Ardını oxu...

Astara rayonunda məktəb direktoru və müəllimi arasında mübahisə baş verib.

Bu barədə Astara rayonu Bəxtiyar Rüstəmov adına Asxanakəran kənd tam orta məktəbinin müəllimi, Birinci Qarabağ müharibəsinin şəhidi Sarvan Qurbanovun qardaşı Rizvan Qurbanovun müraciətində deyilir.

O bildirib ki, məktəbin direktoru Əlican Hacıyev ədalətli şəkildə dərs bölgüsü aparmır:

“Mən direktora bildirdim ki, digər müəllimlərə nisbətdə mənə cəmi 16 saat dərs bölgüsü edilib. Xahiş etdim ki, bu bölgü azdır və boş qalan dərslərdən əlavə edilsin. O mənə bildirdi ki, bu məsələ onluq deyil. Məsələ barədə Lənkəran-Astara Regional Təhsil İdarəsinə müraciət etdim. Orada bildirildi ki, mənə əlavə iki saat dərs veriləcək.

Bundan xəbər tutan direktor məni təhqir etdi və: “Sən kimsən ki, özbaşına gedib, dərs bölgüsü alasan?” - dedi. O mənə bildirdi ki, dərs bölgüsündəki iki saatı pul aldığı musiqi müəllimi İbrahim Həsənzadəyə verib”.

R.Qurbanov deyir ki, direktor onu otağına çağırıb və zor tətbiq edib:

“Otağa daxil olanda gördüm ki, direktor, musiqi müəllimi İbrahim, atası, əmisi oradadırlar. Həmin vaxt İbrahimin atası yaxamdan yapışdı və şəhid qardaşımı təhqir etdi, nalayiq ifadələr işlətdi. Mən məsələ barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzinə müraciət etdim və polis izahatımı aldı. Bir müddət sonra İbrahim Həsənzadənin ailəsi evimə gəldi, şəhid qardaşımı təhqir etdiyi üçün üzr istədi. Eyni zamanda, şikayəti də geri çəkməyimi istədilər. Mən şikayətimi geri götürmədim. İstəyirəm, hər kəs cəzasını alsın”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Oxu.Az-a bildirilib ki, həmin şəxsin müraciəti əsasında Astara Rayon Polis Şöbəsində ilkin araşdırma aparılıb:

“Araşdırmanın davam etdirilməsindən ötrü toplanmış material rayon prokurorluğuna göndərilib”.
 
