Ardını oxu...
Yardımlı rayon icra hakimiyyətində xüsusi təlaş var. Sanki hansısa prosesi gözləyirlər. Bu barədə DİA.AZ-a rayondakı mənbədən informasiya daxil olub.

Xəbəri verən qaynaq iddia edir ki, rayon icra başçısı Ayaz Əsgərov kifayət qədər `etibarlı mənbə`dən əldə etdiyi informasiyaya söykənərək EHTİYAT TƏDBİRLƏRİ görməkdədir:

"Sanki onlara kimsə deyib ki, qara maskalılar Yardımlıda əməliyyat keçirəcək. Bütün rayon məmurları bu hadisə ilə bağlı ehtiyatını görür".

Xatırladaq ki, Yardımlının icrab başçısı Ayaz Əsgərovun bir qardaşı - Arif Əsgərov Nəqliyyat Naziri olmuş Ziya Məmmədova müavinlik edərkən də bir çox korrupsiya faktları ilə diqqətə gəlmişdi. Hətta onların adları yerli KİV-də bu gün də müəyyən ittihamlarda hallandırılmaqdadır. Amma buna rəğmən Arif Əsgərov toxunulmazlığını qoruya bilib. Dia.az-a danışan mənbə iddia edir ki, Ayaz Əsgərovu da Arif Əsgərovu həbsdən yayındıran dairələr qorumaqdadır. Və xəbərdarlıq da həmin ünvandan edilib...

Əlavə bilgilərimiz olacaq. İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

***

Qeyd edək ki, Əsgərov Ayaz Nəriman oğlu, 1964-cü ildə Tovuz rayonu, Qovlar qəsəbəsində anadan olmuşdur.
Ali təhsillidir. 1989-cu ildə Moskva Ət və Süd Məhsullarının Texnologiyası İnstitutunu, 2006-cı ildə isə Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirmişdir. 1989-2006-cı illərdə müxtəlif vəzifələrdə çalışmışdır.
2006-2011-ci illərdə Bakı şəhəri, Nəsimi rayonu İcra Hakimiyyəti başçısının müavini vəzifəsində, 6 oktyabr 2011-ci il tarixdən 19 may 2016-cil tarixədək Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Qazax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. 19 may 2016-cı il tarixdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 3 övladı vardır.
 
Ardını oxu...
Saxta diplomlarla vəzifələrə təyin olunan məmurların ifşası az qala hə gün davam etsə də, bu problem tam olaraq həllini tapmayıb. Əslində keçmiş Təhsil Naziri Misir Mərdanovun dövründəki özbaşınalıq və boşluq səbəbindən yaranmış saxta diplom bazarının yetərincə müştərisi var ki, bu gün ciddi vəzifələrdə belə təmsil olunurlar. Təbii ki, onların ifşası müəyyən zaman almaqdadır.

DİA.AZ bildirir ki, belə məmurlardan biri də hazırda Gəncədə ciddi vəzifə daşıyır. Bu barədə redaksiyamıza rayondan informasiya verilib. Xəbəri verən qaynaq iddia edir ki, “Gəncə Su-kanal” Törəmə Səhmdar Cəmiyyətinə rəisi vəzifəsini tutan Şöhrəddin Verdiyevin diplomu saxtadır.

Qeyd edək ki, Şöhrəddin Verdiyev bu vəzifəyə 2019-cu ildə təyin olunub və bu işdə Gəncənin RİH rəhbəri Niyazi Bayramovun iştirak payınının yetərincə olduğu da deyilir. Mənbənin dia.az-a söylədikləri:

"Elə buna görədir ki, bu gün Şöhrəddin Verdiyev saxta diplomla ciddi postu tutur. Əgər müvafiq dövlət qurumları bu faktı araşdırsalar, əmin ola bilərlər..."

İddia olunanlarla bağlı Teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
Naxçıvan Diaqnostika Mərkəzinin ucuz qiymətə Nəqşicahan Med MMC-yə satıldığı bildirilir.

