Sələmçilər dəstəsi iki azyaşlı uşağın anasını, atasını və dayısını həbs etdirdi Sadiq oxucularımız bəlkə də xatırlayarlar, Abşeron rayonu Masazır qəsəbəs sakini Mirzəyeva Gülnarə Zeynalabdin qızının redaksiyamıza müraciəti əsasında bir neçə dəfə “Dəryaz” qəzetinin veb-saytında məqalələr dərc olunmuşdu. http://deryaz.az/?p=8814
G.Mirzəyeva şikayətlənirdi ki, Bakı şəhəri, Nərimanov rayonu Atatürk prospektində, keçmiş “Gənclik” mehmanxanasının arxasında fəaliyyət göstərən qızıl dükanlarından birinin ticarətçisi Yeganə adlı qadın tərəfindən aldanılıb, pulu mənimsənilib. Bildirirdi ki, Yeganə onu şirnikləndirərərək qızıl alveri ilə məşğul olmağa sövq etmiş, əvvəlcə ona külçə (lom) qiiyməti ilə qızıl təklif etmiş, demişdir ki, 585 problu qızılın qramını 65 manatdan, 750 problu qızılı 80-85 manata satacaq, yeri gəldikcə nisyə də verəcək.
Yeganənin məsləhətini səmimi hesab edən Gülnarə qızıl götürməyə başlamış, satdıqca hər həftə müəyyən məbləğlərdə pullar ödəmiş, ona inandığı üçün, eləcə də götürdüyü qızılın qədərini bildiyi üçün verdiyi pulun qarşılığında qəbz almırmış. Nəhayət, Gülnarənin Yeganəyə verdiyi pullar üst-üstə 700 min manat olanda aralarında anlaşılmazlıq yaranmış, axırda Gülnarənin qardaşı Vüqar Mirzəyev işə qarışmış və gedib Yeganədən ona verilən pulların qəbzlərini istəmişdir. Yeganə Vüqara qəbzlərin kserosurətini çıxarıb verəndə məlum olmuşdur ki, guya Gülnarə ona yalnız 500 min manat vermiş, həm də onun hesabına görə 92 min manat da borcu qalmışdır. Aşkara çıxan ən pis hal da bu olub ki, demə, Yeganə Gülnarəyə qramını 60 manata dediyi qızılın hesabını öz sənədlərində 95 manatdan, 85 manata dediyi qızılın isə qramını 140 manatdan aparırmış.
Beləliklə, məlum olub ki, Yeganə Gülnarəni aldadıb, yəni, həm artıq pul alıb, həm satdığı qızılı əvvəl dediyindən baha hesablayıb, üstəlik, həm də onu özünə borclu çıxarıb. Yeganənin çevirdiyi bu işlər, saxtakarlıq,vergi və maliyyə pozuntuları Gülnarəni pul alıb ona verdiyi qardaşıyla, həyat yoldaşıyla və başqa tanışlarıyla üz-göz etmişdir. Ona görə də Yeganə başına gələn bu müsibəti ictimailəşdirib hüquq mühafizə orqanlarının diqqətinə çatdırmağı, artıq verdiyim pulların özümə qaytarılmasına köməklik göstərilməsini xahiş edirdi. Biz də redaksiya olaraq öz növbəmizdə saytda işıqlandırdığımız bu məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinə məktubla müraciət etmişdik.
Təssüf ki, nədənsə Daxili İşlər Nazirliyinə ünvanladığımız bir neçə məktuba laqeyd yanaşılmış,heç bir sorğumuza cavab ala bilməmişik
“Deryaz.az” veb-saytında gedən 19.01.2022-ci il tarixli “Hərbçilərlə müştərək qanunsuz iş quran sələmçilər borc bataqlığına saldıqları şəxsin azyaşlı qızını hədələyirlər” sərlövhəli növbəti məqalədə isə Yeganə tərəfindən aldanılandan sonra Gülnarənin işlərinin sahmanından çıxdığı və nəticədə borc bataqlığında vurnuxduğu, evini və həyat yoldaşının maşınını satıb sələmə ödəməyə məcbur olduğu, onun və ailə üzvlərinin maddi və mənəvi durumunun acınaqcaqlı hala gəldiyi, cəmiyyət içində nüfuzlarına ciddi xələl gəldiyi, üstəlik, borc götürdüyü bəzi şəxslərin onun çıxılmaz vəziyyətindən istifadə edərək, üzərinə daha artıq borc yükləmək üçün hər fürsətdən yararlanmağa çalışdıqları bildirilirdi. Məsələn, Gülnarə öz əmisi qızı, Goranboy rayon sakini Leyla Aslanovadan ümumilikdə 66150 (altmış altı min bir yüz əlli) manat almış və 187140 (bir yüz səksən yeddi min bir yüz qırx) manat, yəni, 120990 (bir yüz iyirmi min doqquz yüz doxsan) manat artıq qaytarmışdır. Leylanın rəfiqəsi, Goranboy əsilli Aytən Musayevadan üst-üstə 135000 (Bir yüz otuz beş min) manat almış, 319000 (Üç yüz on doqquz min) manat, yəni, 184000 (bir yüz səksən dörd min) manat artıq qaytarmışdır. Gülnarə Mirzəyeva yazırdı: “Elə olub ki, Aytən Musayeva sələm ödənişimin vaxtını cəmi 3 gün uzatmaq üçün 73 qram 750 probluq qızıl saatı girov götürüb və nəticədə mənimsəyərək heçə sayıb. O da məndən əlavə olaraq 201000 (iki yüz bir min) manat pul tələb edir. Aytənlə Leyla Aytənin həyat yoldaşının bibisi oğlunun vasitəsilə Goranboy və Tərtər rayonlarında xidmət edən hərbçilərlə iş qurub: Hərbçilərin maaş kartları ilə aşağı faizlə pul götürərək başqa vətəndaşlara yuxarı faizlə sələm verirlər. Hətta bir dəfə Leylanın mənə verdiyi pulu telefonda hərbçi Ayaz İsayev kimi təqdim olunan bir şəxs zəng vuraraq tələb edib, azyaşlı qızımı hədələyib, pulunu çatdırmasaq, bizə problem yaşadacağını deyib”.
Digər sələmçi isə Gülnarənin tanışı Bəhruz Cəfərovdur ki, guya Daxili İşlər Nazirliyində yüksək vəzifədə işləyən qardaşı Cəfərov Yasin Yaqub oğlunun adından istifadə edərək şantaj və hədə-qorxu gəlmək yolu ilə Gülnarədən borcundan qat-qat artıq pul tələb edir. ( Cəfərov Yasin Yaqub oğlunun həqiqətən də Bəhruzun qardaşı olması və DİN orqanlarında işləməsi barədə Daxili İşlər Nazirliyinə göndərdiyimiz sorğuya da cavab ala bilmədik)
Bəhruz da hər dəfə Gülnarəni yoldaşı ilə, qardaşı ilə şantaj və təhdid edib külli miqdarda onun pulunu mənimsəyib, qızılı satıb verib Bəhruza, şantajla aldığı 205 min pulu mənimsəyib. Qardaşı Vüqardan da 40 min alıb.
Bəhruz Cəfərov Nizami rayonu ərazisində Xudafərin şadlıq sarayının və Amazon kafesinin yaxınlığında yaşayır. Tel:055-970-30-35
G.Mirzəyevanın sözlərinə görə, Bəhruzdan 85000 (səksənb beş min) manat borc pul alıb, sələmlə birlikdə 177000 (bir yüz yetmiş yeddi min) manat qaytarıb. Buna baxmayaraq, Bəhruz ondan əlavə olaraq 128000 (bir yüz iyirmi səkkiz min) manat pul tələb edir. Bəhruz həmin pulu Gülnarənin qardaşı Vüqardan tələb edir və istəyinə nail olmaq üçün özünə saxta «dəli»lik sənədi düzəldərək Vətən müharibəsi qazilərindən istifadə edir. Belə ki, Bəhruzun səfərbər etdiyi «qazilər» qrup halında Vüqarın sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu “Eurohome” ticarət mərkəzinə gələrək Vüqarın onlara 128000 manat pul borcu olduğunu bildirmiş və tələb etmişlər.
G.Mirzəyeva bildirir ki, əgər Bəhruz onu özünə borclu hesab edirsə, şikayətini hüquq-mühafizə orqanlarına bildirməliydi, daha işə aidiyyəti olmayan Vüqarı narahat etməməliydi. Görünür, Bəhruz yaxşı başa düşür ki, əsassız istəyini hüquq müstəvisində həyata keçirmək şansı yoxdur. G.Mirzəyeva həmçinin şübhələnir ki, problemin çözülməməsində Bəhruzun daxili işlər orqanlarında işləyən qardaşı Yasin Yaqub oğlunun da əli vardır.
