Əmircanın “beşikdən qəbrə qədər” bələdiyyə sədri Cəmilə Ağayeva “icra başçıları məktəbi”ndə oxuyurmuş...
DogruXeber.az: - Xalqın şüurunda belə bir stereotip formalaşıb ki, qadın rəhbər olan yerdə səliqə-səhman var, məsuliyyət var, müsbət nəticə var. Ölkəmizdə gender bərabərliyinin təmini, cəmiyyət həyatında qadın iştirakçılığının və fəallığının artırılması müstəvisində əhəmiyyətli tədbirlər həyata keçirmiş və keçirməkdədir. Məsələn, ölkə iqtisadiyyatının inkişaf prioritetləri və milli xüsusiyyətləri nəzərə alınmaqla qadın sahibkarlığının inkişafının təşviqi, eləcə də parlament və bələdiyyə seçkilərində qadınlara səs verilməsi də bu sahədə diqqətaliyiq inkişafın göstəricisidir.

Yəqin ki, paytaxtın Suraxanı rayonu, Əmircan qəsəbəsinin bələdiyyə sədri Cəmilə Ağayevaya az-çox səs vermiş olan sakinlər də ümid edirmişlər ki, bundan sonra qəsəbənin yerli əhəmiyyətli məsələlərinin həllində Cəmilə xanımın köməyi dəyə bilər. Amma seçicilər C. Ağayevanı yerli özünüidarəetmə orqanına üzv seçmişdilər, sədr deyil.

Budur, 29 yanvar 2025-ci il tarixi Azərbaycan Respublikasında bələdiyyə seçkiləri günü kimi təyin olunub. Bələdiyyə üzvlüyünə namizədliyini irəli sürən Cəmilə Ağayeva isə hələ seçki olmamış özünü artıq “seçilmiş” kimi aparır, növbəti 5 illiyə özünü hazırlayır. Görünür, o, məsələnin seçicilərin səsi ilə deyil, “yuxarılarda” kiminsə, kimlərinsə təyinatı əsasında həll olunduğuna əmindir.

Son illər C. Ağayeva haqda mətbuatda, mediada gedən məlumatlardan bəlli olur ki, o, işlədiyi dövrdə heç də müsbət xarakterizə olunmayıb. Bələdiyyənin balansında olan qəbirstanlıqda məzar yerlərinin satılması məsələsində ehtikarlıq etməsi, pandemiya dövründə epidemiya əleyhinə qaydalara zidd gedərək təmtəraqlı xeyir-şər məclisləri düzənləməsi onu qınağa tuş gətirmişdir.

Yaxın keçmişdə, 2023-cü ilin noyab ayında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Ağayeva Cəmilə Nəzər qızının vergi borcuna görə məhkəməyə ərizə ilə müraciət edərək onun Azərbaycandan çıxışına "stop" qoyulmasını xahiş etdiyi barədə xəbər yayıldı.

2024-cü ilin iyulunda isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Cəmilə Ağayevaya cərimə yazdı. Dövlət Xidməti bələdiyyə sədri barəsində İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən, cərimə protokolu tərtib etdi. Buna səbəb isə C. Ağayevanın baş verən bədbəxt hadisə barədə müvafiq qurumu vaxtında məlumatlandırmaması olmuşdu. Bələdiyyə sədrinin barəsində protokol tərtib olunan maddədə deyilir ki, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Ancaq vəzifəli şəxsin hadisə barədə məlumatı gizlətmək cəhdi onun özünün məsuliyyətdən yayınmaq istəyi ilə də əlaqəli ola bilərdi. Təəssüf ki, məhkəmələrdə mübahisələndirilən bu çəkişmələrin təfərrüatları ictimaiyyətə açıqlanmamış qaldı.

Bütün hallarda rəvac verdiyi bu sadalanan nöqsanlar (yumşaq ifadədir – “Gündəm Xəbər”) Cəmilə Ağayevanı növbəti bələdiyyə seçkilərində yenidən namizədliyini vermək fikrindən daşındırmalı, vəzifədən necə deyərlər, “üzüsulu” getməyə sövq etməli idi. Ancaq görünür, onun niyyəti heç də xalqa xidmət etmək deyil, kürsüsündən bərk yapışmaq, təkbaşına qərarlar verməkdə davam etməkdir. O kürsüdən ki, ona yalnız quru maaş qazandırmayıb.

