“İşıqlı dünyada işığa həsrət qalmışıq” -
Qəbələ rayonu, Yeni Dızaxlı kənd sakini Cəlilov Ağakərim Abdulkərim oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçiməktubunu olduğu kimi dərc edirik:

“Yay aylarında kəndimizdə elektrik xətlərini kabelləşmə ilə əvəz etməyə başladılar. İşıq idarəsinin işçisi, mühəndis Əmirfətov Elxan kənd camaatından xahiş etdi ki, işıq idarəsinin maliyyə imkanları məhdud olduğu üçün, hər bir abonent öz küçəsinə çəkilən dəmir elektrik dirəyini özü basdırsın. Kənd sakinləri 80-90 faiz dirəkləri özləri basdırıb.

Qeyd edim ki, mən də bizim küçəyə gələn işıq xəttini üçün özüm sement, qum alıb basdırdım. Həmin işə 45 manat vəsait xərclədim.

Xətti çəkməyə başlayanda, bizim tranformatorun yanına təzə, müasir tipli transformator da qoydular. Bizim köhnə tranformatordan kəndin təxminın 60 abonenti istifadə edir. Amma bizim transformator xəttimiz kənddə ən qəzalı xətdir.

Təxminən 5-6 aydır yeni işıq xəttimizin hazır olmasına baxmayaraq, onu yeni transformatora qoşmayıblar. Soruşanda da hər dəfə bir bəhanə edirlər.

Kənddə abonentlərin çoxuna yeni, müasir işıq sayğacları qoyublar. Həmin işıq sayğaclarında borc olanda işıq yanmır.

Vurğulayım ki, yeni sayğaclarda işığa görə heç kəsin borcu yoxdur. Hər ay kənd camaatı 3-4 min manat işıq pulu ödəyir. Buna baxmayaraq, işıqlı dünyada işığa həsrət qalmışıq. Demək olar ki, kənddə hər gün işığı bir neçə dəfə söndürüb-yandırırlar. 11.12.2024-cü il tarixdə saat 13:30 da işığı söndürüb, 16:50-də yandırdılar. Dekabrın 12, 13, 14-də hər gün işığı yandırıb söndürürlər.

Bir sözlə, Yeni Dizaxlı kəndində işıq çox aşağı səviyyədədir”.

Məsələ ilə bağlı “Azərişıq” ASC-nin mətbuat xidmətinin əməkdaşı Pərvanə Kazımzadəyə məlumat verilib. Pərvanə xanım araşdırıb, məlumat verəcəyini bildirdi.

Aynurə MUSTAFAYEVA
 

Bölmənin digər xəbərləri

04 Yanvar 2025 Abşeronda qanusuz evləri tikən “MAKLER”lər icra başçısı Abdin Fərzəliyevlə necə anlaşıb?
04 Yanvar 2025 “Hollivud” restoranında Yeni il şənliyində dava- “Şərurlu İsfəndiyar”ın oğlu…..
04 Yanvar 2025 Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqına tabe olmayan təşkilatın müəllimlərin fəaliyyətinə xitam vermək hüququ varmı?
03 Yanvar 2025 Səhiyyə sisteminin SÜNİ MAYASI... - ETİRAZ VAR...
02 Yanvar 2025 Taleh Qaraşov Lənkəranda park yerini satıb, obyekt tikilib - ÖZBAŞINA QALIBLAR...
02 Yanvar 2025 "Şəhidliyi batırdılar, heç olmasa əlillik haqqım bərpa olunsun” - ETİRAZ
02 Yanvar 2025 Nərimanov Tibb Mərkəzinin direktoru ətrafında 400 minlik qalmaqal - Borcunun əvəzinə vəzifə verdi
01 Yanvar 2025 Nə evini, nə də ödədiyi pulunu geri ala bilmir... - NARAZILIQ VAR...
31 Dekabr 2024 Xəzər icra başçısının müavini külli miqdarda qızılla tutuldu - Bakı aeroportunda əməliyyat
31 Dekabr 2024 Hakim Elnur Nuruyev dələduzluğa görə tutulan Pənah Kərimovu həbsdən azad edib - Prezidentə və İnam Kərimova ŞOK müraciət...
30 Dekabr 2024 Xanım sahibkar xaricə 50 milyon dollarlıq ixrac edib - SİYAHI
30 Dekabr 2024 Hakim Ülviyyə Şükürovanın YEKUN MƏHKƏMƏ AKTI: AR CPM-nin 293.1. və 293.3.7 maddələri – HA-HA-HA SAVADSIZLIQ YOXSA SAXTAKARLIQ?!
30 Dekabr 2024 “Bilsəydim ki, bu ölkədə yekun qərarı Ali Məhkəmə deyil, Əmlak Komitəsi verir, məhkəməyə üz tutmazdım” – ŞOK MÜRACİƏT
29 Dekabr 2024 Rüşvətə görə işdən çıxarıldı – Başçı köməkçisi təyin edildi
28 Dekabr 2024 Şəhid anasının gözünün yaşına məhəl qoymayan icra başçısı, rayonun digər ərazilərində "Bazar açıb" - VİDEO
28 Dekabr 2024 Bura məktəbdir, `Biznes Center` deyil axı... - BU NƏDİ BELƏ?..
28 Dekabr 2024 DSX generalı Müzəffər Pirizadə batan gəmilərdən milyonlar qazanır - İTTİHAM VAR...
28 Dekabr 2024  Azərbaycanın ƏN `ZASTOY` MƏKTƏBİ... - DƏLİXANADIR, VALLAH...
28 Dekabr 2024 MAZIXDA CIZIĞINDAN ÇIXAN KİMDİR? - NARAZILIQ VAR...
27 Dekabr 2024 `ŞİRVANŞAH`IN TORPAQ HOQQABAZLIĞI... - 13 hektar ərazini bu yolla...

Dünyapress TV

Xəbər lenti