“Azərdövlətlayihə” DBL-nin direktoru öz şirkətini “tender çempionu” etdirir? -İLGİNC FAKTLAR
Qarabağda milyonluq tenderlərin qalibi olan şirkət Layihə İnstitutunun direktoruna aid imiş…

DogruXeber.az: - Azərbaycanda şəhər və kəndlərin qurulması, eləcə də mövcud şəhər və kəndlərdə layihələndirmə işlərinin aparılması məqsədilə 2022-ci ildən indiyədək 33 tender elan edilib.

Dövlət satınalmaları portalı vasitəsilə həyata keçirilən bu tenderlərin ümumi dəyəri 43 milyondan çox olub. Tenderlər daha çox işğaldan azad edilmiş ərazilərin yenidən qurulması məqsədilə həmin ərazilərdə baş tutub.

Tenderləri udan şirkətlərdən biri “Arxin-M LTD” MMC şirkətidir. Sözügedən şirkət 4 tender udaraq dövlət qurumlarından 5 milyon manat dəyərində sifariş alıb.

Milyonluq tenderlərin qalibi olan bu şirkət 1998-ci ildə yaradılıb, nizamnamə kapitalı isə cəmi 20 manatdır. Şirkətin hazırki qanuni təmsilçisi Niftalı Tağı oğlu Abbasovdur. Şirkət Bakı şəhəri Nizami rayonu, Elşən Süleymanov, ev 137, m. 23 ünvanında yerləşir.

“Arxin-M LTD” MMC şirkətinin əsl sahibi kimdir?

Dövrü mətbuatda “Arxin-M LTD” MMC şirkəti ilə “Projekt LTD” MMC adlı şirkətin adı daim yanaşı çəkilir, hər iki şirkətin də müxtəlif dövlət qurumlarının layihələrində iştirak etdiyi, tenderlər qazandığı açıqlanır. Beynəlxalq Şəffaflıq təşkilatının dərc etdiyi hesabatda da, bu hər iki şirkətin bir-biri ilə bağlı olması vurğulanıb.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-07_1721576908_2.png
“Azərdövlətlayihə” DBL-nin direktoru öz şirkətini “tender çempionu” etdirir? -İLGİNC FAKTLAR
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestrinin məlumatlarına görə, “Projekt LTD” MMC 5 fevral 2003-cü ildə qeydiyyata alınıb. MMC-nin qanuni təmsilçisi isə Samirə Tahir qızı Bayramovadır.

Diqqətçəkən məsələ odur ki, hər iki şirkət də yarandığı zaman eyni ünvanda qeydiyyatdan keçib. Seçici siyahısına görə, bu ünvan elə 2012-ci ildə şirkətin qanuni təmsilçisi olan Müsəddin Əhməd oğlu Namazovun rəsmi qeydiyyatda olduğu mənzildir: Nizami rayonu, E. Süleymanov küçəsi, ev 137, mənzil 23.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-07_1721576908_3.png
“Azərdövlətlayihə” DBL-nin direktoru öz şirkətini “tender çempionu” etdirir? -İLGİNC FAKTLAR
Toplanan faktlardan belə nəticəyə gəlmək olur ki, hər iki şirkət də bu şəxsindir, hazırki qanuni təmsilçilər isə proksi şəxslər, yəni əsas adamı gizləmək üçün rəsmiləşdirilən şəxslərdir.

Bəs Musəddin Namazov kimdir?

4 avqust 1963-cü il təvəllüdlü Musəddin Əhməd oğlu Namazov Gürcüstan Respublikasının Saqareco (Qaraçöp) bələdiyyəsinin Düzəyrəm kəndində anadan olub. O, 2012-2014-cü illərdə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindəki “Azərdövləttikintilayihə” DLİ-nin direktoru olub.

İlham Əliyevin 2012-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında inşaat sahəsində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib, həmçinin memarlığın inkişafında xidmətlərinə görə “Əməkdar Memar” fəxri adı alıb. 2014-ci ildən indiyə kimi “Azərdövlətlayihə” DBL İnstitutunun direktorudur. 80 ildən artıq inşaat idarəsi kimi təsis edilmiş institut, hazırda dövlət obyektlərinin layihələndirilməsi üçün əsas qurumlardan biridir.

Musəddin Namazovun şirkətləri hansı tenderlərlə nə qədər vəsaitlər udub?

