Hərkəs işdən çıxarıldı:
Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən Məhəmməd Füzuli adına 15 nömrəli tam orta məktəbdə aşkar edilən qanun pozuntuları ilə bağlı yeni məlumatlar ortaya çıxıb. Məktəbin idman sahəsinin satıldığı və bu səbəbdən şagirdlərin normal idman dərslərindən məhrum edildiyi bildirilir. Buna baxmayaraq, məktəbin idman dərsləri üçün hər il büdcəsindən böyük məbləğdə vəsait ayrıldığı qeyd edilir ki, bu da ciddi korrupsiya şübhələrini artırır.

Mənbələrin verdiyi məlumata görə, məktəbin idman zalı və ya açıq idman sahəsi təhsil müəssisəsinə aid olmadığı halda, hər il məktəbin büdcəsindən idman dərslərinin keçirilməsi üçün böyük məbləğdə vəsait ayrılır. Əgər məktəbin balansında belə bir sahə qalmayıbsa, bu vəsait hansı əsasla və kimlər tərəfindən mənimsənilir?

Qanunvericilik nə deyir?

Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 30-cu maddəsinə əsasən, dövlət ümumi təhsil müəssisələri şagirdlərin fiziki və psixoloji inkişafına töhfə verəcək mühit yaratmağa borcludur. Eyni zamanda, “Büdcə sistemi haqqında” Qanunun 28-ci maddəsinə görə, təhsil müəssisələrinə ayrılan dövlət vəsaitlərinin təyinatı üzrə xərclənməsinə ciddi nəzarət olunmalıdır.

Əgər idman dərsləri üçün ayrılan vəsait real istifadə edilmirsə və ya idman sahəsinin satılması nəticəsində şagirdlər idman dərslərindən məhrum edilirsə, bu, qanunsuz maliyyə idarəçiliyi və dövlət vəsaitinin mənimsənilməsi kimi qiymətləndirilə bilər.

Bu faktlarla bağlı Təhsil Nazirliyi və aidiyyəti dövlət qurumlarının araşdırma aparması və şəffaflığı təmin etməsi vacibdir. Məktəb rəhbərliyi bu suallara cavab verməli, yoxlamaların nəticələri ictimaiyyətə açıq şəkildə təqdim olunmalıdır.

Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən Məhəmməd Füzuli adına 15 nömrəli tam orta məktəbdə aparılan maliyyə yoxlamaları zamanı bir sıra qanun pozuntuları aşkar edilib. Bu yoxlamaların nəticəsi olaraq, təsərrüfat işləri üzrə müavin və təlim-tərbiyə üzrə müavin vəzifələrindən azad edilib. Lakin məktəbin direktoru Elmira Sabir qızı Yaqubovanın vəzifəsində qalması cəmiyyətdə suallar doğurur.

Məktəbdə dərs bölgüsü və digər səlahiyyətlərin birbaşa direktorun nəzarətində olduğu nəzərə alınarsa, onun yoxlama nəticələrindən kənarda qalması təəccüb doğurur. Bu vəziyyət, yoxlamaların şəffaflığı və ədalətliliyi barədə şübhələrə səbəb olub.

Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununa əsasən, təhsil müəssisələrinin rəhbərləri təhsilin keyfiyyətinin təmin edilməsinə, təhsilalanların hüquqlarının qorunmasına və təhsil prosesinin qanunauyğun təşkilinə görə məsuliyyət daşıyırlar. Bu qanunun tələblərinə uyğun olaraq, təhsil müəssisələrində aşkar edilən qanun pozuntuları ilə bağlı bütün məsul şəxslərin, o cümlədən direktorların da məsuliyyətə cəlb edilməsi vacibdir.

Məktəbdə aşkarlanan qanun pozuntuları ilə bağlı aparılan yoxlamaların nəticələrinin tam və şəffaf şəkildə ictimaiyyətə təqdim edilməsi, həmçinin bütün məsul şəxslərin qanun qarşısında cavab verməsi təhsil sistemində ədalətin təmin edilməsi baxımından əhəmiyyətlidir. Elmira Yaqubovadan başqa vəzifə daşıyan hər bir kəs işindən azad edilib. Sual yaranır hökm sahibi işində hansı xüsusiyyətinə görə saxlanıldı deyə?

