Ardını oxu...
Tibbi sığortadan kimlər, necə faydalanır? Vətəndaşlar pulsuz xidmət, məmurlarsa korrupsiya imkanı əldə edib.

Toplum TV-nin araşdırması göstərir ki, bəzi hallarda tibb müəssisələri göstərilməyən tibbi xidmətləri də rəsmiləşdirirmiş.

Prezidentin tərif etdiyi tibbi sığorta sistemindən Bakı sakini Sevda Əliyeva heç vaxt istifadə etməyib.

Deyir ki, dövlət xəstəxanalarına etibarı yoxdur deyə, bütün tibbi xidmətləri özəl müəssisələrdən almağa üstünlük verir. Amma bu yaxınlarda sürprizlə qarşılaşıb.

Elektron hökumət sistemində onun dövlət xəstəxanalarında aldığı xidmətlər haqqında qeydlər var.

İcbari tibbi sığorta sistemi belə qurulub ki, tibb müəssisələri və həkimlər də xidmət göstərdiyi hər bir xəstəyə görə məvacib alır. Sevda Əliyevaya göstərilməyən xidmət üçün də dövlət pul ayırıb, amma vətəndaş xidməti görməyib.

Həkim ekspert Aydın Əliyev deyir ki, belə hallar tək-tük deyil: "Mütəmadi halda insanların belə şikayətlərinin olması göstərir ki, sistemin problemləri var. Düzdür, təzədir. Amma İcbari Tibbi Sığorta şəffaf olmalıdır. İndiyədək heç bir hesabatları olmayıb. Tibbi idarə edən qurumlar şəffaf deyil. Bu problemlərin aradan qaldırılması üçün yetəri addım atılmır".

Qaradağ rayon sakini Sübhan Bəşirlini də 23 saylı Birləşmiş Şəhər Xəstəxanasında icbari tibbi sığorta çərçivəsində müayinə ediblər. Daha doğrusu, etməyiblər. Amma bu barədə qeydi özünün də xəbəri olmadan sistemə əlavə ediblər.

Toplum TV-yə danışan Sübhan Bəşirli bildirir ki, göstərilən tarixdə o heç ölkədə də olmayıb.

"Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin icraçı direktoru Əliməmməd Nuriyev sadalanan faktlarla bağlı bir neçə hüquqpozma halı olduğunu deyir.

Elektron kabinetdə Sübhan Bəşirlini müayinə edən həkim kimi göstərilən Vüqar Feyziyev söyləyir ki, belə bir xəstəni heç vaxt görməyib.

İcbari Tibbi Sığorta Agentliyi deyir ki, pripiskadan xəbərləri yoxdur. Məsələni araşdıracaqlarını da vəd edirlər. Bəs siz necə, elektron kabinetinizi yoxlamısınızmı?

Bəlkə, yeni xəstəliyiniz var, xəbəriniz yoxdur?

 
Ardını oxu...
Nəzərinizə çatdıraq ki, bir müddət başsız qalan Göygöl Rayon İcra Hakimiyyəti, başsız qaldığı müddətlərdə belə şaiyyələrin yaranması təsadüf olardı. Söhbətin nədən getməsi haqqında açıqlama gətirək.

Belə ki, adıçəkilən Göygöl rayon İcra Hakimiyyətinin başcısı haqqında sosial şəbəkələrdə, və Hürriyyət.az-ın elektron poçtuna daxil olan məlumatlara görə, İcra başcısı Maliyyə Nazirliyinin Göygöl rayon şöbəsidə ciddi maliyyə pozuntularına yol verilməsi haqqında ilkin məlumatlar vardır.

Qeyd olunan rayonun maliyyə şöbəsinin əməkdaşının bildirdiyinə görə İcra başcısı tərəfindən, maliyyə şöbəsinin müdirindən tələb edərək, rayonun Kommunal şöbəsindən, Meliorasiya və su Təsərrüfatı iadarəsindən, Rayonun kənd icra nümayəndələrinə, Yol İdarəsinə (rayonun asfalt çəkilişinə) pul ayrılması və sonradan ayrılan pulları əldə etmək, maliyyə silinməsi haqqında məlumatlar verilibdir.

