Ardını oxu...
Redaksiyamıza babanli00@bk.ru elektron poçtdan Sanina Babanlinin imzası ilə Gəncə - Daşkəsən Regional Mədəniyyət İdarəsinin Goranboy rayon Mədəniyyət Sektorunun baş məsləhətçisi İsax Məmmədovun özbaşınalığından bəhs edilən yazı daxil olub. Yazıda yer alan iddialarla bağlı adları hallanan tərəfləri dinləmək istiqamətindəki cəhdlərimiz nəticəsiz oldu...
Aktuallığını nəzərə alıb yazını olduğu kimi, dərc edirik:
Təəssüf ki, uğurlarından daha çox baş verən biabırçı hadisələrlə gündəmdən düşməyən Goranboy rayon Mədəniyyət şöbəsində hər gün yeni məlumatlar yayılır.
Son vaxtlar daha çox təcrübə labarotoriyasını xatırladan Goranboy Mədəniyyət Şöbəsində, baş verənlərə baxdıqda idarəetmənin hansı səviyyədə olduğunu təsəvvür eləmək elə də çətin olmur.
Ölkənin tale yüklü strukturuna, dövlətin, xalqın gələcəyini təmin edən bir sahəyə biznes maraqlarından yanaşmaq, qazanc mənbəyinə çevirmək ən azından dövlətə və xalqa xəyanətə bərabərdir.
Bu dəfə Gəncə-Daşkəsən Mədəniyyət İdarəsi sistemində baş verən özbaşınalıq və qanunsuzluqlar haqda ilginc məlumatlar aşkar olunub.
Əldə olunan məlumatlarda goranboy rayon Mədəniyyət şöbəsinin baş məsləhətçisi İsax Məmmədovun və onun yaxın ətrafının açıqdan-açığa dövlətə qarşı olan fəaliyyətindən bəhs olunur.
Gəncə Daşkəsən Mədəniyyət İdarəsinin, Goranboy rayon Mədəniyyət şöbəsinin baş məsləhətçisi İsax Məmmədovun qanunsuz fəaliyyəti barədə açıqlama gətirək.
Odur ki, İsax Məmmədov təqdimatı ilə, Goranboy Rayon Borsunlu Kənd Uşaq Musiqi məktəbinə "10" (on min) manat qarşılığında məktəbin müəlliməsi, Günay Allahverdiyeva məktəbə direktor əvəzi olaraq müvəqqəti təyin edilib.
Təyin edilən aydan etibarən, məktəbdə dövlət büdcəsindən hər ay "20 min " (iyirmi min) manat dolayı- yollarla maliyyə mənimsənilir.
Belə ki, "36" otuz altı dərs saatları olan müəllimlər qeyri rəsmi şərtlər daxilində çalışır. Bu qanunsuzluğun, özbaşınalığın başlanğıcıdır, araşdırılsa daha nələr ortuya çıxar.
Yəni müəlimlərin adına yazılan dərs saatları 12/18 saat müəllimin, qalanı Günay Allahverdiyeva tərəfindən mənimsənilir.
Məktəbdən mənimsənilən maliyyənin bir hissəsi hər ay İsax Məmmədova paket şəklində şapka kimi çatdırılır.
Maraqlısı odur ki, məktəbə hər ay Dövlət büdcəsindən ayrılan 50 % faiz müəllimlərin, qalan maliyyənin bir hissəsi Günay Allahverdiyeva tərəfindən qanunsuz olaraq, silinmə edərək mənimsənilir.
Onu da qeyd edək ki, məktəbə 100 (yüz dən) artıq şagird gəlmir. Müəllim ehtiyat bazasında yerləşən kadrlardan "Yeddi - on min " min manat qarşılığında bir neçəsi Borsunlu Kənd Uşaq Musiqi Məktəbinə müəllim vəzifəsinə təyin ediliblər.
Müəllimlərin işə qəbuluna hazırlaşan kadrlara Günay Allahverdiyeva maraqlarını, xidmətlərinin təklif edir. Belə ki, bu hegemon direktor on beş min manat müqabilində, imtahandan keçirib işə qəbul edərəm deyir.
Görəsən həç bir peşəkar səviyyəsi olmayan, "NOT" anlayışı tanımayan Günay Allahverdiyeva bu səlahiyyəti hardan, kimnən alır? Maraqlıdır. Bəlkə İsax Məmmədovdan ?
İsax Məmmədov, Günay Allahverdiyevaya bildirib ki, neçə ki mən Goranboy rayon, Mədəniyyət Şöbəsində şefəm, sən də Borsunlu Kənd Uşaq Musiqi Məktəbində şef əvəzisən, yəni ki, direktor əvəzi qalacaqsan.
Belə ki, təki sən pul gətir heç kim sənin iş fəaliyyətinə müdaxilə etməyəcək. Görünür ki, maddi maraqlar çox böyükdür məktəblə bağlı. İsax Məmmədovun göstərişi ilə, Goranboy rayonda yerləşən bütün Kitabxanalardan, Mədəniyyət evlərindən, Klublardan, Muzeylərdən, Rəsm qalareyasından, Heydər Əliyev Mərkəzinin işçilərindən hər ay maaşdan müəyyən miqdarda pul yığılır, hətta xadiməçidən belə pul alınaraq İsax Məmmədova çatdırılır.
Gəncə - Daşkəsən Regional Mədəniyyət İdarəsinin İsax Məmmədova göstərdiyi ehtimadı doğrutmayan, vəzifəsində sui-istifadə, vəzifə səlahiyyətlərini aşaraq, özünü Goranboy Mədəniyyət Şöbəsində birinci bilməsi qanun pozuntusu deyilsə bəs nədir?.

