Xaricə getmək istəyənlər üçün iş vizası "tələ"si...
İş vizası ilə ölkəni tərk edənlər çoxdur. Rəsmi statistika bu haqda susur. Ölkədən xeyli insan bu yolla gedib. Onlar daha çox Polşa və Litvaya üz tutublar. İsveçə gedənlər də az deyil. Getmək istəyənlər daha çoxdur. Amma iş vizası əldə etmək heç də asan görünmür. Həm də ona görə ki, ortada xeyli dələduz fırlanır. Onlar müxtəlif plazalarda ofis götürür, sosial platformalarda reklam yerləşdirirlər. Beləcə, çoxlu müştəri cəlb olunur. İş vizası da "alınmır" ki, alınmır.
Bizimyol.info xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi vətəndaşlardan və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş məlumatlar üzrə aparılmış araşdırma əsasında “Recent Group” və “Area Alfa Group” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin rəhbər vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlayıb. İstintaqla qeyd edilən hüquqi şəxslərin direktorları Sevinc Aslanova və Kamil Curayevin Almaniya, Hollandiya, Slovakiya və başqa ölkələrə iş vizası və dəvəti alınması, eləcə də digər növ məşğulluq məsələlərinin həllinə dair yalan vədlər verməklə 2023-2024-cü illər ərzində ayrı-ayrı vətəndaşlara məxsus müxtəlif məbləğlərdə pul vəsaitlərini onların etibarından sui-istifadə edərək almalarına dair əsaslı şübhələr müəyyən edilib.

Sosial platformalarda diqqətli istifadəçilər hər iki şəxsin adını eşidib. Xüsusilə Sevinc Aslanovanı tanımamaq mümkün deyil. Bir müddət əvvəl sosial şəbəkələrdə yayılan videoda məhz onun rəhbəri olduğu məhdud məsuliyyətli cəmiyyətin ofisinə müştərilərin hücumu diqqət çəkirdi. Sevinc Aslanovanın böyük məbləğdə vəsaitləri mənimsədiyi iddia edilirdi. İndi haqqında çoxsaylı şikayətlərin olduğu şəxslərin saxlanıldığı bildirilir.

Viza dələduzluğu o qədər geniş yayılıb ki, sosial platformalarda bununla bağlı qruplar yaradılıb. Nə qədər dələduzun adı çəkilir. Hiss olunur ki, insanlar həm çarəsizlikdən xaricə getmək istəyir, həm də aldanacaqlarından qorxurlar. Çünki indiyə qədər minlərlə şəxsin pulu batıb. İnsanlara Avropada işləmək üçün uyğun viza təşkil edəcəyini deyənlərin əksəri dələduzdur. Həmin şəxslərin heç Avropa ilə əlaqələri də yoxdur. Ofis açıb yüzminlərlə dollar vəsait toplayırlar. Günlərin birində yoxa çıxırlar.

Burada adam ən çox aldananlara görə pis olur. Ölkədə normal iş imkanları olsa, heç kim tanımadığı şəxslərə iş vizası üçün son qəpiyini verməz.
 

Bölmənin digər xəbərləri

03 Fevral 2025 Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... - Bunun başqa ADI YOXDUR...
03 Fevral 2025 Kəlbəcərdə adamları müqaviləsiz işlədib pulunu verməyən Ağa kimdir? - VİDEO
03 Fevral 2025 Cənab Şükürovun YARIMŞTAT MARAĞI... - BU NƏDİ BELƏ?..
03 Fevral 2025 Bakının mərkəzində aksiya keçiriləcək : Zaur Mikayılov 165 ailəni ayağa qaldırdı
03 Fevral 2025 "Yarışlara öz pulunuzla gedin!" - Neftçaladakı yeniyetmə boksçular yarışa getməyə pul tapa bilmir
02 Fevral 2025 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
02 Fevral 2025 Sahibkarlarla şirkət arasında qalmaqal: "Heç kimdən qorxusu yoxdur"
02 Fevral 2025 AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
02 Fevral 2025 Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
02 Fevral 2025 “Azərdövlətlayihə”nin direktoru Müsədin Namazovun tender oyunu…..
02 Fevral 2025 Ağgöl Milli parkında qanunsuz balıq ovu ilə kimlər məşğul olur? - Yegerin oğlu dəstə yaradıb
02 Fevral 2025 Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
02 Fevral 2025 Baba Rzayevin "özəl" kadrı Yusifov Üzeyir 2 qız övladına niyə sahib çıxmır.. İTTİHAM/FOTO
01 Fevral 2025 “Kristal Abşeron”da “Dövlət içində dövlət qurublar…”-Şikayət
01 Fevral 2025 Deputat Kamaləddin Qafarovun şirkətinin Naxçıvanda 1.7 milyonluq tender oyunu
01 Fevral 2025 Mürsəl İbrahimov qanunu pozan Suraxanıdakı komissarlara sahib çıxır – Prezidentə müraciət
31 Yanvar 2025 Suraxanı sakinini təhdid edənlər kimlərdir? - VİDEO
31 Yanvar 2025 FHN 205 minlik tenderi simsar şirkətə verdi: - “Qafqaznet” kimə məxsusdur?
31 Yanvar 2025 Naxçıvanda gizli hüquqi islahatlara start verildi: Hədəf isə... - referenduma getmədən muxtar səlahiyyətləri ləğv etməkdir...
31 Yanvar 2025 Nəsimi rayon sakinlərindən Leyla Əliyevaya müraciət: "Məhəlləmizi xarabalığa döndərirlər, bizə kömək edin" (VİDEO)

Dünyapress TV

Xəbər lenti