Bu haqda "Gündəlik Naxçıvan"a mərkəzdə çalışan əməkdaşlar məlumat verib. Onların sözlərinə görə, artıq bir neçə gündür ki, gizli şəkildə aparılan təhvil-təslim işləri başa çatıb.

Diaqnostika mərkəzini alan Nəqşicahan Med MMC-nin yerli hakim ailə Talıbovların nəzarətində olduğu bildirilir. MMC-nin Naxçıvanda əsasən dərman monopoliyasına nəzarət etdiyi haqda iddialar var.

Təhlükəsizliyi baxımından adının çəkilməsini istəməyən əməkdaşlardan birinin dediyinə görə, on milyonlarla dəyəri olan mərkəz, Nəqşicahan Med-ə cəmi yüz min manata satılıb:

"Hər kəsə qəti tapşırılıb ki, əldəyişmə haqda heç yerdə danışılmasın. Bunlar gələndən qaydalar sərtləşdirilib, işçilərdən ciddi rejim tələb olunur. Deyilənə görə, bura Vasif Talıbovun qızı nəzarət edəcək. Təxminən bir aydır ki, təhvil-təslim işləri gedirdi. Deyirdilər ki, hansısa hüquqi prosedur mane olur, onu yoluna qoymaq istəyirlər. Bir neçə gündür ki, deyirlər həll bu da olunub".

Avqustun 15-də Naxçıvan MR Nazirlər Kabinetinin qərarı ilə “Naxçıvan Diaqnostika Müalicə Mərkəzi” publik hüquqi şəxsin yeni Nizamnaməsi və strukturu təsdiq edilib. Bu qərarın məhz mərkəzin Nəqşicahan Med-ə ötürülməsi üçün hüquqi əsas yaradılması üçün qəbul olunduğu bildirilir.

Naxçıvan Diaqnostika Mərkəzi 2007-ci ildə dövlət büdcəsi hesabına tikilib. Müasir avadanlıqlarla təchiz olunmuş mərkəzin neçəyə başa gəlməsi ilə bağlı rəsmi məlumatlara rast gəlinməsi də, onun dəyəri on milyonlarla manat hesablanır. Sonradan, 2018-ci ildə Naxçıvan Ali Məclis sədri Vasif Talıbovun sərəncamı ilə mərkəz, publik hüquqi şəxs statusu alıb.

Mərkəzin son vaxtlar satışa çıxarılması ilə bağlı da heç bir rəsmi məlumata rast gəlinmir.
 
 

Ardını oxu...
Gəncə şəhəri Zülfü Hacıyev küçəsində məşhur məşqçi Konstantin Maksimoviç Abramenkonun adını daşıyan “Lokomotiv” stadionunun ərazisində tikilən meydançadakı acınacaqlı vəziyyət və məşqçilərin çıxılmaz duruma düşmələri barədə Rupor.az saytına şikayət daxil olub.

