Ardını oxu...
Səni aparmağa gəlirlər, Siraqəddin Cabbarov, hazır ol... Bir müddət əvvəl ölkə mediasında icra başçılarından birinin, deyilənlərə görə, Sabirabadın icra başçısı Siraqəddin Cabbarovun bir xanıma milyonluq villa bağışlaması ilə bağlı müzakirələr getdi. Hətta müzakirələrə qatılan tanınmış alim, Əməkdar müəllim Rəşid Mahmudov öz çıxışında maraqlı məqamlara toxundu. Və dedi ki, görəsən, icra başçısı niyə öz həyat yoldaşına deyil, yad bir xanıma milyon dəyərində villa bağışlayır..? Görəsən icra başçısı bu milyonları haradan qazanıb..? Ən dəhşətlisi isə odur ki, yad bir xanıma milyonluq villa bağışlayan icra başçısı Siraqəddin Cabbarov müzakirələrdən bir müddət qabaq Qarabağ qazisi Elvin Cabbarovu günlərlə qəbul etmədiyi üçün qazi özünü yandırarq ölmüşdür. Bax həmin vaxtlar haqlı olaraq vətəndaşlar soruşurdu ki, bir gözəlçəyə villa hədiyyə edən Siraqəddin Cabbarov Qarabağ qazisinin ailəsini niyə qəbul etmək istəmir ? Qazilər yazır ki, bu adam niyə bizə bu qədər nifrət edir ? Bəlkə qohumlarını öldürmüşük..?
Təsəvvür edirsiniz Qarabağ uğrunda canından keçən qazini qəbul etməyən məmur hansısa təsadüfi qadına villa hədiyyə edir. Sözün düzü, bu milyonluq villa söhbəti diqqətimizi cəlb etdi. Və Siraqəddin Cabbarovun ömür yoluna, yəni tərcümeyi-halına nəzər salmalı olduq. Deməli, Siraqəddin Cabbarov düz 19 il Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatında Mənzil sahələrinin qeydiyyatı və bölüşdürülməsi şöbəsinin müdiri, Təsərrüfat şöbəsinin müdiri, Sosial-iqtisadi məsələlər şöbəsinin müdiri və Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifələrində çalışmışdır. Aha, deyəsən hədəfə yaxınlaşırıq. Bəli, böyük bir rayonda mənzil bölgüsünə baxan adam üçün hansısa qadına mənzil, ev, yaxud villa bağışlamaq nə çətin məsələdir..? Adam mənzil növbəsinə durmaq üçün Siraqəddin müəllimi “görməli”, sonra növbədə “qabağa düşmək” üçün onun təzədən “görməli”, mənzili alanda isə əməlli-başlı “görməli”dir. Təsəvvür edirsiniz, dövlət vəsaiti ilə başa gələn mənzili vətəndaşa, şəhid ailəsinə, qaziyə vermək üçün Siraqəddin Cabbarov nələr pul almayıb. Bəli, Siraqəddin Cabbarov Binəqədidə icra başçısının müavini olanda təkcə kimlərəsə villa hədiyyə etməyib, həm də rayon ərazisindəki avtobus marşrutlarının satılmasına da “xozeynlik” edib, hətta özünün də xeyli sayda avtobus marşrutu olub. İndi bildinizmi, hansısa gözəlçəyə villa bağışlamaq söhbəti havadan düşməyib. Düzdür, biz əlimizdə fakt olmadığı üçün qəti söz demirik.
Amma... Əmması odur ki, əlahəzrət məntiq deyir ki, bu boyda pulların qarşısında bir villa bağışlamaq, dənizdən bir damcı götürmək kimidir. Ən maraqlısı odur ki, cənab icra başçısı bu boyda ittihamlara qarşı səsini də çıxartmır. Deməli susursa...
Bəli, Binəqədidə mənzilləri, avtobus marşrutlarını sata-sata Siraqəddin Cabbarov günün birində, daha dəqiq desək, 2008-ci ildə Saatlının icra başçısı olub. Bəli, əslən İmişlidən olan Siraqəddin Cabbarov o zamankı PA-nın rəhbəri Ramiz Mehdiyevin kürəkəni, anası İmişlidən olan deputat İlham Əliyevin qohumudur.
Yəni Siraqəddin Cabbarov birbaşa Ramiz Mehdiyevin kadrıdır. Siraqəddin Cabbarov təkcə Ramiz Mehdiyevin kürəkəni ilə deyil, həm də o zamankı bəzi vəzifə sahibləri ilə də çox yaxın münasibətdə olub.
Bu hələ harasıdır ?
Qarabağ qazisi, bütün ölkəyə müraciət edir ki, icra başçısı Siraqəddin Cabbarov məni döydü...məni intihar həddinə çatdırdı... Siraqəddin Cabbarov dövlət başçısının Saatlıya ayırdığı 10 milyonları mənimsəyib. Dövlətin 350 imkansız şəxsə ayırdığı maaş kartları kimlərin cibindən çıxıb..? Siraqəddin Cabbarov iki ildir ki, Saatlıdakı əməllərini Sabirabad sakinlərinin başına açır. Həmişə ağzı söyüşlə açılan icra başçısı utanıb-qızarmadan intiharına səbəb olduğu Qarabağ qazisinin yas məclisinə gəlib.
Bu yerdə deyiblər ki, utanmasan oynamağa nə var ki... Amma bütün bunlara baxmayaraq hər qərarın dəqiq vaxtını bilən cənab Prezident yəqin ki, Siraqəddin Cabbarova yaxın zamanda layiq olduğu yeri göstərəcək.
P.S. Sıraqəddin Cabbarovu müdafiə edən şəxslər onun məsələsinin yaddan çıxmasını gözləyirlər. //gundelik-baku.com//
 
