Xəstə yaxını UYARDI: Özünüzü bu həkimdən QORUYUN! - İTTİHAM VAR! /YENİLƏNİB
"Şikayətim Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda qeyri-rəsmi çalışan rezident Ağa Mirməhəmməd Mirhaşım oğlundandır. 16.12.2022-ci il, 21:30 radələrində yoldaşım Ceyhun Heydərov avtomobil qəzası keçirmiş elə həmin gün Travmatologiya İnstitutuna müraciət etmişdir. İlkin baxış və rentgen müayinələrindən sonra özünü həkim kimi təqdim edən Ağa Mirməhəmməd rentgen nəticələrini düzgün oxuya bilməmiş və yoldaşımı arxayın edərək heç bir sınıq olmadığını, əzilmə və sıyrıq olduğunu demiş, xəstəni evə yola salmışdır". DİA.AZ bildirir ki, bu sözlər şikayətçi Gülyaz Əbilova-Heydərovanın müraciətində yer alıb.
Narazı vətəndaş daha sonra bildirir: "Bir neçə gün sonra ayağın göyərdiyini və şişdiyini gördüyümüz üçün yenidən Travmatologiya İnstitutuna müraciət etmişik. Bu dəfə bir digər həkim travmatoloq 16.12.2022-ci ildə çəkilmiş elə həmin rentgen nəticələrinə baxaraq ayağın topuq nahiyəsində sınıq olduğunu aşkar etmiş. Təkrar KT müayinəsi etdirmiş və sınıq olduğunu tam dəqiqliklə təsdiqləmişdir. (Eyni zamanda tam əmin olmaq üçün özəl klinikalardan birinə də müraciət etmişik)
Sınıq ilk gün Ağa Mirməhəmməd tərəfindən aşkarlanmadığı və dəqiq diaqnoz qoyulmadığı üçün sınıq yerdəyişmiş və nəticədə yoldaşım Ceyhun Heydərov 30.12.2022-ci ildə əməliyyat keçirmişdir.
Əməliyyatdan bir neçə gün sonra Ceyhun Heydərov çox sakit və təmkinli bir şəkildə həmin şəxslə əlaqə saxlayıb, etdiyi səhvin nəticələrini özünə bildirmək istəyərkən şəxs-Ağa Mirməhəmməd Mirhaşım oğlu həkim peşəsinə və insanlığa sığmayan ifadələr işlədərək xəstəni təhqir edir, hədələyir, videodan da gördüyünüz kimi kriminal avtoritet kimi danışır, xəstəni və yaxınlarını "görüş"ə dəvət edir. Zərərçəkmişə "Sənin əməliyyat olunmuş ayağını sındıraram (gerisini ifadə etməyə tərbiyəm yol vermir)" deyir. Ailə böyüklərimiz onunla əlaqə saxlamaq istəyərkən yenə eyni tərzdə hədə-qorxu gəlir, asıb-kəsməklə hədələyir.
Qeyd edim ki, yoldaşım Tip 2 Diabet olduğunu üçün əməliyyat və sonrakı proses çox çətin və həyəcanlı keçdi. Əgər həmin gün doğru diaqnoz qoyulsa zərərçəkmiş əməliyyat olunmayacaqdı. Hələ də xəstə sağalmayıb.
Bu insan isə etdiyi səhvi etiraf edib üzrxahlıq etməksəndə, küçə ifadələri işlədir.
Bu şəxs hal-hazırda International Medical Center klinikasında travmatoloq-ortoped kimi çalışır. Diqqətli olun və tanıyın.
Yazdığı tövsiyə vərəqəsində isə nə adını doğru qeyd edib nə də nömrəsi var.
Qeyd edim ki, bu haqda Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun rəhbərliyinə və

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə yazılı şəkildə rəsmi müraciət etsək də hələ heç bir nəticə əldə edə bilməmişik".

