VÜSAL HÜSEYINOVUN CANGÜDƏNLƏRI ONU KIMLƏRDƏN QORUYUR?!
Dövlət qulluqçularının etik davranış qaydaları haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu Qanun dövlət qulluqçuları üçün etik davranış qaydalarını və prinsiplərini və onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmləri müəyyən edir.

Buna görə də hər bir dövlət qulluqçusu qanunun aliliyini insan hüqüqlarını demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutaraq bu Qanunun müddəalarına əməl etməyə borcludur.

Gəlin elə başlayaq sovetin dövründən qalmış Mənzil İstismar Sahələrindən (MİS). Son vaxtlar sakinləri narahat edən bir məsələ var, ev pulunu ödəməliyəm yoxsa ödəməməliyəm.

(Zibil pulu) Əgər ödəyirsə yığılan pulun müqabilində sakinlərə normal xidmət göstərilirmi? Bu gün hər bir vətəndaş kommunal xərclər sırasında ev pulu da ödəyirlər. Buna görədə MİS-in tələb etdiyi ev pulundan əlavə olaraq, bələdiyyələrin əmlak vergisi adı altında yığılan pul isə vətəndaşları çaşbaş salır. Vətəndaş da bilmir ev pulunu MİS-ə ödəsin yoxsa bələdiyyəyə. Amma hər bir vətəndaş sahib olduğu əmlaka görə vergisini ödəməlidir. Ev sahibi əmlak vergisini ərazi üzrə bələdiyyəyə, ərazinin təmizliyinə görə zibil pulunu isə MİS-ə ödəməlidir. Vətəndaş üçün ən asan xidməti qurum sizcə hansıdır? Bələdiyyə yoxsa MİS? Ümumiyyətlə MİS-in iş prinsipi nədən ibarətdir? Sakinlərə necə xidmət göstərirlər?

Elə bu mövzu ilə bağlı Yasamal rayon sakinləri ilə bir sorğu keçirdik. Suallarımızın cavabı heç də ürəkaçan olmadı, yəni sakin hər hansı problemə görə müraciət etmək istədikdə rəhbərlik yerində tapılmır. Yasamal rayon MKTB- nin 32 saylı Mənzil Kommunal İstismar sahəsinə — 32 saylı jekə daxil olduğumuz zaman kresloda başı aşağı təsbeh çevirərək gənc oğlanla salamlaşdıq. Bu gənc 32 saylı jekin yeni təyin olunmuş rəisi Kamran Novruzov idi.
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2023-05_2-kopiya.jpg
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2023-05_3-kopiya.jpg
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2023-05_4-kopiya.jpg
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2023-05_5-kopiya.jpg
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2023-05_1683568959_6.jpg
1683568960_7.jpg
Kresloda sağ-sola var- gəl edərək suallarımızı cavablandırmaq istəmədiyi zaman telefonuna zəng gəldiyi an ayağa duraraq, “baş üstə rəis” deyərək, “gözləyin gəlirəm” deyib otaqdan çıxdı və bir neçə dəqiqədən sonra bir nəfər otağa daxil olaraq, “kimi gözləyirsiz rəis gəlməyəcək getdi” dedi. Çünki “böyük rəis” çağırdı. Sonra uca bir səslə “Sizi nə maraqlandırır”, jurnalist peşəsinə müdaxilə edərək cibindən vəsiqəsini çıxardaraq “bilirsiz mən kiməm” və hədələməyə başladı. Özünü təqdim etmədən və dövlətin hüquq mühafizə orqanlarından verilmiş vəsiqədən sui- istifadə edərək çox gərgin və əsəbi halda ucadan danışması jekdə böyük nöqsanlar olmasından xəbər verirdi.

