Cavadzadə qardaşlarının təhklükəli tikinti fırıldağı –
Abşeron rayonu ərazisində yerləşən və hələ də istismara verilməmiş çoxmərtəbəli yaşayış binasında aparılan tikinti prosesi və sakinlərə qarşı münasibət qanunlara və vətəndaş hüquqlarına açıq-aşkar ziddir. Bakunews.az redaksiyasına daxil olan çoxsaylı şikayətlər əsasında yerində aparılan jurnalist araşdırması bir sıra ciddi qanunsuzluqları üzə çıxarıb. Bütün bu proseslərin mərkəzində isə Cavadzadə qardaşları dayanır.

Sakinlərdən qanunsuz sayğac pulları – 1700-2500 manatlıq fırıldaq Sakinlər bildirir ki, qaz, su və işıq sayğaclarının quraşdırılması adı altında onlardan 1700-2500 manat arasında ödəniş tələb olunur. Cavadzadə qardaşları bu məbləğin aidiyyəti dövlət qurumlarına ödənildiyini iddia etsələr də, bunu təsdiq edən heç bir rəsmi sənəd təqdim olunmur. Bu pulların əslində kimlərin cibinə getdiyi isə açıq sual olaraq qalır.

Tikintidə təhlükəsizlik sıfır səviyyəsindədir – FHN və Şəhərsalma niyə susur? Tikintinin aparıldığı binada nə fövqəladə vəziyyətlər üçün nəzərdə tutulmuş çıxış var, nə də yanğın zamanı istifadə oluna biləcək nərdivan və sistemlər quraşdırılıb. Hətta liftdən istifadə ilə bağlı da ciddi məhdudiyyətlər var. Belə bir şəraitdə Fövqəladə Hallar Nazirliyi, Şəhərsalma və Arxitektura Komitəsi kimi qurumların səssizliyi anlaşılan deyil. Görünür, bu qurumlar ya məsuliyyətsiz davranır, ya da müəyyən dairələrin təsiri altındadır.

Zibil biznesinə çevrilib – Hər tullantıya görə pul Binanın təmir prosesi zamanı yaranan tullantılar bina qarşısına yığılır, onların daşınması isə sakinlərin hesabına həyata keçirilir. 70-100 manat aralığında ödənişlər tələb olunur və tullantılar rəsmi deyil, şəxsi avtomobillərlə daşınır. Bu isə sadəcə qeyri-qanuni qazanc mənbəyinə çevrilmiş mexanizmdir.

Vergidən yayınma və ƏDV-nin gizlədilməsi Mənzillər Cavadzadə qardaşlarının adlarına keçirilərək kreditsiz satılır. Bu satış zamanı ƏDV təqdim edilmir, dövlətə ödənməli olan vergilər isə gizlədilir. Vergidən yayınma bu şəkildə açıq formada həyata keçirilir, lakin bu faktlarla bağlı hələ də hüquqi tədbir görülməyib.

Yaşayış yoxdur, amma kommunal haqq tələb olunur – 0.60 qəpik kvadrata Binada yaşayış başlamamış olsa da, sakinlərdən kvadratmetrə görə aylıq 0.60 qəpik tələb olunur. Heç bir xidmət göstərilmədiyi halda belə bir ödənişin istənilməsi həm hüquqi, həm də əxlaqi baxımdan qəbuledilməzdir.

Lift də gəlir mənbəyidir – 500 manatlıq daşınma pulu Liftlərin istifadəsi belə qazanc mənbəyi kimi dəyərləndirilir. Sakinlər təmir materiallarını mənzillərinə qaldırmaq üçün 500 manat ödəməyə məcbur edilir. Gələcəkdə isə liftin yenilənməsi üçün 40 min manat tələb olunacağı bildirilir. Bu isə yeni bir pul yığımının əsasının qoyulmasıdır.

Dövlət orqanlarının xəbərdarlıqları nəticəsiz qalıb Məlumatlara əsasən, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən Cavadzadə qardaşlarına dəfələrlə xəbərdarlıq və tövsiyələr verilsə də, heç bir tədbir görülməyib. Dövlət orqanlarının bu qədər aciz və təsirsiz mövqe tutması ictimaiyyət üçün ciddi sual doğurur.