 
 
Ardını oxu...
“Melnur” uşaqlara, “Narınc” isə valideynlərə əzab verir – Paytaxtda və respublikamızın bir çox bölgələrində filialları polan “Narınc” uşaq psixologiya mərkəzinin fəaliyyəti heç də reklamlarında göstərildiyi kimi keyfiyyətli, işçiləri isə təqdim olunduqları qədər humanist deyillər.

“RealMedia.az” saytı redaksiyasına Fikrət Səfərov adlı vətəndaşın müraciəti daxil olub. Müraciətdə bildirilir ki, “Narınc” Psixologiya Mərkəzinin “Xalqlar Dostluğu” filialına nəvəsinin loqopedik seanslardan keçməsi və müalicə olunması müqabilində 5000 (beş min) manat pul ödəyib. Pul ödəyərkən danışıqları belə olub ki, nəvəsinin tam şəkildə müalicəsi aparılacaq və müsbət irəlləyişlər əldə olunacaq.
Ardını oxu...
Təranə Kazımova

Lakin aparılan seanslar mərhələsində heç bir müsbət irəliləyişlər baş verməyib. Qarşı tərəf əvvəl verdiyi sözə əməl etməyib, yəni, müqavilə üzrə öhdəliyi pozub. Odur ki, vətəndaş “Narınc” psixoloji mərkəzinə ödədiyi pulları geri tələb edib. Bu dəfə isə Mərkəzin icraçı direktor müavini Təranə Kazımova ona pulu geri qaytarmayacaqlarını deyib. Fikrət Səfərov onların bu əməllərinin dələduzluq olduğunu bildirərək şikayət edəcəyini dedik də, Təranə Kazımona “əlin hara qəlbidir, ora qoy” deyərək cavab verib. Yəni, bu qədər bəsit – həm suçlu, həm də güclü.
Görünən odur ki, “Narınc” Psixologiya Mərkəzinin rəhbər şəxslərinin özünün psixoloji seanslara ehtiyacı var.
Əlbəttə, biz bu yazı ilə “Narınc” uşaq psixologiya mərkəzini uşaqların işgəncələrə məruz qaldığı “Mehnur” reabilitasiya mərkəzi ilə müqayisə etmək fikrində deyilik. Uşaqlara fiziki işgəncə verən “Melnur”dan fərqli olaraq, “Narınc” böyüklərə maddi ziyan vurur və mənəvi əzab verir.
Bizi izləyin. Mövzu ilə bağlı geniş yazımız olacaq.

İddialarla bağlı qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

RealMedia.az
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 

 
Ardını oxu...
 
“Hacıoğlu”nun marketləri, restoran və kafeləri, yanacaqdoldurma  məntəqələri, pullu tualetləri... 

