Xətai bu günü görsəydi... Adına olan rayonda Quliyev-Cümşüdov necə varlanır?
DogruXeber.az: - Şah İsmayıl Xətai yaşasaydı, onun adını daşıyan paytaxt rayonunun ta keçmiş icra başçısı Razim Məmmədovdan indiyədək məmurların nə kökə saldığına şahid olub bir bayatı qoşardı.

Şah babamızın adına olan rayona bu münasibətin sərgilənməsi həqiqətən təhqiramizdir. Səfəvilər dövlətinin - bütöv Azərbaycanın yaradılmasına ilk dəfə nail ola bilmiş Xətainin adı olan Bakı rayonunda indi məmurlar özlərini lap qızılbaşların düşməni Fərrux Yəsarın adamları kimi aparırlar. Soruşa bilərsiniz ki, məmuriyyət Xətai rayonunda nə edir belə? Daha nə etmir ki?! Dövlət qulluqçusu kimi vəzifəsinin öhdəsindən gəlmək istisna, hər bir əməlin yiyəsidirlər – yaşıllıqların məhvi, səkilərin, yolların zəbti, onların yerində yerli icra hakimiyyətinin sərəncamı ilə tikintilər...

Bakının heç bir rayonu bu dərəcədə qəsbə, hücuma məruz qalmayıb. Hətta sabiq başçısı Razim Məmmədovun gedişindən sonra da ağacların qırılması dayanmadı. Açığı, Xətaidə artıq ağac da qalmayıb, bu məmurlar və iş adamları kəsmək üçün hardan tapırlar, çox maraqlıdır. Sanki Xətai rayonun yadelli işğalçılar hücum edib və bu gözəl ərazilərdən intiqam alırlar. İntiqam demişkən, Rubrika.Az xəbər verir ki, informasiya portallarında diqqətimizi çəkən İntiqam Cümşüdov ad-soyadı oldu. Rayonun icra başçısı Rafiq Quliyevin komandasına daxildir. Əslində böyük bir vəzifə də yoxdur, amma bununla belə Xətai rayonunda özünü Səfəvi imperatoru kimi hiss etməkdədir.

Mətbuat iddia edir ki, Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin (MKTB) rəis müavini olan İntiqam Cümşüdov bəlkə də rəisdən də geniş imkanlara malikdir. Qəribədir ki, MKTB rəisinin müavini nə qədər maaş alır, nə qədər qazanır belə?! Axı dövlətin verdiyi məvaciblə Xətai kimi bahalı rayonun mərkəzi Gəncə prospektində çoxsaylı obyektlərə sahiblənmək asan iş deyil. Yəni Gəncə prospektində bir obyektin kvadratının neçə min olduğunu orada yaşayanlar əla bilirlər. Amma saytların da yazdığı kimi, rəis müavini vəzifəsini daşıyan İntiqam Cümşüdov həmin prospektdə bir yox, bir neçə əmlakın sahibidir. Belə iddialar səslənir ki, ona bu şəraiti yaradan icra başçısı Rafiq Quliyev olub.

Çünki aylıq əmək haqqısı 1000-1500 manat arasında dəyişən kiçik bir məmurun Gəncə prospektində dəyəri yüzminlərlə olan obyektlərə yiyələnməsi yalnız İH rəhbərinin dəstəyi ilə ola bilər. O zaman belə güman etmək olar ki, icra başçısı ya şərikdir, ya da onun adına çıxarmaqla məsuliyyətini yüngülləşdirib. Sual oluna bilər ki, hansı məsuliyyətdən söhbət gedir? Bunun da cavabı var – dövlət məmuru bizneslə məşğul ola bilməz. Əgər onun biznes obyektləri varsa, hansı yolla əldə etdiyi dərhal təftiş olunur. Bu halda obyektlərin büdcə pullarının silinməsi, yaxud maxinasiya yolu ilə əldə edildiyi aşkarlansa, korrupsiya elementi sayılacaq.