 
Ardını oxu...
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi müqavilə bağladığı DİN hospitalına göndəriş vermir
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaratdığı publik hüquqi şəxs Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) başlıca məqsədi əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini və keyfiyyətli xidmət göstərilməsini təmin etməkdir. Gerçəkdə isə TƏBİB -in insanların sağlamlığına qadağa qoyması üzə çıxır. Belə təəssürat yaranır ki, tibb müəssisələri, özəlliklə poliklinikalar, təcili yardım xidməti həkimlik əvəzinə bürokratik xidmətlə məşğuldur. Təsəvvür edin, polis şöbəsində , həbs yerlərində tibbi yardıma ehtiyacı olan şəxsə xidmət göstərilməsi polis şöbəsinin, həbs yerinin rəhbərinin icazəsi ilə mümkündür , tibbi xidmət personalı xəstəyə yox, polis rəisinin ağzına baxır. Elə bilirsiniz şişirdirəm?
Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin tam şəxsi heyətinin “yüksək “bespredel” peşəkarlığı” ilə 9 qabırğasını sındırdığı, ağ ciyərində hematoma əmələ gətirdiyi 1-ci dərəcəli DİN-in Qarabağ qazisinə 2022-ci ilin 3 sentyabrında gecə saatlarında şöbəyə çağırılan təcili tibbi yardım personalı xidmət göstərilməsindən imtina edib! (?) Imtina Nizami RPİ-nin müvəqqəti saxlama kamerasında da qüvvədə olub! Yalnız bir halal süd əmmiş həkim heyəti qospitalizasiyaya çalışıb, ona da polis icazə verməyib. Hətta Sabunçu xəstəxanasında qoluqandallı rentgen müayinəsi ilə pasiyentin 9 qabırğasının sındığını müəyyən edən həkim də xəstəxana palatısını yox , işgəncə kamerasını seçib. Bəs İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, tabeliyindəki TƏBİB həkim vicdanının belə sarsılmağına niyə hüquqi qiymət verilməsini təmin etmir? Nə vaxtadək tibb xidməti işgəncə “xidməti”nin qulluğunda vicdan alveri ilə məşğul olacaq?
İbrətamiz faktı diqqətə çatdıraq, 29 il öncə Qubadlı rayonundan düşmən girovluğuna yaralı halda düşən Əvəz adlı müəllimi həkimin əməliyyat otağında öldürmək istəyəndə, həkim uşaq, qadın, qoca, xəstə qatillərinə meşəni şeçməyi təklif etmişdi: “HƏKİM OTAĞINDA QƏRARI HƏKİM VERİR, QATİL – QULDUR YOX!” Beləcə həkimin xilas etdiyi həmin şəxs hələ də həyatdadır.
Bizim həkimlər isə özlərini tibb işçiləri kimi yox, qəssab kimi aparır. İşi - peşəsi arayış satmaq olan poliklinikalardansa heç danışmağa dəyməz. 30 ildir DİN -in tibbi uçotunda olan, daim DİN hospitalında müalicə ilə şəfa tapan 1-ci dərəcəli Qarabağ qazisinə ərazi poliklinikası göndəriş verməkdən imtina edir ki, TƏBİB icazə vermir. Niyə? İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 1542 çağrı mərkəzi TƏBİB -in yalnız dövlət tibb müəssisələrinə göndəriş verdiyini, DİN-in hospitalının təsərrüfat hesablı olmasına görə, dövlət müəssisəsi sayılmadığını bildirməkdən doymur. Bəs İcbari Tibbi Sığorta (İTS ) üzrə Dövlət Agentliyi ilə DİN Hospitalı arasında bağlanan müqavilə nəyə xidmət edir? İTS müqavilə bağladığı tibb müəssisələrinə niyə göndəriş verməkdən imtina edir? Onda bu müqavilə nəyə görə bağlanıb? Özbaşınalığa baxın, DİN Tibb xidməti tabeliyində olan hospitalda müalicə üçün ərazi poliklinikasının göndərişini istəyir, TƏBİB isə qərəzlə göndəriş verməkdən imtina edir. Arada isə xəstənin canı gedir.
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsman) 916 çağrı mərkəzi də bir həftədir şikayəti qəbul etsə də, təcili qospitalizasiyaya ehtiyacı olan DİN -in 1-ci dərəcəli Qarabağ əlilinə adi bir göndərişi də qıymırlar. Belədə hansı tibbi xidmətdən, hansı sağlamlığın qorunmasından, hansı insan, əlil-qazi hüquqlarından danışmaq olar?
Bəyəm İTS, TƏBİB, poliklinikalar bilmir ki, xəstəyə müalicə lazımdır, bürokratik “həkimlik” yox?
Məğrur Bədəlsoy
Teref.az
 

Ardını oxu...
Ağsu rayon sakini Cabir Cəfərov özünün feysbuk səhifəsində bərbad vəziyyətdə olan Ağsu rayon məktəblərindən birini paylaşaraq, Təhsil Nazirliyinin və aidiyyəti qurumların məsələyə diqqət göstərməsini istəyib.

DİA.AZ sozcu.az saytına istinadla, Cabir Cəfərovun həmin yazısını olduğu kimi təqdim edir:

“Gördüyünüz bu fotolar qaniçən Bəşər Əsəd və Vladimir Putinin bombaladığı Hələb və Mariupol şəhərlərində olan məktəblərdir. Ümid edirəm ki, hökumətimiz bu acınacaqlı vəziyyətə biganə qalmayıb,bu şəhərlərdə yeni məktəb binasının tikintisinə maliyyə vəsaiti ayıracaq.

Ardını oxu...