Bakı-Ələt-Astara yolunun Salyan rayonundan keçən hissəsində yola yaxın tikilmiş, hətta  trası zəbt edən qeyri-qanuni obyektlər  barədə mediada  çox yazılıb. Sözügedən qanunsuz obyektlər içərisində  “Hacıoğlu” şirkətinə məxsus  kafe və restoran, yanacaqdoldurma məntəqəsi və digərləri olub. Trası  zəbt edən  digər obyektlərin kimlərə məxsus olması barədə uzun-uzadı yazmaq istəmirik. 
Çünki bu yazının mövzusu  konkret olaraq “Hacıoğlu” şirkətinə məxsus obyektlərdir. Bu kafe və restoranların vaxtilə sabiq baş prokuror  Zakir Qaralova məxsus olması barədə də mətbuatda çox yazılıb. Sözün qısası, yüksək  səviyyədə verilən tapşırıqdan sonra  Bakı-Astara avtomobil yolunun üzərindəki məşhur “Hacıoğu” restoranları  3 ay faəliyyətini dayandırdı və sonradan fəaliyyətini bərpa etdi. 
Araşdırma  zamanı məlum olmuşdu ki, “Hacıoğlu” şirkəti üçün torpaq sahələri ayrılarkən  qanun pozuntuları baş vermişdir. Hətta  adıçəkilən ərazidəki  bəzi obyektlərin Salyanın keçmiş deputatı, sabiq  hərbi komissar, general-leytenant Əliağa Hüseynova məxsus olduğu barədə də mətbuatda çox yazılıb. 
Əlbəttə, biz bu yazıda  baş verən qanunsuzluqları  araşdırmaq fikrində deyilik. Konkret olaraq bəhs edəcəyimiz mövzu  “Hacıoğlu” şirkətinin sahibinin Qarabağ müharibəsi döyüşçüsü, veteran olan şəxsə münasibətindən gedir. 
Belə ki,  üzümüzü  “Hacloğlu”  şirkətinin sahibinə tutub deyirik ki, bu ərazidə nələrin yoxdur..? Marketlərin, restoran, kafelərin, yanacaqdoldurma məntəqələrin və... Bəli, “Hacıoğlu”  şirkətinin sahibi ərazidə  uppuzun bir PULLU  tualet tikdirib və yol boyu gəlib gedənlər, müştərilər, sərnişinlər öz təbii  tələbatlarını burada ödəyirlər. Və ən dəhşətlisi odur ki, ailəsini dolandırmaq üçün  hər şeyə  hazır olan  Qarabağ  döyüşçüsünə bu tualetdə  iş veriblər. 
Belə ki, Qarabağ veteranı bu tualetdə həm də şirkətin sahibi üçün  tualet pulu yığır, həm də tualeti təmizləməklə məşğul olur. Və Qarabağ veteranı bu  təhqiramiz işin qarşılığında öz ailəsi üçün  hər ay “Hacıoğlu” şirkətinin sahibindən 350 manat əmək haqqı alır. Biz başa düşürük ki, Qarabağ veteranının  bu cüzi əmək haqqına ehtiyacı var. Amma  Qarabağ döyüşçüsünə  tualet təmizlətdirmək  heç kimə başucalığı gətirməz. Və bunu bütün cəmiyyət görür. Yeri gəlmişkən,  bu məqamda  Qarabağ  veteranları ilə bağlı illər öncə baş verən bir hadisə yadımıza düşür. 1996-2006-cı illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri işləyən  ( sonradan Belorusiyada Azərbaycanın səfiri oldu )  Əli Nağıyev  Qarabağ veteranlarının işlə təmin olunması, məşğulluğu ilə bağlı  çox iyrənc bir təklif vermişdi. Sabiq nazir demişdi ki, Sumqayıtda xeyli çəkməçi, ayaqqabı təmizləyən budka-köşklər açmışıq, qoy Qarabağ veteranları orada işləsinlər. Yaxşı yadımdadır ki, onda bütün ölkə mətbuatı naziri topa tutmuşdu. Və onun sonrakı aqibəti bəllidir... Gəlin etiraf edək ki, 90-cı illərin Azərbaycanı ilə indiki Azərbaycan arasında  yerlə göy qədər fərq var. İndi dövlətimiz  iqtisadi cəhətdən daha güclüdür. 
İkincisi, nə qədər ağır olsa da  çəkməçi ilə tualet təmizləyən arasında da .... 
Nə isə,  “Hacıoğlu”  şirkətinin  Qarabağ veteranına tualet təmizlətdirməsi bizə qarşı təhqirdir. Görəsən,  2016-cı ildən  bu günədək Salyan Rayon İcra Hakimiyyətinin başçısı  kreslosunu  zəbt edən  cənab Sevindik Hətəmov  bu rüsvayçılığı  görüb bilmir..? Və üzmüzü Sevindik Hətəmova tutub deyirik ki, ay Sevindik müəllim, vallah sizin yerinizə biz utanıb xəcalət çəkdik. Yəni Salyan boyda rayonda Qarabağ veteranına verməyə  bir münasib iş tapmadınız ki, ona tualet təmizlətdirirsiniz..? 
“Hacıoğlu”  şirkıtinin sahibinə isə deyirk ki, əgər Qarabağda döyüşən oğullar olmasaydı, sən özünün  və yaxınlarının vəziyyətini göz önünə gətir... 
Unutmayın ki, sizin bu iyrənc əməlinizi sizə nə bu xalq, nə də dövlətimiz bağışalmayacaq. Mövzunun gündəmdə saxlayacağıq. Bizi izləyin.
P.S. Qarabağ müharibəsi veteranına bu cür münasibət dünyanın heç bir yerində yoxdur. Cənab Prezidentimiz müharibə veteranları haqqında həmişə yüksək fikirdə olub. Qəzan mübarək Sevindik Hətəmov!

 
Ardını oxu...
 