Nə qədər qəribə olsa da, Gülnarə Mirzəyevanın problemi ilk əvvəl özü ictimailəşdirməyə başlamasına, hüquq-mühafizə orqanlarına üz tutmasına baxmayaraq, Nərimanov Rayon Polis İdarəsi məhz Yeganənin şikayətini təmin etməyə üstünlük verib. Nəticə budur ki, hazırda iki azyaşlı uşaq anası Gülnarə Mirzəyeva, onun əri Elməddin və iki azyaşlı uşaq atası qardaşı Vüqar Mirzəyev həbs olunublar. Məlumata görə, Nərimanov RPİ və Prokurorluq indiyədək Yeganənin sifarişi ilə Nərimanov rayonu ərazisində 10-a yaxın adamı şərləyib tutub. Yeganənin bu çirkin işinin “vur” deyəninin Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi Mehman Ələsgərov olduğu üzə çıxır. Vüqarın yaxınlarının dediklərinə görə Mehman Ələsgərovun Gülnarə, əri və qardaşı ilə prinsipə düşməsinin səbəbi isə istədiyi 20 min manat rüşvətin ödənilməməsi, Vüqar Mirzəyevin müstəntiqin haqsız tələbindən Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət etməsi olub. Deyib “Yeganə 10000 verib, sən də heç olmasa, 20000 ver, işi bağlayaq”. Etirazla qarşılaşanda isə hər vəchlə çalışıb ki, qisas alsın.
Yeri gəlmişkən qeyd edək ki, redaksiyamızın əməkdaşları məsələ ilə apardıqları araşdırma zamanı müstəntiqin qəbulunda olmuş, Yeganəyə “nəyə görə şikayət edənə qədər Gülnarə Mirzəyeva ilə uzun müddət iş birliyində olduğunuz vaxt haqq-hesab aparıb borc məsələsində ortaq məxrəcə gəlməmisiniz” sualını vermişlər. Qarşı tərəf bu suala cavab vermək əvəzinə əməkdaşımıza hücum çəkmiş, onu da şantaj edib hədə qorxu gəlmişdir.
Beləliklə, Gülnarə Mirzəyeva ilə ərinin ardınca Mirzəyev Vüqar Zeynalabdin oğlu da 18 avqust 2022-ci il tarixdə Nərimanov RPİ-nin 16-cı Polis Bölməsi tərəfindən tutulmuşdur. Tutulma üçün əsas Nərimanov RPİ-nin istintaq şöbəsinin baş müstəntiqi Mehman Ələsgərov tərəfindən açılmış 60551 saylı axtarış işi olmuşdur.
Əldə etdiyimiz məlumatlarda bildirir ki, Mehman Ələsgərov tərəfindən Mirzəyev Vüqar Zeynalabdin oğlu barəsində açılan axtarış işi tamamilə qanunsuzdur. Belə ki, Mirzəyev Vüqar Zeynalabdin oğlu vəkillə 19.05.2022-ci il tarixdə hüquqi yardım haqqında müqavilə bağlamış və onunla birlikdə dəfələrlə müstəntiq Mehman Ələsgərovun qəbulunda olmuşdur.Vəkil ordeni müstəntiqə təqdim edilmişdir.
Ardıcıl olaraq 06 iyun 2022-ci il və 13 iyun 2022-ci il tarixlərdə Vüqar Mirzəyev vəkili ilə birlikdə Mehman Ələsgərovun qəbulunda olmuşdur. Bu zaman Mehman Ələsgərov Vüqar Mirzəyevə qarşı təzyiqlər edərək bacısı Gülnarə Mirzəyeva tərəfindən zərəçəkmişlərə vurulduğu iddia edilən ziyanı ondan ödənilməsini tələb etmiş, ziyanı ödəməyəcəyi təqdirdə onu tutacağını bildirmişdir. Hətta 06 iyun 2022-ci il və 09 iyun 2022-ci il tarixlərdə onun barəsində tutma protokolu tərtib etməyə çalışmış, lakin müdafiəçi qismində vəkilin qanuni tələblərindən sonra müstəntiq öz qanunsuz əməllərini saxlamış və tutma protokolunu tərtib etməmişdir.
Daha sonra iyun ayının sonlarında müstəntiq Mehman Ələsgərov telefon vasitəsi ilə vəkilə zəng edərək, Vüqar Mirzəyevi götürüb 1 saata idarəyə yaxınlaşmağı bildirmiş, vəkil ona ən azı 5 gün qabaqcadan rəsmi çağırış ünvanlamalı olduğunu xatırlatmışdır. O, telefon vasitəsi ilə vəkili də hədələyərək, “Nə rəsmi çağırış? Axtarış verərəm, görərsiz” – deyə bildirmişdir. Daha sonra elə həmin gün, yəni, 25.07.2022-ci il tarixdə Vüqar Mirzəyev tərəfindən Nərimanov RPİ-nə aşağıdakı məzmunlu teleqram göndərilmişdir: “Bildirirəm ki, Sizin tərəfinizdən telefon vasitəsilə müdafiəçimə zəng edilərək mənim bu gün polis idarəsinə gəlməyim bildirilmişdir. Mən bundan əvvəl də dəfələrlə Sizin telefonla çağırışlarınız əsasında polis idarəsinə gəlmişəm. Lakin mənə heç bir rəsmi çağırış və ya bildiriş göndərilməmişdir. Sizdən xahiş edirəm ki, mənim polis idarəsinə nə üçün çağırılmağım barədə vaxtı və yeri göstərilməklə, rəsmi çağırış göndərəsiniz”.
Mehman Ələsgərov tərəfindən 28.07.2022-ci il tarixdə Zaman Express sürətli poçt daşıma xidməti vasitəsilə çağırış vərəqəsi göndərilərək Mirzəyev Vüqar Zeynalabdin oğlu səhəri gün, yəni, 29.07.2022-ci il saat 11:00-da Nərimanov RPİ-nə çağırılmışdır. Qeyd edilən çağırış vərəqəsini vəkil 28.07.2022-ci il tarixdə axşam tərəfi iş vaxtından sonra saat 18:05-də qəbul etmişdir. Bu barədə dərhal hüquqlarını müdafiə etdiyi Vüqar Mirzəyevə bildirmişdir. Lakin Vüqar Mirzəyev Xaçmaz rayonunda olduğundan və səhəri gün saat 11:00-da çata bilməyəcəyindən, elə səhəri gün tezdən, yəni, 29.07.2022-ci il tarixdə səhər saat 09:00-da olduğu Xaçmaz rayonunun poçt şöbəsindən rəsmi teleqram vuraraq çağırış vərəqəsini gec aldığını, hal-hazırda iş ilə əlaqədar Xaçmaz rayonunda olduğunu, müstəntiqin çağırışına növbəti həftənin 1-ci günü, yəni 01 avqust 2022-ci il tarixdə saat 15:00-da gələcəyini qeyd etmişdir. Vəkil də müstəntiqlə telefon əlaqəsi saxlayaraq bu barədə məlumat vermişdir.
01.08.2022-ci il tarixdə Vüqar Mirzəyev və vəkili birlikdə Nərimanov RPİ-nə getməyinə baxmayaraq müstəntiqi işdə tapa bilməmişlər. Telefon vasitəsi ilə əlaqə saxladıqda, o, özünün xəstə olduğunu, işdə olmadığını, onlara sabah, yəni, 02.08.2022-ci il taqrixdə saat 15:00-da gəlmələrini bildirmişdir.
02.08.2022-ci il tarixdə səhər saat 09:00 radələrində müstəntiq Mehman Ələsgərov özü telefon vasitəsi ilə vəkilə zəng vuraraq bu gün də gəlməmələrini, başqa işlərinin olduğunu, sabah üçün çağıracağını bildirmişdir. 03 avqust 2022-ci il tarixdə müstəntiq Mehman Ələsgərov nə telefon vasitəsi ilə, nə də rəsmi çağırış ilə onları çağırmamışdır. İdarəyə gedib-getməməyi dəqiqləşdirmək üçün vəkilin Mehman Ələsgərova bir neçə dəfə zəng vurmasına baxmayaraq, o, telefon zənglərinə cavab verməmişdir. Bundan sonra Vüqar Mirzəyevin Xaçmaz rayonunda işləri olduğundan və 3 gündür ki, Bakı şəhərində boş-bekar oturub müstəntiqi gözlədiyindən, işlərini həll etmək üçün Xaçmaz rayonuna getmiş və getməmişdən əvvəl müstəntiqə rəsmi teleqram göndərərək 2 gündür ki ondan xəbər gözlədiyini, lakin müstəntiqin onu çağırmadığını, işləri ilə əlaqədar Xaçmaz rayonuna getməli olduğunu, növbəti həftənin 1-ci günü, yəni 08 avqust 2022-ci il tarixdə gələ biləcəyini, əgər müstəntiq üçün uyğundursa, 08 avqust 2022-ci il tarixdə gəlib-gəlməyəcəyinə münasibət bildirməsini xahiş etmişdir.