Əşşşşi zarafat edirəm, bu fotolar Ağsu şəhərində yerləşən Şəhid Soltan Umbayev adına 2 saylı tam orta məktəbindir. Bu məktəbdə ölüm-itim olmadan keçirilən hər gün üçün nəzir-niyaz paylanılmalıdır. Bina tam olaraq qəzalı vəziyyətdədir,siniflər get-gedə uçur,tavan yerə tökülür və s. Təsəvvür edin ki,neçə illərdir ki, vəziyyət belədir. Və vəziyyət belə ola-ola 2017-ci ilin sentyabr-oktyabr aylarında məktəbin dam örtüyü söküldü ki,guya yenisini vuracaqlar. Bəli,bütün yayı gözləyib ,payızda sökdülər və həmin ərəfədə də 2-3 gün elə bir güclü yağış yağdı ki,necə deyərlər “tut ucundan göyə çıx”. Deməli,binanın üstü tam açıq,güclü yağış …

Məktəbin birinci mərtəbəsində əməlli-başlı sel axırdı. Dəhşətdir,nə var ki,hər hansı bir korrupsiya şəbəkəsi pul yeyəcəkdi,məktəb kollektivi, şagird və valideynlərlər zülm çəkdi ,zülm. O yağışdan sonra məktəbin kitabı tamamilə bağlandı ,məktəbdə məktəblik qalmadı. Məktəbin 3-cü mərtəbəsi tam olaraq sıradan çıxdı,digər mərtəbələr də yararsız vəziyyətə düşdü. Amma bu kiminsə vecinə oldu? Əsla! Nə icra hakimiyyəti,nə təhsil şöbəsi bir dəfə məsələ qaldırmadı ki,2 saylı məktəb bu vəziyyətdədir. Şəxsən mən bu vəziyyətlə bağlı ölkə başçısına bir neçə dəfə məktubla müraciət etmişəm(yenə yazacam), müxtəlif xəbər saytlarında ,sosial şəbəkədə işıqlandırmışam,amma nə faydası, köhnə hamam,köhnə tas. Ağsuda 5 şəhər məktəbi var,bunların 4-ü təmir olub,bir qalıb 2 saylı məktəb. Bu məktəbin də lobbisi zəifdir deyə qalıb belə”.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

Ardını oxu...

 

Məlum olduğu kimi Ölkə Rəhbəri sahibkarların hüquqlarının qorunmasını dövlət orqanları qarşısında başlıca vəzifələrdən biri kimi müəyyən edib.

Bu mövzuda dəfələrlə Ölkə Rəhbərinin qətiyyətinin şahidi olmuşuq.
Bəzən iri sahibkarlar hüquq mühafizə orqanlarının haqlı-haqsız hədəfinə çevrilir.
Hələ 2022-ci ilin əvvəlində
Baş Prokurorluğun əməkdaşları Milli Məclisin sabiq deputatı, iri vergi ödəyicisi olan məşhur “Ştutqart” şəbəkəsinin sahibi iş adamı Nəriman Əliyevin Bakının Nərimanov rayonu ərazisində ağacları qanunsuz kəsdirməsi əsası ilə araşdırmalar başlamışdı. Həmin araşdırmalar Nəriman Əliyevin nədəsə günahının olmaması ilə yekunlaşdı.
Sonra mətbuatda məlumat yaydılar ki, həmin araşdırmada məlum olub ki, sən demə onun öz işçilərinə vaxtında maaş vermədiyi faktları aşkarlanıb.
İndi isə bir ayrı mövzu Nəriman Əliyevin mənbəyi məlum olmayan külli miqdarda ziyan ödəməli olduğu barədə cinayət işi başladılıb.
Sahibkara qarşı bu cinayət işini aparan Baş Prokurorluğun əməkdaşı Nazim Rəşidovdur.
Maraqlıdır ki, Nazim Rəşidovu elə araşdırma subyekti elədiyi yerliləri çox yaxşı tanıyır.
Belə ki, onun bir qardaşı Habil Rəşidov ölkədə narkotika dövriyyəsinin təşkilinə görə təzəlikcə cinayət başında tutulub, artıq neçənci residiv həbsini yaşıyır.
Digər qardaşı Rövşən Rəşidov Lənkəranda polis əməkdaşı kimi məşhur “Rektor” işində rüşvət qalmaqalına görə işdən uzaqlaşdırılmış, hazırda hüquqşunas kimi başqalarının hüquqlarını müdafiə edir.
Sual yaranır ki, residiv narkotika tacirinin qardaşının başqalarında günah axtarmağı, məsuliyyətə cəlb etməyi nə dərəcədə düzgündür?!
Araşdırmalarımız davam edir. Mövzu ilə bağlı əlavə məlumatları dəqiqləşdirdikdən sonra ictimaiyyətə təqdim edəcəyik.
Rəsmi mövqeni dərc etməyə hazırıq.

