ATU Cərrahiyyə klinikası acınacaqlı vəziyyətdə - Səbəblər, qara əl, xəstə azlığı...
Azərbaycan Tibb Universitetinin 2013-cü ildə açılışı olduğu Tədris Cərrahiyyə Klinikası son vaxtlar demək olar ki, acınacaqlı vəziyyətdədir. Halbuki pandemiyadan öncə və pandemiya dövründə bu klinika səhiyyətinin sütunlarından biri idi.

Psixoloq, jurnalist Ramil Nəcəfli Tədris Cərrahiyyə klinikası ətrafında baş verən proseslərdən yazıb.

“Elə bil hansısa sehirli əl bu klinikanı boş qalmasında maraqlıdır. ATU-nun tədris üçün tikilən klinikaları səmərəli işlədilmir. İstər Tədris Terapevtik, istərsə də Tədris Cərrahiyyə klinikalarında mənzərə heç xoş deyil. Zəngin elmi kadr potensialını kimlərsə başqa yerlərə səpələməkdə maraqlıdır.

Tələbələrdə soruşuram ki, xəstələrin müayinələrinə, cərrahi əməliyyatlara aparırlarmı sizi? Cavab verirlər ki, xəstə yoxdur. Quru nəzəriyyə öyrənirik. Praktika yoxdur. Praktika üçün yer, xəstə lazımdır.

Bəs Tədris Klinikası nə üçündür? Tədris Cərrahiyyə Klinikasında kadr yetişdirmək üçün bütün imkanlar var. Belə klinikalara adətən kütləvi xəstə axını olmalıdır. Kafedralar da öz növbəsində tələbələrə konkret xəstələr üzərində praktiki biliklər öyrətməlidir. Klinika fəaliyyətə başladığı ilk illərdə müəyyən qədər xəstə axını var idi.

Bu tibb ocağı özünün peşəkar kadr potensialı və maddi-texniki imkanları ilə rəqabətdə irəli gedirdi. Vətəndaşlar yaxşı həkim sorağı ilə bu klinikaya çox üz tuturdular.

Ancaq İcbari Tibbi Sığorta tətbiqindən sonra klinika xəstə azlığı ilə üzləşib. Bu xəstələrin seçimi deyil. Müəyyən qurumnların fəaliyyəti ilə əlaqədardır.

Bu xəstəxananın imkanlarından istifadə etməmək gələcəyin həkimlərini praktiki biliklərdən məhrum etmək, peşəkar həkimləri, eyni zamanda elm adamlarını işsiz gücsüz, çarəsiz qoymaq Azərbaycan səhiyyəsinə qarşı düşünülmüş təxribat deyilmi?

Yoxsa bu müxtəlif qurumların arasında anlaşmazlıq və ya intriqaların nəticəsidir?

ATU Tədris Cərrahiyyə Klinikası nəyə görə İcbari Tibbi Sığortadan kənarda saxlanılır?

Bu klinikanın icbari tibbi sığortadan uzaq düşməsi kimlərin günahıdır?

ATU-nun Tədris klinikasına qarşı belə münasibət nədən xəbər verir?

2013-cü il Sentyabr ayında ölkə prezidenti səhiyyə ictimaiyyəti ilə birgə ATU-un bu möhtəşəm klinikasının açılışında geniş çıxış etdi və bura ilə bağlı gözləntilərini, arzu istəklərini, tapşırıqlarını ifadə etdi.

Prezident İlham Əliyev klinikanın açılışında belə demişdi: “Xatırlayıram ki, üç il bundan əvvəl bu klinikanın təməl daşını qoyduq. O vaxt - üç il bundan əvvəl Tədris-Terapevtik Klinikanın açılışını da qeyd etdik. O vaxt rektor və professor-müəllim heyətinin nümayəndələri müraciət etmişdilər ki, Cərrahiyyə Klinikasının tikintisinə də ehtiyac vardır. İlkin olaraq Prezidentin ehtiyat fondundan vəsait ayrılmışdır. Ondan sonra dövlət büdcəsi hesabına bir neçə il ərzində bu gözəl tibb mərkəzi yaradılmışdır.

Deyə bilərəm ki, Azərbaycanda son illər ərzində yaradılmış tibbi mərkəzlər arasında bu gün bu mərkəzin xüsusi yeri vardır. Öz gözəlliyi, memarlığı və funksional cəhətləri ilə seçilən bir klinikadır.

O vaxt belə bir klinikanın yaradılması iki məqsədi güdürdü. İlk növbədə, qarşıda Azərbaycan Tibb Universitetində tədris prosesini daha da yüksək səviyyəyə qaldırmaq məsələsi dayanmışdı. Eyni zamanda, bütün cərrahiyyə yönümlü kafedraları bir yerə yığmaq məsələsi qarşıya qoyulmuşdu. Biz buna nail olduq. Eyni zamanda, Azərbaycanda yeni, müasir tibb mərkəzinin yaradılması da təmin edilmişdir. Yəni, burada həm təhsil, həm səhiyyə - ölkəmiz üçün vacib olan iki sahə birləşir. Burada bütün işlər ən yüksək səviyyədə təşkil edilmişdir. Ən müasir avadanlıq quraşdırılıb, çox gözəl şərait vardır, çox gözəl binadır. Həkimlər, tələbələr üçün burada ən gözəl şərait yaradılmışdır. Belə də olmalıdır….”