Ardını oxu...

Xatırladaq ki, bir neçə il bundan öncə həbs olunan İcra Hakimiyyətlərinin başcısı belə hallara gobud yol verdiklərinə görə, azadlıqdan məhrum olunublar. Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiaham olunurlar. Digər əldə etdiyimiz məlumatlara görə Göygöl rayon Bələdiyyə şöbəsində rayon ərazisinə və rayonun kəndlərinə məxsus olan torpaqların satışına Bələdiyyə müdiri dolayı yolla çıxarışlar edərək qanun pozuntusu edir. Bununlada imkanlı şəxslərə bələdiyyə şöbəsinə aid olan pay torpaqları müəyyən yolla rəsmləşdirir.

Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti, Baş Prokurorluq, Maliyyə Nazirliyi bu halın Göygöl rayonunda araşdırılmasına başlaması həqiqətləri üzə çıxardar.

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

Mövzuya qayıdacayıq. 
//Hürriyyət.az//

Ardını oxu...

“Dövlət Sosial Müdafiə Fondu bankla əlbir olub anamın dəfn pulunu kredit borcuna yönəldib”. Belə bir iddia ilə Biləsuvar rayon sakini mərhum Elmira Abbasovanın oğlu Faiq Əsgərov çıxış edib.
Faiq bildirib ki, anası Elmira Abbasova oktyabrın 24-də vəfat edib. O, noyabrın birində DSMF-nun Biləsuvar rayon şöbəsinə anasının ölümü haqqında şahadətnamə təqdim edib.

Faiqin bildirdiyinə görə yerli şöbədən ona deyiblər ki, 720 manat məbləğində olan dəfn pulu sizə poçt vasitəsi ilə ödəniləcək:

“Pulu gecikdirdikləri üçün "142 Qaynar xətti"nə zəng etdim. Mənə bildiriblər ki, adıma cəmi 166 manat pul ayrılıb. Araşdırma zamanı məlum olub ki, 554 manat pul pensiya şəkilində anamın vəfatından 20 gün sonra, yəni noyabrın 14-də pensiya kartına köçürülüb. Bu ödəniş də bank tərəfindən mərhumun kredit borcuna tutulub”.

İndi Faiq Əsgərov da iddia edir ki, dəfn mərasimini maliyyələşdirmək üçün ayrılan vəsait vərəsə kimi mənim adıma poçt şöbəsi vasitəsi ilə ödənilməli idi:

“Necə ola bilər ki, mənim adıma köçməli olan pul mənim razılığım olmadan bankın borcuna yönəldilsin?”

Məsələ ilə bağlı Bilasuvar rayonu DSMF-na müraciət etdik. İdarədən bildirildi ki, tərəfimizdən vətəndaşların hesabına köçürülən vəsaitlərdə Fond tərəfindən hər hansı tutulmalar aparılmır:

“Mərhum Elmira Abbasovanın əmək pensiyasından DSMF tərəfindən heç bir tutulma aparılmayıb. Onun 2022-ci ilin noyabr ayı üzrə əmək pensiyası tam məbləğdə köçürülüb. Eyni zamanda, Elmira Abbasovanın vəfatı ilə bağlı dəfn xərci olaraq ayrılmış vəsait də onun vərəsəsi olan oğlunun hesabına tam məbləğdə köçürülüb. Hesabına köçürülmüş vəsaitdən tutulma ilə bağlı vətəndaş müvafiq banka müraciət etməsi tövsiyə olunur”.

Əslində proses necə olmalıdır? Bunun hüquqi izahı nədir? Bu barədə və məsələnin həlli istiqamətləri haqqında növbəti yazımızda danışacağıq.
 
