AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİNİN QİYABİÇİ REKTORU - Zəfər Qurbanov idarəçiliyi ADAU-nu məhvə aparır İDDİA/FOTO
Redaksiyamıza bir ADAU-nun bir qrup professor-müəllim heyəti adından müraciət daxil olub. Bəzi şəxsi məsələlərə toxunulan hissələri çıəxardaraq
şikayətin birinci hissəsini oxuculara təqdim edirik:
Bir neçə gündür ki, sosial şəbəkələrdə Şəlalə Zeynalovanın Azərbaycan
Dövlət Aqrar Universitetində ilk xanım dekan təyin olunması haqqında xəbərlər
tirajlanır.
Məlumat üçün bildirmək istəyirik ki, Ali təhsil müəssisələrində dekan
vəzifəsinə seçkilərin keçirilməsi qaydalarına görə, ali məktəblərdə fakültə
dekanı vəzifəsinə həmin fakültədə kadr hazırlığı aparılan ixtisaslara uyğun, ən
azı 5 il elmi-pedaqoji təcrübəyə və peşə-ixtisas hazırlığına, elmi ad və elmi
dərəcəyə malik həmin ali məktəbin ştatında olan professor və ya dosentlər
arasından seçilməlidir. Şəlalə Zeynalova isə 2006-cı ildə Kənd Təsərrüfatı
Nazirliyi yanında Respublika Baytarlıq Laboratoriyasının virusologiya şöbəsində
aparıcı baytar həkim kimi işə qəbul olunmuş, daha sonra isə Bakteriologiya və
Virusologiya şöbələrinin müdiri işləmiş və 2016-cı ildən isə Bakıda yerləşən
həmin laboratoriyada direktor müavini vəzifəsində işləyir. Göründüyü kimi Şəlalə
Zeynalova universitetdə ştatda olmadığından, bu xanımın dekan təyin olunmağı
(dekan seçilir, təyin olunmur) təlimata tamamilə ziddir.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-07_1720365769_1.jpg
Digər tərəfdən dekan seçki prosesində seçilməlidir, daha rektor Zəfər
Qurbanovla hələ Bakıda işləyərkən tanış olduğuna görə təyin olunmur.
Bu nə biabırçılıqdır???
Kim hansı rəhbər vəzifəyə təyin olunursa, dərhal oranı talamağa, ağlına
gələn qərarları verməyə və oranı ata mülki kimi istədiyi formada idarə etməyə
başlayır. Maraqlıdır ki, Zəfər Qurbanov Şəlalə Zeynalovanı bir gündə 4 kafedranın
hər birində bir saatdan bir müzakirə etdirib dekan kimi əmrini verdi. Həm də bu
xanımı Zahir Ələsgərovun müdir olduğu kafedraya 0,5 ştat müəllim vəzifəsinə də
götürdü.
Zəfər Qurbanov öz maraqları xatirinə bir-birinə uyğun gəlməsə belə
müxtəlif kafedraları birləşdirir. Məlumdur ki, "Meşəçilik" kafedrası çox spesifik
bir kafedradır. Bu gün bütün dünyada qlobal istiləşmə prosesi gedir. Onun
qarşısının alınması, ekoloji tarazlığın qorunması, torpaq sürüşmələri, yağıntıların
miqdarının artması, sel, daşqın və s-in qarşısının alınmsı üçün meşələr çox
vacibdir. Bu kafedraya isə ulu öndər Heydər Əliyevin göndərişi ilə Rusiyada təhsil
almış, keçmiş İttifaq miqyasında tanınmış insan Vidadi Səmədov rəhbərlik edirdi.
Vidadi Səmədov tələbələr ttərəfindən sevilən, savadlı və həddindən artıq tələbkar
müəllimdir. Zəfər Qurbanovun özbaşınalıqlarına etiraz etdiyi üçün rektor onun
rəhbərlik etdiyi kafedranı ləğv edərək korrupsioner, adı saxta diplom satışı və saxta
tələbə qəbullarında hallandırılan Musa Bayramovun kafedrasına birləşdirdi.
Eləcə də "Texniki mexanika" və "Maşın mühəndisliyi və standartlaşdırma"
kafedraları da bir-birinə uyğun gəlməsə də Zəfər Qutbanov tərəfindən
birləşdirilməyə məruz qalıb. Habelə, "Elektroenergetika" və "Elektrik
mühəndisliyi" kafedraları da birləşdirilib. Birləşdirilən kafedralar üçün müdirlik
vəzifəsi auksiona çıxarılb.
Rektor Zəfər Qurbanov son iki ayda universitetdə cəmi 8 dəfə olub. Həmişə
xarici ölkələrdə gəzməkdədir. Türkiyədən vurur Avstriyadan çıxır. Hal-hazırda isə
on gündən artıqdır ki, Portuqaliyadadır. Universitet əməkdaşları iyul ayının 15-dən
məzuniyyətə çıxır. Zəfər Qurbanov isə Portuqaliyadan məlumat göndərib ki, heç
kim məzuniyyətə çıxmasın, ayın 15-də Portuqaliyadan qayıdıb Uçxozda Elmi Şura
keçirəcəm. Universitetin kifayət qədər iclas zalları olduğu halda, uzaq bir yerdə
Günəşin altda, çölün ortasında Elmi şura keçirməyin görəsən mənası nədir?
Aydındır ki, tibb təhsili olmayan, tibbdən xəbərsiz bir adamı Tibb
Universitetinə rektor qoymaq olmaz. Eləcə də aqrar təhsili olmayan, bu sahəyə tam
yabancı adamın Azərbaycan Dövlət Aqrar Universitetində rektor işləməyi ADAU-
nu məhvə aparır. Faciəli cəhət ondan ibarətdir ki, Zəfər Qurbanovun idarəetmə
işində ətrafına yığdığı şəxslərin əksəriyyəti aqrar sahədən heç bir məlumatı
olmayan insanlardan ibarətdir.
Ardı var.
Hörmətlə, ADAU-nun bir qrup
professor-müəllim heyəti
Adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq!
TEREF
 