Ölkə başçısının da, səhiyyə ictimaiyyətinin və medianın da bu xəstəxana ilə bağlı böyük gözləntiləri var idi. Təəsüf ki, bu gözləntilərin əksinə olaraq bu klinika hansısa intriqaların qurbanına çevrilir. Görünən odur ki, İcbari Tibbi Sığorta ətrafında müəyyən oyunlar gedir və bunun acısını da Azərbaycan elmi və Tibb Universitetində təhsil alan minlərlə tələbə və müəllimlər çəkir.

Bizim haqqımız var suallar verməyə və izahat istəməyə. İcbari Tibbi Sığortadan istifadə yaxşıladıqca xəstələri başqa klinikalara yönəldirlər.

Əvvəlki dövlət xəstəxanaları təmir edilir, yeni-yeni klinikalar açılır. Bir sıra özəl klinikalarla anlaşma imzalanır.

Sanki deyirlər başqa klinika açaq, təki icbari tibbi sığorta sistemi ATU klinikalarından uzaq olsun.

Digər tərəfdən başqa özəl klinikalar da var ki, TƏBİB-lə anlaşması olsa da bağlanan müqavilələr kağız üzərində qalıb. Ümumiyyətlə, bu və ya digər klinikanın İcbari tibbi sığorta üzrə müqaviləsinin olmasından çox anlaşmanın işlək olması önəmlidir.

Anlaşmanın icra olunması üçün görəsən hansı meyarlar mövcuddur?

Klinikalar xəstələrin cəlb olunması üçün kimlərdən “Xeyir dua” almalıdırlar?

ATU Tədris Cərrahiyyə Klinikası ümumiyyətlə, heç kimin yadına düşmür.

Bu klinika hazırda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin balansındadır. Səhiyyə Nazirliyinin balansında olan bir sıra dövlət xəstəxanalarında İcbari Tibbi Sığorta işləyir.

Dövlətin resurslarından biri də İcbari Tibbi Sığortadır. Bu sistem səmərəli şəkildə Azərbaycan Tibb Universiteti klinikasında da effektiv şəkildə istifadə olunmalıdır.

Böyük bir tədris klinikasını qurbana çevirmək olmaz.

Medicina.az
 
 
 

Bölmənin digər xəbərləri

21 Aprel 2025  Zaur Mikayılov 30 milyon manatın hesabatını niyə vermir? - HƏQİQƏTƏN DƏ...
21 Aprel 2025 500 min dollardan çox borcu olduğu deyilən sabiq baş konsul - Ona kimlər dəstək olub?
21 Aprel 2025 Sabunçu icra şöbəsində NƏ BAŞ VERİR? - NARAZILIQ VAR...
21 Aprel 2025  “Uğur 777” klinikasının UĞURSUZLUQLAR SERİYASI - İTTİHAM VAR...
21 Aprel 2025 Adil Əliyev XARÜQƏLƏR YARADIR... - BU NƏDİ BELƏ? FOTO
20 Aprel 2025 "Aypara estetik center"də pasiyentlərə dolğu və plazma terapiya necə icra olunur?
20 Aprel 2025 İcra məmuru qanunları saya salmırsa… - Nazirə MÜRACİƏT
19 Aprel 2025 Qalmaqallı direktorun səs yazısı yayıldı - Məhkəməyə verildi - VİDEO
19 Aprel 2025 Yenə həmin dalğa, həmin koordinat - Gülnaz Kərimova-İlhamə Abdullayeva cütlüyü İŞ BAŞINDA...
19 Aprel 2025 Rafiq Quliyev yenə qanunsuz tikintiyi icazə verib?-Video-Foto
19 Aprel 2025 Sabunçu rayonunda qanunsuz tikintiyə kim icazə verib? -Video-Foto
19 Aprel 2025 AAYDA-nın “əziz-xələf”i Dilqəm Qəniyev: Böyük pullar, bahalı avtomobillər, xaricdə biznes…- FOTOLAR- SİYAHI
18 Aprel 2025 Bakıda konsert təşkilatçılarının gizlin əməlləri-Qalmaqal
18 Aprel 2025 Göygöl rayonunda Azər Hacıyevin aqrar sektorda hökmü və özbaşınalıqları... - İLGİNC FAKTLAR
18 Aprel 2025 Fəxri Kazımov 11.7 milyon manatı......
18 Aprel 2025 Seyidzadənin gizli əməlləri ÜZƏ ÇIXDI - TƏFƏRRÜAT
18 Aprel 2025 Naxçıvan icra Hakimiyyətinin başçısının müavini Bakıda 3 mərtəbəli ticarət mərkəzi tikdirib
18 Aprel 2025 Nərimanov rayonunda bu tikintiyə kim icazə verdi?-Video
18 Aprel 2025 Vətəndaş başçının qəbuluna ZORLA SOXULUR: Başqa yolu yoxdur... - DƏLİXANADIR, VALLAH...
17 Aprel 2025 “Uğur 777” klinikası: Adı UĞURDUR, əməliyyatları UĞURSUZ... - Səhiyyə Nazirliyinin gözündən iraq...

Dünyapress TV

Xəbər lenti