 
Ardını oxu...
Sumqayıt Dövlət Universiteti “Sumqayıt Dövlət Universitetinin 60 illik yubileyi ilə əlaqədar keçiriləcək konfrans xərclərinin satın alınması” lotu üzrə sifarişçi olduğu satınalmaya noyabr ayının 22-də yekun vurub.

TEREF.AZ xəbər verir ki, bu tenderin məbləği 95.303 manat, qalibi isə “FAMİLY 22 FN” Məhdud Məsuliyyətli Cəmiyyəti elan edilib.
Sumqayıt Dövlət Universiteti 95 min manatı NƏYƏ XƏRCLƏNİB?


Sumqayıt Dövlət Universiteti “Sumqayıt Dövlət Universitetinin 60 illik yubileyi ilə əlaqədar keçiriləcək konfrans xərclərinin satın alınması” lotu üzrə 2022-ci ilin noyabr ayının 22-də yekun vurduğu 95.303 manat dəyəri olan tenderdə qalib elan edilən “FAMİLY 22 FN” MMC tenderdən bir ay əvvəl 2022-ci ilin oktyabr ayının 4-də dövlət qeydiyyatından keçib.

“FAMİLY 22 FN” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi Baş küçəsi ev 2, mənzil 19 ünvanıdır.

Ardını oxu...
MMC-nin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Abdinova Nərgiz İbad qızıdır.

“FAMİLY 22 FN” MMC-nin fəaliyyət profili, müvafiq lisenziyaları barədə internet resurslarında heç bir məlumata rast gəlinmir.

“Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 6.2.1 bəndində malgöndərən-podratçı təşkilatların satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığının olmasının vacibliyi qeyd edilir.

Dövlət başçısının çıxışından nümunə götürə bilməyən Universitet

Prezident İlham Əliyev cənabları Nazirlər Kabinetinin iclaslarında və digər çıxışlarında dəfələrlə dövlət qurumlarının israfçılığa yol vermələri, büdcə vəsaitlərini səmərəsiz xərclədiklərini vurğulayıb.

Prezident 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində olan müşavirədə dövlət təşkilatlarının bəzi hallarda xərcləri şişirtdiklərini qeyd edərək İqtisadiyyat və Maliyyə nazirlərinə bu sahədə ciddi nəzarət mexanizminin tətbiq olunmasını bildirdi.

Lakin belə görünür ki, dövlət başçısının çıxışının mahiyyətini dərk edə bilməyən, dünyanın və regionun iqtisadi böhranda boğulduğu bir zamanda hələ də büdcə vəsaitlərini səmərəsiz işlərə xərcləyən büdcə maliyyəli təşkilatlar var.

Sifarişçi olduğu tenderin predmetlərinə diqqət etdikdə əminliklə demək olar ki, Prezidentin çıxışının ziddinə gedən, büdcə vəsaitlərini havaya sovuran təşkilatlardan biri də Sumqayıt Dövlət Universitetidir.

95.303 manat nəyə xərclənib?

SDU-nun sözügedən tenderinin predmetlərinə görə qalib elan edilən “FAMİLY 22 FN” MMC 500 ədəd SDU loqolu dəri bloknot almalıdır.

Müasir dünyanın inkişaf etmiş ölkələrində, cəmiyyətlərində insanların dəri məhsullarından bütünlüklə imtina etdiyi bir zamanda kollektivinin böyük əksəriyyəti ali savadlı olan, cəmiyyətimizə savadlı kadrlar yetişdirən, övladlarımıza təhsil verən bir ali təhsil ocağı yubileyində dəridən 500 bloknot alınması üçün büdcədən pul xərcləyir.

Tender müqaviləsinin digər predmeti daha biabırçıdır: 500 ədəd SDU loqolu yaxa sancağı tökmə qəlib 1 rəng qutulu. Hər hansı Avropa ölkəsində ali təhsil müəssisəsinin tökmə qəlibli yaxa sancağına büdcədən pul xərcləməsini də təsəvvür edə bilirsinizmi?