Yenixeber.org

Ardını oxu...
 
Ardını oxu...
Ölkənin təhsil sistemində aparılan islahatlara baxmayraq, hələdə bir çox təhsil ocaqları "köhə qayda"larla işlərini davam etdirirlər. Belə təhsil ocaqlarından biridə Binəqədi rayonu Nizami Nərimanov adına 248 saylı tam orta məktəbdir.

"Azərbaycan Reallığı" saytına daxil olan məlumata görə, 248 saylı məktəbin direktoru Xəyyam Fərəcov yenə də "köhnə qayda"larla işlərini davam etdirir. Belə ki, məktəbdə bir çox müəllimlərin dərs saatlarının şişirdildiyi və təhsil alan şagirdlərin əksəriyyətinin dərslərə qatılmadığı bildirilir.

Məlumatda qeyd edilir ki, məktəbin rus rektorunda təhsil alan şagirdlərin əksəriyyətinin sadəcə jurnalda adları mövcuddur. Həmin şagirdlərin əksəriyyəti hazırlıq kurslarına getdikləri üçün dərslərə qatılmırlar və bunun üçündə məktəb rəhbərliyinə aylıq ödəyirlər.

Məlumatda vurğulanır ki, adı olub özü olmayan şagirdlərdən alınna aylıq məsələsinə direktorun müavini Reyhanə Qurbanova nəzarət edir. Həmçinin dərs saatları şişirdilən müəllimlərlə danışıqların aparılmasıda direktor müavinə həvalə edilib.

Bildirilir ki, direktor Xəyyam Fərəcov məktəbdə baş verənlərin gizli saxlanılması üçün bütün müavinləri ilə məcburən anlaşıb. Yəni məktəb direktoru dərs saatlarının şişirdilməsinə və jurnallarda adı olub özü olmayan şagirdlərin olmasına göz yuman müavinlərə də müəyyən "şərait"lər yaradıb.

Bildirək ki, 248 saylı məktəb uzun müddət ölkə mətbautın gündəmindən düşməyib. Həm keçmiş direktor Əsli Quliyeva həmdə hazırkı direktor Xəyyam Fərəcovla bağlı müxtəlif məlumatlar, şikayətlər dərc olunub. Mövzuya qayıdacağıq.
Ardını oxu...
Dövlətə xüsusilə külli miqdarda ziyan vurmaqla təqsirləndirilən şəxs hələ də Suqmayıt İcra Hakimiyyətində yüksək vəzifə tutur

Ölkə mətbuatında bir çox məmurların vəzifə səlahiyyətlərindən sui-istifadə edərək böyük biznesə, var-dövlətə sahiblənməsi ilə bağlı çoxsaylı məlumatlara faktlara sast gəlmək olar.