Məlumdur ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinə əsasən dövlət orqanlarında vəzifələr həmin vəzifələrin funksiyalarının məzmunundan, səlahiyyətlərinin mənbəyindən və tutulması üsullarından asılı olaraq inzibati və yardımçı vəzifələrə bölünür. İnzibati vəzifələr dövlət orqanları aparatları və bölmələri rəhbərlərinin, onların müavinlərinin, habelə dövlət qulluğunda çalışan mütəxəssislərin, yardımçı vəzifələr isə dövlət orqanlarında texniki işləri həyata keçirən dövlət qulluqçularının (kargüzar, makinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi, sürücü və sair işçilərin) vəzifələridir. 
İnzibati vəzifə iddiasında olan şəxsin müvafiq ali təhsili, yardımçı vəzifə iddiasında olan şəxsin isə tam orta təhsili olmalıdır. Yardımçı vəzifələr üzrə dövlət qulluğuna qəbul bilavasitə dövlət orqanı tərəfindən həyata keçirilir. İnzibati vəzifələri tutmaq istəyənlər isə mütləq  Dövlət İmtahan Mərkəzində  test imtahanları  verməli, sonra isə müsahibələrdən keçməlidirlər. 
Bunun üçün mütləq əvvəlcədən  dövlət qurumu  Dövlət İmtahan Mərkəzinə  boş yerlərlə-vakansiyalarla bağlı məlumat verməlidir.  Və Dövlət İmtahan Mərkəzi vakansiyalarla bağlı müsabiqə elan etməlidir. 
Çox təəssüf ki, bir çox dövlət qurumları  “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə  riayət etmirlər. Belə ki, Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi  test imtahanlarından keçmədən  kimlərisə müqavilə əsasında işə qəbul edirlər və sonra  hansı yollasa əsas ştat vahidi ilə işlə təmin edirlər. 
Əlbəttə, bu məsələdə Dövlət İmtahan Mərkəzinin  rəhbəri Məleykə xanım Abbaszadə də məsuliyyət daşıyır. Bu ayrı bir  yazının mövzusu olduğu üçün konkret  olaraq  Zəngilan Rayon Məhkəməsində baş verən qanunsuzluqlara nəzər salmaq istəyirik. Bəli, Zəngilan rayon Məhkəməsinin sədri Gülsarə Kərimovna İmanova  “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununu pozaraq  işçiləri işə qəbul edir. Söhbət texniki işçilərdən getmir. Bəli, hələ də  tələbə olan Mahmudov Ağa Alqulu oğlu  Zəngilan Rayon Məhkəməsinin sədri  Gülsarə Kərimovnanın  “xeyir-duası”  ilə  Zəngilan Rayon Məhkəməsində katib vəzifəsində işləyir. 
Yuxarıda qeyd etdiyimiz kimi  “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda göstərildiyi kimi bu vəzifəni tutmaq istəyən şəxslər  mütləq ali təhsilli olmalıdır. 
Görəsən  Gülsarə Kərimovna hələ də tələbə olan  Ağa Mahmudovu hansı əsasla  katib vəzifəsinə təyin edib..? 
Ağa Mahmudov  Dövlət İmtahan Mərkəzinin test imtahanlarından keçibmi..? 
Əlbəttə, yox. Zəngilan Rayon Məhkəməsində baş məsləhətçi kimi çalışan  Şahnaz adlı xanım necə və hansı yolla məhkəmə orqanlarında işə düzəlib..?  
Bizdə olan dəqiq məlumata görə, Şahnaz xanım da Ağa Mahmudov kimi Dövlət İmtahan Mərkəzinin test imtahanlarından keçməyib. Görəsən, test imtahanlarından keçməyən Şahnaz xanım  öz sədri olan Gülsarə Kərimovnaya hansı hüquqi məsləhətlər verə bilər..? 
Dediklərimiz eyni ilə Zəngilan Rayon Məhkəməsində  iclas katibi vəzifəsini tutan  Günel adlı xanıma da  aiddir. 
Sözün qısası, qanunların keşiyində durmalı olan Zəngilan Rayon Məhkəməsinin sədri  Gülsarə Kərimovna  özü dövlətimizin qanunlarını pozur. Görəsən, onun bu əməllərindən cənab Ədliyyə Naziri Fikrət Məmmədovun xəbəri varmı..?
Əgər xəbəri varsa, niyə bu qanunsuzluqlara  qarşı addım atmır..? 
Onu da qeyd edək ki,  Gülsarə Kərimovna  özü Azərbaycanda məhkəmə-hüquq sisteminə  necə işə düzəlibsə, bu gün də eyni qayda ilə  özü kimlərisə işə götürür.
Belə ki, heç kimə sirr deyil ki, Türkmənistan Respublikasında doğulan, orada təhsil alan, işləyən, Azərbaycan dilində, latın qrafikasında yazıb-oxumağı bacarmayan Gülsarə Kərimovna PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin xanımı ilə rəfiqə olması səbəbindən Azərbaycanda məhkəmə-hüquq sisteminə işə qəbul olub. Hansı ki, xarici ölkənin vətəndaşının Azərbaycanda dövlət vəzifəsi tutması qanunla mümkün deyil. 
Hətta Azərbaycanda ikili vətəndaşlıq da yoxdur. Amma bütün bunlara baxmayaraq Gülsarə Kərimovna  2013 – 2018-ci illərdə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi olub, 2018 – ci ildən isə Zəngilan Rayon Məhkəməsinin sədridir. Və məhkəmə hakimi, məhkəmə sədri olduğu müddətdə məcburi köçkünlərin boşanması və digər hallarla bağlı qəbul etdiyi qətnamələr ölkəmizdəki məhkəmə-hüquq sisteminə yumşaq formada desək, kölgə salır. Görünür atalar əbəs yerə deməyib ki, ağası Gül(üm)sarə olanın… 
Bəli, Gülsarə Kərimovna hansı yolla, necə məhkəmə sistemində işə düzəlibsə, bu gün də eyni qaydada özü  kimlərisə işə qəbul edir. Və ən dəhşətlisi odur ki, DİM-in test imtahanlarından keçən və məhkəmədə işə düzəlmək istəyən şəxslərə isə Gülsarə Kərimovna deyir ki, boş yerimiz yoxdur. Bir sözlə, Zəngilan Rayon Məhkəməsində qanunsuzluqlar  baş alıb gedir. 
Ümid edirik ki. Ədliyyə Nazirliyi, Məhkəmə-Hüquq Şurası yaxın zamanda məsələ ilə bağlı öz qəti mövqeyni ortaya qoyacaqdır.
P.S. Amma deyəsən Zəngilan Rayon Məhkəməsi, Ədliyyə Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin yadından çıxıb.

