Göyçay Rayon İcra Hakimiyyəti onkoloji xəstəyə QƏNİM KƏSİLİB  -
Mən Məmmədov Cavid İkram oğlu Göyçay rayon sakiniyəm. Ailəliyəm və iki azyaşlı oğlum var. Kiçik övladım anadangəlmə serebral iflic xəstəsidir. Həmçinin, özüm də 10 il müddətdir ki, onkologi xəstəyəm. Öz evimiz olmadığına görə kirayədə qalırıq. Fiziki əmək qabiliyyətim yoxdur. Velosipedin üzərinə baqaj quraşdırmışam. Onunla Göyçay ərazisində gəzib-dolaşaraq corab satıram. Hər satdığım corabdan 10 və ya 20 qəpik qazanc əldə edirəm. Həmin pulun bir qismini ailəmin ehtiyaclarına, qalan hissəsini isə boğazımızdan kəsərək neçə illərdir ki, yığırdım. Çünki, bir gün öz evimizin olacağı arzuları ilə yaşayırdıq. Xəyallarımızın kerçəkləşməsi ümidilə hətta dəfələrlə gecələri ac yatardıq. Beləliklə minbir əzab-əziyyətlə artıq 4000 (dörd min) pul yığmışdıq. Göyçay Çayının ətrafında boş torpaq sahəsi satıldığına dair məlumat aldım. Mülk sahibi ilə razılaşaraq o yeri almaq qərarına gəldik. Lakin, bunun bir əmması var idi. Belə ki, həmin ərazidə yaşayan sakinlərin heç birinin torpağ haqqında çıxarışı yox idi. Buna baxmayaraq ərazidə yüzlərlə tikili evlər mövcuddur. Biz də öz növbəmizdə həyat yoldaşımla müzakirə edərək həmin torpağı alacağıq deyə qəti qərara gəldik. Bundan sonra Göyçay şəhər Bələdiyyəsindən müəyyən sənədlər aldıq. Yenə corab satmağa davam edərək pul yığırdım. Bu dəfə isə qum, sement, daş və digər lazımi şeylər aldıq. Valideynlərimiz də bizə qismən maddi dəstək oldular. Allahın iznilə evin bünövrəsini tökdük və cəmi iki mişar daşı (kubik) hörgü hörmüşdük ki, Göyçay Rayon İcra Hakimiyyəti sözün həqiqi mənasında xirtdəyimizə çökdü. Təcili olaraq tikintini dayandırmağımızı və torpaq sahəsini tərk etməyimizi tələb etdilər. Təkcə bizə deyil, ətrafda yaşayan bütün sakinlərdən eyni şey tələb olunurdu. Göyçay Rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə buraya xeyli polis qüvvəsi də cəlb edildi. Məmur-vətəndaş arasında böyük insident yaşandı. Hadisədən sonra Göyçay Rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayevin qəbuluna getdik. Ancaq qeyri-qəbul vaxtı olduğuna orada görə bizi Arxitektura və Memarlıq Şöbəsinin müdiri Ayaz Səfərəliyev qəbul etdi. Ayaz Məmmədəli oğlu Səfərəliyevə narazılığımızı bildirdik. Ona "Dövlət orqanlarına şikayət edəcəyik", - dedik. O, "Elə dövlət mənəm da, siz kimə şikayət edəcəksiniz?" - söylədi. Biz isə yuxarı instansiyaları nəzərdə tutduğumuzu deyəndə o, "Sizdən öncə bir nəfər də məndən yazıb-tökmüşdü, məhkəməyə verib 300 (üç yüz) manat təzminat kəsdirdim. Əgər məndən yazsanız, sizi də eyni aqibət gözləyir", - deyərək açıq-aşkar bizi təhdid etdi. Hansıki həmin şəxs birinci qrup hərbi əlildir. Onun ictimai fəal olması Ayaz Səfərəliyev kimi "məmur"lara sərf eləmir. Ola bilsin ki, yuxarıda qeyd etdiyim həqiqəti Ayaz Səfərəliyev inkar etsin. Sübut üçün Göyçay Rayon İcra Hakimiyyətinin müşahidə kameralarına baxmaq kifayətdir.
Cənab Prezident! Layihə planına əsasən, Göyçay Çayının üzərindəki Qırmızı Körpünün yanından sabiq deputat Elxan Süleymanovun malikanələrinin yanına qədər olan ərazidə park və əyləncə mərkəzləri salınacaqdır. Adını "istirahət zonası" qoyduqları yerlər kasıb və sahibsiz insanların sökülmüş evlərinin yerində, həyətyanı torpaq sahələrində inşa ediləcəkdirsə, bu əsl ədalətsizlik və özbaşınalıq deməkdir. Siz Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq 17 oktyabr 2022-ci il tarixdə Natiq Nuşravan oğlu Ağayevi Göyçay Rayon İcra Hakimiyyəti başçısı təyin etmisiniz. Ona ilk tapşırığınız isə, " Get xalqa doğru-dürüst xidmət eylə", - sözündən ibarətdir. Əgər Sizin göstərişinizdən sonra o, bizim kimi çulsuz, kasıb insanların mülkünü əlindən almaqla "park" salacaqdırsa, deməli göstərişinizə əməl etmir və etimadınızı doğrultmur.
Cənab Prezident! Müraciətimi bu qədər müfəssəl izah etməklə Sizə Göyçayda baş verən həqiqətləri çatdırmaq istədim. Doğrusu biraz qorxuram. Sizdən çarəsiz Azərbaycan vətəndaşı kimi çox xahiş edirəm, çətinliklərə qatlaşaraq aldığımız torpağın sənədləşdirilməsi, tikintiyə icazə verilməsi üçün köməklik göstərəsiniz və mənim təhlükəsizliyimi təmin edəsiniz. Sizə öncədən çox təşəkkürlərimizi bildiririk.
Teref.az olaraq qarşı tərəflin mövqeyini dərc edə bilərik!
Teref.az