Əgər Avropada hansısa universitet belə bir iş görsəydi, cəmiyyətin reaksiyasını hər kəs görərdi.

SDU-nun məlum tenderində daha bir absurd məqam isə 500 ədəd dəvətnamənin alınmasıdır.

Texnologiyanın inkişaf etdiyi, videokonfransların geniş yayıldığı, əlaqə saxlamaq üçün çoxsaylı internet vasitələrinin olduğu bir dövrdə hələ də 60 illik tədbiri üçün 500 ədəd dəvətnamənin alınması absurd olduğu qədər, həm də büdcədən vəsait xərcləmək bəhanədir…

Tender müqaviləsinin predmetlərindən biri də tədbir üçün 500 ədəd SDU loqolu brelokun alınmasıdır. Bundan başqa, gülüş doğuran digər məqam isə SDU-nun büdcədən 95.303 manat xərclədiyi tenderdə “Konfrans materiallarının nəşri”ni 300 sayda sifariş etməsidir.

Ali təhsil müəssisəsi dövlətin büdcəsi hesabına 500 brelok alır, amma 300 jurnal nəşr etdirir. Bu da kitaba, jurnala, elə həmin ali məktəbdə elm və təhsilə verilən qiymətin təzahürüdür.


Xatırladaq ki, Sumqayıt Dövlət Universitetinin rektoru, professor Elxan Hüseynovdur.

E.Hüseynov 2017-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib.Qlobal.az
 
Ardını oxu...
Şamaxıda 7-ci sinif şagirdini döydüyü idda edilən tarix müəllimi Təranə Əsgərova hadisə barədə danışıb.

Xezerxeber.az-ın məlumatına görə, şagirdi döydüyü iddia edilən müəllimə Təranə Əsgərova isə deyilənlərin yalan olduğunu bildirib.

O, şagirdinə qarşı şiddət göstərmədiyini dilə gətirib.

Məktəbli isə iddia edib ki, tənəffüs zamanı sinif yoldaşı ilə birlikdə sinifdəki şkafa girdiyinə görə döyülüb.

Hadisədən xəbər tutan şagirdin anası məktəbə gedib. Valideyn müəllimin üzr istəməsini tələb edib. İddia edilir ki, direktor otağında valideynlə müəllim arasında mübahisə yaşanıb.

Məsələylə bağlı Dağlıq Şirvan Regional Təhsil İdarəsi münasibət bildirib.

Bildirilib ki, təhsil ocağında baş verdiyi iddia edilən xoşagəlməz hadisənin təfərrüatlarına aydınlıq gətirildikdən sonra məsləyə hüquqi qiymət veriləcək.

Daha ətraflı süjetdə:

 
Ardını oxu...
55 yaşlı Validə Tanrıverdiyeva 10 ildir ki, xərçəng xəstəliyindən əziyyət çəkir. O deyir ki, 2013-cü ildən Milli Onkologiya Mərkəzində qeydiyyatdadır, ancaq müalicə qiymətləri "əl yandırır".

Onun sözlərinə görə, mərkəz dövlət müəssisəsi olsa da, bütün xidmətlər pulludur:

“Təsəvvür eləyin, bir dəfə qan analizinə görə məndən 84 manat pul istəmişdilər. Orada xəstələrlə söhbət edirsən, hərəsinə bir qiymət deyirlər. Ürəyin exo-kordioqraması nədir ki? Bir dəqiqəlik olan işdir. Tibb bacısı məndən ona görə 50 manat pul istədi, həkim də dedi ki, o təkrar gəlib, 25 versin, bəsdir. Dedim nə danışırsınız? 50 nədir, 25 nədir? Bura dövlət xəstəxanasıdır. Elə bil ora bazardır, hamı çalışır qiyməti bir az aşağı salsın, amma əksəriyyəti də elə deyilən pulu verir” .