Bu teleqramdan sonra müstəntiq tərəfindən nə rəsmi çağırış əsasında, nə də telefon zəngi vasitəsi ilə nə Vüqar Mirzəyevə, nə də müdafiəçi qismində onun vəkilinə heç bir məlumat verilməmiş, idarəyə dəvət edilməmişlər.
08 avqust 2022-ci il tarixdə yenidən Mehman Ələsgərovun qəbuluna getmək üçün ona mobil telefon vasitəsi ilə dəfələrlə zəng vurulmasına baxmayaraq onun telefonuna zəng çatmamışdır. Vüqar Mirzəyev vəkili ilə birlikdə Nərimanov RPİ-nə getsələr də, müstəntiq Mehman Ələsgərovun növbədən sonra olduğundan idarədə olmadığı, istirahətdə olduğu, yalnız səhəri gün, yəni 09 avqust 2022-ci il tarixdə işdə olacağı bildirilmişdir.
09 avqust 2022-ci il tarixdə də yenə də vəkilin Mehman Ələsgərova dəfələrlə zəng vurmasına baxmayaraq, o, telefona cavab verməmişdir.
09 avqust 2022-ci il tarixdə Nərimanov rayon Prokurorluğunun əməkdaşı İbrahim İbrahimov telefon vasitəsi ilə zəng vuraraq Vüqar Mirzəyevi etdiyi şikayət ilə əlaqədar izahat verməsi üçün Nərimanov rayon prokurorluğuna dəvət etmiş və Vüqar Mirzəyev elə həmin gün — 10 avqust 2022-ci il saat 12-13 radələrində Nərimanov rayon Prokurorluğunda olaraq öz izahatını vermişdir.
Bundan sonra Vüqar Mirzəyev Xaçmaz rayonuna getməli olduğundan, bir daha rəsmi teleqram vuraraq yenə də 3 gündür ki, Bakı şəhərinə gələrək Nərimanov RPİ-nə gəlmək istədiyini, lakin müstəntiq tərəfindən ona heç bir məlumat verilmədiyi, işləri ilə əlaqədar Xaçmaz rayonuna getməli olduğu bildirilərək növbəti həftə gəlmək üçün ona vaxt bildirilməsini xahiş etmişdir.
Növbəti həftənin 1-ci günü, yəni 15 avqust 2022-ci il tarixdən o, yenə də Bakı şəhərinə gəlmiş, lakin müstəntiq Mehman Ələsgərova dəfələrlə zəng vurduqlarına baxmayaraq, gah onun telefonuna zəng çatmamış, gah da edilən zənglərə cavab verməmişdir.
18 avqust 2022-ci il tarixdə Vüqar Mirzəyevə 050-211-02-78 mobil nömrədən zəng gələrək özünü yalandan Azərbaycan Respublikası Baş Prokurorluğunun əməkdaşı kimi təqdim edərək ona şikayəti ilə əlaqədar izahat verməsi üçün saat 13 radələrində Baş Prokurorluğun inzibati binasına dəvət etmişlər. Vüqar Mirzəyev saat 13 radələrində Baş Prokurorluğun yerləşdiyi inzibati binanın qarşısına gələrək həmin nömrəyə zəng vurmuş və gəldiyini bildirdikdən sonra Nərimanov RPİ-nin 16-cı polis bölməsinin əməkdaşları axtarışda olduğunu bildirərək onu saxlamışlar.
Göründüyü kimi, Mirzəyev Vüqar Zeynalabdin oğlu heç bir çağırışdan yayınmamışdır, əksinə, o, iyun ayından etibarən dəfələrlə müstəntiqin yanında olmuş, avqust ayının 1-dən saxlanıldığı 18 avqust 2022-ci il tarixdək isə hər həftənin 1, 2 və 3-cü günləri Nərimanov RPİ-nə getsə də, müstəntiq gah xəstə olduğundan, gah növbədən sonra olduğundan idarədə olmamış, qalan vaxtlarda isə telefona cavab verməmişdir. Müstəntiq tərəfindən cəmi bir dəfə 28 iyul 2022-ci il tarixdə çağırış vərəqəsi göndərilmiş və 29 iyul 2022-ci il tarixdə saat 11:00-da çağırmış, Vüqar Mirzəyev isə teleqram vuraraq həftənin 1-ci günü, yəni 01 avqust 2022-ci il tarixdə gələcəyini bildirmiş və elə həmin tarixdə də getmişdir. Bundan sonrakı günlərdə və həftələrdə də Nərimanov RPİ-nə gəlmişdir. Lakin müstəntiq tərəfindən guya onun çağırışa gəlmədiyi qeyd edilərək qanunsuz və əsassız olaraq şəxsin barəsində axtarış elan edilmişdir.
Şəxsin heç də çağırışdan yayınmadığı həm onun göndərdiyi teleqramından əvvəl də Nərimanov RPİ-nə getməsindən, həm də 10 avqust 2022-ci il tarixdə Nərimanov Prokurorluğuna izahat vermək üçün getməsindən, eləcə də tutulduğu gün, yəni 18 avqust 2022-ci il tarixdə Baş Prokurorluq adı ilə zəng vuran polis əməkdaşlarının onu aldatmasına baxmayaraq onun izahat vermək üçün Baş Prokurorluğa getməsindən tam aydın olur.
Bundan əlavə, Mirzəyev Vüqar Zeynalabdin oğlu 13 iyun 2022-ci il tarixdə vəsatət verərək onunla zərərçəkmiş Yeganə Səlimova arasında video-çəkiliş aparılmaqla üzləşdirmə istintaq hərəkətinin keçirilməsini tələb etmişdir.
Həmçinin açılan cinayət işi üzrə Mirzəyeva Gülnarə Zeynalabdin qızı və Aslanov Elməddin Məzahir oğlu barəsində həbs qətimkan tədbiri seçilmişdir. Lakin həmin cinayət işi üzrə əslində nə Elməddin Aslanovun, nə də Vüqar Mirzəyevin Gülnarə Mirzəyeva ilə əlbirliyi sübuta yetirilmir. Hal-hazırda da Vüqar Mirzəyevin qeyd edilən cinayət işi üzrə şübhəli olması heç bir mötəbər sübutlarla təsdiq və ya ehtimal olunmur.
Göründüyü kimi, şəxsin barəsində elan edilən axtarış tamamilə əsassız və hüquqa ziddir, şəxsin hüquqlarını kobud surətdə pozur.
Vəkil göstərilənlərə əsasən müraciət etdiyi yuxarı instansiyalara işi nəzarətə götürməklə, qanunsuz olaraq tutulmuş Mirzəyev Vüqar Zeynalabdin oğlunun dərhal müvəqqəti saxlama yerindən buraxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Vüqarın qohumlarının verdiyi məlumatlarda bildirilir ki, guya Mehman Ələsgərovun sözündən belə başa düşmək olur ki,»mən kiməm adam tutam», «zakaz» Nərimanov rayon Prokurorluğundan gəlib ki, Vüqar tutulmalıdır. Zakaz da Yeganənin təşəbbüsüdür. Guya, Nərimanov rayon Məhkəməsində proses gedən zaman müstəntiqə zəng gəlib ki, nə uzadırsınız, işi tezləşdirin.
Qeyd ediək ki, Nərimanov rayonunun Prokuroru cənab Hidayət Nurəlibəyovdur. Görəsən, cənab Nurəlibəyov Yeganə kimi cinayətkarların sifarişini yerinə yetirərkən Vüqar Mirzəyevin iki körpə oğlunun və Gülnarənin iki azyaşlı qızının gələcək talelərini düşündümü?
Cənab Prokuror bu qərəzli və ədalətsiz qərarı verəndə öz evladlarının gələcək talelərini fikirləşdimi?
P.S. Məqalə dərc olunan zaman məlumat aldıq ki, Apelyasiya Məhkəməsinin şərəfli hakimi Elmar Rəhimovun qərarı ilə Elməddin Aslanov məhkəmə zalından azadlığa buraxılıb. O, gün olsun ki, Gülnarə və Vüqarın da günahsızlığı sübuta yetirilib öz körpə balalarına qovuşsun. Amin!