Ardını oxu...
Füzuli rayonunun Araz Dilağarda kənd sakini Xəyyam Həsənov sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Daha doğrusu, məşğul idi. Ta ki məmur özbaşınalığı ilə qarşılaşana qədər.

Xəyyam Həsənov KİV-ə müraciət edərək bildirib ki, ona məxsus olan 20 hektar torpaq sahəsi əlindən alınaraq külli miqdarda ziyan vurulub: “Haramı ərazisində aqropark yaradılması ilə əlaqədar mənim fermamı, tikilimi dağıtdılar, ağaclarımı məhv elətdirdilər. Qoyun-quzum, mal-qaram tərk oldu. Təsərrüfatımı ərazidən köçürtdülər. 2016-cı ildə 7 hektar sahədə pambıq əkmiş, 16-17 ton maşınla yığılmış məhsul təhvil vermişdim. 2017-ci ildə 17 hektarda əkdiyim pambıq əkinini dağıtdılar. Bir elə vəsait sərf eləyib əziyyət çəkmişdim. “Füzuli Aqropark”ın məxsus olduğu “Natural – Aqro” MMC-nin direktoru İlham Hacıyev şumlatdırıb qatdı ərazisinə. O vaxt baş verənləri əks etdirən video-çəkilişlər, hal şahidləri var. Pambıq məhsulu batdı. Beyləqan pambıq zavodu (“MKT İstehsalat Kommersiya” MMC-nin Beyləqan filialı – red.) boynuma 7000 manat borc öhdəliyi yüklədi. Zavodun direktoru Rəşid müəllim mənə dedi ki, icra hakimiyyətindən zavoda məktub gəlib, mənə veriləsi vəsaitin dayandırılması tapşırılıb. Özüm cibimdən 3000 manatdan yuxarı fəhlələrə məvacib ödəmişdim. Torpağa görə 20 min manat kompensasiya hesablamışdılar, onun da yalnız 2 min manatını “Natural – Aqro” MMC-nin sabiq direktoru rəhmətlik Adil müəllimin idarəçiliyi vaxtında kartıma köçürmüşdülər. Qalanının nağd şəkildə ödəniləcəyini demişdi. Adil müəllim vəfat edəndən sonra vəzifəyə gələn İlham Hacıyev MMC-nin rəhbəri Natiq Quliyevin qohumu və həmyerlisidir. Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev mənə icazə verdi ki, hələlik mənə yer verilənənədək həmin o yerdə əkin əkə bilərəm. Mən də o dediyi kimi elədim. Başçının razılığını alandan sonra həmin yerə arx çəkdirib şumlatdım. İlham Hacıyev gəlib iş görməyimə mane oldu. Başçıdan icazə aldığımı dedim. Sahə inspektoru Sahib müəllimə zəng vurdum. Xeyri olmadı. İlham mənimlə aqressiv davrandı. Mənə və başçının ünvanına söyüş də söydü, hədə-qorxu gəldi…”

Hüquqları tapdalanmış, ziyana düşmüş sahibkarın başına gələnlər yalnız bundan ibarət deyil. Avqustun 4-nə keçən gecə saat 01:30 radələrində onun VAZ 21015 markalı maşını yanıb. Hesab edir ki, yandırılıb. Şübhələndiyi şəxs isə onunla konflikdə olan İlham Hacıyev və onun sifarişini yerinə yetirən əlaltılarıdır. Hadisə yerinə polis, sonra da FHN əməkdaşları gəlib.

Xəyyam Həsənov deyir ki, yuxarı instansiyalara çoxsaylı müraciətləri nəticə verməsə də, ən nəhayət, son günlərdə Prezident Administrasiyasında vəzifəli şəxslə görüşəndən sonra RİH başçısı Alı Alıyev və sahə inspektoru Sahib müəllim onu çağırıb vaxtilə pambıqçı qadınlara əmək haqqı xərci çəkdiyi 3500 manat pulu akt tərtib edərək veriblər. Amma zavoda borclu göstərildiyi 7000 manat və torpağın əvəzinə verilməli olan 18000 manatdan xəbər-ətər yoxdur.