Jurnalistə qarşı etinasızlıq – cavabsız qalan suallar Bakunews.az jurnalisti məsələ ilə bağlı obyektə yaxınlaşaraq rəhbərlikdən izahat istəsə də, özünü “komendant” kimi təqdim edən şəxs “müdir yoxdur, nömrənizi qoyun, əlaqə saxlanılacaq” deyərək jurnalisti yola salıb. Lakin aylar keçməsinə baxmayaraq, nə cavab verilib, nə də əlaqə saxlanılıb. Sual etdiyimiz heç bir problem üzrə dəyişiklik edilməyib.

Bakunews.az olaraq aidiyyəti qurumlara çağırış edirik: Bu tikintidə baş verən qanunsuzluqlar, insan hüquqlarının pozulması və vergi qaçaqmalçılığı faktları dərhal araşdırılmalı, Cavadzadə qardaşları barəsində hüquqi qiymət verilməlidir. Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi və İqtisadiyyat Nazirliyi bu məsələni nəhayət ciddi nəzarətə götürməlidir. Əks halda, bu cür cəzasızlıq gələcəkdə daha böyük fəlakətlərin başlanğıcı ola bilər.

Sakinlər təhlükəsizlik, şəffaflıq və hüquq tələb edir – və bu tələblər artıq ertələnməməlidir.
Bakunews.az

Bölmənin digər xəbərləri

16 Aprel 2025 Azərbaycan Dəmir Yollarında qalmaqal: İşçiləri zorla işdən çıxarırlar - ƏGƏR MÜDAXİLƏ OLMAZSA...
16 Aprel 2025 Araz Paşayev Rüfət Mahmudu çıxılmaz duruma salıb
16 Aprel 2025 Abşeron icra başçısı qanunsuz obyekt tikintisi sahibinə səkini də satdı?- FOTO
16 Aprel 2025 Binəqədi rayonunda qanunsuz binanı kim inşa etdirir?
16 Aprel 2025 Ağstafa RİH hər il təmir üçün pul ayrır, yollar isə bərbad vəziyyətdədir (VİDEO)
16 Aprel 2025 "Tələbələrdən 350-500 manat pul alınır" - Şəkidəki kollecdə qalmaqal
16 Aprel 2025  "Viləşçay" MTK heç bir qanuna riayət etmir" - Sakinlərin narazılığı böyüyür
16 Aprel 2025 Nəsimi rayonunda kəsilən onlarla ağacın yerində qanunsuz tikinti ƏLBİRLİYİ- Tikinti tüccarı ilə 11 saylı RETSİ - nin rəisi öncə necə anlşdı və...
16 Aprel 2025 Qusarın baş memarının biznes imperiyası... - BU DA FAKT!
15 Aprel 2025 Ağsudan Balakənədək “asfalt əməliyyatı”: Saleh Məmmədova yaxın şirkətin “macəraları” – ARAŞDIRMA
15 Aprel 2025 İş adamı müğənniyə hədə-qorxu gəlir? - Bir daha mənim adımı çəkərsən...
15 Aprel 2025 Burda nə bişir... Nə yeyirik... - BU NƏDİ BELƏ?..
15 Aprel 2025 İdman Kompleksinin direktoru obyekti hansı vəsaitlə əldə edib? - FOTO
15 Aprel 2025 Sumqayıtda Heydər Əliyevin adına əkilmiş ağaclar kəsildi - Sakinlər ölkə rəhbərliyinə müraciət etdi
15 Aprel 2025 Daha bir MTK yaşayış ola-ola söküntü aparır – “Evimi başıma uçurdurlar, kömək edin” — FOTOLAR
14 Aprel 2025 HƏLƏ DƏ BÜDRƏYƏN SƏFƏRBƏRLİYİMİZ: SHXÇDX-nin TƏRƏZİSİ DƏ `VURUR` - ETİRAZ VAR...
14 Aprel 2025 MTK şeflərinin həbsdə "kral" həyatı: Alaverdiyev, Kərimov kimilərə bu şəraiti kimlər yaradır?
14 Aprel 2025 “Tuana estetic centre”də cərrah Esmira İbrahimli mənim üzümdə qüsurlar yaratdı - Şikayət
14 Aprel 2025 Xətaidə məktəbin həyətində yaşayış binası TİKİLDİ – İcazə KİMDƏN ALINIB? FOTO
14 Aprel 2025 Saleh Məmmədova yaxın olduğu deyilən “tender kralı” daha bir müsabiqənin qalibi oldu

Dünyapress TV

Xəbər lenti