Pulsuz müalicə almaq üçün əli hər yerdən üzülən Validə xanım Prezident Administrasiyasına da müraciət edib. Amma ona kömək göstərilməyib:

"Mənə hormonlarla bağlı 4 iynə yazıblar, biri 4 mindir. İynələr 16 min manat edir və mənim pulum yoxdur deyə, bunları ala bilməmişəm".

Validə Tanrıverdiyeva əlində-ovcunda olan bütün pulu müalicəsinə xərcləyib, amma hələ də sağlamlığına qovuşa bilməyib:

“Axırıncı dəfə həkim dedi ki, artıq sənə bu müalicələrin heç bir təsiri yoxdur, uşaqların var, nəvən var, get ölümünü gözlə. Onkologiyanın qapısından içəri girirsiniz, orada olan kişilər, qadınlar, hamı narazıdır. Hamısının üzündə elə kədər, hüzn var ki, üzlərinə baxan kimi oxuyuram onların vəziyyətini, elə yazığım gəlir. Hamı deyir ki, burada insanları öldürməklə məşğuldurlar”.

TEREF.AZ yazır ki, abzas.org-un verdiyi xəbərə görə, 2022-ci ilin əvvəllərinə olan rəsmi rəqəmlərə görə, Azərbaycanda ümumilikdə 59 min nəfər onkoloji xəstə kimi qeydiyyatdadır. Ötən il 13 min 644 nəfərə bu diaqnoz qoyulub. Xərçəng diaqnozu qoyulan şəxslərin 53 faizi qadınlar, 47 faizi kişilərdir.

Onkoloq Nəsimi Qasımov deyir ki, yerli səhiyyə müəssisələrinə ayrılan dövlət vəsaiti artsa, həkimlər vətəndaşların ümidinə qalmaz:

“İstəyərdim ki, onkoloji xəstəliklər də dövlətin sosial sığorta zərfinə düşsün. Çünki bu xəstəliklə müalicənin ciddi maddi tərəfi var. Kimyəvi dərmanların qiymətləri manat devalvasiya edənə kimi bundan qat-qat yaxşı idi. Əgər dövlət maliyyəsi kifayət qədər yaxşı olsaydı, düşünürəm ki, bundan yaxşı işləyə bilərdik. Kütləvi profilaktiki baxışı təkmilləşdirə bilsəydik, aşkarolunma artardı və bizim də nəticələr daha yaxşı olardı”.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinə və Milli Onkologiya Mərkəzinə sorğu ilə müraciət etdik. Nazirlik bu məsələnin onların səlahiyyətinə daxil olmadığını bildirdi, Onkologiya Mərkəzi isə ümumiyyətlə sorğuya cavab vermədi.

Prezident İlham Əliyevin 2012-ci ildə təsdiqlədiyi “Gələcəyə Baxış – 2020” İnkişaf Konsepsiyasında dövlətin 2020-ci ilə kimi həyata keçirilməli olan planlarında qeyd olunurdu ki, dövlət sosial xəstəliklərə (diabet, hemofiliya, talassemiya, onkoloji xəstəliklər, immunoprofilaktika, hemodializ, vərəm, QİÇS və s.) qarşı mübarizə, əhalinin sağlamlaşdırılması üzrə profilaktik tədbirlər həyata keçiriləcək. Onkoloji xəstələrə müvafiq dərmanların pulsuz təqdim edilməsilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı da var.
 
 
 