Sahibkar həmçinin bildirib ki, adını çəkmək istəmədiyi bir nəfər ona İlham Hacıyevin onu təxribata çəkmək istədiyini, şərləyib tutdurmaq istədiyini deyib və ehtiyatlı olmağı məsləhət görüb. Xəyyamın verdiyi məlumata görə, Aqroparkın ərazisinə düşən torpaq sahiblərindən 4 nəfər məmur olduğu üçün kifayət qədər yuxarı məbləğdə kompensasiya alıb ərazini tərk ediblər: “Daha 6 nəfər də torpağını Aqroparka sərfəli qiymətə satmaq üçün dayanıblar. Aralarında yəqin məni zəif bənd hesab etdikləri üçün üstümə gəlirlər. Amma mən mübarizəmi sonadək davam etdirəcəyəm və inanıram ki, səsimi möhtərəm Prezidentimiz cənab İlham Əliyevə çatdıra biləcəyəm”.

P.S. Füzuli də – Alı Alıyevin başçılıq etdiyi bir rayonda həngamə bitmir ki, bitmir.
Adları çəkilən şəxslərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
 //RealMedia.az//


Ardını oxu...
ARDNŞ-nin vitse -prezidenti Daşqın İsgəndərovla bağlı "Təzadlar"a ittiham dolu məktub daxil olub... Məktubun müəllifi sosial şəbəkə istifadəçisi, hüquqşünas Vüqar Haqverdiyevdir. V.Haqverdiyev yazır:
"Salam əziz dostlar !
İlk öncə SOCAR-ın bütün fəhlələrinə öz salamlarımı çatdırıram! Sizə yeni bir şad xəbərim var! SOCAR-ın vitse - prezidenti Daşqın İsgəndərovun “Ağ Şəhərdə“ dəyəri 3 ( üç ) milyon dollara olan villası haqqında məlumat aldım. Bu məlumatı mənə hüquqşünas dostlarım çatdırdılar. Özü də bu canlara dəyən oğlan o villanı Azneft İB - nin rəisi olanda alıb. Əlbəttə ki, öz “ alın təri “ ilə alıb. Təfsilatını və yerini, fotosunu "Təzadlar"da oxuyub görəcəksiniz. Azacıq səbrli olun!
Aldığım məlumata görə bu oğlan 100 faiz fərari olan Əli Əmirov adına NQÇİ - nin rəisi Fəxri Haqverdiyevlə bir yerdə bütün qanunsuz işləri həyata keririb , “ zəhmət “ çəkiblər, bunun da nəticəsi olaraq milyonlarla dollar pullar qazanıblar!!!
Fərari Fəxrinin 90 faiz əmlakları Sabunçu və Suraxanı rayonundadır. Kişini orda “ RƏİS “ deyə çağırırlar. İnsafən xalqımıza da çox böyük yaxşılıqlar edir! Belə ki, kişinin ev, torpaq, villalar satışı ilə məşğul olan AMİL adında makleri var. Kim əli yandımda nə satırsa, dərhal Amil “ RƏİS “ ə zəng vurur, həmin əmlakı alıb, xalqımızın problemini həll edirlər!
XXX
Daşqın İsgəndərov və Fəxri Haqverdiyev bütün qohum -əqrabalarını doldurublar SOCAR-a! Bu Daşqın İsgəndərov gecə -gündüz hamıya deyir ki, guya Fəxri Haqverdiyev Fərari deyil! Fəxrinin orda elə yaxın qohumu var ki, benzin, neft oğurluğu üstündə Neft Şirkətindən qovulub, siz onu yenidən Sokara işə qaytarmısınız. Fəxrinin həmin qohumu haqqında məndə daha ciddi məlumatlar var, oturun yerinizdə mənim ağzımı açdırmayın! Mərdi qova -qova namərd etməyin! Sizin sonunuza, mənim yazığım gəliir! Siz xalqımızı ağlar günə qoymusunuz ! Neftdən, qazdan gələn bütün gəlirləri mənimsəmisiniz ! Sizin balalarınız milyonlarla dollar sərvətlərə malikdir, xalqımızın balaları isə kasıb kökündə yaşayır! Sizin balalarınlz niyə 44 günlük müharibədə iştirak etmədilər? Ölkənin milyardlarını siz yeməlisiniz, müharibədə döyüşməyə kasıbların balaları getməlidir? Fərari Fəxrini başa düşdük, özü Fərari olduğuna görə oğlunu nəinki döyüşə göndərmədi, hətta oğlunun hərbi xidmətini Bakıda evinin içində keçirtdi. Evdə yaxşı xidmət etdiyinə görə DİN - də yaxşı vəzifəyə təyin olundu. Allah atasının canını sağ eləsin, belə atalar var e!
XXX
Yekunda üzümü Daşqın İsgəndərova və SOCAR-ın Fəxrini müdafiyə edən vəzifəli şəxslərinə tutub deyirəm ; Özünüzü güldürməyin, hətta Fəxri ürəyində, evində, sizə gülür ki , fərari ola -ola Sokarın bütün vəzifəlilərini aldadıram! Atamın, anamın qəbrinə and olsun, Fəxri Haqverdiyev 100 faiz Fəraridir və sizi ələ salıb oynadır! Bu barədə konkret sübutlarım var və tezliklə "Təzadlar"da açıqlayacağam. Və sonda: DGK, DMX orqanlarında işləmişəm, sizin harda hansı mülkləriniz, hansı villalarınız, hansı obyektləriniz, hansı istirahət mərkəzləriniz, restoranlarınız və s. Var, hamısınl əzbər bilirəm . Siz Azərbaycanın yarısını almısınız, ələ keçirmisiniz, işğal etmisiniz! Cənab Prezident İlham Əliyev Paşinyandan qurtaran kimi sizlərə əl bulayacaq. Buna əmin olun. Niyə qabağa durub Prezidentin Qarabağdakı quruculuq layihələrinə maddi dəstəyinizi vermirsiniz? Daşqın İsgəndərov, Qarabağa hansı yardımı etmisiniz? Müharibədə döyüşən ailə üzvün varmı??? Fəxri Haqverdiyev kimi Fərarini... vəzifədə saxlamaq xalqımıza və şəhidlərimizin ruhuna təhqirdir!
Fəxri Haqverdiyev başda olmaqla, gedin o milyonlarınızı “ YAŞAT “ fonduna köçürün! Sizin oğurladığınız milyonlara görə artıq 41 nəfər qazilərimiz intihar ediblər!".
Məktubda daha ciddi ittihamlar olduğundan ixtisarla verməli olduq.
Adları çəkilənlərin də mövqeyini təqdim etməyə hazırıq.
"Təzadlar"ın Araşdırma Qrupu