Bəs görəsən İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin əməkdaşları Yeganə Səlimovadan satdığı 700.000 manatlıq zinət əşyalarının hesabını niyə soruşmurlar? Yəqin ki, növbəti sayımızda aidiyyatı orqanlara ünvanladığımız sorğu məktubunda bu suallara cavab almağa çalışacağıq
Təhsil millətin gələcəyidir. Kəlbəcər Təhsilində isə o gələcəyimiz bir ədəd əmlik quzudan asılı qalıb. Allah o qoyun-quzunun bərəkətini bol eləsin ki, təhsilimizin gələcəyi nagüman qalmasın.
Allah Rəşad Azaylı kimi gənc müəllimlərimizi təhsilimizdəki ilk qədəmlərini o qoyun-quzuya möhtac etməsin.
İndi isə keçək o əmlik quzunu Kəlbəcər Təhsilinə gətirən səbəblərə.
Rəşad Azaylı 2021-ci ildə Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanından keçərək, Kəlbəcər rayon 38 saylı Tam Orta məktəbdə texnologiya müəllimi kimi fəaliyyətə başlayıb. Bir müddət sonra isə ailə vəziyyəti ilə əlaqədar o, işini buraxaraq Bakı şəhərinə köçməli olub. Bakı şəhərində olduğu vaxt Kəlbəcər rayon 38 saylı Tam Orta məktəbin direktoru Tapdıq Nəsibov ona zəng edərək bildirir ki, ya işə gəlməlisən, ya da əmək haqqı kartını mənə verməlisən. Gənc müəllim isə drektora bildirir ki, əmək haqqı kartı rayon təhsil şöbəsindədir. Bundan sui-istifadə edən məktəbin direktoru T.Nəsibov gənc müəllimdən xəbərsiz rayon təhsil şöbəsindən onun əmək haqqı kartını əldə edir. Bir neçə ay keçəndən sonra gənc müəllim xəbər tutur ki, onun 4 aylıq (aprel, may, iyun, iyul) əmək haqqını məktəb direktoru alır.
Təhsildə ilk qədəmlərini atmağa çalışan R.Azaylı məsələ ilə bağlı Kəlbəcər rayon Təhsil sektorunun müdiri Namiq Rəcəbov adlı şəxsin yanına gedərək, ondan kömək istəyib. Həmin şəxs gənc pedaqoqdan problemin həlli üçün bir ədəd əmlik quzu tələb edib. Gənc pedaqoq işinin xatirinə 10-11 kiloluq bir ədəd əmlik quzunu N.Rəcəbova verib.
R.Azaylı daha sonra Kəlbəcər rayon Təhsil sektorunda çalışan Fuad Bağırov adlı şəxsə müraciət edir. Bu dəfə həmin şəxs R.Azaylıdan 10 ədəd əmlik quzunun pulunu (1200-1300 azn) tələb edir.
Kiçik nöqsanlar böyük səhvlərə yol aparır deyirlər. Amma öz pedaqoqlarına elm arzusu aşılamayan təhsilimizi bir ədəd əmlik quzuya qurban verən Namiq Rəcəbovu bu səhvlər və nöqsanlar təhsilimizin ən yüksək zirvəsinə aparıb çıxarır.
Qeyd edək ki, gənc pedaqoq R.Azaylıdan bir ədəd əmlik quzunu alan Namiq Rəcəbov hal-hazırda Kəlbəcər rayon Təhsil sektorunun müdiri vəzifəsində çalışır.
R.Azaylı bütün bu faktlarla bağlı hüquq mühafizə orqanlarına, Təhsil Nazirliyinə dəfələrlə müraciət etməsinə baxmayaraq, onun şikayətini araşdırılmadığını iddia edir.
Məsələ ilə Kəlbəcər rayon 38 nömrəli Tam Orts məktəbin direktoru Tapdıq Nəsibovla əlaqə saxladıq. Direktor KanalS.az-a açıqlamasında bildirdi ki, gənc müəllimin səsləndirdiyi iddialar tamam yalandır: “Hüquq mühafizə orqanlarına mən izahat vermişəm. Həmin şəxs atasından, qardaşından da yazıb. Bundan nə gözləmək olar?”
Məsələni ciddiliyini nəzərə alıb, Kəlbəcər rayon Təhsil Sektorunun müdiri Namiq Rəcəbovla əlaqə saxladıq. Sektor müdiri KanalS.az-a Rəşad Azaylının səsləndirdiyi iddialardan məlumatlı olduğunu bildirdi: “Rəşad Azaylının səsləndirdiyi iddialarda korrupsiya faktları var. Bununla bağlı o, Baş Prokurorluğa da məlumat verib. Məsələ barəsində danışmaq nə sizin işinizdir, nə də mənim verəcəyim açıqlamanın bir əsası yoxdur” – deyə sektor müdiri bildirdi.
Yazıda adı çəkilən Kəlbəcər rayon Təhsil sektorunda çalışan Fuad Bağırovla da əlaqə saxladıq. Fuad Bağırov KanalS.az-a açıqlamasında bildirdi ki, “Təhsil sistemindən başı çıxan adam da bilir ki, daimiləşdirməni Təhsil Nazirliyinin keçirdiyi müsabiqə əsasında həyata keçirilir. Müəllimin səsləndiyi iddialar şər-böhtan xarakterli məlumatdır.”
Gənc pedoqoqun səsləndirdiyi iddialarla bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovla əlaqə saxlamağa çalışsaq da alınmadı.
P.S. Bərbad idarə edilən Kəlbəcər rayon təhsilində elə məktəblər var ki, işə gəlmədən maaş alan psixoloqların bircə dəfə üzlərini görmək üçün onları axtarır.
1.Bərdə rayon Nəcəfqulubəyli kəndi, 119 nömrəli tam orta məktəbin direktoru İkram Məmmədov psixoloqu axtarsa da tapa bilmir. Məktəbin psixoloqu Bakı şəhərində yaşaya-yaşaya uzun müddətdir maaş yazılır.
2.Bərdə rayon Təhlə kəndi, 120 nömrəli tam orta məktəbin direktor Duman Zeynalov da psixoloq Mehriban Qarayevanın Gəncə şəhərində yaşamaqla işə getmədən maaş almasına “gözünü yumur”.
3.Mingəçevir şəhər, 114 nömrəli ümumi orta məktəbin psixoloqu Məhəmməd Quliyev də Gəncə şəhərində yaşamaqla işə getmədiyi iddia edilir.
4.Tərtər rayon Şıxarx kəndi 127 nömrəli orta məktəbin direktoru Yaşar Məmmədov psixoloq Cəbrayılov Arazı “yola verir”, psixoloq Gəncədə yaşayır, işə getmir deyə onu gördüm deyən azdır.
5.Bərdə rayon Lənbərən kəndi, 39 nömrəli tam orta məktəbin direktoru Məmmədov Əfqanın da psixoloqu Bakıda yaşayır, direktor sinif müəllimi olmaqla və Bakı şəhərində yaşamaqla ilboyu dərsə gəlmədən maaş aldığı üçün paytaxtdakı psixoloqa da söz deyə bilmir.
Sözün əsl mənasında bu rayonun təhsilinə “təmir“ lazımdır, özüdə rus demiş “kapitalnı”. Bəli ele peşə məktəbinin təmir ustası olmuş Namiq Rəcəbov kimi…
Təhsil haqqında Qanunda və Rayon Təhsil Şöbəsinin Əsasnaməsində qeyd olunub ki, şöbə müdiri vəzifəsini daşıyan şəxsin ali pedoqoji təhsili və 5 ildən artıq pedoqoji stajı olmalıdır. Ancaq bu kateqoriyaların hec biri olmayan, yalniz ixtisas kursu keçmiş birisi necə təhsil şöbəsi müdüri kimi məsul bir vəzifəni yerinə yetirə bilər?. Hansı pedoqoji fəaliyətinə görə Nazirlik bu şəxsi belə bir məsul vəzifəyə təyin edib. Təyin olunan bu kadr inşaat mühəndisi ixtisaslıdır. Bu necə olur?” Təhsil Nazirliyimiz niyə bu məntiqnən kadr islahatı aparır? İxtisasartirma kursu keçsək, deməli, onda hər bir sahədə rəhbər ola bilərik?!. Müdir qalsın bir yana, bəs, niyə qanunvericiliyin tələbləri pozularaq təhsil şöbəsindəki vəzifə daşıyan inspektorlar da 5 ildən artıq pedoqoji təcrübəsi olmayan kəslərdir. Hər halda Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsi vaxt tapıb monitorinq aparsa, Kəlbəcər Təhsil Sektorunun qapısına çox güman möhür vurar.
