285 saylı məktəbdə qalmaqal:
285 saylı məktəbin müəllimi Təranə Yusifova yeni direktor təyin edilən Nuranə Yəhyayeva tərəfindən işdən qanunsuz olaraq uzaqlaşdırıldığını iddia edir.

O, bu barədə Bakupost.az -a açıqlamasında bildirib.

35 il pedaqoji stajı olduğunu qeyd edən T.Yusifovanın sözlərinə görə, 1994-cü ildən isə Suraxanı rayon B.Qulamoğlu adına 285 saylı tam orta məktəbdə müəllim işləyib:

“Özüm Ağdam rayonundan məcburi köçkünəm, tənha yaşayıram, heç yerdən köməyim yoxdur. Pensiyaya çıxmağıma bir ilim qalmışdı. Məktəbimizə yeni direktor təyin edilən Nuranə Yəhyayeva məni və müəllim yoldaşım, onkoloji xəstə olan Təranə Rzayevanı ötən il oktyabrın 2-də işdən azad etdi. Nuranə xanım direktor təyin olunandan təhsillə məşğul olmaq əvəzinə, hamını bir-birinə vurdu, idarəyə həqiqətə uyğun olmayan məlumatlar verdi. Mən və T.Rzayeva qrup müəlliməsiyik. Bizim məktəbdə üç nəfər qrup müəlliməsi var. Hamıdan da əvvəl qrupda mən işləmişəm”.

İşdən azad edilməsinin səbəblərinə aydınlıq gətirən T.Yusifova direktorun “qruplara uşaq yığılmadığını” əsas gətirdiyini deyib:

“Halbuki valideynlərin hamısıyla özü danışıb. Deyib ki, uşaqlarınızı qrupa qoymayın, birinci sinifdədirlər, yorulurlar. Yəni qərəzli şəkildə valideynlərin qarşısını aldı, onların uşaqlarını qrupa qoymasına mane oldu”.
T.Yusifova məsələ ilə bağlı hazırda məktəb rəhbərliyi ilə aralarında məhkəmə çəkişməsinin davam etdiyini bildirib:

“Direktorun qanunsuz addımı ilə bağlı mən və Təranə xanım məhkəməyə müraciət etdik. Məhkəmədə bizə başqa məktəblərdə işləməyi təklif etdilər. İş yoldaşım bu təkliflə razılaşdı, indi işləyir. Amma mən razılaşmadım. Çünki tələbimdə haqlıyam. Sonuncu məhkəmə iclasımıza Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ərəstun müəllim adlı bir hüquqşunas gəldi. Hakim ona tapşırdı ki, Təranə xanımın məsələsini həll edin. O da hakimə problemi həll edəcəyinə söz verdi. Bir gün sonra Ərəstun müəllim zəng vurub dedi ki, sizi 279 nömrəli məktəbə göndərə bilərik. Dedim ki, başqa məktəb istəmirəm.

İşə Nəsimi rayon Məhkəməsində baxılırdı. Qarşı tərəf apellyasiya şikayəti verib ki, məhkəmə Suraxanı rayonunda olmalıdır, çünki məktəb Suraxanıdadır. Apellyasiya məhkəməsi isə onların iddiasını rədd edib”.

T.Yusifova məsələylə bağlı nazirlikdə də qəbulda olduğunu deyib:

“Mən bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqin Bağırovun da qəbulunda olmuşam. Məsələdən o da xəbərdardır. Azərbaycan qanunlarına, Prezident İlham Əliyevə güvənirəm. İnanıram ki, Elm və Təhsil Nazirliyi bu qanunsuzluğu aradan qaldıracaq, haqq-ədalət öz yerini tutacaq”.

Məsələ ilə bağlı 285 saylı məktəbin rəhbərliyi ilə əlaqə saxlmağa çalışdıq. Məktəbdən Bakupost.az -a bildirdilər ki, direktor Nuranə Yəhyayeva müsabiqədə iştirak etdiyi üçün açıqlama verə bilməyəcək.

Bölmənin digər xəbərləri

03 Fevral 2025 Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... - Bunun başqa ADI YOXDUR...
03 Fevral 2025 Kəlbəcərdə adamları müqaviləsiz işlədib pulunu verməyən Ağa kimdir? - VİDEO
03 Fevral 2025 Cənab Şükürovun YARIMŞTAT MARAĞI... - BU NƏDİ BELƏ?..
03 Fevral 2025 Bakının mərkəzində aksiya keçiriləcək : Zaur Mikayılov 165 ailəni ayağa qaldırdı
03 Fevral 2025 "Yarışlara öz pulunuzla gedin!" - Neftçaladakı yeniyetmə boksçular yarışa getməyə pul tapa bilmir
02 Fevral 2025 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
02 Fevral 2025 Sahibkarlarla şirkət arasında qalmaqal: "Heç kimdən qorxusu yoxdur"
02 Fevral 2025 AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
02 Fevral 2025 Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
02 Fevral 2025 “Azərdövlətlayihə”nin direktoru Müsədin Namazovun tender oyunu…..
02 Fevral 2025 Ağgöl Milli parkında qanunsuz balıq ovu ilə kimlər məşğul olur? - Yegerin oğlu dəstə yaradıb
02 Fevral 2025 Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
02 Fevral 2025 Baba Rzayevin "özəl" kadrı Yusifov Üzeyir 2 qız övladına niyə sahib çıxmır.. İTTİHAM/FOTO
01 Fevral 2025 “Kristal Abşeron”da “Dövlət içində dövlət qurublar…”-Şikayət
01 Fevral 2025 Deputat Kamaləddin Qafarovun şirkətinin Naxçıvanda 1.7 milyonluq tender oyunu
01 Fevral 2025 Mürsəl İbrahimov qanunu pozan Suraxanıdakı komissarlara sahib çıxır – Prezidentə müraciət
31 Yanvar 2025 Suraxanı sakinini təhdid edənlər kimlərdir? - VİDEO
31 Yanvar 2025 FHN 205 minlik tenderi simsar şirkətə verdi: - “Qafqaznet” kimə məxsusdur?
31 Yanvar 2025 Naxçıvanda gizli hüquqi islahatlara start verildi: Hədəf isə... - referenduma getmədən muxtar səlahiyyətləri ləğv etməkdir...
31 Yanvar 2025 Nəsimi rayon sakinlərindən Leyla Əliyevaya müraciət: "Məhəlləmizi xarabalığa döndərirlər, bizə kömək edin" (VİDEO)

Dünyapress TV

Xəbər lenti