Saytın Gəncə bürosuna müsahibə verən futbol veteranları klubunun sədr müavini Firuz Qulami meydançanın bu il AFFA tərəfindən tikildiyini bildirib. Onun sözlərinə görə, açılış mərasimində icra başçısı bu meydançanı Tofiq Məmmədovun sədri olduğu “Kəpəz” futbol klubunun veteranlarına təqdim edib. İcra başçısı yeni tikilən meydançanın Kəpəz bələdiyyəsinin balansına veriləcəyini desə də, hələ bu günə qədər heç bir sənədləşmə işi aparılmayıb. Hazırda meydança heç bir qrumun balansına aid deyil.
Bununla yanaşı, planda iki sanitar qovşaq, iki soyunub-geyinmə otağı, iki duş otağı nəzərə alınsa da, tenderdə qalib gələn şirkət stadionun inşası zamanı bu şərtlərin heç birinə əməl etməyib. Futbolçular paltarlarını açıq havada dəyişirlər, məşqdən sonra yuyunmurlar, olmayan sanitar qovşağından yararlana bilmirlər. Təhvil verilən tikintinin hasarı isə artıq sökülmək üzrədir. Bu da veteran futbolçuların ciddi etirazına səbəb olub. Onlar müxtəlif yaş qrupları üzrə yeniyetmə futbolçulara məşqlər keçirlər, 100-dən çox idmançı acınacaqlı aqibət yaşamaqdadır.
F.Qulami onu da vurğulayıb ki, məşqçilərə əmək haqqı da verilmir və onlar ilk gündən maaşsız fəaliyyət göstərirlər. Yaşadıqları problemlərlə bağlı AFFA-ya və Gəncə Şəhər İcra Hakimiyyətinə müraciətlər ünvanlasalar da, onlara dəqiq cavab verilməyib. Onlara cəmi bir dəfə idman geyimləri və toplar alınıb.
Saytın əməkdaşı AFFA-nın mətbuat katibi Firuz Abdulla ilə əlaqə saxlayıb. F.Abdulla bildirib ki, bir müddət öncə həmin stadionda örtüyün dəyişdirilməsi ilə bağlı AFFA-ya Gəncədən müraciət daxi olub:
“Orada heç vaxt süni örtük olmayıb, məşqlər ya torpaqda, ya da asfalt üzərində aparılıb. AFFA-nın sünü örtüklü meydançalar layihəsi var, indiyə qədər həm Bakıda həm də müxtəlif bölgələrdə təmənnasız olarq 150-dən artıq belə meydançalar tikilərək istifadəyə verilib. Həmin layihənin tərkibində paltardəyişmə otağı, duş kabinələri, sanitar qovşaqlar nəzərdə tutulmur. Sözügedən ərazi AFFA-nın balansında deyil. Biz yalnız uşaqların daha rahat məşq etməsi üçün üzərimizə düşən işi görmüşük – süni örtüklü meydança inşa etmişik”.
Mətbuat katibinin nəzərinə meydançanın planında iki sanitar qovşaq, iki soyunub-geyinmə otağı, iki duş otağının müəyyən kvadrat metr göstəricilərlə qeyd olunduğu və həmin fotonun AFFA-nın rəsmi e-mail ünvanına göndərildiyi çatdırıldıqda cavab belə oldu:
“O fotonu görməmişəm, bəlkə də kimsə arzusunda olduğu planı hazırlayıb. Bu sualınıza daha dəqiq cavab vermək üçün həmin məlumatı infrastruktura cavabdeh olan şöbəyə yönləndirəcəm və sizə dəqiq bilgi veriləcək”.
Gəncə İcra Hakimiyyətindən isə bildirdilər ki, qurumun rəsmi e-mail ünvanına göndərilən sorğuda əksini tapan məlumatlar araşdırılır və bu barədə rəsmi cavab veriləcək.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Bakı sakini Hüseyn İbrahim oğlu Sadiqov Hurriyyet.az-a müraciət edərək bildirir ki, "Yelo Bank" (keçmiş “Nikoil Bank”) və Suraxanı Rayon Məhkəməsindən şikayətçidir. O 2014-cü ildə “Nikoil Bank”dan kredit götürmək üçün evini girov qoyur. Lakin sonradan ödənişi ödəməkdə problemlər yaşayır. 2019-cu ildə ev bankın balansına keçir və onlar evdən çıxarılır. Lakin sonradan işləri qaydasına düşən Hüseyn Sadiqov banka 18000 manat köçürür və ona borcunun tam bağlanıldığı deyilir. O, iki aydan sonra bankla razılaşır, mənzil ona 60380 manat qiymətinə satılır. Ancaq Suraxanı Rayon Məhkəməsinin hakimi nə ödənişləri, nə də pandemiyanı, nə də müqavilə müddətinin daha 2 il bitməsini və digər sübutlarımı nəzərə almadan mənzilin ev sahibindən alınması barədə qərar qəbul edir.