Ardını oxu...
Sabirabad Rayon İcra Hakimiyyəti başçısının Sabirabad Şəhər Nümayəndəliyi “MM İnşaat” MMC ilə satınalma müqaviləsi imzalayıb.
TEREF.Az xəbər verir ki, maliyyə dəyəri 45 968.63 AZN təşkil edən müqavilədə Sabirabad şəhərində yaşayış binalarının əsaslı təmiri nəzərdə tutulur.İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “MM İnşaat” MMC 26 noyabr 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, ev 5D-də yerləşir. MMC-nin qanuni təmsilçisi Ağayev Mirkamal Əhməd oğludur.
Açıq mənbələrdə “MM İnşaat” MMC və Mirkamal Ağayev barəsində hər hansı məlumat yoxdur. Görünür, bu şirkətin yeni yaranması ilə bağlıdır. “Dövlət satınalmaları haqqında” Qanuna görə satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır. Bir ilin şirkəti olan, veb-səhifəsi, əlaqə nömrələrinin olmadığı, barəsində hər hansı məlumata rast gəlinmədiyi “MM İnşaat” MMC-nin bu kriteriyalara cavab verməsi bir qədər şübhəlidir.
Buna baxmayaraq, “MM İnşaat” MMC yarandığı bir il ərzində toplam maliyyə dəyəri 856 581.89 AZN təşkil edən 12 satınalma müqaviləsi imzalayıb. Bu müqavilələr Sabirabad Rayon İcra Hakimiyyəti başçısının Sabirabad Şəhər Nümayənədliyi, Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının Biləsuvar Şəhər Nümayənədliyi, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsi, Beyləqan Mənzil İstismar Sahəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Mədəniyyət Nazirliyinin Bərdə Regional Mədəniyyət İdarəsi, Lənkəran Reabilitasiya Mərkəzi, Gədəbəy Rayon Mərkəzi Xəstəxanası, Bakı Neft Energetika Kolleci, Ağsu Rayon Mərkəzi Xəstəxanası və “Azərbaycan Hava Yolları” QSC ilə bağlanıb.
Bu arada qeyd edək ki, Sabirabar Şəhər Nümayəndəliyi 2022-ci ildə abadlıq işləri ilə bağlı 970 134.71 AZN dəyərində 8 müqavilə imzalayıb.\\Qaynarinfo.az
 
Ardını oxu...
Şamaxıda müəllim şagirdi döyüb. Hadisədən xəbər tutan valideynlə müəllim arasında dava düşüb.

"DogruXeber.az" REAL TV-yə istinadən xəbər verir ki, hadisə Şamaxı şəhəri 3 saylı tam orta məktəbində qeydə alınıb. İddiaya görə, 7-ci sinif şagirdi Rəvan İsayev tarix müəllimi Təranə əsgərova tərəfindən döyülüb.

Məktəblinin sözlərinə görə, hadisə dərs saatında baş verib. Sinif yoldaşı ilə birlikdə sinif otağındakı şkafa girən Rəvan bu səbəbdən tarix müəllimi tərəfindən döyüldüyünü deyir.

Bildirilir ki, Rəvan İsayev 5 yaşında başından əməliyyat olunub. Bununla yanaşı, müəllim məktəblini sinif yoldaşlarının yanında təhqir edib.

Təranə Əsgərova isə deyilənlərin yalan olduğunu və şagirdinə qarşı şiddət göstərmədiyini bildirib.





Ardını oxu...
Bakıda evdə hamiləlik qanaxmasından vəfat edın qadının qohumları danışıblar.

Qohumların sözlərinə görə, dəfələrlə Təcili və Təxirəsalınmaz Tibbi Yardıma zəng etsələrdə onlar ünvana vaxtında çatmayıblar:

"Təcili yardıma 45 dəfə zəng vuruldu. 2 saat sonra gəldilər. Gəlirik dedilər, amma gəlmədilər”.

Daha ətraflı Baku TV-nin süjetində:

 
Ardını oxu...

Ucar rayonu Yuxarı Şilyan kənd sakini Əhmədov Beyput Abbas oğlu Qanunla.Az saytına şikayət məktubu yazaraq bildirib ki, Ucarın icra başçısı Mənsur Məmmədovun qardaşı olan Ucar rayon Suvarma Sistemləri İdarəsinin müdiri Müşfiq Məmmədovun korrupsiya əməllərinə görə biz kəndlilər əziyyət çəkirik əkinlərimiz tərg olur.
Belə ki, mən Yuxarı Şilyan kəndində bələdiyyəyə məxsus 18 hektar torpaq sahəsini uzun müddətli müqavilə əsasında icarəyə götürmüşəm.Hər il orada taxıl əkirəm.



