Ardını oxu...
Bakı Nəqliyyat Agentliyindən narazılıqlar haqqında dəfələrlə yazmışıq. Hətta aylar öncə, ölkə başçısı cəmiyyətin kütləvi narazılıqlarına səbəb olan agentliyi Bakı Şərə İcra Hakimiyyətinin tabeliyinə verərək, bu narazılıqları qismən də olsa azaltmağa çalışdı. Amma görünən odur ki, agentliyin qanunsuz əməlləri hələ zamanla üzə çıxacaq.
Qeyd edək ki, bir neçə gün öncə, Bakıda sərnişindaşıma ilə məşğul olan şirkət rəhbərləri Mikayıl Cabbarova müraciətlərində pandemiya ilə əlaqədar dövlətin ayırdığı vəsaitin onlara verilmədiyini göstərərək qeyd ediblər ki, Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli, 135S saylı qərarı ilə “həyati vacib sərnişindaşıma sahəsinə” maliyyə dəstəyinin verilməsi üçün ayrılan pulun onlar üçün nəzərdə tutulmuş hissəsi ödənilməyib. Amma nə qədər qəribə olsa da, BNA dövlətin sərnişindaşıma şirkətləri üçün nəzərdə tutduğu 7,5 milyon manatı “BakuBus” MMC-yə ayırıb. Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyəti sədrinin müşaviri Faiq Abbasov özü bu faktı İTV-də təsdiqləyib. Amma niyə? Bu "niyə" sualına isə BNA rəsmisi cavab verə bilməyib.

Xatırladaq ki, Nazirlər Kabinetinin sözügdən qərarında bu vəsaitin BNA tərəfindən daşıyıcı şirkətlərə ayrılması qeyd edilsə də, agentlik bu vəsaiti öz təşkilatı hesab edilən BakuBus-a ayırıb. Yəni verilən vəsaiti sağ cibdən sol cibə ötürüb. Teref.az-ın məlumatına görə, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin qərarında göstərilir ki, həyat əhəmiyyətli, həyata vacib sərnişindaşımada inkişaf, onların dayanıqlılığını təmin etmək, yəni onların xərclərini azaltmaq, təmir və digər məsələlərə qarşılamaq məqsədilə o pul ayrılıb. Maliyyə Nazirliyi o vəsaiti Bakı Nəqliyyat Agentliyinə köçürüb. Bakı Nəqliyyat Agentliyi də özbaşına olaraq belə qərar qəbul edib ki, bu pulun hamısı BakuBus-a verilməlidir. Bütün vəsait BakuBus-a verilib. Məqsəd nədir, onların burada nə marağı olub və s. bu kimi məsələlər araşdırılmalı və müəyyən edilməlidir ki, niyə BakuBus-a köçürülüb. Axı sənəddə qeyd edilməyib ki, vəsaitin hamısı BakuBus-a köçürülməlidir. Həmin vəsaiti daşıyıcı şirkətlərə köçürmək lazım idi. Hamısına bərabər şəkildə verilməli idi. Hesablanmalı idi, kimin payı nə qədər idisə, köçürülməli idi. Amma BNA həmin vəsaiti BakuBus-a köçürüb. BakuBus inkişaf etməli idi, etməyib. BakuBus-ın 500-ə yaxın avtobusu qarajlarda “yatır”...

“Həm pul BakuBus-a köçürülb, həm də şirkət çökür. Əgər BakuBus 7,5 milyon aldığına rəğmən çökürsə, özəl şirkətlərin bir durumuna nəzər salın. İndi görün onlar nə vəziyyətdədirlər. Bu məsələləri düşünmək, buna uyğun addım atmaq lazımdır. Belə olmaz. Bu ögey münasibət nəyə və kimə lazımdır ki? Bakı Nəqliyyat Agentliyi BakuBus-a öz təşkilatı kimi baxır. Dövlətindir, bizimdir, əlimizə nə düşsə, yaxşısını ona verək. O biri şirkətlər özəldir, “ölsünlər, batsınlar, canları çıxsın”...

Belə yanaşma olar? Bu necə tənzimləyici quurmdur ki, öz maraqlarını güdür. Və yaxud da dövlət qurumunun maraqlarını güdür. Tənzimləyici qurum o deməkdir ki, hakim rolunu oynamalı, ədalətli yanaşmalısan.Ədalət prinsipindən çıxış etməlisən. Yoxsa 7,5 milyon manat köçür BakuBus-a ki,”get kef elə”. Bu birilərinə isə deyir ki, “gedi başınıza çarə tapın”,- deyə ekspert bildirib.