Çarəsiz vəziyyətdə qalan şəhər sakini ölkə başçısından kömək istəyir: "Yelo Bank" haqqsız yerə mənim evimi əlimdən alıbilər. Mənim kimi bir çox şikayətçilər var. Azərbaycanda artıq hər kəs demək olar ki, "Yelo bank" rehberliyinin fırıldaqçı oyunundan xəbərdardır. Bütün dövlət qurumlarından, Cənab Prezident İlham Əliyevdən "Yelo Bank" (keçmiş “Nikoil Bank”) və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakiminin gördüyü işlərlə tanış olub, mənə köməklik etmələrini xahiş edirəm. 2014-cü ildə evimi “Nikoil Bank”a girov qoyaraq 45000 manat kredit götürdüm. 3 ay ödədikdən sonra ticarətdə problemlər yarandı, gözləmədiyim uğursuzluqla qarşılaşdım və borclarımı ödəyə bilmədim. Nəticədə bank məni məhkəməyə verdi və evim bankın adına keçdi. 2019-cu ildə ev bankın adına keçdi və bizi 2 azyaşlı uşaqla birlikdə evimizdən çıxartdılar. Tək əynimizdəki geyimlərlə... Evdən heç nə götürə bilmədik. Ailəmin hər üzvü ayrı-ayrı qohumlarda qaldı. İki aydan sonra bankla razılaşdım və evimi mənə 60380 manat 10 qəpik qiymətinə satdılar. Korona pandemiyası başladı. İşlər dayandı, vəziyyət yenidən pisləşdi, çarəsizlik yenə məni və ailəmi tutdu. Ancaq aptek və çörək üçün harasa getmək olurdu. Bunun üçün krediti vaxtında ödəyə bilmədim. Pandemiyanın və sərt karantin rejimi bir az yumşaldıqdan sonra yenidən işlərimə döndüm və dərhal banka 18000 manat ödədim. Bu ödədiyim məbləğə qədər də əlimdə olan pulları banka ödəmişəm ki, borcum azalsın. 18000 manat ödədikdən sonra bankdan təmizlik kağızı istədim və mənə "borcunuz tam bağlanıb" dedilər.

Bank dedi ki, borcunuz 100 faiz ödənilib. Təmizlik kağızının verilməsini tələb etdim. Borcun olmaması haqqında arayış almaq üçün məndən 20 manat istədilər. Verilən sənəd məni qane etmədiyinə görə, bank işçisinə müraciət etdim ki, mənə arayış vermisiz ki, kredit borcunuz bağlanılıb. Axı, biraz əvvəl borcum olmadığını demişdilər. Yenə bank yalan-dolanlarıyla məni aldadır. Müqavilənin şərtlərinə əsasən pulumu ödəmişəmsə ev mənim olmalıdır. “Yelo Bank” və Suraxanı Rayon Məhkəməsinin hakimi pandemiyanı, ciddi karantin rejimini nəzərə almayıb. Bir müddət keçdikdən sonra məhkəmədən mənə çağırış gəldi. Məhkəməyə qədər bir dəfə də olsun mənə məhkəmədən kağız gəlməyib. Hakim isə deyir ki, məhkəmələrdə iştirak etməyibsiz, bank sizdən şikayət edir ki, evi boşaltsınlar. Məhkəmə 23.08.2022-ci il tarixdə qərar verib ki, ailə evi tərk etsin. Müqavilənin bitməsinə isə 2 il var. Bu haqqsızlıq deyil, bəs nədi?.. Belə nəticəyə gəlirəm ki, Rəşad adlı “Yelo Bank” işçisi məni aldadır.

Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi nə ödənişlərimi, nə pandemiyanı, nə də müqavilə müddətinin bitməsinə 2 il qalmasını və digər sübutlarımı nəzərə alıb. Hakim qərar verib ki, bank haqlıdır və evi boşaltmaq məcburiyyətindəyəm. Ailəm 6 nəfərdən ibarətdir: mən, həyat yoldaşım, oğlum, gəlinim və iki nəvəm. Xahiş edirəm ki, müvafiq qurumlara xəbər verəsiniz, bəlkə kimsə köməklik edə bilər. Əlimdə sənədlərim, çeklərim var. 1-2 çeki evdən köçən vaxt itirmişəm".