 

 


Bölmənin digər xəbərləri

23 Aprel 2025 Adil Əliyevin qanunların əleyhinə fərqli siyasi prinsipi ...
23 Aprel 2025 Dövlət büdcəsini asfaltda əzdilər, qalanını divara suvayırlar... - VİDEO
23 Aprel 2025 Qazax səhiyyəsində SAXTA DİPLOM QALMAQALI... - BU NƏDİ BELƏ?..
23 Aprel 2025 Estetik prosedurun daha bir qurbanı... - Ayağındakı deşikdən 10 aydır irin axır - FOTO
23 Aprel 2025 Ağacları məhv edərək “planeti qoruyan” şirkət: “Avant Group” kimindir?
22 Aprel 2025 İlham Səfərov da digərlərindən seçilmədi - Yeni Bələdiyyə sədri Mərdan Camalovun ümidlərini doğrultmayır FOTO
22 Aprel 2025 Həkim Kəmalə Mirzəyevanın qurbanları onu axtarır:Həkim HARADADIR? -ŞOK FAKTLAR/FOTOLAR+VİDEO
22 Aprel 2025 Rövşən Rüstəmovun idarəsində ANARXİYA: iclasda gərginlik oldu, dəmiryolçular ÜSYANA qalxdı - Təfsilat
22 Aprel 2025 Heydərovun “kantoru” ÖZÜ SATIR... ÖZÜ DƏ ALIR... – Bəs “Azəri Biznes” MMC nə edir?
22 Aprel 2025 Nərimanovun icra başçısı bir ərazini iki şirkətə satdı – Qalmaqal böyüyür
22 Aprel 2025 Sahil qəsəbəsində 1 milyon manatlıq obyekti kim tikdirir?-Video-Fotofakt
22 Aprel 2025 Nərimanov rayonunda qanunsuz tikilən obyekt hansı məmura məxsusdur? - VİDEO
22 Aprel 2025 Binəqədi rayonunda sənədsiz yaşayış binasının “icazə“sini kim verib? - FOTOLAR
21 Aprel 2025  Zaur Mikayılov 30 milyon manatın hesabatını niyə vermir? - HƏQİQƏTƏN DƏ...
21 Aprel 2025 500 min dollardan çox borcu olduğu deyilən sabiq baş konsul - Ona kimlər dəstək olub?
21 Aprel 2025 Sabunçu icra şöbəsində NƏ BAŞ VERİR? - NARAZILIQ VAR...
21 Aprel 2025 Adil Əliyev XARÜQƏLƏR YARADIR... - BU NƏDİ BELƏ? FOTO
20 Aprel 2025 "Aypara estetik center"də pasiyentlərə dolğu və plazma terapiya necə icra olunur?
20 Aprel 2025 İcra məmuru qanunları saya salmırsa… - Nazirə MÜRACİƏT
19 Aprel 2025 Qalmaqallı direktorun səs yazısı yayıldı - Məhkəməyə verildi - VİDEO

Dünyapress TV

Xəbər lenti