Belə... Dərindən araşdırılsa, bəlkə də BNA-nın hələ çox qanunauyğunsuz əməlləri ortaya çıxacaq. Bu gün Bakıda nəqliyyat sahəsində xaosun olması məhz bu qurumun yarıtmaz fəaliyyətinin nəticəsidir.
 

Ardını oxu...

"Diaqnostik qiymətləndirmədən və 5 ildirki məktəb direktorlarının imtahanından keçə bilməyən, bağça müdirliyindən Zərdab rayonu H.Zərdabi adına şəhər 1 saylı məktəb-liseyin direktoru təyin edilən Vüsalə Kərimova ömrünü təhsilə verən Ömər Tarverdiyevlə müqavilə bağlamır."

Bunu  açıqlamasında Azərbaycan Respublikası “Əməkdar müəllim”i Tarverdiyev Ömər Səbbət oğlu deyib. Zərdab rayonu H.Zərdabi adına şəhər 1 saylı məktəb-liseyin müəllimi Ömər Tarıverdiyev qanunsuz şəkildə 45 illik müəllim fəaliyyətinə son verildiyini bildirir.  

"H.Zərdabi adına məktəb-liseyin 100 illik tarixi vardır. Bu məktəbə respublikada tanınan “Əməkdar müəllim”lər Hacı Hüseynov, Püstə Rəhimova, Mirseyib Əhmədov kimi müəllimlər rəhbərlik etmişdir. Daha sonra həmin məktəbə Ataş Rəhimov, İsrəfil Həmidov, Elbrus İsgəndərov, Əlihəsən Kərimov kimi, nəinki Zərdab rayonunda, həmçinin respublikada tanınan adlı-sanlı rayon ictimaiyyəti içərisində hörməti olan müəllimlər rəhbərlik etmişdir. 

Təəssüf doğuran hal odur ki, bağça müdirliyindən bu cür nüfuzlu məktəbə Vüsalə Kərimova direktor gətirilmişdir. Mən “Metodist müəllim”, “Əməkdar müəllim”, “İlin ən yaxşı müəllimi” adlarını almış, yüzlərlə Fəxri Fərmanla təltif edilmiş, diaqnostik qiymətləndirmədən yüksək bal toplamış, şagirdlərinin 1-i Respublika fənn olimpiadalarında 2-ci yer tutmuş və gümüş medal almış, digərləri 3 və 4-cü yer tutmuş müəlliməm. Azərbaycan müəllimlərinin qurultayının iştirakçısı, Avropa Şurasının Təhsil Nazirliyi ilə birlikdə keçirdiyi konfrans seminarın iştirakçısı, ömrünün 45 ilini təhsilə verən müəllimə qarşı ayrıseçkilik edir. Bu isə AR Konstitusiyasının və əmək qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulmasıdır. Belə ki, Mərkəzi Aran Regional Təhsil idarəsidə təsdiq etdi ki, həqiqətəndə mənə ehtiyac olmadığını Vüsalə Kərimova deyib. Buna əsaslı sübutlarımız var", - deyə Ömər Tarverdiyev açıqlamasında qeyd edib.  

 
 
Ardını oxu...
  • Manşet / Olay
-A+

Ötən gün Masallı Vərəm Dispanserinin baş həkiminin intihara cəhd etdiyi ilə bağlı mətbuatda və sosial şəbəkələrdə xəbər yayınlanmışdı. 
Belə ki, baş həkim Mirrəhim Nəbiyevin sosial şəbəkələrdə sələmə pul götürdüyü və daha sonra ödəyə bilmədiyi üçün canına qəsd etdiyi bildirilirdi. Həmçinin qeyd olunur ki, Mirrəhim Nəbiyev borcunu ödəyə bilmədiyinə görə Spartak və Azər Nadirov qardaşları tərəfindən 1 gün girov saxlanılıb və daha sonra keçirdiyi sarsıntıdan damarlarını kəsərək intihara cəhd edib.