Qarşı tərəfi dinləməyə hazırıq.
 
 
 
Ardını oxu...
Bir ay öncə Lerik rayonuna yeni icra başçısı təyin edildi. Londonda təhsil almış və Kənd Təsərrüfatı Nazirliyində çalışmış Əkbər Abbasov qısa müddətdə rayonda bir sıra görüşlər keçirdi. 30 gün ərzində heç bir kadr dəyişikliyi etməyən və beləcə davam edərək, Lerikin problemlərini həll edəcəyini düşünən icra başçısını, əslində, qarşıda ciddi problemlər gözləyir.
Bunlar səbəbsiz deyil. Hazırda rayonda bir çoxları o ümiddədirlər ki, Əkbər Abbasov keçmiş icra başçısı Rövşən Bağırovun komandasından xilas olub, yeni komanda quracaq. Hətta ciddi islahat gözləyənlər də az deyil. Amma və lakin görünən odur ki, yeni icra başçısı keçmiş komanda ilə nəinki işləmək fikrindədir, heç onlara toz qondurmaq barədə də düşünmür.
Əvvəla Rövşən Bağırovun komandası Lerikdə ad çıxarmış adamlardırlar. “Köhnə komanda” həm oturuşub, həm də diqtə edən tərəf statusuna malikdir. Onların arxasında hal-hazırda kim və ya kimlər dayanır məlum deyil. Lakin bilinən odur ki, adamlar özlərini o qədər güclü hesab edirlər ki, rahatlıqla Lerikdə yeni icra başçısını “təcrübəsiz”, “uşaq –muşaq” kimi təqdim etməkdən belə çəkinmirlər. Bir az konkretləşdirək.
Rövşən Bağırovun əsas adamı, Lerikin “boz kardinal”ı kimi ad çıxarmış birinci müavin Cəlil Baxşıyevin adı qarışmayan qalmaqal qalmayıb. Bu adam rayonda pambıqla baş kəsənlər sırasına daxildir. Uzun illərdir ki, eyni vəzifədə olan, son təyinata qədər başçı olacağını düşünən, lakin arzusuna çatmayan Baxşıyevin haqqında mətbuatda gen-bol məlumatlar var. Və bu məlumatların heç biri müsbət mənaları kəsb etmir.
Bir digəri icra başçısının müavini Habil Məlikovdur. Elə Əəkbər Abbasov haqqında “təcrübəsizdir”, “uşaqdır” təbliğatını təşkil edən də bu fiqurdur. Maraqlı məqam odur ki, Məlikov özünü yerli, gəlmələri isə “gəmidə oturub gəmiçi ilə dava salan” kimi təqdim edir. Üstəlik, tərübəsiz başçının uğuruz kadr olduğunu deyir. Niyyəti də, cavan, eyni zamanda idarəçilikdə təcrübəsiz olan icra başçısını mərəyə salıb, qanadlarının altına almağa çalışır. Məlikovun planları sırasında bir başqa niyyət daha var. O da köhnədən qalma, amma qarşıdurma yaradacaq problemləri yenidən qabartmağa başlayıb. Əkbər Abbasova onları aktual və yeni problem olaraq təqdim etməkdən də çəkinmir. Güman ki, hədəfi həm kadr dəyişikliyindən yayındırmaq, həm də icra başçısının “bacarıqsızlığını” nümayiş etdirməkdir. Məlikov özünü ağllı və çoxbilmiş göstərməklə həm də digər məmurları yeni icra başçısının hədəfinə qoyur.
Köhnə komandanınü üzvü, hazırda Lerik icra başçısının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlipənah Bayramov da əsas fiqurlardan biridir. “Üçlük” uzun illərin təcrübəsindən yararlanaraq, indiyə qədər ram etdikləri icra başçıları kimi, Əkbər Abbasovu da caynaqlarına almaq istəyirlər. Bunun üçün bütün mümkün imkanlardan yararlanaraq, hər vəchlə ortalığı qarışdırmaqdan da çəkinmirlər.
Qəribəsi odur ki, bu adamların hərəkətləri açıq şəkildə ortada olsa da, nə müdaxilə edən var, nə də mane olan. Bu adamların arxasında kim dayanır, bu gücü haradan tapırlar, məlum deyil. Bəzi iddialara görə, onların əsas himayəçisinin deputat İqbal Məmmədov olduğu deyilir. Hərçənd İqbal Məmmədov Lerikdə heç də az olmayan nüfuza və böyük biznesə sahibdir. Onun yerli icra başçıları ilə münasibətlərinin olması da qeyri-adi deyil. Hər halda deputat olaraq istədiyi vaxt icra başçısı ilə görüşməsi mümkündür.
Amma mümkündür ki, deputat rayona təyinat almış icra başçılarının ondan asılı vəziyyətdə qalmasında maraqlıdır. Bunun üçün də birbaşa deyil, dolayı vasitələrdən istifadə edir. Həmin dolayı vasitələr isə uzun illər dəstəkləyə biləcəyi, onlara böyük karyera yolu açmış məlum “üçlük” ola bilər.
Lerik sakinləri deyirlər ki, hər üç şəxs Əkbər Ağayevlə bəzi məqamlarda açıq, bəzi məqamlarda isə gizli mübarizədədirlər. Onlar əhali arasında isə deyirlər ki, “biz işimizi həll etmişik, tapşırılmışıq, bizə yeni icra başçısı toxuna bilməz. Əgər toxunsa, rayonda ciddi etirazlar yaradacağıq”. Açıq deyirlər ki, icra başçısı bizə toxunsa, onu işləməyə qoymayacğıq. Görünür, lerikliləri hələ uzun müddət məmur qarşıdırması kimi hadisələr məşğul edəcək və əsas problemlər kənarda qalacaq.
Yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq. //JAMAZ.İNFO//
 