Çox təəssüflər olsun ki, Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Hüseynov Vüsal da bu məsələyə aydınlıq gətrimək üçün bizi qəbul etmədi. Katibəsi mühüm qonaqları var deyərək, əlindəki çay dəstgahını “Böyük Rəisin” otağına apardı. Qonağın kim olduğunu soruşduqda katibəsi “Yuxarıdan çox önəmli birisidir” dedi. Vüsal müəllim sakinlərə nöqsanları aradan qaldırıb şəffaflıq yaratmaq üçün vəzifəyə təyin olunub yoxsa dövlətə məxsus olan idarəni şəxsi kabinetinə çevirərək qonaqları ilə çay içmək üçün təyin olunub?! Yəqin Vüsal Hüseynov dövlətin və mətbuatın qanunlarından xəbərsizdir və buna görə də bir daha xatırladırıq ki, MKTB-nin sədri mətbuatın araşdırmaları üçün icazə verməkdə istisna hallar olmadığı müddətdə ictimaiyyətin maraqlarını qorumaq və MKTB-nin fəaliyyəti ilə bağlı şikayət və müracətlərin araşdırılmasında iş birliyi etmək məcburiyyətindədir. Bu mətbuatın informasiya azadlığı hüququ ilə bağlıdır və mətbuatın MKTB-nin fəaliyyəti haqqında məlumat yayması lazımdır. Əgər sədr həmin açıqlamaları verməkdən imtina edərsə, mətbuat hökümət qurumları və digər dövlət orqanlarına müraciət etmək hüququna malikdir.
Bizim fikrimizcə belə müəssisələri aidiyyatı orqanlar araşdırsa daha yaxşı olar. Görən JEK-lər vətəndaşlara xidmət göstərir yoxsa rahat “kresloda” oturub qarın şişirdən rəhbərlərə?! Cənab prezident İlham Əliyev öz çıxışlarının birində demişdir ki, mən xalqın xidmətçisiyəm və hər kəs də mənim kimi vəzifəsindən asılı olmayaraq xalqın xidmətçisi olmalıdır. Çünki qanun qarşısında hər bir məmur və rəhbər etdikləri qanunsuzluqlara görə cavabdehdirdilər.
Afət Məmmədova

Deryaz.az

Bölmənin digər xəbərləri

04 Fevral 2025 Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... - "Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..."
04 Fevral 2025 Rövşən Rüstəmov xanım PR menecerə niyə “yox“ deyib? - “Port Baku“dan başlayan problem böyüyür
04 Fevral 2025 Nizami rayonunda qanunsuz tikintilər çoxalıb...- Coşqun Cəbrayılov sələfinin yolunu gedir
04 Fevral 2025 MEHRİBAN QARALOVA QARA İŞLƏRİNDƏN QALMIR! VİDEO
04 Fevral 2025 Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
03 Fevral 2025 Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... - Bunun başqa ADI YOXDUR...
03 Fevral 2025 Kəlbəcərdə adamları müqaviləsiz işlədib pulunu verməyən Ağa kimdir? - VİDEO
03 Fevral 2025 Cənab Şükürovun YARIMŞTAT MARAĞI... - BU NƏDİ BELƏ?..
03 Fevral 2025 Bakının mərkəzində aksiya keçiriləcək : Zaur Mikayılov 165 ailəni ayağa qaldırdı
03 Fevral 2025 "Yarışlara öz pulunuzla gedin!" - Neftçaladakı yeniyetmə boksçular yarışa getməyə pul tapa bilmir
02 Fevral 2025 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
02 Fevral 2025 Sahibkarlarla şirkət arasında qalmaqal: "Heç kimdən qorxusu yoxdur"
02 Fevral 2025 AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
02 Fevral 2025 Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
02 Fevral 2025 “Azərdövlətlayihə”nin direktoru Müsədin Namazovun tender oyunu…..
02 Fevral 2025 Ağgöl Milli parkında qanunsuz balıq ovu ilə kimlər məşğul olur? - Yegerin oğlu dəstə yaradıb
02 Fevral 2025 Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
02 Fevral 2025 Baba Rzayevin "özəl" kadrı Yusifov Üzeyir 2 qız övladına niyə sahib çıxmır.. İTTİHAM/FOTO
01 Fevral 2025 “Kristal Abşeron”da “Dövlət içində dövlət qurublar…”-Şikayət
01 Fevral 2025 Deputat Kamaləddin Qafarovun şirkətinin Naxçıvanda 1.7 milyonluq tender oyunu

Dünyapress TV

Xəbər lenti