bakudays.com

 
 
Ardını oxu...
 
Şəmkir rayonu Çinarlı qəsəbəsi Natiq Süleymanov adına 2i sayılı orta məktəbin ibtidai sinif müəllimi Məmmədova Sədaqət Yolçu qızı tərəfindən saytımiza onun əsassız olaraq sinifinin əlindən alınması ilə bağlı şikayəti daxil olub.

Belə ki, şikayətçi qeyd edir ki, onun 18 illik müəllimlik təcrübəsi var, iki diplomu var, müəllimlərin diaqnostik qiymətləndirilməsindən keçib və onun sinifi əsassız olaraq əlindən alınaraq başqa müəllimə verilməyə çalışılır. Şikayətçi qeyd edir ki, məsələ ilə bağlı Şəmkir rayonu üzrə təhsil sektorunun müdiri Qüdrət Əliyevə bu vəziyyətə aydınlıq gətirməsini tələb edib, o isə onluq bir şey olmadığını bildirib. Regional Təhsil İdarəsinə müraciət etməsini deyib. Regional Təhsil İdarəsi isə onlarlıq bir şey olmadığını bildiriblər. Bir sözlə aidiyyatı qurumlar müəllimə doğru-düzgün izahat verə bilmir. Şikayətçi Məmmədova Sədaqət Yolçu qızı çarəsiz vəziyyətdə bu özbaşınalığa aydınlıq gətirilməsini və Elm və Təhsil Nazirliyini bu məsələyə diqqət ayırmasını xaihiş edir.

Dunyaninsesi.Az

 

XalqXeber.Az
Ardını oxu...
Göyçay rayonu Hacağabəyli kənd sakinləri tərəfindən

ŞİKAYƏT

Uzun müddət idi ki, Göyçay rayonu Hacağabəyli kənd sakinləri qazsızlığıa görə çox əziyyət çəkirdi.Sovetlər dönəmində kəndimizə qaz xətti çəkilib əhali istifadə edib. Ancaq 1994-cü il tarixdə kəndin qaz xətti ləğv edildi deyə sakinlər qazsız qalı.Buna görə çox əziyyət çəkirdik həyətlərdəki meyvə ağaclarını kəsib odun kimi istifadə etmişik, hər il odun almağa görə zülm çəkmişik. Sağ olsun preziident cənab İlham Əliyevin tapşırığı əsasında 2022-ci ilin yanvar ayı tarixlində Göyçay rayonu Hacağbəyli kəndinə qaz xətti çəkildi.Ancaq istifadəyə vermirlər ki, sayğacı öz vəsaitimiz hesabına almalıyıq.Bir sayğacın qiymətini isə 282 manat deyirlər.Buna isə bizim maddi imkanımız yoxdur.Ancaq nazirlər kabinetinin qərarı var ki, bir kəndə qaz xətti çəkilməsi üçün lahiyə-smeta tərtib edilibsə sayğacda daxil olmaqla bütün işlər dövlətin vəsaiti hesabına aparılmalıdır.
“Azərqaz” İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismarı İdarəsindən və Göyçay Qaz Sahəsindən bizə bildirirlər ki, sayğacı dövlət vəsaiti hesabına yox öz vəsaitiniz hesabına almalısınız.Biz bunun yalnış olduğunu bilirik. Hacağabəyli kəndində 60-dan çox təsərrüfat var.Əhalinin əsas məşğuliyyəti əkinçilik və meyvəçilikdir.Bizim kəndin qazı olmadığı üçün təsərrüfatlardakı bütün meyvə ağaclarını kəsib odun kimi istifadə etmişik.Bu səbəbdən yoxsul vəziyyətdəyik.Kəndimizdə vətən müharibəsi iştirakçıları var.Əhalinin əksər hissəsi işsizdir.Maddi imkansızlığa görə qarşıdan gələn soyuqlara görə odun tədarükü edə bilməmişik. Çox sevindik ki, kəndimizə qaz xətti çəkildi və əziyyət çəkməkdən qurtulduq.Ancaq bizə qaz sayğacının pulla satılması xəbərinə çox məyus olduq.Buna baxmayaraq ümüdümüzü üzmədik , ona görə kİ. Azərbaycan Respublikasının İlham Əliyev kimi qayğıkeş prezidenti var.

Buna görə biz mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və “Azərqaz” İstehsalat Birliyinin baş direktoru cənab Ruslan Əliyevə müraciət edirik.Xahiş edirik Göyçay rayonu Hacağabəyli kənd sakinlərinin yoxsul vəziyyətdə yaşamsını və qarşıdan soyuqların gəlməsini nəzərə alıb evlərimizə qaz sayğacının dövlət vəsaiti hesabına tətbiq edilməsinə köməklik göstərəsiniz.

İmza; Göyçay rayonu Hacağabəyli kənd sakinləri
Vətən müharibəsi veteranı Səfərov Kamil Famil oğlu (050) 395-79-18
Vətən müharibəsi veteranı Ədalət Şamil oğlu (050) 713-74-84
Vətən müharibəsi veteranı.Xasıyev Vüsal Bahadur oğlu (010) 811-42-76
Vətən müharibəsi veteranı Xasıyev Ramazan Ələddin oğlu (050) 502-30-01
Vətən müharibəsi veteranı Quliyev Orxan Elman oğlu (070) 547-97-48
Fətəliyev Eldar Asib oğlu
Xasıyev Qadir Bahadur oğlu
Fətəliyev Rafiq Xudu oğlu
Fətəliyev Elməddin Eldəniz oğlu
Fətəliyev Ağaismayıl Xudu oğlu

 
 
 
Ardını oxu...
Dünən Bakı Dövlət Universitetinin tələbəsi Nərgiz Şərifzadə təhsil aldığı ali təhsil müəssisəsi ilə bağlı sosial şəbəkə hesabında yazdığı statusda universitetdəki mövcud vəziyyəti və qanunsuzluqları ictimailəşdirib. Bir çox elektron kütləvi informasiya vasitələrində də yayılan paylaşımda deyilir ki,

“Artıq 4-cü ildi ki, Bakı Dövlət Universitetində hüquq “təhsili” alırıq. Universitetin illik təhsil haqqı ( hüquq fakültəsi üçün) 4500 AZN təşkil edir. Bu məbləği 1-2 nəfər vermir, 300 nəfərdən 100-ü ödənişli oxuyursa toplanılan məbləği hesablamaq çətin deyil.

Bəs yaxşı bu məbləğin qarşılığında necə təhsil alırıq?

1. Sinif otaqlarında smart lövhələr əvəzinə sıradan lövhələr var hansı ki, heç istifadə olunmur, çünki istifadəsi bizə kifayət etmir.
2. Hava isti olanda özümüzü dəftərlə yelləməkdən dərsə fokuslana bilmirik. Otaqlarda kondisioner yoxdu, olanlardan da istifadə olunmur.
3. Tələbələr universitet tərəfindən kitabla təmin olunmur. Kitabları məcbur özümüz tapmalı oluruq (elektron yaxud ksereks). Tapmaq qalsın bir qırağa bəzi müəllimlər məcburi kitab aldırır. Əgər bir fəndən iki müəllim dərs deyirsə hər ikisinin kitabını almaq lazımdı. Keçən il bir müəllim hər dərsin yarım saatını öz kitabının reklamına ayırırdı. Hər dəfə də gözucu yoxlayırdı ki görsün kim kitab almayıb.
Bütün bunları ümumiləşdirib bir sual vermək istəyirəm, #4500haragedir?

P.S bunlar sadəcə maddi məsələlərlə bağlı problemlərdir, hamısını saymalı olsaq aldığımız təhsildə problemlər daha çoxdur”.

Universitetin başqa bir tələbəsi isə etdiyi paylaşımda qeyd edir ki, “2700 ödəyirik. “Müəllim utanmasa illuminatidən (?-red) masonlardan danıçacaq. Dərs keçdiyimiz neçə otaqda qapının qulpu qırıq idi, pəncərə bağlanmırdı, lövhə isə…”

Tələbələrin tutduğu bu iradlar və haqlı olaraq qoyduğu suallar hər kəsi düşündürməyə bilmir. Həqiqətən də. bu pullar hara gedir? Paylaşımlardan da göründüyü kimi, tələbələr o qədər də böyük, qlobal problemlərdən şikayətçi deyillər. Sinif otaqlarında smart lövhələr əvəzinə sıradan lövhələr var hansı ki, heç istifadə olunmur, kondisioner yoxdu, olanlardan da istifadə olunmur, neçə otaqda qapının qulpu qırıq idi, pəncərə bağlanmırdı və sair. Göründüyü kimi bunlar adı problemlərdir. Bakı Dövlət Universiteti isə bu kimi kiçik məsələlərin həllinə hər il külli miqdarda vəsait ayırır.

Aktualinfo.org Bakı Dövlət Universiteti tərəfindən təhsil müəssisəsinin təmiri və avadanlıqların alınması üçün son illər satınalmalar yolu ilə ayırdığı vəsaitlər ətrafında araşdırma aparmışdır. Qeyd etdiyimiz kimi, araşdırmalardan da məlum olur ki, universitet hər il bir sıra xidmətlərin və malların satınalmasına külli miqdarda vəsait ayırır. Onlardan bəzilərini təqdim edirik.

Bakı Dövlət Universiteti üçün İKT avadanlıqları və aksesuarlarının satın alınması üzrə keçirilmiş tenderdə “AE UNION” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 09.08.2022-ci ildə 1 131 138.47 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Bakı Dövlət Universitetində xarici və daxili tərtibat işlərinin satın alınması üzrə keçirilmiş tenderdə “CİHAN REKLAM AZ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 26.07.2022-ci ildə 169 983.25 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Bakı Dövlət Universiteti üçün bir sıra mal-materialların və texniki ləvazimatların satın alınması üzrə keçirilmiş tenderdə “TİKİNTİ-TƏMİR-TƏCHİZAT-BƏRPA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 15.07.2022-ci ildə 717 332.9 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Bakı Dövlət Universitetində “Code Academy” tərəfindən tədrisin təşkili üçün xüsusi auditoriyaların hazırlanması, eləcə də İKT avadanlıqları və inventarların satın alınması üzrə keçirilmiş tenderdə “BESTCOMP GROUP” Qapalı Səhmdar Cəmiyyəti ilə 29.03.2022-ci ildə 488 654.52 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Bakı Dövlət Universitetinin Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi üçün mal-materiallar, avadanlıq, cihaz, mebel, inventar, ehtiyat hissələri və alətlərin satınalınması üzrə keçirilmiş tenderdə “AZECOLAB” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 23.02.2022-ci ildə 330 656.06 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Bakı Dövlət Universitetinin qazanxana bina və avadanlıqlarının,sanitariya qovşaqlarının əsaslı təmiri işlərinin satın alınması üzrə keçirilmiş tenderdə “VEST-LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 26.08.2021-ci ildə 172 601.81 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