Ardını oxu...
Redaksiyamıza Sumqayıt EŞ-nin istismar üzrə mühəndisi Quliyev Anar Ələmqulu oğlunun adından yazılmış, Azərbaycan Respublikasının Prezidentinə və digər əlaqədar orqanlara ünvanlanmış müraciət daxil olmuşdur. Müraciəti olduğu kimi veririk:
“Möhtərəm Cənab Prezident,
Sumqayıt Elektrik Şəbəkəsinin rəisi Arzuman İsmayılovun rüşvətxorluğu, korrupsioner əməlləri barədə dəfələrlə məlumat verməyimə baxmayaraq barəsində heç bir tədbir görülmür. Buna görə də Arzuman İsmayılov yeni özbaşınalıqlara yol verərək dövlətin və Azərişığın cibinə girməkdə davam edir. 2022-ci iklin avqust ayında Sumqayıt şəhər, Kotec qəsəbəsində yeni tikilən fərdi evin qarşısındakı mövcüd 0.4 kV-luq elektrik dayağınının yerinin dəyişdirilməsi üçün abonenti ASAN xidmətə 700 manat ödənişdən yayındırılıraq Azərişıq ASC-yə ödəniləcək rüsum mənimsənilmişdir. (faktı təsdiq edən fotoşəkillər əlavə edilir, vidomateriallar da mövcuddur). Əfsuslar olsun ki, özbaşınlalıq edib, dövlətin pulunu mənimsəyən Arzuman İsmayılov kimiləri ifşa etməyim nədənsə Azərişığın baş hüquşünası “hörmətli” Arif müəllimi çox narahat edir. Bu faktların araşdırıb araşdırılması, dövlətə ziyan vuranlar barəsində tədbir görmək yerinə Arif müəllim məni Azərişığın nüfuzuna kölgə salmaqda ittiham edir, qurumun sədri cənab Vüqar Əhmədovla dost olduğunu tez-tez təkrarlayaraq məni işdən qovmaqla hədələyir. Azərişıq sədri cənab Vüqar Əhmədov xalqa, Ali Baş Komandanımıza sədaqətilə seçilən, qanunlara hörmət edən rəhbərlərdəndir. Dövlətin pulunu mənimsəyənlərin cinayətkar əməllərinə göz yuman Arif kimilər Vüqar müəllimin dostu ola bilməz ! Sadəcə olaraq, şikayətlərim cənab sədrə çatmadığı üçün mən müraciətimi mətbuat vasitəsilə çatdırıram. Bundan öncə A.İsmayılov Sumqayıt ş. 21-ci mk/rn-da KTM-in yerinin dəyişdiriləməsi üçün abonentdən 20 000 manat rüşvət alaraq abonenti dövlətə ödənəcək 35 000 manat rüsumdan yayındırmış və ASAN xidmətə cəmi 1400 manat pul ödənilmişdir. Bu faktı aşkar etməyim üçün hadisəni ört-basdır etmək üçün KTM-i əvvəlki yerinə bərpa etməyə çalışalar da abonent buna yol verməmişdir. Lakin bu günə qədər də dövlətə, quruma dəyən ziyan məbləği də ödənilməyib.
Xahiş edirəm Sumqayıt EŞ-nin rəisi Arzuman İsmayılovun növbəti korrupsiya əməlinin araşdırılması və barəsində tədbir görülməsi üçün aidiyyatı orqanlara göstəriş verəsiniz.
Əvvəlcədən Sizə minnətdaram”.
Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxslərin də dinləməyə hazırıq.
 //aktualxeber.az//
Ardını oxu...
Bir müddət əvvəl Regional Mədəniyyət İdarələri ilə bağlı hüquqi araşdırmalar həyata keçirildi və həbs edilənlər oldu. Əslində bu olay arif adamlar üçün bir siqnal rolunu oynamalı idi. Maləsəf, bəziləri fəqrli düşünür və onların sırasında Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova da var. Qeyd edək ki, Vəsilə xanım bu ilin aprel ayında sözügedən vəzifəyə təyin olunub. Amma buna rəğmən gəldiyi gündən BÖYÜK İŞLƏRƏ imza ata bildiyindən ciddi əndişə keçirir. DİA.AZ olaraq bu barədə xəbəri çatdırmışdıq.