Bu il əkin işlərindən əvvəl Ucar rayon Suvarma Sistemləri İdarəsinin müdiri Müşfiq Məmmədovun qəbulunda olub əkindən sonra su ilə təmin oluna biləcəyimi soruşdum.Müşfiq Məmmədov mənə bildirdi ki, su ilə bağlı heç bir problem yoxdur get arxayın əkin işlərini apar.Mən buna inanıb 3000 manatdan sox pul xərcləyib 18 hektar torpaq sahəmi şumlayıb taxıl əkdim.Suvarma vaxtı gələndə Müşfiq Məmmədov istədiyi artıq pulu verə bilmədiyim üçün mənə bildirdi ki, əkin suyu ilə təmin olunmaq üçün səninlə müqavilə bağlanılmalırı.Buna görə snədlərimi hazırlayıb Müşfiq Məmmədova təqdim etdikdə müqavilə bağlamaqdan qanunsuz imtina etdi.Səbəb kimi qeyd etdi ki, həmin əraziyə su getmir ona görə müqavilə bağlaya bilmərik.
Ancaq bu tam yalan və qanunsuzluqdur ki, Ucar rayon Suvarma Sistemləri İdarəsinin müdiri Müşfiq Məmmədov mənə qarşı edir.Mənim qonşu torpaq sahələrinə su bola-bol verilir.Hətda mən buna dair video çəklişdə etmişəm. Ucar rayon Suvarma Sistemləri İdarəsinin Xeybər adlı Yuxarı Şilyan kəndində olan əməkdaşı suvarma arxının qarşısını bəndləyib əlbə-əl pul verənlərin torpaq sahələrinə su verir.Mən 1 ay 18 gündür torpağımı əkmişəm hələ mənə su verilməyib ancaq 4 gün əvvəl əkin işi aparanlara su verilib.Qeyd edim ki, müqavilə əsasında suya görə vrilən pul dövlət büdcəsinə keçirilir ancaq əlbə əl verilən pul Müşfiq Məmmədovun cibinə su kimi axır.
Mən buna görə Ucar rayon İcra Hakimiyyətinin şöbə müdiri Vaqif Mehdiyevin və Dövlət Aqrar İnkişaf Mərkəzinin rhbəri Rəhman Səfərovun dəfələrlə qəbulunda olsamda heç bir tədbir görə bilməyiblər.
Çünki rayonda icra başçısı olan qardaşına güvənən Müşfiq Məmmədov Ucar rayon Suvarma Sistemləri İdarəsini öz şəxsi ofisi kimi idarə edir.Həftənin 6 gününü Bakıdakı evində olur bir gün isə yığılan pulları aparmaq üçün idarəyə gəlir.
09 dekabr 2022-ci il tarixdə Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılovun Ucar rayonunda vətəndaşların qəbulunu keçirməsi xəbərinə Ucar sakinləri çox sevinirlər.Məndə həmin qəbula yazılmışam və inanıram ki, Zaur Mikayılov işinin öhdəsindən gələ bilməyən korrupsiyaya qurşanmış Müşfiq Məmmədovun barəsində qanunu tədbirlər görəcək.
Mənim oğlum Rafiq vətən müharibəsi veteranıdır. Səfərbərliklə müharibəyə aparılan zaman icra başçısı Mənsur Məmmədovun qardaşı oğluda həmin avtobusda olub ancaq tapşırıq əsasında Yevlaxda yerə düşürdülərək evinə qaytarılıb.
Adı işdə özləri Bakı şəhərində olan çoxlu sayda işçilər var ki, aylıq müdir Müfiq Məmmədova haqq verirlər.Həttda staj xatirinə adı işdə maaş kartları Müşfiq Məmmədovun cibində olan işçilərdə çoxdur.
Qarşı tərəfin mövqeyin dərc etməyə hazırıq.
Ardını oxu...

 

 


Dünyapress TV

Xəbər lenti