Ardını oxu...
 
 

 
Bütün dünya hazırda iqtisadi böhranla mübarizə aparır. Eyni zamanda yetkililər də un, buğda ehtiyatlarının azalması barəsində narahatlıqlarını ifadə edir, dünyada aclıq olacağının "anons"unu verirlər.

 
Amma, atalar yaxşı deyib, "Toxun acdan nə xəbəri?!".

Yuxarıda da vurğuladığımız kimi, bütün dünya aclığa qarşı tədbirlər görməyə çalışır, dünyadan bixəbər, oliqarx məmur Fuad Həziyev isə həyat yoldaşı Aytən Əzizovnın adına təsis etdirdiyi spirtli içkilər zavodunda yüz minlərlə ton undan cürbəcür şərablar istehsal etdirir. Necə deyərlər, "Aclıq olsun, kef olsun".

Yeri gəlmişkən, "DogruXeber.az" bildirir ki, yerli mediada adı "oliqarx məmur" kimi hallanan Fuad Həziyevin kimliyi barəsində qısaca məlumat veririk ki, bu şəxs Azərbaycanın əsas gəlir mənbəyi olan "SOCAR"ın təchizat idarəsinin rəisinin müavinidir.

Üstəlik, “MACON” MMC, “CREATE İNDUSTRY” MMC, “FİRE SAFETY CASPİAN AZERBAİJAN” MMC, “AZBEN SUPPLİES” MMC, “AZBEN İNŞAAT” MMC , “AZBENT LOGISTICS” MMC, “ASTRAVEL” MMC, “Ələsgərli N. F” və sair bu kimi 30-a yaxın MMC-lərin sahibidir.

Bundan əlavə "Baku spirts" spirtli içkilər zavodu, İsmayıllı rayonunun Kürdmaşı kəndindəki "Kürdmaşı şərab zavodu" da Fuad Həziyevə məxsusdur. Doğrudur bunların hamısı onun özünün deyil. Deyilənə görə ailə üzvlərinin və yaxınlarının adına qeydiyyatdan keçirilib.

Həyat yoldaşı Aytən Əzizovnın adına “Baku-Spirits” alkoqol məhsulları istehsal edən zavod cəmi bir il öncə fəaliyyətə başlamasına baxmayaraq, zavodun istehsalı olan "ABSOLUTE ORGANIC", "ORGANIC NATION", "HAYAT VODKA", "BLACK SCORPION", "BUSINESS LINE", "ABSOLUTE VODKA", "ABSOLUTE CLASSIC", "ВАКЦИНА, ЗЕРО" çeşidli araq məhsulları böyük marketlər və şərab mağazalarının piştaxtalarında ən öndə yerlərdə düzülür. Satanların və içənlərin dili ilə desək, hamısı da "bərkgedən araqlar"dır. Bu şərabların digərlərindən fərqi və üstünlükləri budur ki, bunlar hər hansı bir meyvədən deyil, birbaşa undan istehsal edilir. "DogruXeber.az"ın məlumatına görə bu zavodlar fəaliyyətə başladığından bugünə qədər qapısından hələ bir ton belə meyvə daxil olmayıb. Lakin, il ərzində yüz minlərlə ton un gətirilir ki, onlardan da müxtəlif adlarla şərablar istehsal olunur və baha qiymətə satılır.

Gördüyünüz kimi bu qədər biznesin sahibi "SOCAR" neft şirkətinin hələ İdarə rəisinin müavininin olanlardır. Sizcə, adi maaşla ümumiyyətlə biznes qurmaq mümkündür?