İKT avadanlıqlarının, aksesuar və ehtiyat hissələrinin satınalınması üzrə keçirilmiş tenderdə “İNFİNİTECH”Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 17.08.2020-ci ildə 1 387 920.24 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Bakı Dövlət Universiteti üçün inventarların satınalınması üzrə keçirilmiş tenderdə “İDEAL OFFİCE” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 17.08.2020-ci ildə 250 160 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Bakı Dövlət Universitetinin yataqxana binasının əsaslı təmiri işləri üzrə keçirilmiş tenderdə “STAR CONSTRUKTİON-12” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 27.07.2020-ci ildə 4 196 772.56 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Dəftərxana ləvazimatlarının alınması üzrə keçirilmiş tenderdə “A4 PLAZA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 10.06.2020-ci ildə 333 180.32 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Təsərrüfat mallarının satınalınması üzrə keçirilmiş tenderdə “Stone Construction” Qapalı Səhmdar Cəmiyyəti ilə 18.03.2020-ci ildə 272 320.7 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Bunlar Bakı Dövlət Universiteti tərəfindən 2020-2022-ci illərdə təhsil müəsisəsində əsaslı təmiri işlərinin, İKT avadanlıqlarının aksesuar və ehtiyat hissələrinin, inventarların, təsərrüfat mallarının,mal-materiallar,avadanlıqların, satın alınması üçün ayrılmış vəsaitlərdir. Qoy tələbələr elə bilməsin ki, universitet bu məqsədlərlə vəsait ayırmır. Ayırır, həm də külli miqdarda. Göründüyü kimi təkcə 2020-2022-ci illərdə yuxarıda sadaladığımız işlərin satınalmasına ümumi olaraq 9 450 720 manat vəsait ayırıb. Bəs onda universitetin sinif otaqlarında nə üçün smart lövhələr yoxdu, kondisionerlər yoxdu və yaxud işləmir, otaqlarda qapıların qulpu niyə qırıq, pəncərələr niyə bağlanmır? Hara gedir bu ayrılan pullar?
Ardını oxu...
Qeyd edək ki, yuxarıda göstərdiklərimiz Bakı Dövlət Universiteti tərəfindən keçirilmiş tenderlərin bir qismidir. Son illərdə universitet tərəfindən elmi konfransların keçirilməsinə, beynəlxalq tədbirlərin təşkilinə, mühafizə xidmətinin və bir çox işlərin satınalınmasına hər il külli miqdarda vəsait ayrılır. Onu da qeyd edək ki, “STAR CONSTRUKTİON-12”, “Stone Construction”, “VEST-LTD”, “TİKİNTİ-TƏMİR-TƏCHİZAT-BƏRPA” kimi şirkətlər ayrı-ayrı adamların adına yaradılmış, amma bir nəfərə məxsusdur. Hansı ki, bu barədə dövrü mətbuatda kifayət qədər geniş məlumatlar var. Hansı ki, bu şirkətlər iş görməkdə deyil, “otkat” qaytarmaq üzrə püxtələşib və məşhurlaşıblar.

Məlum olduğu kimi Bakı Dövlət Universitetinə uzun illər Abel Məhərrəmov rektorluq edib. Sabiq rektorun bu təhsil ocağından yığdığı pullar vasitəsi ilə əldə etdiyi dəyəri milyonlarla manatla ölçülən obyektlər, mülklər, xarici ölkələrdəki evlər, barədə sosial şəbəkələrdə və elektron kütləvi informasiya vasitələrində demək olar ki, günaşırı yeni məlumatlar yayılır. Universitetin hazırki rektoru Elçin Babayev isə bu vəzifəyə 2019-cu ilin mart ayından təyin olunub. Cəmi üç ildir bu vəzifə başında oturmasına baxmayaraq görsənən odur ki, Elçin Babayev də sabiq rektorun yolu ilə getməyə üstünlük verir. Elə deyilsə, yuxarıda təqdim etdiyimiz tenderlərə ayrılan vəsaitlərin hara getdiyinə aydınlıq gətirsin. Bununla Elçin Babayev həm də tələbələrinin qaldırdığı suallara aydınlıq gətirmiş olacaq.

 
 
 

Dünyapress TV

Xəbər lenti