Bakteriya aşkarlanan dondurmalar bir aydır SATIŞDADIR –
Məlum olduğu kimi Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) keçirdiyi monitorinq nəticəsində ticarət şəbəkələrində satılan dondurmaların bəzi çeşidlərində bakteriya aşkarlayıb.

Müvafiq laboratoriyalara təqdim edilən 26 istehsalçıya məxsus 69 dondurmadan nümunə götürülüb.

Sınaq nəticələrinə əsasən, 4 istehsalçıya məxsus 10 məhsulda insan sağlamlığı üçün təhlükəli hesab edilən bakteriya (Enterobacteriaceae) aşkarlanıb.

Maraqlıdır ki, satış mərkəzlərində aparılan monitorinqlərdən bir aya yaxın vaxt keçsə də və nöqsanlar aşkarlansa da, həmin firmalara məxsus dondurmalar hələ də satışdadır. Yəni bakteriya daşıyıcısı olan bu dondurmaların çox rahat şəkildə həm iri, həm də xırda marketlərdə satışı həyata keçirilir.

“Zəhərli” dondurmalar bir addımlığımızda

Qeyd edək ki, Agentlik tərəfindən rəsmi açıqlanan məlumatda bildirilmişdi ki, konkret istehsal tarixli məhsulların satışdan geri çağırılması ilə bağlı proses davam edir. Prosesin niyə bu qədər uzun çəkməsinin səbəbləri açıqlanmasa da, görünən odur ki, təhlükə bir addımlığımızdadır.

Amma bir aya yaxındır “zəhərli” dondurmaların nə qeyd olunan tarixli məhsulları, nə də ondan sonra gələn partiyaları satış nöqtələrindən yığışdırılır. Üstəlik bəzi marketlərdə sözügedən dondurmaların satışı endirimlə də təklif olunur. Halbuki bu dondurmalar bakteriya aşkarlanan gün bütün satış nöqtələrindən götürülməli idi.

Bizim.Media əməkdaşı bu günlərdə məsələ ilə bağlı bəzi iri marketlərdə müşahidə aparıb. Apardığımız müşahidələrdə “Araz” marketlər şəbəkəsinin demək olar ki, bütün filiallarında bakteriya aşkarlanan dondurmaların satışda olduğunun şahidi olduq. Kiçik marketlərdə də bu dondurmalar rahat şəkildə alıcıların ixtiyarına verilib.

AQTA insanların sağlamlığı ilə “oynayır”?

İnsanların, xüsusilə də uşaqların sağlamlığı üçün təhlükə mənbəyi olan dondurmaların keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativlərə uyğun olması vacib şərtlərdən sayılsa da, cavabdeh qurum bu məsələyə hələ də biganəliyini nümayiş etdirməkdədir.

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə müraciət etsək də, qurumdan hər hansı cavab ala bilmədik.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-07_2-kopiya.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-07_3-kopiya.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-07_4-kopiya.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-07_1720456174_5.jpg
 
 
 

Bölmənin digər xəbərləri

23 Aprel 2025 Adil Əliyevin qanunların əleyhinə fərqli siyasi prinsipi ...
23 Aprel 2025 Dövlət büdcəsini asfaltda əzdilər, qalanını divara suvayırlar... - VİDEO
23 Aprel 2025 Qazax səhiyyəsində SAXTA DİPLOM QALMAQALI... - BU NƏDİ BELƏ?..
23 Aprel 2025 Estetik prosedurun daha bir qurbanı... - Ayağındakı deşikdən 10 aydır irin axır - FOTO
23 Aprel 2025 Ağacları məhv edərək “planeti qoruyan” şirkət: “Avant Group” kimindir?
22 Aprel 2025 İlham Səfərov da digərlərindən seçilmədi - Yeni Bələdiyyə sədri Mərdan Camalovun ümidlərini doğrultmayır FOTO
22 Aprel 2025 Həkim Kəmalə Mirzəyevanın qurbanları onu axtarır:Həkim HARADADIR? -ŞOK FAKTLAR/FOTOLAR+VİDEO
22 Aprel 2025 Rövşən Rüstəmovun idarəsində ANARXİYA: iclasda gərginlik oldu, dəmiryolçular ÜSYANA qalxdı - Təfsilat
22 Aprel 2025 Heydərovun “kantoru” ÖZÜ SATIR... ÖZÜ DƏ ALIR... – Bəs “Azəri Biznes” MMC nə edir?
22 Aprel 2025 Nərimanovun icra başçısı bir ərazini iki şirkətə satdı – Qalmaqal böyüyür
22 Aprel 2025 Sahil qəsəbəsində 1 milyon manatlıq obyekti kim tikdirir?-Video-Fotofakt
22 Aprel 2025 Nərimanov rayonunda qanunsuz tikilən obyekt hansı məmura məxsusdur? - VİDEO
22 Aprel 2025 Binəqədi rayonunda sənədsiz yaşayış binasının “icazə“sini kim verib? - FOTOLAR
21 Aprel 2025  Zaur Mikayılov 30 milyon manatın hesabatını niyə vermir? - HƏQİQƏTƏN DƏ...
21 Aprel 2025 500 min dollardan çox borcu olduğu deyilən sabiq baş konsul - Ona kimlər dəstək olub?
21 Aprel 2025 Sabunçu icra şöbəsində NƏ BAŞ VERİR? - NARAZILIQ VAR...
21 Aprel 2025 Adil Əliyev XARÜQƏLƏR YARADIR... - BU NƏDİ BELƏ? FOTO
20 Aprel 2025 "Aypara estetik center"də pasiyentlərə dolğu və plazma terapiya necə icra olunur?
20 Aprel 2025 İcra məmuru qanunları saya salmırsa… - Nazirə MÜRACİƏT
19 Aprel 2025 Qalmaqallı direktorun səs yazısı yayıldı - Məhkəməyə verildi - VİDEO

Dünyapress TV

Xəbər lenti