Ümid edirik ki, aidiyyatı qurumlar yazılanlara diqqət ayıracaq, Kəlbəcər məktəblərində tuğyan edən anoloji nöqsanlara “DUR!” deyəcək.
Gənc pedaqoq Rəşad Azaylının redaksiyamıza ünvanladığı video müraciəti olduğu təqdim edirik:
Azərbaycandan İnsan Haqları üzrə Avropa Məhkəməsinə göndərilən şikayətləri analiz edəndə görürük ki, milli məhkəmələr nəinki Əsas İnsan Hüquq və Azadlıqları haqqında Avropa Konvensiyasının, hətta milli qanunvericiliyin müddəalarını pozurlar. Bu işlərlə bağlı qərar çıxaran hakimlər qanunları tətbiq edərkən qanunvericiliyə əməl etmirlər. Belə pozuntular isə, Konvensiyanın müddəalarının pozuntusunu doğurur. Ən çox yol verilən pozuntular Konvensiyanın 6 – cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququnun) tələblərinə riayət edilməməsi, məhkəmə qərarlarının icra olunmaması, qeydiyyatdan əsassız imtina və s.-lə bağlıdır. Bu işləri araşdırarkən məndə belə bir fikir yaranır ki, hakim qanunu tətbiq edəndə o qədər də müstəqil olmayıb. Hakim müstəqil olsaydı, qanunu o şəkildə tətbiq edə bilməzdi. Müstəqil şəkildə belə qərar qəbul edibsə, bu, çox pis haldır. Deməli, hakim qanunu bilmir. Bizdə üçpilləli məhkəmə sistemi var. Avropa Məhkəməsinə göndərilən şikayətlər ölkədaxili məhkəmə instansiyalarından keçir. Bir instansiyada buraxılan səhvi digər instansiyalar aradan qaldırmalı idi. Məhkəmələr Azərbaycan qanunvericiliyini düzgün tətbiq etsəydi, belə problemlər yaranmazdı. Göy-göl rayonu Üçtəpə kənd sakini Novruzov Məhəmmədəli Cəmil oğlu Gəncə Kommersiya Məhkəməsinin hakimlərinin fəaliyyətindən narazıdır. Məhkəmənin hakimlərinin qərəzli, qeyri -obyektiv qərar qəbul etməkdə, müstəqil olmamaqda ittiham edir. Göygğl sakini Dünyanınsəsi.Az saytına göndərmiş olduğu şikayət ərizəsində Gəncə Kommersiya Məhkəməsinin hakimi Kənan Vəliyev və Şəmkir rayon Məhkəməsinin hakimi Rəşad Mustafayev, 2(043)-2621 saylı mülki işə baxarkən öz şəxsi maraqları daxilində saxta sənəddən istifadə etməklə, saxtakarlığa yol verməkdə ittiham edir. Belə fikir formalaşıb ki, cəzasızlıq hakimlərin özbaşınalığına rəvac verir.Məhz buna görədə azərbaycan hakimlərinin qəbul etdiyi qanunsuz qərarları Avropa Məhkəməsində ləğv olunur.Amma həmin hakimlər barəsində intizam tədbirləri tətbiq edilmədiyindən cəzasızlıq mühiti hökm sürməkdə davam edir. Hakimlərin sifarişli şıxarmış olduğu qərarlardan nərazı qalan Məhəmmədəli Novruzovun Azərbaycan Respubilkasının Prezident İlham Əliyevə ,Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədova, Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezidenti Administrasiyasının Hüquq Mühafizə Orqanları ilə иş şöbəsinin müdiri cənab Fuad Ələsgərova şikayət məktubu ünvanlayıb. Şikayətçi məktbunun bir surətini də DünyanınSəsi.Az Xəbər Portalına göndərib. Şikayətçinin məktubundan bəzi məqamlarını olduğu kimi təqdim edirik:
Möhtərəm cənab Prezident!
Hörmətli Fikrət Məmmədov!
Hörmətli Fuad Ələsgərov!
Hörmətli prezidentimiz İlham Əliyev cənabları! Sizin təyin etdiyiniz hakimlərin bir hissəsi şəxsi maraqlarını, dövlət marağından üstün tuturlar. Məsələn,hazırda Şəmkir rayon məhkəməsinin hakimi olan Rəşad Mustafayev, eləcə də Gəncə Kommersiya Məhkəməsinin hakimi Kənan Vəliyev məlum 2(043)-2621 saylı mülki işə baxarkən öz şəxsi maraqlarына görə bilə-bilə saxtakarlığa və süründürməçiliyə yol vermişlər.
Mən bilirəm ki, Siz heç vaxt savadsız insanları hakim təyin etməzsiniz. Göstərdiyim hakimlər qanunsuzluğa, saxtakarlığa əl atıblarsa, deməli, onlar savadsıзlıqdan yox, şəxsi maraqlarына görən bilərəkdən Sizin imzaladığınız qanun pozuntuluqlarına yol verərək, Azərbaycan dövlətinin adından saxta qərar qəbul etmişlər.
Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2, 308.2, 313-cü maddələri ilə məhkum olunmuş, etibardan sui-istifadə еtməklə dələduzluq edərək, onlarla adamın adına kredit sənədləşdirərək, küllü miqdarda özgə əmlakını mənimsəmiş, hal-hazırda Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiya İdarəsində haqqında başqa bir cinayət işi istintaq olunan, Novruzova Pərvanə Cəmil qızı, mənə məxsus Gəncə şəhərində yerləşən 6 saylı YDM-ni qeyd edilən hakimlərin köməyi ilə ələ keçirmək istəyir.
Mənim xüsusi mülküm olan Gəncə şəhəri Kəpəz rayon Gəncə-Yevlax şossesində yerləşən 6 saylı YDM-nə qarşı P.Nоvruzovа tərəfindən qanunsuz qaldırılılmış, iddia ərizəsini Kəpəz rayon мəhkəməsinin sabiq hakimi Rəşad Mustafayev onun sənədlərini saxta olmasına göz yumaraq, icraata qəbul edib, ekspertiza təyin etmiş,bu barədə qərardadıında saxta sənədləri həqiqi sənədlər kimi təqdim etmişdir.Ekspert Xəyal İsgəndərov ona təqdim edilmiş mülkiyyət haqqında sənədləri saxta olmasını öz rəyində aydın bildirsədə hakim Rəşad Mustafayev yenidən ekspertiza təyin etmiş qanuna görə 3 ay ərzində baxılmalı olan iş xeyli müddət ğzündə saxlayaraq sonda Gəncə Kommersiya Məhkəməsinə göndərmişdir.İşin başında sonrakı dəlləkliyi kommersiya məhkəməsinin hakimi Kənan Vəliyev etmişdir. Öz şəxsi maraqlarını hər şeydən üstün tutan hakimlərdə qayda budur ki, icraatına gğtürdüyü işin sahibinə əvvəlcədən yəni işi görmədən bilmədən vəd verir.İddia ikikqat qanunsuz olsa da vədindən dönmür.Eşitdiyimizə görə belə mühakiməyə “oğru dilində” razborka deyirlər.
Sözlərimin boş görünməməsi üçün bu başdan qeyd edim ki, Gəncə şəhərində yerləşən YDM Gəncə Neft Bazasına məxsus 6 saylı Yanacaq Doldurma Məntəqəsi olmuşdur. 1995-ci ildə YDM-nin pulu və pulsuz olanda ( talon qəbul etməklə işləyəndə) Neft Bazasının direktoru 6 saylı YDM ünvanda formal olaraq YDM-nin torpaq sahəsinin bir hissəsində,yəni faktiki mövcud olmayan 6А saylı YDM yaratmışlar.Bu bölgünü özündə əks etdirən 01 aprel 1999-cu il tarixli 001226 nömrəli 6 saylı YDM-nin texniki pasportu da var. , 6А saylı YDM-nin isə yoxdur.Onun yalnız adı var. Мəhz buna görə mövcud olmayan 6А saylı YDM-i mövcud olan 6 saylı YDM-i ilə yanaşı özəlləşdirmişlər. Özəlləşdirmə zamanı mövcud olan və olmayan YDM-nin operatoru Qənbər Süleymanov tərəfindən özəlləşdirilmiş, mövcud olan 6 saylı YDM-ni öz mülkiyyətində saxlamış , mövcud olmayan 6A YDM-ni isə P.Novruzovanın adına keçirmişdir. 6А saylı YDM mövcud olmadığı üçün Pərvanəyə yalnız quru mülkiyyət sənədi verilmiş amma texniki posport isə verilməmişdir.Mən mövcud olan 6 saylı YDM-ni 2017-ci ildə alıb 5 ildir ki, öz xüsusi mülkiyyətim kimi işlədirəm.