İddia olunanlarla bağlı teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
P.S TEREF olaraq qeyd etmək istəyirik ki, 9-03-2023 ildə yzılan bu məqalə ilə bağlı bu gün özünü Nizami ( tel:05771...94) adlandıran şəxs qarşı tərəf kimi məqalədə qeyd edilnlərin heç bir əsası olamdığını əsas gətirərək ( baxmayaraq ki, əsaslar foto və şikayətçinin şikayəti əsasında verlib, qarşı t\ərəf isə bunun əksini sübut edən heç bir fakt gətirmir) məqalənin silinməyini tələb etdi. Lakin müəllif olmadığımızı əsas gətirirək biz məaləni silməkdən imyina etdik
TEREF
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-03_1678339422_7.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-03_1678339424_6.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-03_1678339424_5.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-03_1678339426_4.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-03_1678339427_3.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-03_1678339428_2.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-03_1678339429_1.jpg
mənbə: https://dia-az.top/9/369313-xeste-yaxini-uyard-ozunuzu-bu-hekimden-qoruyun.html
 
 
 

Bölmənin digər xəbərləri

20 Aprel 2025 "Aypara estetik center"də pasiyentlərə dolğu və plazma terapiya necə icra olunur?
20 Aprel 2025 İcra məmuru qanunları saya salmırsa… - Nazirə MÜRACİƏT
19 Aprel 2025 Qalmaqallı direktorun səs yazısı yayıldı - Məhkəməyə verildi - VİDEO
19 Aprel 2025 Yenə həmin dalğa, həmin koordinat - Gülnaz Kərimova-İlhamə Abdullayeva cütlüyü İŞ BAŞINDA...
19 Aprel 2025 Rafiq Quliyev yenə qanunsuz tikintiyi icazə verib?-Video-Foto
19 Aprel 2025 Sabunçu rayonunda qanunsuz tikintiyə kim icazə verib? -Video-Foto
19 Aprel 2025 AAYDA-nın “əziz-xələf”i Dilqəm Qəniyev: Böyük pullar, bahalı avtomobillər, xaricdə biznes…- FOTOLAR- SİYAHI
18 Aprel 2025 Bakıda konsert təşkilatçılarının gizlin əməlləri-Qalmaqal
18 Aprel 2025 Göygöl rayonunda Azər Hacıyevin aqrar sektorda hökmü və özbaşınalıqları... - İLGİNC FAKTLAR
18 Aprel 2025 Fəxri Kazımov 11.7 milyon manatı......
18 Aprel 2025 Seyidzadənin gizli əməlləri ÜZƏ ÇIXDI - TƏFƏRRÜAT
18 Aprel 2025 Naxçıvan icra Hakimiyyətinin başçısının müavini Bakıda 3 mərtəbəli ticarət mərkəzi tikdirib
18 Aprel 2025 Nərimanov rayonunda bu tikintiyə kim icazə verdi?-Video
18 Aprel 2025 Vətəndaş başçının qəbuluna ZORLA SOXULUR: Başqa yolu yoxdur... - DƏLİXANADIR, VALLAH...
17 Aprel 2025 “Uğur 777” klinikası: Adı UĞURDUR, əməliyyatları UĞURSUZ... - Səhiyyə Nazirliyinin gözündən iraq...
17 Aprel 2025 BAKININ MƏRKƏZİNDƏ DAHA BİR QANUNSUZ SÖKÜNTÜ – Obyektini sökdülər, içindəki əşyaları oğurladılar... / Video
17 Aprel 2025 Burda təkcə TƏHSİL ZAY DEYİL... - NARAZILIQ VAR...
17 Aprel 2025 “DEDİ Kİ, İSTƏYİRSƏN PREZİDENTƏ YOX, LAP SƏDDAM HÜSEYNƏ ŞİKAYƏT ET...” – Nazir Rəşad Nəbiyev tapşırıq verdi, işçiləri əməl etmədi
17 Aprel 2025  “Azərlotereya”nın baş sponsor oyunbazlığı - Bəs nooldu “Misli” Premyer Liqanın baş sponsoru idi?
17 Aprel 2025 Sabirabadın Əhmədabad kənd məktəbini xarabalığa çevirən direktor Nəsibə Bağırova kimdir? - ŞOK SƏS YAZISI

Dünyapress TV

Xəbər lenti