Mikayılovun işçiləri qanunları BELƏ POZUR .. - BU DA FAKT...
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti qanunlarını ayaq altına atır. 2024-cü ilin dekabrın son 10 günü ərzində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Bakı şəhərində çoxsaylı yaşayış komlekslərinə külli miqdarda cərimə yazıb. Apardığımız araşdırma zamanı bu cərimlərin qanunun heç bir maddəsi ilə təsbit edilmədiyi ortaya çıxır. Ən maraqlısı odur ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin əməkdaşları yazdıqları cərimlərin hansı səbəbdən ortaya çıxdığını və yazılan cərimələrin aktlarını binaları idarə edən MMMC-lərə təqdim etməyib. Nəzərinizə çatdırırıq ki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanunu var. 28 oktyabr 1999-cu ildə ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmışdır. Bu normativ hüquqi akt “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin nəzdində yaranan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin əsas fəaliyyət istiqamətlərini müəyyən edir.
Sənədin 72-ci maddəsinin tələblərinə görə, “Su təchizatı və kanalizasiya müəssisələri bu Qanunun tələblərini pozduqlarına görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar”.
Təəssüf, yeni adı dəyişən və sələfinin səhflərini təkrarlamayacağı gözlənilən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti mütəmadi olaraq bu və digər qanunlarımızı pozur, buna görə qurumun vəzifəli və cavabdeh şəxslərinə “gözün üstə qaşın var” deyən tapılmır.
Bu da fakt! 2024-cü ilin dekabrın 28 dekabr 2024-cü ildə Yasamal rayonu, Hüseyn Cavid prospekti bina 73-də “Yasamal -37” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin idarəçiliyində olan binaya İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin əməkdaşları 2030 AZN borc yazıb. Nə qədər də gülməli olsa da, nədənsə Xidmətin əməkdaşları yazdıqları cərimənin aktını bu günə qədər “Yasamal -37” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə təqdim etməyib. Bina sakinlərinin və “Yasamal -37” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin İdarə Heyətinin üzvlərinin israrlı tələblərinə baxmayaraq keçən 40 gündən artıq müddətdə bu aktlar verilməyib.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti iddia edir ki, “Yasamal -37” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin idarəçiliyində olan binada olan hovuzda su axıntısı var və həmçinin binanın hovuzuda üzgəc(suyun dolmasını bildirən və bağlayan) yoxdur. Həmçinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin əməkdaşları iddia edir ki, binanın zirzəmisində qanunsuz yolla su axıdılır. Ancaq maraqlıdır ki, Xidmətin əməkdaşları cəriməni yazaraq qaçıblar. Bu qanun pozuntusudur. Bundan bir neçə gün sonra Xidmətin yoxlayıcıları binada yoxlanış aparıblar. Maraqlıdır ki, yoxlayıcılar binada hər hansı bir su axıntısının olmadığını bildiriblər. Həmçinin binada aparılan yoxlama zamanı yoxlayıcılar binada əlavə su xəttinin olmadığını da qeyd ediblər. Amma bu dəfə də Xidmətin əməkdaşları tərtib olunan aktı “Yasamal -37” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin idarəçilərinə təqdim etməyiblər. Bir sözlə cərimə yaz və qaç…
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qanununu ayaqlar altına atan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti yəqin ki, tezliklə problemin həlli yolunu tapacaq.
Ulusal.az
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-02_1739086428_1.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-02_1739086428_2.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-02_1739086428_3.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-02_1739086429_4.jpg
 

Bölmənin digər xəbərləri

11 Fevral 2025 “Lukoil”in rəsmi dileri “Xazar Oil” ölkədən pul çıxarıb – MƏHKƏMƏ
11 Fevral 2025 Bakıdakı bağçada dəhşətli HADİSƏ: Müdir yayılan videodan DANIŞDI
11 Fevral 2025 Kənd təsərrüfatı təyinatlı torpaqda QƏSSABXANA TİKİRLƏR – ŞİKAYƏT/FOTO
10 Fevral 2025 Abşeron təhsili "neft quyuları"nı xatırladır - Gələn gəlirlər necə bölüşdürülür ?!
10 Fevral 2025 Mürsəl İbrahimovun komissarı 10-cu dərəcə skarliozu əsgər göndərib - Daha bir fakt...
10 Fevral 2025 Burda xəstələrə vaxtı keçmiş yeməklər verilir... - İDDİA/VİDEO
10 Fevral 2025 İsmayıllıda Aşıqbayramlı su anbarının üzərində restoran tikilir – İTTİHAM
10 Fevral 2025 “Mənə 1 manat da çatmayıb” deyən sabiq məmur 130 mini necə ödədi?- ŞOK DETALLAR
10 Fevral 2025 Hərkəs işdən çıxarıldı: Amma direktor
10 Fevral 2025 Şəhid ailəsi onlara çatacaq evi niyə ala bilmir? - İcra hakimiyyəti isə deyir ki... VİDEO
09 Fevral 2025 Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
08 Fevral 2025 SHXÇDX-nin Abşeron rayon şöbəsində “rüşvət at oynadır”
08 Fevral 2025 Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… - DƏLİXANADIR, VALLAH...
08 Fevral 2025 İlhamə Abdullayevaya AÇIQ İTTİHAMLAR... - BU NƏDİ BELƏ?.
07 Fevral 2025 "Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
07 Fevral 2025 Abşeron-Xızı Təhsil İdarəsində yoxlama: Son 5 ildə nələr baş verib?
07 Fevral 2025 Abşeron-Xızı təhsilində yepyeni macəralar...
07 Fevral 2025 Şəmkirin Dəllər qəsəbəsində DƏLİSOV TENDERBAZLIQ... - İLGİNC FAKTLAR...
07 Fevral 2025 Nərimanov rayon icra şöbəsinin də ÖZ ƏRKÖYÜNÜ VAR İMİŞ... - NARAZILIQ VAR...
07 Fevral 2025 Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir - TƏFƏRRÜAT

Dünyapress TV

Xəbər lenti