Özü də çox maraqlıdır ki, "oliqarx məmur" hesab edilən Fuad Həziyevi hələ 2013-cü ildə ölkə başçısı "tərəqqi medalı" ilə təltif edib.
Görəsən hansı xidmətlərinə görə?

Ümumiyyətlə, hər zaman çıxışlarında vəzifəsindən sui-istifadə edən, korrupsioner məmurlara qarşı sərt mövqe nümayiş etdirən prezident Fuad Həziyevin barmaqla sayılmacaq qədər çoxsaylı bizneslərindən xəbərdardırmı?

Yoxsa, elə o medaldan sonra cənab Həziyev "öz bacarıqlarını kəşf edib və daha artığını da edə biləcəyinə inanaraq hərəkətə keçib?!"...

Suallar çoxdur, amma ən çox şübhə doğuran isə bir rəis müavininin bu qədər biznesi hansı pulla qura bilməsi sualıdır...

Hər halda bu sualın ən doğru cavabını verə biləcək tərəflər "SOCAR" rəhbərliyi və digər aidiyyatı dövlət qurumlarıdır (Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə baş İdarəsi) ki, güman edirik, onlar da bu məlumatlardan sonra gərəkən araşdırmaları başlatmışdır.
(Qeyd edək ki, materialda vurğulanan faktların mənbəyi qanunla.az saytıdır)

Məlumatlarla bağlı qarşı tərəfin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

DogruXeber.az

 

XalqXeber.Az
Ardını oxu...
Litseylərdə qorxunc ödənişlər, yoxsa aşağı səviyyədə təhsil?... - "Kaspi" litseyi cəmiyyətə nə verir və ya kəmiyyət yoxsa keyfiyyət?

Bugün elmin hansı səviyyədə irəli və ya geri getdiyi zaman dönəmindən danışacağıq. Hər bir valideyinin arzusudur ki, övladı gözəl təhsil alsın, yaxşı məktəblərdə, litseylərdə oxusun, sevdiyi peşə üzrə ali məktəblərə qəbul olsun, savadlı kadrlardan olsun. Ancaq bu sadalananları həyata keçirmək üçün bizim imkanımız pullu, bahalı litseylərdə uşaqlarımızı oxutmaq üçün yetərlidirmi? və ya yetərli olsa da belə həqiqətən də istədiyimiz təhsili, savadı uşaqlarımıza verirmi həmin litseylər? Bu məsələyə aydınlıq gətirmək üçün Bakının sözügedən, ən qabaqcıl və durmadan reklam olunan litseylərində olduq.
Düzdür bəziləri haqqında istənilən məlumatları toplaya bilməsəkdə, əsas bizə lazım olan Kaspi litseyi haqqında istənilən məlumatları aldıq. Buyurun oxuyun, görün təhsil hansi səviyyədə irəlləyir. Bilmirsən güləsən, yoxsa ağlayasan, ancaq cox acınacaqlı bir vəziyyətlə qarşı qarşıyayıq. Əgər bir xalqın təhsil sistemində pul, rüşvət, yeyinti varsa o təhsil, təhsil ola bilməz. Hamı cox çətinliklərdən keçərək qazanır, hamı uşaqlarının gələcəyi yaxşı olsun deyə çabalayır. Bahalı litseylərdə uşaqlarını oxudur. Bəs bu durumda niyə söhbəti gedən, reklam olunan "Kaspi" litseyində verdiyiniz təhsillə aldığınız pullar bir birini tamamlayırmı? İllik ödənişi 7000 manat olan təhsil ocağında verilən təhsil hər bir şagirdin toplayacağı yüksək balla, qazandığı savadla, arzusunda olduğu univeristetdə oxumaqla, gələcəkdə quracağı karyerada öz əksini tapırmı? Xeyir tapmır! Sözügedən litseydə verilən təhsil özünü göstərmir. Valideynlər dövlət məktəblərində təhsilin zəif olmasını əsas gətirərək, övladlarının özəl məktəblərdə oxuyub yüksək nəticələr əldə etməkləri üçün ildə 7000 manat ödəniş edirlər ki, uşaqlarına parlaq gələcək nəsib etsinlər. Amma özəl litseydə təhsilin səviyəsi yüksək olmaq əvəzinə heç də ürəkaçan deyil.
Bizdə bu gün belə məsələlərin az da olsa şahidi olduq. Bəzi valideyinlərlə söhbət etdik, müəyyən bilgilər topladıq etirazların sayı litseydən razı olanların sayından qat-qat üstün idi. Biz də bu gün topladığımız məlumatlara əsasən bu məsələyə baxan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müvafiq struktur bölmə və yerli təhsili idarəetmə qurumlarının rəhbərlərinə səslənirik görməzdən gəlməyin...Elimsiz adam qanadsız quş kimidir.. Çalışın bu qanadı qırmaq, yox etmək əvəzinə, onun yaradıcı memarı olun./gundelik baki.com\
 

Dünyapress TV

Xəbər lenti