Görünür ki, İntiqam Cümşüdovun vəzifəsinin kiçik olması nəzərə alınaraq, diqqətdən kənarda qalacağı hesablanıb. Hər halda MKTB rəis müavini olan İntiqam Cümşüdovun bir “kiçik padşah” və ya zəngin məmur olduğu sirr deyil. Bu da onu diqqət mərkəzinə gətirib. Eyni zamanda, yuxarı instansiyalar onun fəaliyyətini və obyektlərə necə sahib olmasını təqib etməmiş deyillər. Ümumiyyətlə, Xətai rayonuna dövlətin ciddi nəzarətinə ehtiyac var. Əks halda rayondan əsər-əlamət qalmayacaq: yaşıllıqların məhvi, məmurların rayonu cənginə alması nəticəsində...

Ən dəhşətli məlumat ondan ibarətdir ki, Xətai rayonunda obyekt, ev və başqa tikililərin icra hakimiyyətindən inşasına “icazə” alınması məsələlərinə də məhz İntiqam Cümşüdovun baxdığı iddia edilir. Onun kifayət qədər fərasətli biri oluğu deyilir. Xətai rayonunda həm nüfuzu, həm geniş əlaqələri, həm də dili-dilçəyi olduğu üçün bu işlərin qeyri-rəsmi həlli məsələləri ona həvalə edilib. Deməli, İ.Cümşüdov yetərincə səriştəli, bacarıqlı və pul qazanmağı bilən məmurdur. Ona görə də icra başçısı rayondakı bu işləri ona tapşırıb, böyük etimad göstərib. Bu da təsadüfi deyil, təcrübəsi var. Çünki İntiqam Cümşüdov daha əvvəl də paytaxtın Binəqədi rayon başçısının Biləcəri qəsəbəsi üzrə ərazi icra nümayəndəsi işləyib. Ona görə də Xətai rayonunda MKTB rəisinin müavini işləyərkən təkcə bu vəzifəsi ilə fəaliyyət dairəsi məhdudlaşmayıb, həm də İH rəhbəri Rafiq Quliyevin rayondakı işlərini görməklə paralel özü də obyektlərə sahiblənib, varlanıb. Nə deyirik, məşhur el misalı var - “Bacarana can qurbandır”, amma baxır necə... Hər halda biz bu iddialarla bağlı adı çəkilən bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.//Rubrika.Az

Bölmənin digər xəbərləri

05 Fevral 2025 Tələbə ilə kollec direktoru arasında “dava” - TƏFƏRRÜAT
04 Fevral 2025 Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... - "Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..."
04 Fevral 2025 Rövşən Rüstəmov xanım PR menecerə niyə “yox“ deyib? - “Port Baku“dan başlayan problem böyüyür
04 Fevral 2025 Nizami rayonunda qanunsuz tikintilər çoxalıb...- Coşqun Cəbrayılov sələfinin yolunu gedir
04 Fevral 2025 MEHRİBAN QARALOVA QARA İŞLƏRİNDƏN QALMIR! VİDEO
04 Fevral 2025 Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
03 Fevral 2025 Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... - Bunun başqa ADI YOXDUR...
03 Fevral 2025 Kəlbəcərdə adamları müqaviləsiz işlədib pulunu verməyən Ağa kimdir? - VİDEO
03 Fevral 2025 Cənab Şükürovun YARIMŞTAT MARAĞI... - BU NƏDİ BELƏ?..
03 Fevral 2025 Bakının mərkəzində aksiya keçiriləcək : Zaur Mikayılov 165 ailəni ayağa qaldırdı
03 Fevral 2025 "Yarışlara öz pulunuzla gedin!" - Neftçaladakı yeniyetmə boksçular yarışa getməyə pul tapa bilmir
02 Fevral 2025 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
02 Fevral 2025 Sahibkarlarla şirkət arasında qalmaqal: "Heç kimdən qorxusu yoxdur"
02 Fevral 2025 AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
02 Fevral 2025 Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
02 Fevral 2025 “Azərdövlətlayihə”nin direktoru Müsədin Namazovun tender oyunu…..
02 Fevral 2025 Ağgöl Milli parkında qanunsuz balıq ovu ilə kimlər məşğul olur? - Yegerin oğlu dəstə yaradıb
02 Fevral 2025 Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
02 Fevral 2025 Baba Rzayevin "özəl" kadrı Yusifov Üzeyir 2 qız övladına niyə sahib çıxmır.. İTTİHAM/FOTO
01 Fevral 2025 “Kristal Abşeron”da “Dövlət içində dövlət qurublar…”-Şikayət

Dünyapress TV

Xəbər lenti