Hakim Rəşad Mustafayev b 6А saylı YDM -nin texniki pospirtu olmadığını bil-biə saxta ekspertiza təyin etmişdir. «Gəncə şəhəri Yevlax şossesində yerləşən 6a saylı YDM-nə dair Novruzova Pərvanə Cəmil qızının adına verilmiş 28 iyul 2000-ci il tarixli pasport və Dövlət Əmlakının özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş 28 noyabr 2002-ci il tarixli, 002043 qeydiyyat nömrəli mülkiyyət hüququ haqda şəhadətnamədə göstərilən qeyri-yaşayış sahəsi və həmin tikilinin altında yerləşən 5352.5 kv.m torpaq sahəsi naturada üst-üstə düşürmü?»- sualını qoymuşdur.
Halbuki. nə işin içərisində 6A saylı YDM -nə dair texniki pasport yoxdur.Həm də kiminsə adına belə bir pasport verilməmişdir. Ekspertə aidiyyatsız N.Pərvanə tərtib etdiyi 28.07.2000-ci il tarixli saxta texpasport təqdim edilmişdir. Оna görə də ekspert rəy yazaraq məhkəməyə bildirmişdir ki, Pərvanənin adına 6А saylı YDM-nə aid texpasport yoxdur.
Təkrar edirəm 6А sayylı YDM heç zaman mövcud olmamış indi də mövcud deyildir.Hakim Rəşad Mustafayevin amalı yalnız hiyləgərlikdir. Eksperti çaşdırmaq olmayan şey haqqında rəy almaq.Bundan istifadə edib öz qara işini görmək üçündür. Lakin hakim qorxub məsələni uzatmaq üçün ikinci dəfə formal ekspertiza təyin etdi.Nəticə onu qane etmədiyi üçün Pərvanəyə verdiyi sözü yerinə yetirnə yetirə bilməyib 6 aylıq hoqqabazlıqdan sonra iş kommersiya məhkəməsinə aiddir”-deyib iddianı kommersiya məhkəməsinə göndərdi.Adama deyərlər İddia sizə aid deyilsə niyə icraata götürüb həm də ekspertiza təyin edirsiniz?
Sonrakı son 6 ayı da kommersdiya məhkəməsinin hakimi Kənan Vəliyev bu iddianın başında dəlləklik edərək ona təklif edilən külli miqdar məbləğ qarşısında Pərvanən xeyrinə olaraq 3 ay müddət ərzində bir qərar belə qəbul etmədi.İşə baxılması üçün qanunla müəyyən edilmiş 3 ay müddət hakimi maraqlandırmır.
Çünki eşitmişəm ki, hakimlərin vaxta riayət edib-etməmələrini yaxlayanlar vəzifələrinə formal ruayət edirlər. \hakimlər işin icratının dayandırılması haqqında saxta qərərdadlar yazmaqla imkan verirlər.
Mən adları yazılan hakimlərdən biri olan R.Mustafayevə 2 yazılı vəsatət digər hakim Kənan Vəliyevə isə 4 yazılı vəsatət versəm də heç biri təmin olunmadı.Kökü heç bir yerdə qeyd edilməyən saxta sənədin adi gözlə görəndə də hakim işi prokuror göndərməlidir.Bu mülkü qanunvericiliyin tələbidir.Məh hər iki hakimdən işin prokurorluğa göndərilməsi üçün xüsusi qərardadın qəbul edilməsini rəsmi xahiş edirəm, lakin hakimlər qəsdən vəsatətlərimi təmin etmirlər.
Aylardır ötür-ötür olan bü süründürməçilyin davam etdirməklə saxta sənədləri icraata götürən vəsatətlərimi təmin etməyən mülki prossesual qanunvericilin tələblərinin kobud surətdə pozulması ilə davam edən bu tragikomediyaya niyə son qoyulmur?
Çox hörmətli Prezident, bir mülki iddianın uzun müddət bir hakimdə saxlanılması, vəsatətləri yazıl və şifahi olarq təmin edilməməsi iş protokollarında bu səbəbinin qeyd edilməməsinin yoxlanılmasına aidiyyatı üzrə göstəriş verməyinizi Sizdən xahiş edirəm.
Teref.az-ın poçtuna daxil olan müraciəti oxuculara təqdim edirik: Azərbaycan Respublikası Elm və Təhsil Naziri Cənab Emin Əmirullayev,
Surəti: Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkili xanım Səbinə Əliyeva,
Surəti: Azərbaycan Respublikası Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı cənab Taleh Qaraşov,
Surəti: Azərbaycan Respublikası Lənkəran ŞRPŞ-nin rəisi cənab Azər Cahangirov,
Surəti: Azərbaycan Respublikası Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri cənab Elxan Nəcəfov.
Surəti: Azərbaycan Respublikası media nümayəndələrinə.
Azərbaycan Respublikası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan 186187/2022- 25-19 nömrəli icra işi üzrə, Lənkəran şəhəri, Sabir küçəsi, ev 1/16 ünvanında yaşayan tələbkar- Nuriyeva Röya Əlipaşa qızı tərəfindən
Ş İ K A Y Ə T
Ş İ K A Y Ə T Lənkəran Rayon, Osaküçə kənd İ.Hüseynov adına tam orta məktəbinin müəllimi R.Nuriyeva redaksiyamıza məktub ünvanlayaraq, işlədiyi müddətdə dərsi zamanı azyaşlı şagirdlərimin gözü önündə məktəbin şagirdi Xxxx (ad məktəbli olduğu üçün qeyd olunmur) və kənd sakini Vüsalə Əliyeva tərəfindən dəfələrlə döyüldüyünü bildirmişdir. Belə ki, Lənkəran ŞRPŞ-nin Təhqiqat Bölməsinin və Lənkəran Rayon Məhkəməsinin Qərarları ilə tanış olmuşam. Hazırki halda, həmin rəsmi Qərarları işıqlandırmasaq da, həmin qərarların surəti adiyyəti qurumlara- Azərbaycan Respublikası Elm və Təhsil Naziri cənab Emin Əmirullayev, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə müvəkkili Səbinə xanım Əliyeva, Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı cənab Taleh Qaraşov, Lənkəran ŞRPŞ-nin rəisi cənab Azər Cahangirov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri cənab Elxan Nəcəfova göndərilmişdir. Belə ki, şagird dəfələrlə Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli hesab edilib, lakin 15 yaşı olduğu üçün formal sayılaraq məsuliyyətə cəlb olunmayıb. Şagirdin anası Vüsalə Əliyeva isə ictimai vəzifə daşıyan müəllim R.Nuriyevanı döydüyünə görə həbs edilmişdir. Belə ki, hazırda şagird və anası Vüsalə Əliyeva hətta onu öldürəcəyəni Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri cənab Elxan Nəcəfovun dediyinə görə bildirmişdir. Cənab Elxan Nəcəfov isə bu hədə və ya xəbərdarlıqla əlaqədar hüquq-mühafizə orqanlarına şikayət etmək əvəzinə, məktəb müəlliməsinə iş yerini dəyişməsini, işdən çıxmasını xahiş etdi. Halbuki, kurikulum və pedaqogikaya əsasən, şagird müəlliməsini dəfələrlə döydüyünə görə ona cəza və tərbiyə metodu olaraq məktəbini məcburi başqa məktəbə dəyişdirmək lazım idi. Çox təəssüf ki, cənab Elxan Nəcəfov məsələyə birtərəfli yanaşır. Bununla belə, AR Daxili İşlər Naziri cənab Vilayət Eyvazov məktəbin müəlliməsini Lənkəran şəhərində şəxsən 30 mart 2022-ci il tarixdə qəbul edərək, ona məktəbin şagirdi azyaşlı olduğu üçün formal sayılaraq, məktəbin müəllimi, yəni R.Nuriyevanı döydüyü üçün formal sayılaraq məsuliyyətə cəlb edilməsə belə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə şagirdin yerini başqa məktəbə dəyişdirmək üçün təqdimat ilə müraciət ediləcəyini bildirdi. Hətta AR Daxili İşlər Naziri cənab