Qeyd etmişdik ki, bundan öncə Ağdam rayon icra hakimiyyətində, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsində və Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrdə çalışmış Vəsilə Möhsümova əslində ilk günlərdən özünə bir "imperiya" qurmaq həvəsinə düşüb. Bu barədə danışan mənbənin söylədikləri:

"Sanki hansısa qalanı almış fatehlər kimi Mədəniyyət Nazirliyinin Bərdə regional idarəsinə təyin olunduqdan sonra sözügedən quruma aid əraziləri bir-bir gəzən, hər bir ərazidəki tabeçiliyində olan qurumları bir-bir analiz edən, onların rəhbərləri ilə bir-bir danışıq aparmağa vaxt tapan Vəsilə xanımın bu operativliyi əslində heç də işgüzarlıqla əlaqədar deyil və burada yetərincə şübhələnməli məqamlar var".

Onu da qeyd edək ki, Bərdə regional idarəsi Bərdə, Tərtər, Yevlax, Mingəçevir bölgələrini əhatə edir. Mənbə olduqca ilginc ittihamları səsləndirib.

DİA.AZ-a danışan mənbə bildirir ki, gəldiyi ilk gündən bəzi planlara malik olan Vəsilə Möhsümova hələlik gözləmə mövqetindədir:

"Söhbət özünə yeni komanda qurma və bu əsnada qazanc əldə etmə istəyindən gedir. Amma hüquq-mühafizə orqanlarının sözügedən istiqamətdəki aktivliyi Vəsilə xanımı bir balaca ehtiyatlı davranmağa vadar edib. Yəni rüşvəti dolayı yollarla qəbul edirlər..."

Onu da bildirək ki, məlumatı verən mənbə daha ağır ittihamlar da səsləndirib. Müəyyən dəqiqləşdirmələrdən sonra bu barədə materialımızı təqdim edəcəyik.

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 
 
 

Ardını oxu...
DİA.AZ: - "Şikayətim Elmlər metrostansiuası yaxınlığında, Süleyman Dadaşov 6 (20 nömrəli məktəbin yanı) ünvanında yerləşən "Kenguru" Tədris Mərkəzindəndir.
Guya Yay məktəbi olaraq fəaliyyət göstərirlər. Təqdimat edərkən, 9 00 dan 18 00 kimi fəaliyyət göstərdiklərini, gündə 3 dəfə qidalanma (lunch, nahar və meyvə), məşğələlər və servis xidməti olduğunu bildirmişdilər". DİA.AZ bildirir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Kəmalə Əfəndiyeva adlı istifadəçi giley edir.

Ardını oxu...

Daha sonra narazı vətəndaş yazır: "14.06.2022 tarixində 250 manat ödəniş edərək müqavilə bağlamışıq. 15 iyundan isə dərslər başlamalı idi. Xüsusilə uşağı təhvil təslim saatını gecikdirməməklərini xahiş etdiyim halda övladımı dərs günü dəfələrlə zəng etdikdən sonra saat 11ə işləmiş gəlib götürdülər. Mən servis xidməti dedikdə qaydalara uyğun uşaqların təhlükəsiz daşınmasını təmin edəcək nəqliyyat gözləyərkən, Toyota Pirus markalı minik avtomobili gəldi. Gec gəldikləri üçün taksi olduğunu düşündüm. İş yerim tədris mərkəzinə yaxın olduğu üçün ilk mənim qızımı gətirmişdilər. Gün sonu övladımın xoş təəssüratlarını bölüşəcəyini gözləyərkən, uşağı mərkəzdə gəzdiyi tapıçka ilə gətirdilər. Minik avtomobilinin arxa oturacağında 6 uşaq vardı. Uşaqlar bir birinin üstündə oturmuşdular. Gözlərimə inanmadım,qızım gözləri dolmuş,paltarları səliqəsiz, ac və qorxmuş idi. Qeyd edim ki, övladımın özəl tədris mərkəzində ilk təcrübəsi deyil. Bir sözlə zəng edib etirazımı bildirdim, hər nöqsana bir don geyindirdilər. Uşaq dedi bir daha ora getmərəm. Ödənişimi qaytarmaqlarını tələb etdim, gələn ayın əvvəlləri üçün çalışarıq dedilər(boş vəd imiş). Müqavilədə qeyd edilib ki, valideyn tərəfindən anlaşma pozularsa məbləğin 50 faizi qaytarılmır. Halbuki dedikləri xidməti almamışam. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayət etdim. 3 ay guya araşdırma aparıblar. Nəticə isə belə oldu: yalnız qarşılıqlı anlaşma ilə həll oluna bilər, əks halda məhkəməyə müraciət edin. Əsassız halda vəsaitimi saxlayıb və qaytarmırlar.
Mənə maraqlıdır, suveren bir dövlətdə belə dələduzlara niyə həddi bildirilmir. Bəlkə də çox valideyn fərqində deyil bunun, heç bir təhlükəsizlik tədbiri olmadan uşaqların daşınmasına necə göz yummaq olar? Belə müəssisələrin fəaliyyətinə hansı qurum nəzarət edir?
Məcburam bu özbaşınalığa görə məhkəməyə müraciət edim, həm maddı həm də mənəvi zərərdəyəm".

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqllı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq...

Dünyapress TV

Xəbər lenti