Bütün vəzifə sahibləri vəzifələrindən azad edildiyi halda, direktor Elmira Sabir qızı Yaqubovanın necə vəzifəsində saxlanıldığı sual doğurur. Güman edirik ki, Abşeron-Xızı regional təhsil idarəsi və Maliyyə yaxlamalarında özlərini ədalətli bilən şəxslər Aknews.az-ın bu sualına obyektiv cavab verəcəkdir. Amma bu gümanlarımızda iki gündür araşdırılması vacib deyilərək yola verildiyimizi hiss etməyimizə kifayət etdi. Odur ki, direktorun niyə işdə qalması cavabını demək heç bir araşdırma tələb etməyən faktırdır. Bu gün reallığı araşdıraq deyilirsə araşdırılmasına ehtiyac olan mövzulların görən hansı tarixdə cavabı bizlərə veriləcəkdir?

istinad:aknews.az

Bölmənin digər xəbərləri

20 Aprel 2025 "Aypara estetik center"də pasiyentlərə dolğu və plazma terapiya necə icra olunur?
20 Aprel 2025 İcra məmuru qanunları saya salmırsa… - Nazirə MÜRACİƏT
19 Aprel 2025 Qalmaqallı direktorun səs yazısı yayıldı - Məhkəməyə verildi - VİDEO
19 Aprel 2025 Yenə həmin dalğa, həmin koordinat - Gülnaz Kərimova-İlhamə Abdullayeva cütlüyü İŞ BAŞINDA...
19 Aprel 2025 Rafiq Quliyev yenə qanunsuz tikintiyi icazə verib?-Video-Foto
19 Aprel 2025 Sabunçu rayonunda qanunsuz tikintiyə kim icazə verib? -Video-Foto
19 Aprel 2025 AAYDA-nın “əziz-xələf”i Dilqəm Qəniyev: Böyük pullar, bahalı avtomobillər, xaricdə biznes…- FOTOLAR- SİYAHI
18 Aprel 2025 Bakıda konsert təşkilatçılarının gizlin əməlləri-Qalmaqal
18 Aprel 2025 Göygöl rayonunda Azər Hacıyevin aqrar sektorda hökmü və özbaşınalıqları... - İLGİNC FAKTLAR
18 Aprel 2025 Fəxri Kazımov 11.7 milyon manatı......
18 Aprel 2025 Seyidzadənin gizli əməlləri ÜZƏ ÇIXDI - TƏFƏRRÜAT
18 Aprel 2025 Naxçıvan icra Hakimiyyətinin başçısının müavini Bakıda 3 mərtəbəli ticarət mərkəzi tikdirib
18 Aprel 2025 Nərimanov rayonunda bu tikintiyə kim icazə verdi?-Video
18 Aprel 2025 Vətəndaş başçının qəbuluna ZORLA SOXULUR: Başqa yolu yoxdur... - DƏLİXANADIR, VALLAH...
17 Aprel 2025 “Uğur 777” klinikası: Adı UĞURDUR, əməliyyatları UĞURSUZ... - Səhiyyə Nazirliyinin gözündən iraq...
17 Aprel 2025 BAKININ MƏRKƏZİNDƏ DAHA BİR QANUNSUZ SÖKÜNTÜ – Obyektini sökdülər, içindəki əşyaları oğurladılar... / Video
17 Aprel 2025 Burda təkcə TƏHSİL ZAY DEYİL... - NARAZILIQ VAR...
17 Aprel 2025 “DEDİ Kİ, İSTƏYİRSƏN PREZİDENTƏ YOX, LAP SƏDDAM HÜSEYNƏ ŞİKAYƏT ET...” – Nazir Rəşad Nəbiyev tapşırıq verdi, işçiləri əməl etmədi
17 Aprel 2025  “Azərlotereya”nın baş sponsor oyunbazlığı - Bəs nooldu “Misli” Premyer Liqanın baş sponsoru idi?
17 Aprel 2025 Sabirabadın Əhmədabad kənd məktəbini xarabalığa çevirən direktor Nəsibə Bağırova kimdir? - ŞOK SƏS YAZISI

Dünyapress TV

Xəbər lenti