Vilayət Eyvazovun qəbulundan bir neçə gün sonra Daxili İşlər Nazirliyinin əməkdaşı Əkbər Əkbərli Röya müəlliməni qəbul edərək, ondan təşəkkür yazmasını xahiş edərək, şagirdin yerini başqa məktəbə dəyişdirmək üçün təqdimat yazılacağına söz belə vermişdir. Qeyd edək ki, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri cənab Elxan Nəcəfovun qəbulunda olduqda R.Nuriyevaya, məktəb şagirdinin barəsində hüquq-mühafizə orqanlarının təqdimatı olduğu halda onun yerini başqa məktəbə dəyişə biləcəyini qeyd etdi. Diqqətinizə çatdıraq ki, şagird hər dəfə məktəb müəlliməsini döydükdə yetkinlik yaşına çatmayan barəsində profilaktiki tədbir görülməsindən ötrü Lənkəran İcra Hakimiyyətində qeydə alınmışdır, lakin nəticə olaraq müəllimə daha da ağır döyülüb, hazırda ölümü ilə hədələnir. Odur ki, Sizdən xahiş edirəm, Lənkəran rayon, Osaküçə kənd İ.Hüseynov adına tam orta məktəbinin şagirdi Xxxxx (adı kütləvi informasiya vasitələrində məktəbli olduğu üçün qeyd olunmur) məktəb müəllimini döydüyünə görə (döyməsini təsdiq edən Qərarları adiyyəti qurumlara göndərilib) kurikulum və pedaqogikaya, ölkə qanunlarımıza əsasən yerini başqa məktəbə dəyişməsi üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə təqdimat ilə müraciət edəsiniz. Sizdən xahiş edirəm, Lənkəran rayon, Osaküçə kənd İ.Hüseynov adına tam orta məktəbinin şagirdi məktəb müəllimi R.Nuriyevanı döydüyünə görə kurikulum və pedaqogikaya, ölkə qanunlarımıza əsasən çətin tərbiyə olunan yeniyetmə olduğundan yerini başqa məktəbə dəyişəsiniz. Belə ki, şagird həm də açıq-saçıq geyim, makyajlı halda məktəbə gəlməklə (hətta bunlar məhkəməyə təqdim edilmiş videogörüntülərdə və kütləvi informasiya vasitələrində aydın göstərilmişdir), hətta Lənkəran ŞRPŞ-nin polis işçisini yaralaması, barəsində Kütləvi informasiya vasitələrində yayılmış əxlaqsız məlumatlar çox təəssüf ki, şagirdin açıq-aşkar çətin tərbiyə olunan yeniyetmə olduğunu isbat edir. Odur ki, qeyd edilən hüquqi faktlara istinadən Lənkəran rayon, Osaküçə kənd İ.Hüseynov adına tam orta məktəbinin müəllimi R.Nuriyevanın həyatına real təhlükə olduğunu nəzərə alaraq, adiyyəti qurumların hərəkətə keçirilməsini xahiş edirik. Qeyd:
Qoşma: 1) Mən ictimai vəzifə daşıyan tam orta məktəb müəlliməsinin şagird D.Ə və anası Vüsalə Əliyeva tərəfindən döyülməyimi təsdiq edən Qərarlar
Hörmətlə, Nuriyeva Röya Əlipaşa qızı elektron qaydada: roya01@internet.ru Tarix: 24 avqust 2022-ci il Teref.az olaraq Lənkəran Rayon, Osaküçə kənd İ.Hüseynov adına tam orta məktəbin direktoru Arzu Mirzəyeva ilə danışdıq və məktəb direktorunun dediyindən belə başa düşdük ki, onun əlində heç bir səlahiyyət yoxdur. Problemləri ya Nazirlik yada Təhsil İdarəsi həll etməlidir. Teref.az olaraq Lənkəran-Astara Regional Təhsil İdarəsinin Lənkəran Təhsil Sektorunun inspektoru, aparıcı məsləhətçi Sabir Əliyevlədə bu problem barədə danışdıq. Sabir müəllimin dediyinə görə onlar müəllimənin problemlərindən xəbərləri var və qarşıda gələn dərs ilində məktəbdə heç bir problem baş verməməsi üçün məktəb rəhbərliyini təlimatlandırıblar. Sabir müəllim Röya xanımın bir il ərzində almadığı maaşı ona ödəniləcəyinidə dedi! Teref.az olaraq bu hadisənin necə cərəyan edəcəyini nəzarətə götürmüşük və içtimaiyyəti məlumatlandılracağıq! Teref.az
İddiaya görə Ənvər Lumanov, Lalə Dadaşova və Rasim Vəliyev pandemiya zamanı 1,5 milyon manata yaxın dövlət vəsaitini mənimsəyiblər...
Ötən gün Sabirabad rayon Rayon Mərkəzi Xəstəxanası ilə bağlı məlumatımızda qeyd etmişdik ki, tibb müəsissəsi ilə bağlı uzun müddətdir ölkə mətbuatında müxtəlif şikayətlər, problemlər dərc olunmasına baxmayaraq hələdə problemlər yerində qalmaqda davam edir.
MilliYol.az-a daxil olan məlumatada bildirilirdi ki, Sabirabad Mərkəzi Xəstəxanasının baş direktoru Ənvər Lumanov tibb müəssisininin idarəsini xəstəxananın baş tibb bacısı Lalə Dadoşaya həvalə edib. Məhz baş direktorun Lalə Dadaşovaya verdiyi külli-ixtiyarı səlahiyyətlər o qədər genişdir ki, xəstəxananın baş həkimi İkram Allahverdiyev belə baş tibb bacısı ilə hesablaşmaq məcburiyyətində qalıb.
Sabirabad Mərkəzi Xəstəxanası ilə bağlı MilliYol-a daxil olan bəzi ilginc məlumatları oxuculara təqdim edirik.
Yeni məlumatlara əsaslanarsaq, deyə bilərik ki, baş direktor Ənvər Lumanovla, baş tibb bacısı Lalə Dadaşovanın və mühasib Rasim Vəliyevin iş birliyinin təməli COVİD-19 pandemiyasının başlanğıc dönəmində qoyulub. Xatıqladaq ki, 2020-ci ilin martından başlayaraq ölkənin bütün xəstəxanalarında, o cümlədən Sabirabad Xəstəxanasında da ciddi iş rejimi tətbiq edilmişdi. Koronvirus infeksiyasının qarşısının alinması məqsədilə vətəndaşlara vaksin dozalarının vurulması, həmçinin virusa yoluxan vətəndaşlara tibb yardımın göstərilməsi üçün çalışan tibb işçilərinə Nazirlər Kabineti yüksək məbləğdə əmək haqqının verilməsi haqqında qərar qəbul eləmişdi.
Məlumata görə 2020-ci ildən 2021-ci ilin yarsına kimi Sabirabad Mərkəzi Xəstəxanasında koronavirus infeksiyasının qarşısının alınmasında iştirak edən tibb işçilərinin 80-ə yaxının əmək haqqısını Ənvər Lumanovla Lalə Dadaşova və Rasım Vəliyev mənimsəyib. Belə ki, xəstəxanadakı mənbə bildirir ki, Xəstəxanada çalışan 140 tibb işçisindən 60-70-i işə gəlib, qalanın isə adı olub özləri olmayıb. Yəni Ənvər Lumanov, baş tibb bacısı Lalə Dadaşova və mühasib Rasim Vəliyev 70-dən artıq "ölü can"ın pulunu mənimsəyib. Daha doğrusu o ağır zamanlarda bu üçlü büdcəni talan etməklə məşğul olublar.
Qeyd edək ki,pandemiyanın kəskin dönəmində tibb işçilərinə koronavirus infeksiyasının qarşısının alınmasında iştirak etdikləri üçün bir il dörd ay ayda 1200-1400 manat əmək haqqı verilib. İddiaya görə Ənvər Lumanov, Lalə Dadaşova və Rasim Vəliyev pandemiya zamanı 1,5 milyon manata yaxın dövlət vəsaitini mənimsəyiblər.
Bundan başqa baş tibb bacısı Lalə Dadaşova koronavirus infeksiyası ilə bağlı vaksin vurulması zamanı vətəndaşlara saxta vaksin vurulması arayışının satışına nəzarət edirmiş. Hətta həmin vaxt Sabirabadda saxta arayış satan tibb işçilərindən biri hüquq mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb edilmişdi. Ancaq Lumanovun çoxsaylı xahişindən sonra məsələ bağlanıb.