Asiya.az-ın əməkdaşı Masallı Vərəm Dispanserinin baş həkimi Mirrəhim Nəbiyevlə əlaqə saxlayıb, yayılan məlumatla bağlı açıqlama alıb.
Baş həkim bildirib ki, Hipoterioz xəstəliyindən əziyət çəkir. Gündəlik L-troksin dərmanı qəbul edir. Endokrinoloq tərəfindən dərman dozası qaldırıldığı üçün istifadə etdikdən sonra halı hisləşib. Əvvəlcə Masallı Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Orada ilkin yardım aldıqdan sonra Plazmaforez aparatı olmadığı üçün Bakı şəhərinə getmişdir. 

“Hazırda işdəyəm, səhhətimlə bağlı şikayətim yoxdur. Qeyd etmək istəyirəm ki, adı çəkilən şəxslərlə heç bir əlaqəm yoxdur. Haqqımda yazılanlar həqiqəti əks etdirmir” – deyə baş həkim əlavə edib.
Ardını oxu...
Gündəlik həyatda təmasda olduğumuz yeniliklərdən biri də POS (Point Of Sale) -terminallardır. POS-terminal təsərrüfat subyektlərində (obyektlərdə) ödəniş kartı ilə ödəniş etməyə imkan yaradan elektron avadanlıqdır.

Nazirlər Kabinetinin 219 nömrəli 4 oktyabr 2012-ci il tarixli qərarında qeyd olunub ki, ticarət, məişət və digər xidmətlərin göstərilməsi zamanı alıcılarla (müştərilərlə) hesablaşmaların aparılması, vergilərin və dövlət orqanları tərəfindən göstərilən işlərə (xidmətlərə) görə dövlət rüsumlarının ödənilməsi üçün təsərrüfat subyektlərdə (obyektlərdə) POS-terminalların quraşdırılması, qeydiyyatı, istifadəsi və tətbiqi ilə bağlı digər məsələlər “Azərbaycan Respublikasınn ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları” ilə tənzimlənir. Qərara əsasən, POS-terminalların tətbiqi nəzərdə tutulan təsərrüfat subyektləri sırasında yanacaqdoldurma məntəqələri də vardır.

POS-terminalların quraşdırılmaması təsərrüfat subyektlərini (obyektləri) Qanunla nəzərdə tutulmuş məsuliyyətə cəlb edə bilər. 1 yanvar 2020-ci il tarixdən POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS terminalların quraşdırılmamasına və POS-terminal quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat; təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat; təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə isə 6000 manat maliyyə sanksiyaları tətbiq oluna bilər.
POS-terminalların tətbiqi nəzərdə tutulan təsərrüfat subyektləri sırasında yanacaqdoldurma məntəqələri (bundan sonra YDM – red.) də vardır.
Beyləqanda əksər yanacaqdoldurma məntəqələrinin əksəriyyətində POS-terminallar quraşdırılmayıb. Məsələn, “RTS” qəsəbəsində fəaliyyət göstərən, Rəhman adlı sahibkara məxsus YDM-də ciddi qanun pozuntuları baş verir. Vergi qanunvericiliyinin tələbləri pozulmaqla, nağdsız hesablaşmaya şərait yaradılmayıb. Həmçinin kassa nəzarət aparatları da yalnız formal olaraq mövcuddur. Müştəri təkid etməsə, aldığı yanacağa görə ona ödədiyi pulun qəbzi verilmir. YDM-in işçiləri (operatorlar) yalnız rayonda qanunpərəst, “demaqoq adam” kimi tanınan şəxslərə, tanımadıqları müştərilər sırasından isə ziyalı görkəmli, qalstuklu adamlara qəbz təklif olunur və məbləğ kassa aparatına daxil edilir. Bu isə əlbəttə ki, vergidən yayınmağa hesablanmışdır.
Burada başqa bir məsələ də ortaya çıxır ki, YDM mədaxil etdiyi benzini tam olaraq necə silir? Deməli, mədaxil qaimə-fakturalarındakı rəqəmlər də həqiqəti əks etdirməməli, başqa sözlə, YDM-ə alınan benzinin bir hissəsi oğurluq olmalıdır. Bütün bunlar yalnız köklü kameral yoxlama əsasında dəqiqləşdirilə bilər.
Yeri gəlmişkən, Beyləqan rayonunun mərkəzindəki YDM-lər Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə çox yaxın məsafədə yerləşir. Bəzilərinin, eləcə də “Rəhmanın zapravkası” kimi tanınan YDM-nin fəaliyyətindəki qanunsuzluqları hətta İdarənin küçəyə baxan pəncərələrindən də müşahidə etmək olar.
Söz yox, kimsə bu məsələ ilə əlaqədar vergi orqanına müraciət edərsə, ona formal cavab da veriləcək, bəlkə də nə vaxtsa hansısa YDM-in kiçik həcmdə cərimələndiyi də xatırlanacaq. Ancaq həmin tədbirlər rayon YDM-lərindəki vergidən yayınmanın gerçək miqyasını əks etdirməyəcək. Real müşahidələr aparılsa, məlum olar ki, Beyləqandakı YDM-lərdə gündəlik satılan yanacağın dövriyyəsi 3-4 min manat civarında olur. Bu da illik 200000 (iki yüz min) manat həddini aşır. İllik dövriyyəsi həmin həddən yuxarı olan subyektlərə isə sadələşdirilmiş vergi tətbiq oluna bilməz.
Ümumiyyətlə, şübhələnməyə əsas var ki, Beyləqanda istənilən obyekt sahibi dövriyyəsindən asılı olmayaraq yerli vergi orqanı əməkdaşları ilə “dil tapa”, anlaşa bilirlər.
Odur ki, qərara gəldik ki, müşahidələrimizi detallı şəkildə Azərbaycan Respublikasının İqtisadiyyat Naziri Mikayıl Cabbarov və Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli cənabları ilə bölüşək. Və ümid edirik ki, DVX tərəfindən “Rəhmanın zapravkası” kimi tanınan yanacaqdoldurma məntəqəsi ilə yanaşı, həmçinin də Beyləqan rayonu ərazisində fəaliyyət göstərən ayrı-ayrı yanacaqdoldurma məntəqələrində köklü kameral yoxlamalar aparacaq və mövcud vergi pozuntularına görə sanksiya tətbiq edəcəkdir.
Ardını oxu...
Yeri gəlmişkən ədalət naminə onu da qeyd edək ki, əldə etdiyiniz məlumatlarda vergi orqanı əməkdaşları tərəfindən “Rəhmanın zapravkası” na POS terminal quraşdırılması tələb olunub, lakin obyekt sahibi bundan imtina edib. Bu isə POS terminaldan yayınamaq deməkdir ki, buna görə də yuxarıda qeyd etdiyimiz kimi sanksiya tətbiq olunur. İndi 8 Ərazi Vergi İdarəsi rəsmi mövqe bildirsin ki, adı qeyd olunan yanacaqdoldurma məntəqəsinə təkcə POS terminaldan imtinaya görə bir dəfədə olsun ki, sanksiya tətbiq edib. Maraqlıdır, vergi orqanı bu qədərmi bir sahibkarın qabağında boynu bükük və acizdir ki, açiq aşkar vergi pozuntusunu görə, bilə və sanksiya tətbiq etməyə.

İnanırıq ki, bu yazımızdan dərhal sonra yuxarıda oturan səlahiyyətli nüfuz sahibləri qeyd etdiyimiz vergi pozuntuları ilə yanaşı, həm də adı keçən yanacaqdoldurma məntəqəsinə hər ay nə qədər yanacaq daxil olduğu (qaimə-fakturasını) və ay ərzində nəqədər yanacaq satıldığına dair vergi hesablaşmalarının necə və hansı formada həyata keçırilməsi istiqamətində də operativ vergi yoxlamalaı həyata keçirəcək.

Mövzuya qayıdacağıq.

RealMedia.az
 
 
 

Ardını oxu...
“SOCAR-ın Neft-qaz elmi-tədqiqat layihə İnstitutunun əməkdaşlarına test və attestasiyadan keçməklə bağlı xəbərdarlıq olub. Nəticədən asılı olaraq ixtisarlar mümkündür. Amma institut ailə podratına çevrilib, qohum və tanışların da attestasiyaya cəlb olunub-olunmayacağı bəlli deyil”.

DİA.AZ xəbər verir ki, bunu Meydan TV-yə Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı bildirib.

İstitutun direktoru Fəxrəddin İsmayılov, baş mühəndisi Fazil Həsənovdur. İnstitutun adının açıqlanmasını istəməyən əməkdaşları Meydan TV-yə deyib ki, bu qurumda az qala hər kəs bir-biri ilə qohumdur.

“Baş mühəndis Fazil Həsənovun oğlu, qızı və gəlini orada çalışır. Geofizika və Geologiya Departamentinin rəisi Şəkərovun isə həyat yoldaşı və oğlu, eləcə də institutun direktoru Fəxrəddin İsmayılovun katibəsinin oğlu və qızı da institutda işləyir”, – mənbə deyib.

Mirvari Qəhrəmanlının sözlərinə görə də, bu müəssisədə rəhbərliyin ailə üzvüləri, yaxınları çalışırlar:

“Amma “Qazın yoxlanması və analizi” laboratoriyasının regionlardakı laboratoriyaları ləğv olunanda işçiləri xadimə götürdülər. Həmin işçilər arasında ali təhsillilər də vardı, dedilər ştat yoxdur”.

Təşkilat sədri qeyd edib ki, bu yaxınlarda əməkhaqqı ilə gündəmə gələn “Azərbaycan Neft Təsərrüfatı” jurnalının 8147 manat maaş alan baş redaktorunun qaynı qızı da bu institutda məsul katibdir. Baş redaktorun müavininin həyat yoldaşı böyük elmi redaktordur. İqtisadiyyat və uçot İdarəsinin rəisi Vüqar Şərifovun əmisi qızı həm şöbə rəisi, həm baş mühasib vəzifəsində çalışır.

Mirvari Qəhrəmanlı əlavə edib ki, SOCAR-da baş verənləri – işçilərin daşınması, nəqliyyat, qidalanma problemləri, qəza və ixtisarlar, attestasiya, eləcə də şikayətlərlə bağlı yazdıqlarına görə ona təzyiqlər başlanılıb. Haqqında heç bir fakta əsaslanmayan məlumatlar yayılır, “Facebook” sosial şəbəkəsində səhifə açılaraq şantaj edilir, eləcə də şifahi xəbərdarlıq alıb.

Ardını oxu...
DİA.AZ: - Kənd Təsərrüfatı Nazirliyində açıq-aşkar düövlət büdcəsinin qarəti prosesi müşahdiə olunmaqdadır. Bu barədə DİA.AZ-ın əldə etdiyi bilgilərdən aydın olur ki, dövlət büdcəsinin talanı prosesi artıq KTN rəsmiləri üçün o qədər adiləşib ki, hətta nazirliyin rəhbər qurumlarında təmsil olunanlarla bu QARƏTDƏ rəsmi iştiraklarını gislətməyi və yaxud da ört-basdır etməyi belə ağıllarından keçirmirlər.

DİA.AZ-a verilən məlumata görə, sözügedən nazirliyin Mərkəzi Aparatının Elektron kənd təsərrüfatının tətbiqi şöbəsinin müdiri Hüseynov Anar Maşallah oğlunun adına Kənd Təsərrüfatı Nazirliyinin internet saytında olan SUVARMA QRAFİKİ bölməsində 3605 hektar müxtəlif əkinlər üçün suvarma növbəsi qeyd edilib.

Məlumat təqdim edən mənbə bildirir ki, Azərbaycanda hər hektar əkin üçün subsidiyanın baza məbləği 200 manatdır:

"Bu hesabla, Anar Hüseynovun əgər doğrudan da 3605 hektar əkin sahəsi varsa, belə çıxır ki, o, dövlətdən özünə təkcə suvarma subsidiyası kimi 721 min manat pul ayırıb".

Bu hələ hamısı deyil. Qeyd edək ki, DİA.AZ-a KTN-dəki yeyinti ilə bağlı ilginc faktlar təqdim olunub. Bu barədə geniş materialımızı təqdim edəcəyik.

Məsələ ilə əlaqədar bütün aidiyyatı qurum və şəxslərin mövqelərini dia.az olaraq işıqlandırmağa hazırıq...

Ardını oxu...
Ermənistanın Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır.

Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətmişdir.

Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olmuş, yüz nəfərdən artıq hərbi qulluqçumuz itkin düşmüş, min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirmişdir. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmuşdur.

Beləliklə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.

Artıq 2 ildir ki, hər il sentyabrın 27-si ölkəmizdə Anım günü kimi qeyd olunur.

Ölkəmizin hər yerində Anım günü çox yüksək səviyyə də qeyd olunduğu bir gündə Goranboy rayonu Mədəniyyət Mərkəzində üç rəngli bayrağımız açıq-aşkar ayaqlar altına atılıb.

Ardını oxu...

Goranboy rayonundan bu gün göndərilən foto da açıq şəkil də üç rəngli bayrağıımızın bir hissəsini Mədəniyyət Mərkəzinin pilləkənlərində ayaqlar altına sərildiyi görsənir.

Ardını oxu...

Belə çıxır ki, Goranboy rayonunda dövlət atributlarına qarşı laqeyidlik var.

Sual yaranır ki, Goranboy rayon icra hakimiyyəti niyə bu cür özbaşınalığa göz yumur? Bu cür hallar qanunla ən böyük cinayət sayılır. Çox güman ki, Goranboy icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev başda olmaqla, bir çoxunun cinayət məsuliyyətindən xəbərləri yoxdur.

Bayrağımıza qarşı hörmətsizlik edənlər anlamalıdır ki, Dövlət rəmzi olan bayrağın əski parçası kimi istifadə edilməsi hər bir vətəndaşın şərəf və ləyaqətinə toxunan bir məsələdir. 

Goranboy mədəniyyət mərkəzi, Mədəniyyət Nazirliyinin Gəncə regional Mədəniyyət İdarəsinin tabeçiliyinə verilib. Gəncə regional mədəniyyət idarəsinin rəisi Vasif Cənnətovdur.

Ardını oxu...

Sakinlərin verdiyi məlumata görə, Vasif Cənnətov mədəniyyət sahəsi baxımından, bölgə də heç bir iş görmür, öz işinə çox məsuliyyətsiz şəkildə yanaşır. Qəbuluna düşmək belə müşkil məsələyə çevrilib.

Qarşı tərəfin mövqe haqqını tanıyırıq.

Xəbəral.az

Ardını oxu...
Teref.az olaraq poçtumuza daxil olmuş şikayət məktubunu təqdim edirik:
Göyçay rayonu Qaraməryəm kənd sakini Babayev Arzu Vidadi oğlu tərəfindən

ŞİKAYƏT

Göyçay Xəstəxanasının Polikilinika şöbəsinin müdiri Arzu Burcalıyev daha bir qanunsuz "Uğura" imza ataraq polikilinika şöbəsinin tabeliyində “SS-Butik” geyim mağazası açaraq həmin obyektdə xadimə vəzifəsindən qeydiyyat bölməsinin müdiri vəzifəsinə təyin etdirdiyi Səidə xanımı rəhbər təyin etmişdir.Belə ki, Arzu Burcalıyev rəhbərlik etdiyi Polikilinikaya bitişik olan,dövlət torpağnı qanunsuz olaraq zəbt etmiş,yanğın təhlükəsizliyi qaydalarına və rayonun memarlıq üslubunun pozulmasına,eləcə də insanların və avtomobillərin normal hərəkətinə maneə olan yerdə və göstərilən qaydalara riayət etmədən sözü gedən obyekti inşa etdirmişdir.Bu həmin Arzu Burcalıyevdir ki,rayonda hərbi xidmətdən ruhi əsəb xəstəsi kimi yayınanlara, eləcə də gözdən əlillərə sağlamlıq sənədi satmaqla məşhurlaşıb.Eyni zamanda Arzu Burcalıyev özünün həyat yoldaşını sənəd üzərində ankoloji xəstə edərək 10 ildən artıqdır ki, ikinci qrup əlillik dərəcəsi təyin etdirərək dövlət büdcəsindən oğurluq edir.Həmin “SS-Butik” geyim evinin işıq xətti Polikilinikadan götürülmüş, işıq pulunu da dövlətə ödətdirmişdir.
Polikilinikanın baş həkimi Arzu Burcaliyevin bu korrupsiya əməllərinin araşdırlaraq ciddi tədbirlər görülməsinə zərurət var.

 
 
 
Ardını oxu...
 
 

 
Ağcabədi rayonu, Boyat kəndində yerləşən uşaq musiqi məktəbində özbaşınalıq var. DİA.AZ bildirir ki, bu barədə sözügedən məktəbdə xadimə işləyən Qarayeva Sücayət Salam qızı giley edir.

 

30 ildən artıqdır ki, Boyat kəndindəki məktəbdə xadimə işlədiyini bildirən və 140 manat maaş aldığını bildirən narazı vətəndaş qeyd edir ki, onun başqa gəlir yeri olmasa da, məktəbin direktoru onu işdən çıxarıb.

Narazı vətəndaş Prezidentə xitab edərək kömək istəyir.