 

Bölmənin digər xəbərləri

17 İyun 2025 Məktəb direktorunun oğlu sayt rəhbərinə hədə-qorxu gəlir - ŞOK MÜRACİƏT
17 İyun 2025 GDU-dan yenə narazılıq var - nazir işdən qovub, rektor nəzarətçi təyin edib?
17 İyun 2025 Rüşvət sisteminin himayədarları: Emin Əmrullayev və Eşqi Bağırov niyə susur?
17 İyun 2025 Dövlət poliklinikasında baş həkim özbaşınalığı: İşçilərə təzyiq, saxta aktlar - BU NƏDİ BELƏ?
17 İyun 2025 Ağcabədidə meşə zolağının məhv edilməsi ilə bağlı ŞOK GÖRÜNTÜLƏR – AzAqro MMC qanunu saymır?
16 İyun 2025 Sumqayıtda “Son zəng” də məktəb direktoru Fəridə Cəlilova məzunları təhqir edib, qovdu- Video
16 İyun 2025 MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları- FOTOLAR
16 İyun 2025 Nəsimi rayonunda növbəti qanunsuz tikinti- Hansı məmurun icazəsi ilə bu işlər görülür? -Video
15 İyun 2025 Afaq Əliyeva bu dəfə də öz hökmranlığını göstərdi. 201 saylı məktəbdə biabrçılıqlar bitmir!!!
15 İyun 2025 Tovuz Dövlət Sosial İqtisadi Kolleçində nə baş verir? VİDEOİTTİHAM
15 İyun 2025  “National Prime Hospital”da vergidən BELƏ YAYINIRLAR - BU DA FAKT!
15 İyun 2025 Bakı Bulvarında qanunsuzluq ocağı: “FERMA ART” restoranı əmək qanunlarını tapdalayır!
14 İyun 2025 6 nömrəli poliklinikanın baş həkimi qanunsuzluqla məşğuldur - ŞİKAYƏT
13 İyun 2025 Mərkəzi Klinikada göndərişlə gələn II qrup əlildən ödəniş aldılar: Həkim‐kardioloq Firdovsi İbrahimov müayinədən imtina etdi?
13 İyun 2025 FHN-in Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsində milyonların oyunu gedir
13 İyun 2025 "Olympus” MTK kütləvi narazılıq yaradır:Biz nə vaxta qədər küçələrdə qalacağıq?
13 İyun 2025 Yeni Klinikanın həkimi vətəndaşı şikəst edib: Azad Məlikov bizi təhqir etdi, dedi ki...
13 İyun 2025 “Sudan İstifadəedənlər Birliyi”ndə ailə podratı
13 İyun 2025 Nazirliyin Yaradıcı Mərkəzində maaş üsyanı - Etirazlar sosial şəbəkəyə sıçradı
13 İyun 2025 KEÇMİŞ DİREKTOR ELƏ BİR ŞEY ETDİ Kİ..: ŞOK FAKTLAR!!! - BÜTÜN DETALLARI İLƏ...VİDEO

Dünyapress TV

Xəbər lenti