Saytımıza verilən digər məlumatda isə qeyd olunur ki, hazırda Sabirabad Xəstəxanasında icbari tibb sığortdan əsər əlamət qalmayıb. Xəstəxanada fəaliyyət göstərən şöbələr hər ay baş direktora aylıq "hesab" verirlər. Bu hesabların yığılmasına və çatdırılmasına nəzarəti birbaşa baş tibb bacısı Lalə Dadaşova edir. Məlumatda qeyd edilir ki, hər ay doğum şöbəsindən 1500-2000 min manat, digər şöbələrdən isə xəstələrin sayına görə müxtəlif rəqəmli "hesab" alınır. Bundan başqa xəstəxanada fəaliyyət göstərən UZİ, Tomoqrafia və Rentgen aparatlarını işlədən həkimlərin hər ay ödəyəcəyi məbləğlər var. Həmçinin bir çox həkimlərdən üç aydan bir min manat hesab alındığı deyilir.
Xəstəxanaya dövlət tərəfindən verilən bir çox dərman pereparatlarının satılmasını isə Sabirabad rayonunda bilməyən yoxdur. Şəkər iynəsi insulindən tutmuş hətta doğuş zaman bəzi qadınlara vurulmasına ehtiyyac olan "Antirezus" (roqonda deyilir) iynəsinə qədər pulsuz verilən dərmanlar müxtəlif apteklərdə satılır. Bildirilir ki, "Antirezus" iynəsini Lalə Dadaşova Saatlı rayonundakı apteklərdə satdırır. Qeyd edək ki, Lalə Dadaşova uzun müddət Saatlı rayonunda dərman satışı ilə məşğul olub.
Bundan başqa Sabirabad xəstəxanasının kənd xəstəxana və məntəqələrində adları olub özləri olmayan xadimələrin əmək haqqılarının bir hissəsidə Ənvər Lumanova çatır. Bu işə nəzarəti isə baş direktorun sağ əli olan Lalə Dadoşva ilə sol əli sayılan mühasib Rasim Vəliyev edir.
İddia edilir ki, bir müddət öncə baş tibb bacısı Lalə Dadaşovanın Sabirabad xəstəxanasına gələn xəstələrlə açıq şəkildə rüşvət söhbəti eləməsi ilə bağlı auido səs yazısı yayılıb. Həmin səs yazısını Sabirabad rayonundakı oxucularımız bizə göndərəcəklərini deyirlər.
Onu da qeyd edək ki, hər həftə Sabirabad Mərkəzi Xəstəxanasında baş tibb bacısı Lalə Dadoşa ilə müxtəlif işçilər arasında davalar olur. Bu dava-dalaşın səbəbi isə Lalə Dadaşovaya rüşvət verərək işə girən işçilərin pullarını geri istəməsi ilə bağlı olduğu deyilir. Misal olaraq bir neçə gün bundan öncə Gülsənəm adlı tibb işçisinin və İlahə adlı xadimənin Lalə Dadaşova ilə davaya çıxaraq pullarını gerı qaytarmalarını göstərmək olar.
Avqustun 18-də Tərtər rayonunun Buruc kəndində vətəndaşların icra başçısı tərəfindən görüşü keçirilirdi. Qısamüddətli, reklam xarakterli görüş başa çatdıqdan sonra, əməkdaşlarımız icra hakimiyyətinin başçısı Müstəqim Məmmədova yaxınlaşıb və bu zaman başçı tərəfindən böhtan və hədələrə məruz qalıblar. Başcı səsinin tonunu yuxarı qaldıraraq, yüksək tonla rayon hüquq-mühafizə orqanlarına göstərişlərini verərək, jurnalistlərin polis idarəsinə aparılıb onların haqqında tədbir görülməsini, telefonlarına baxış keçirilməsini, çəkilişlərin silinməsini tələb edib. Aidiyyatı üzrə, verilən göstərişlər həyata keçirilib və jurnalistlər polis idarəsinə aparılıb. Polis idarəsində jurnalistlər haqqında araşdırmalar aparılıb və jurnalistlərin heç bir qeyri-etik hərəkətləri qeydə alınmayıb və polis idarəsindən sərbəst buraxılıb.
Maraqlısı odur ki, Müstəqim Məmmədov öz çirkin əməllərindən geri qalmır. Günahı olmayan jurnalistləri polis idarələrinə sürükləyən Müstəqim Məmmədov, görəsən yerli sakinlərə nə divan tutur.
P.S
Tərtər şəhər mərkəzi xəstəxanasının ətrafındakı mağazaların, Marquşavandakı, Səhləbaddakı torpaq sahələrinin kimə məxsus olması və Tərtər sakinlərinin hər gün muzdlu kimi Müstəqim Məmmədovun Yevlaxdakı malikanəsində işlədilməsi barədə gələn sayımızda... /qaynarxett.az/
Abşeron rayonuna yeni icra başçısı təyinatı köklü dəyişikliklər gətirmədi. Hazırkı icra başçısı Abdin Fərzəliyev Nərimanov rayonundan gətirdiyi üsul – idarəçiliyi davam etdirir, Abşeron rayonunda tətbiq edir. Bircə oradakı sabiq müavini Şahmar İbadov çatışmır ki, bu tandem yerini tutsun, hər istədiyi qanunsuzluğa imza atsın. Gah yaşıllıq salınması, gah şəhid evinin olduğu küçəyə asfalt döşəməsi xəbərləri ilə gündəmə gələn, görülən bu kiçik işləri gözə soxaraq reklam edən A. Fərzəliyev, əslində qol qoyduğu özbaşınalıqları malalamağa, ört-basdır etməyə çalışır. İcra başçısı fikirləşir ki, yuxarıların, mətbuatın bu yolla xoşuna gələcək. Amma Abşeron rayonunda tikinti alverindən tutmuş torpaq satmağa qədər bütün rüşvətxorluq sistemini qüvvədə saxlayan icra başçısı keçmiş həmkarı İradə Gülməmmədovanın qoyub getdiyi qaydaları dəyişməyib. Sadəcə, dəyişən rəqəmlər, rüşvətin qiymətidir. Habelə, ötən müddətdə KİV-də yayımlanan xəbərlər də neqativ tondadır və məlum olur ki, icra başçısı hər hansı ciddi islahat aparmayıb. Misal üçün Abşeron rayonu, Xırdalan şəhərində “Köhnə statistika” adlandırılan ərazidə məskunlaşan məcburi köçkünlərbinadan çıxarılıb, yaşadıqları tikili və ərazi rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev tərəfindən “SAS 2015” MTK şirkətinə satılıb. Başqa bir xəbərdə deyilir ki, Masazır və digər ərazilərdə torpaq satışı da, ev tikintisi rüşvət alınması da necə var davam edir. Sadəcə, indi 3 min yox, 5 min rüşvət tələb olunur. Abdin Fərzəliyevin sahibkarlara qarşı olan tələbi rayonun idarə və müəssisələrinə də tətbiq olunmaqdadır. Son günlər rayonda məktəb direktorlarının vəzifələrindən heç bir səbəb olmadan çıxarılması və yeniləri ilə əvəzlənməsi Abdin müəllimin “alverinə” xeyli müsbət təsir göstərib. təyin ediləndə ilk işdən çıxaracağı icra nümyəndələrindən birinin məhz Şahlar Həsənov olacağı deyilirdi. Ancaq başçı bir çox icra nümayəndəsi ilə vidalaşsa da, Şahlar Həsənov kreslosunda qalmaqda və köhnə “işini” davam etdirməkdədir. Məlumata görə, Şahlar Həsənovun Masazır icra nümayəndəsi vəzifəsində başçının marağı var. Çünki bütün qara işləri ona gördürür. Ümumiyyətlə, Fərzəliyevin Abşeron sərgüzəştləri haqda onlarla məlumat var. Biz yalnız bir qismini açıqlayırıq, mövzunu davam etdirəcəyik. İH-nin mövqeyini dərc etməyə hazırıq.TİA.Az
Lənkəran rayonunun Təngivan kəndi yer üzündən silinməkdədir. Kəndin ortasından keçən Lənkərançay çayının yatağı Lənkəran icra başçısı Taleh Qaraşovun birbaşa olaraq himayə etdiyi “PROFCO” MMC tərəfindən intensiv şəkildə qazılaraq daşınmaqdadır.
Təxminən 10 il əvvəl fəaliyyətə başlayan daş-çınqıl karxanasi artıq kənd sakinlərinin əkin yerlərinə keçib.
Kəndin bələdiyyə sədri, icra nümayəndəliyindən tutmuş bütün yerli orqanlar tərəfindən himayə olunan şirkətin fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus olduğu iddia edilir. İcra başçısı Taleh Qaraşovun da Kəmaləddin Heydərovun adamı olduğu şübhə doğurmur. Sakinlərin sözlərinə görə, qanunlara tüpürən adıçəkilən MMC o qədər yüksək yerlərdən himayə olunur ki, onların yazdığı məktublar da ünvana çatmır.
Təngivan kəndindən acınacaqlı görüntüləri təqdim edirik: