanuni təmsilçisi Ağayeva Nərgiz Qəzənfər qızıdır. Şirkət dövlət qeydiyyatına alındığı zaman isə qanuni təmsilçi Qədirli Nərmin Qəzənfər qızı olub.

Məlumat üçün bildirək ki, şirkətin nə veb-saytı nə də sosial şəbəkə hesbaı var. Şirkətin qanuni təmsilçisi haqqında da açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.

Şirkət dövlət qeydiyyatına alındığı zaman ilk olaraq Bakı şəhəri, Nəsimi rayonu, Ak. Mirəli Qaşqay ev 93, mənzil 21 ünvanında qyediyyatda olub.

Araşdırmalarımız zaman məlum oldu ki, "House Project" MMC həmin ünvanda qeydiyyata alınmazdan 2 il öncə bu ünvanda "Everest Tikinti Layihə" MMC də qeydiyyatdan keçib.

Onu da əlavə edək ki, "Everest Tikinti Layihə" MMC hələ də o ünvanda qeydiyyatdadı. Ağayeva Nərgiz Qəzənfər qızı müəyyən vaxtlarda bu MMC-nin də qanuni təmsilçisi olub. Şirkətin hazırkı qanuni təmsilçisi isə Qədirova Gülbəniz Telman qızıdır.

Dövlət satınalmalarının vahid internet portalındakə məlumatlara əsasən, "Everest Tikinti Layihə" MMC də müxtəlif vaxtlarda İcra Hakimiyyətləri və onların müxtəlif ərazilər üzrə nümayəndəlikləri ilə müqavilələr imzalayıb.
 

Bölmənin digər xəbərləri

16 Aprel 2025 Azərbaycan Dəmir Yollarında qalmaqal: İşçiləri zorla işdən çıxarırlar - ƏGƏR MÜDAXİLƏ OLMAZSA...
16 Aprel 2025 Araz Paşayev Rüfət Mahmudu çıxılmaz duruma salıb
16 Aprel 2025 Abşeron icra başçısı qanunsuz obyekt tikintisi sahibinə səkini də satdı?- FOTO
16 Aprel 2025 Binəqədi rayonunda qanunsuz binanı kim inşa etdirir?
16 Aprel 2025 Ağstafa RİH hər il təmir üçün pul ayrır, yollar isə bərbad vəziyyətdədir (VİDEO)
16 Aprel 2025 "Tələbələrdən 350-500 manat pul alınır" - Şəkidəki kollecdə qalmaqal
16 Aprel 2025  "Viləşçay" MTK heç bir qanuna riayət etmir" - Sakinlərin narazılığı böyüyür
16 Aprel 2025 Nəsimi rayonunda kəsilən onlarla ağacın yerində qanunsuz tikinti ƏLBİRLİYİ- Tikinti tüccarı ilə 11 saylı RETSİ - nin rəisi öncə necə anlşdı və...
16 Aprel 2025 Qusarın baş memarının biznes imperiyası... - BU DA FAKT!
15 Aprel 2025 Ağsudan Balakənədək “asfalt əməliyyatı”: Saleh Məmmədova yaxın şirkətin “macəraları” – ARAŞDIRMA
15 Aprel 2025 İş adamı müğənniyə hədə-qorxu gəlir? - Bir daha mənim adımı çəkərsən...
15 Aprel 2025 Burda nə bişir... Nə yeyirik... - BU NƏDİ BELƏ?..
15 Aprel 2025 İdman Kompleksinin direktoru obyekti hansı vəsaitlə əldə edib? - FOTO
15 Aprel 2025 Sumqayıtda Heydər Əliyevin adına əkilmiş ağaclar kəsildi - Sakinlər ölkə rəhbərliyinə müraciət etdi
15 Aprel 2025 Daha bir MTK yaşayış ola-ola söküntü aparır – “Evimi başıma uçurdurlar, kömək edin” — FOTOLAR
14 Aprel 2025 HƏLƏ DƏ BÜDRƏYƏN SƏFƏRBƏRLİYİMİZ: SHXÇDX-nin TƏRƏZİSİ DƏ `VURUR` - ETİRAZ VAR...
14 Aprel 2025 MTK şeflərinin həbsdə "kral" həyatı: Alaverdiyev, Kərimov kimilərə bu şəraiti kimlər yaradır?
14 Aprel 2025 “Tuana estetic centre”də cərrah Esmira İbrahimli mənim üzümdə qüsurlar yaratdı - Şikayət
14 Aprel 2025 Xətaidə məktəbin həyətində yaşayış binası TİKİLDİ – İcazə KİMDƏN ALINIB? FOTO
14 Aprel 2025 Saleh Məmmədova yaxın olduğu deyilən “tender kralı” daha bir müsabiqənin qalibi oldu

Dünyapress TV

Xəbər lenti