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin reyestr məlumatlarına əsasən, böyük şəhərlərin baş planının hazırlanması üzrə müqavilələrin bağlandığı “Arxin-M LTD” MMC şirkəti indiyə qədər milyonlarla dəyərində olan 52 layihənin, “Projekt LTD” MMC isə 9 layihənin qalibi olub və tikinti həyata keçirib.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-07_1721576908_4.png
“Azərdövlətlayihə” DBL-nin direktoru öz şirkətini “tender çempionu” etdirir? -İLGİNC FAKTLAR
İlham Əliyevin də açılışını etdiyi jurnalistlər üçün nəzərdə tutulmuş, ancaq şəhid ailələrinə verilmiş üçüncü binanın layihə-smeta sənədlərini də məhz “Arxin-M LTD” MMC şirkəti icra edib .

Bakıda Cənubi Qafqazın ən hündür göydələni olacaq “Baku Tower”in layihəsi də “Arxin-M Ltd” tərəfindən hazırlanıb.

Dövlət satınalmalar reyestrinə görə isə 2017-2018-ci illərdə “Arxin-M LTD” 1,66 milyon manatlıq tenderlərdə qalib gəlib. Reyestrə görə, şirkət 2020-2022-ci illərdə 850 min manat dəyəri olan tenderlərdə qalib elan olunub.

“Arxin-M LTD” MMC şirkətinin adı “cinayət işi”ndə və korrupsiya iddiası:

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 2021-ci ilin hesabatında qeyd olunub ki, mətbuat işçiləri üçün inşa edilmiş yaşayış binalarının tikintisi zamanı törətdilən qanunazidd əməllər nəticəsində dövlətə məxsus pul vəsaitinin mənimsəmə yolu ilə talanmasında ittiham olunan şəxslərdən biri də “Arxin-M LTD” MMC-nin Memarlıq şöbəsinin müdiri Telman Nurməhəmməd oğlu Tahirov da təqsirləndirilib.

Prezident İlham Əliyev nə deyir?

Ötən ay jurnalist Fatimə Kərimovanın – “Qarabağdakı layihələrlə bağlı bir çox detallar şəffaf deyil, həm ictimaiyyət, həm jurnalistlərin bu məlumatlara əlçatanlığı kifayət qədər deyil. Tenderlərdə iştirak edən şirkətlər və digər şirkətlərin seçilməsi və sair kimi detallar niyə qapalıdır və niyə bu detallar bizə açıq deyil?” sualına İlham Əliyevin cavabı belə olub:

“Qarabağda və Şərqi Zəngəzurda bütün bərpa, yenidənqurma işləri maksimum şəffaf şəkildə aparılır. Ayrılan vəsaitlə bağlı, müntəzəm olaraq ictimaiyyətə, o cümlədən media nümayəndələrinə məlumat verilir və sirr deyil. Tender prosedurlarına tam əməl edilir. Mən sözün düzü bilmirəm, sizdə bu məlumat haradandır. Yəqin ki, siz bunu hansısa dəqiqləşdirilməmiş mənbədən götürürsünüz”.

Həmçinin ötən illərdə İlham Əliyev yerli televiziya kanallarına müsahibəsi zamanı bunları bildirib :

“Hər şey əsaslı olmalıdır, bütün inşaat işləri şəffaf, tender əsasında aparılmalıdır. Xüsusi göstəriş verilib, maksimum şəffaflıq təmin edilməlidir. Əgər hər hansı bir xoşagəlməz halla üzləşsək, cəzamız çox sərt olacaq, bunu hər kəs bilməlidir və bilir”.

Bəs qanunlar nə deyir?

Azərbaycan qanunvericiliyinə əsasən icraedici orqan rəhbərlərinin, dövlət məmurlarının, deputat və onun ailəsinin şəxsi bizneslə məşğul olması qadağandır.

2012-ci ildən etibarən Azərbaycan hökuməti “Kommersiya sirri haqqında” qanun layihəsinə dəyişiklik edərək şirkət təsisçisinin adını kommersiya sirri hesab edir. Ona görə də, jurnalistlər şirkətlərin səhmdarlarının kim olduğunu tapa bilməyib.

Amma toplanılan faktlar bu şirkətlərin Musəddin Namazovla əlaqəsi olduğunu göstərir.

Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının qanununa görə isə “statusundan, təmsil etdiyi orqanın (qurumun) statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsi məqsədilə fiziki və hüquqi şəxslərə sahibkarlıq fəaliyyətini həyata keçirməkdə, eləcə də subsidiyalar, subvensiyalar, dotasiyalar, kreditlər və digər güzəştlər alınmasında qanunsuz kömək etmək Korrupsiya ilə əlaqədar hüquqpozma hesab olunur”.

Musəddin Namazovun cavabı

“Azərdövlətlayihə” Azərbaycan Dövlət Baş Layihə İnstitutunun direktoru, dövlət məmuru statusunda olan şəxsin, proksi şirkətlər açıb, dövlətin ən vacib qurumlarının, dövlət əhəmiyyətli layihələrin tenderlərini qazanması nə qədər qanunauyğundur?

Meydan TV əməkdaşı bu suallara cavab tapmaq üçün əməkdar memarın özü ilə əlaqə saxlayıb. O isə “Mənə niyə zəng etmisiniz? Mənə zəng vurmayın xahiş edirəm”, – deyərək telefonu qapadıb.

Meydan TV əməkdaşı daha sonra direktorun köməkçisi Orxan İsmayılovla əlaqə saxlayıb. O, jurnalistə şirkətlərin Musəddin Namazovla heç bir əlaqəsinin olmadığını bildirib:

“Bununla bağlı nə işıqlandırmaq və yazmaq fikriniz varsa, nə istəyirsinizsə edə bilərsiniz. Diqqətinizə onu da çatdırım ki, Musəddin müəllim dövlət məmuru deyil”.//MeydanTV
 
 
 

Bölmənin digər xəbərləri

23 Aprel 2025 Adil Əliyevin qanunların əleyhinə fərqli siyasi prinsipi ...
23 Aprel 2025 Dövlət büdcəsini asfaltda əzdilər, qalanını divara suvayırlar... - VİDEO
23 Aprel 2025 Qazax səhiyyəsində SAXTA DİPLOM QALMAQALI... - BU NƏDİ BELƏ?..
23 Aprel 2025 Estetik prosedurun daha bir qurbanı... - Ayağındakı deşikdən 10 aydır irin axır - FOTO
23 Aprel 2025 Ağacları məhv edərək “planeti qoruyan” şirkət: “Avant Group” kimindir?
22 Aprel 2025 İlham Səfərov da digərlərindən seçilmədi - Yeni Bələdiyyə sədri Mərdan Camalovun ümidlərini doğrultmayır FOTO
22 Aprel 2025 Həkim Kəmalə Mirzəyevanın qurbanları onu axtarır:Həkim HARADADIR? -ŞOK FAKTLAR/FOTOLAR+VİDEO
22 Aprel 2025 Rövşən Rüstəmovun idarəsində ANARXİYA: iclasda gərginlik oldu, dəmiryolçular ÜSYANA qalxdı - Təfsilat
22 Aprel 2025 Heydərovun “kantoru” ÖZÜ SATIR... ÖZÜ DƏ ALIR... – Bəs “Azəri Biznes” MMC nə edir?
22 Aprel 2025 Nərimanovun icra başçısı bir ərazini iki şirkətə satdı – Qalmaqal böyüyür
22 Aprel 2025 Sahil qəsəbəsində 1 milyon manatlıq obyekti kim tikdirir?-Video-Fotofakt
22 Aprel 2025 Nərimanov rayonunda qanunsuz tikilən obyekt hansı məmura məxsusdur? - VİDEO
22 Aprel 2025 Binəqədi rayonunda sənədsiz yaşayış binasının “icazə“sini kim verib? - FOTOLAR
21 Aprel 2025  Zaur Mikayılov 30 milyon manatın hesabatını niyə vermir? - HƏQİQƏTƏN DƏ...
21 Aprel 2025 500 min dollardan çox borcu olduğu deyilən sabiq baş konsul - Ona kimlər dəstək olub?
21 Aprel 2025 Sabunçu icra şöbəsində NƏ BAŞ VERİR? - NARAZILIQ VAR...
21 Aprel 2025 Adil Əliyev XARÜQƏLƏR YARADIR... - BU NƏDİ BELƏ? FOTO
20 Aprel 2025 "Aypara estetik center"də pasiyentlərə dolğu və plazma terapiya necə icra olunur?
20 Aprel 2025 İcra məmuru qanunları saya salmırsa… - Nazirə MÜRACİƏT
19 Aprel 2025 Qalmaqallı direktorun səs yazısı yayıldı - Məhkəməyə verildi - VİDEO

Dünyapress TV

Xəbər lenti