İnsafən, qeyd edək ki, C. Ağayeva yetərincə savadlıdır. Hal-hazırda sonuncu kursunda qiyabi oxuduğu Dövlət İdarəçilik Akademiyası onun dördüncü təhsil müəssisəsidir. Özü də “beşikdən qəbrə qədər oxuyanlardanam” deyib öyünür. Halbuki, yiyələndiyi ixtisasların heç biri üzrə istedadı üzə çıxmayıb. Qohumu olduğuna görə fəxr etdiyi, Azərbaycanın ilk peşəkar rəssamlıq təhsili almış qadın rəssamı rəhmətlik Maral Rəhmanzadə kimi incilər yaratmayıb. Baxmayaraq ki, birinci ixtisası incəsənət üzrədir. Göründüyü kimi, hədəfləri böyükdür. Hətta söz gəzir ki, Cəmilə xanım məhrəm məclislərdə ümumən Suraxanı rayonuna uğurla başçılıq edə biləcəyini, lakin hələ o vaxtın yetişmədiyini də anons edib.

Amma savad çox şey demək olsa da, hər şey demək deyil. Bir bələdiyyəni idarə edə bilməyən dövləti, dövlət qurumunu, yaxud rayonu necə idarə edə bilər axı? Daha yaxşı olmazmıydı ki, C. Ağayeva bələdiyyə işlərini daha bacarıqlı həmkəndlilərinə buraxıb heç olmasa axırıncı kursu əyani oxusun?

Son söz: Əmircan deyiləndə Abbasqulu Ağa Bakıxanov, Murtuza Muxtarov, Ağaxan Abdullayev, Səttar Bəhlulzadə, Əlisöhbət Sumbatzadə, Tofiq Bayram və başqa görkəmli ziyalılar yada düşəcək, amma Cəmilə Ağayeva tez unudulacaq.//GundemXeber.Az

Bölmənin digər xəbərləri

20 Aprel 2025 "Aypara estetik center"də pasiyentlərə dolğu və plazma terapiya necə icra olunur?
20 Aprel 2025 İcra məmuru qanunları saya salmırsa… - Nazirə MÜRACİƏT
19 Aprel 2025 Qalmaqallı direktorun səs yazısı yayıldı - Məhkəməyə verildi - VİDEO
19 Aprel 2025 Yenə həmin dalğa, həmin koordinat - Gülnaz Kərimova-İlhamə Abdullayeva cütlüyü İŞ BAŞINDA...
19 Aprel 2025 Rafiq Quliyev yenə qanunsuz tikintiyi icazə verib?-Video-Foto
19 Aprel 2025 Sabunçu rayonunda qanunsuz tikintiyə kim icazə verib? -Video-Foto
19 Aprel 2025 AAYDA-nın “əziz-xələf”i Dilqəm Qəniyev: Böyük pullar, bahalı avtomobillər, xaricdə biznes…- FOTOLAR- SİYAHI
18 Aprel 2025 Bakıda konsert təşkilatçılarının gizlin əməlləri-Qalmaqal
18 Aprel 2025 Göygöl rayonunda Azər Hacıyevin aqrar sektorda hökmü və özbaşınalıqları... - İLGİNC FAKTLAR
18 Aprel 2025 Fəxri Kazımov 11.7 milyon manatı......
18 Aprel 2025 Seyidzadənin gizli əməlləri ÜZƏ ÇIXDI - TƏFƏRRÜAT
18 Aprel 2025 Naxçıvan icra Hakimiyyətinin başçısının müavini Bakıda 3 mərtəbəli ticarət mərkəzi tikdirib
18 Aprel 2025 Nərimanov rayonunda bu tikintiyə kim icazə verdi?-Video
18 Aprel 2025 Vətəndaş başçının qəbuluna ZORLA SOXULUR: Başqa yolu yoxdur... - DƏLİXANADIR, VALLAH...
17 Aprel 2025 “Uğur 777” klinikası: Adı UĞURDUR, əməliyyatları UĞURSUZ... - Səhiyyə Nazirliyinin gözündən iraq...
17 Aprel 2025 BAKININ MƏRKƏZİNDƏ DAHA BİR QANUNSUZ SÖKÜNTÜ – Obyektini sökdülər, içindəki əşyaları oğurladılar... / Video
17 Aprel 2025 Burda təkcə TƏHSİL ZAY DEYİL... - NARAZILIQ VAR...
17 Aprel 2025 “DEDİ Kİ, İSTƏYİRSƏN PREZİDENTƏ YOX, LAP SƏDDAM HÜSEYNƏ ŞİKAYƏT ET...” – Nazir Rəşad Nəbiyev tapşırıq verdi, işçiləri əməl etmədi
17 Aprel 2025  “Azərlotereya”nın baş sponsor oyunbazlığı - Bəs nooldu “Misli” Premyer Liqanın baş sponsoru idi?
17 Aprel 2025 Sabirabadın Əhmədabad kənd məktəbini xarabalığa çevirən direktor Nəsibə Bağırova kimdir? - ŞOK SƏS YAZISI

Dünyapress TV

Xəbər lenti