Daha ətraflı aşağıdakı videoda:

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

 

XalqXeber.Az

Ardını oxu...
Azərbaycanda ölkə rəhbərliyinin qətiyyəti hesabına aparılan korrupsiyaya qarşı mübarizə tədbirləri son illər dövlətimizin talanaraq mənimsənilmiş xeyli vəsaitinin yenidən büdcəyə qaytarılmasına səbəb olub. Talan faktlarının üzə çıxarılması işinə KİV də öz əhəmiyyətli töhfələrini verib. “Dəryaz” qəzeti də bu mənada istisna deyil və jurnalist kollektivimiz qanunsuzluqların bütün növ təzahürləri ilə mübarizə işində hökumətə etibarlı tərəf müqabili kimi çıxış edir, gərəkən informasiya dəstəyi verir.

Dəryaz qəzetinin redaksiyasına daxil olmuş məlumata görə, dövlət qulluğunda “fərqlənmiş” auditor Firsənd Qurbanov 1998-ci ildə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Səbail rayon Maliyyə idarəsinin rəisi vəzifəsində işlədiyi vaxt Maliyyə Nazirliyində idarə rəisi olan tələbəlik dostu Səlim Müslümovun instruktajı ilə 157 milyard pulu (indiki nominalla 5 milyon manatdan çox) Badamdar qəsəbəsinin abadlaşdırılrması təyinatı ilə tikinti materialları alınması adı ilə Səbail RİH-nin Badamdar qəsəbə nümayəndəliyinin hesabına köçürdərək sonradan nağdalaşdırıb, o vaxt Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığının Baş direktoru işləyən tələbəlik dostu Heydər Əsədovla birləşərək mənimsəyib. Həmin vaxt qalmaqallı korrupsiya araşdırması getsə də, hətta H.Əsədov dindirilməyə cəlb olunsa da, sonradan sərbəst buraxıldı. Necə oldusa, hamısı məsuliyyətə cəlb olunmaq əvəzinə irəli çəkildilər: H.Əsədov Maliyyə nazirinin müavini — maliyyə-uçot idarəsinin rəisi vəzifəsinə, sonradan Hesablama Palatasına sədr, Firsənd Qurbanov isə Hesablama Palatasında Təhsil, elm, səhiyyə və mədəniyyət xərclərinə nəzarət şöbəsinin müdiri vəzifəsinə getdi. Hazırda isə Maliyyə Nazirliyində sənayenin maliyyələşdirilməsi şöbəsinin rəisidir. Bir sözlə, bircə Səlim Müslümov istisna olmaqla, digər adları çəkilən iki iqtisadçı alimin bəxti yeyin oldu.

İnanırıq ki, Firsənd Qurbanovun Səbail rayon Maliyyə İdarəsinin rəisi olduğu dövrdə Badamdar qəsəbəsinin abadlaşdırılmasına yönəlik xərclərin təyinatı üzrə xərclənib-xərclənmədiyinin yenidən yoxlanılarsa, ortaya büdcə vəsaitlərinin ciddi mənimsənilməsi faktları çıxacaq. Adları çəkilən şəxslərin təqsiri sübuta yetirilərsə, vurduqları ziyanı ödəmələri üçün hər cür imkanları – çoxsaylı villa və mənzilləri, bahalı avtomobilləri, gəlirli obyektləri vardır.

Qarşı tərəf kimi mövqeyini öyrənmək üçün Firsənd Qurbanova zəng etdikdə o, əvvəlcə koronavirusa yoluxduğunu bildirsə də, ertəsi gün telefon danışığımızda artıq sağaldığını dedi, lakin suallarınmızı Maliyyə Nazirliyinin mətbuat xidmətinə ünvanlamağımızı məsləhət gördü. O,bildirdi ki, «məsələ ilə əlaqədar Nazirliyin mətbuat xidmətinin rəisi Mais Piriyevə zeng edin Xahis edirəm məni narahat etməyin Tel 4044787 is»

Növbəti addımımızla Maliyyə Nazirliyinə və Dövlət Dəniz Akademiyasının rektoru Heydər Əsədova sorğu məktubları göndərdik. Təəssüf ki, adresatların cavabları hələ də ləngiyir.

Firsənd müəllimin qeyd etdiyi nazirliyin 012 4044787 nömrəsinə etdiyimiz zəngə isə cavab verən olmadı.

Mövzunu davam etdirəcəyik.

Deryaz.az

Dünyapress TV

Xəbər lenti