AzFakt.com xəbər verir ki, belə məmurlardan biri də hazırda Sumqayıt şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyevdir.

Bildirək ki, Gündüz Əliyevin adı korrupsiya əməliyyatında hallanandan sonra Suqmayıt icra başçısının müavini - Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsindən çıxarılaraq İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

AzFakt.com-a daxil olan məlumata görə Gündüz Əliyev Sumqayıt şəhərində çoxsaylı obyektlərə, var-dövlətə sahibdir. Belə ki, Sumqayıt Bulvarında fəaliyyət göstərən məşhur "Bowling" restoranı, "Ordubad" marketin yarısı, daş bazarı deyilən ərazidə 10-a yaxın obyekt, Nəsimi heykəlinin yanında "Cofe lance" və yeni istifadəyə verilən market, mebel sexlərinə, klinikaya, mənzillərə və Novxanıda milyonluq villaya sahibdir.

Qeyd edək ki, Gündüz Əliyevə qarşı 2023-cü ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi ilə ittiham elan edilib. Bununla 2023-cü ildə Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, "Sumqayıt Tibb Mərkəzi" Publik Hüquqi Şəxsində baş verən qanunsuzluqlarla bağlı Maliyyə Monitorinqi Xidmətindən daxil olmuş məlumatlar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb. İş üzrə toplanmış mötəbər sübutlar əsasında Gülnarə Bayramova və Gündüz Əliyevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) və digər maddələri, Elxan Əsədova isə həmin Məcəllənin 32.5, 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəməyə köməkçilik), 32.5, 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə köməkçilik) və digər maddələrilə yekun ittiham elan edilib.

İstintaqla qeyd olunan tibb müəssisəsinin sabiq baş mühasibi Gülnarə Bayramovanın həmin vəzifədə işləyərkən qohumu Gündüz Əliyevlə qabaqcadan əlbir olub tanışları Elxan Əsədovun köməkliyilə sahibkarlıq fəaliyyəti adı altında 2012-2019-cu illər ərzində keçirilmiş dövlət satınalmaları və müqavilələr üzrə xüsusilə külli miqdarda pul vəsaitlərini nağdlaşdıraraq mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

Cinayət işi materiallarına əsasən Gülnarə Bayramova və Gündüz Əliyev Elxan Əsədov vasitəsilə təsis etdiyi 41 hüquqi şəxsin qanuni fəaliyyətlə məşğul olması görüntüsü yaradaraq Sumqayıt şəhər Səhiyyə Şöbəsindən 5 milyon 716 min 684 manat məbləğində pul vəsaitini həmin şirkətlərə köçürülməsinə nail olub.
 
Ardını oxu...
2 il paytaxtın Nərimanov, 16 il Suraxanı kimi böyük rayonlarının icra başçısı işləmiş və 5 ildir ki, Şirvan şəhər icra hakimiyyətinin başçısı olan İlqar Abbasovun qardaşları İmran Abbasov və İlham Abbasov haqda ilginc məlumatlar var. Icra başçısının böyük qardaşı İlham Abbasov isə 2014-cü ildə bakıda şirniyyatçı kimi fəaliyyət göstərən Vüqar Əhmədovun pulunu və avtomobilini mənimsəyib. Belə ki, Vüqar Əhmədov İlham Abbasova aid Xırdalanda fəaliyyət göstərən və “Az Pal” şirkətindən un alıb. Bir müddət sonra una görə şirkətə borcu yaranıb. Şirkət sahibi də ona borcu qaytarması üçün iki ay möhlət verib. Əvəzində isə onun hələ kredit ödənişi başa çatmayan “Mercedes” markalı avtomobilini qeyri-rəsmi girov götürüb. Vüqar Əhmədov borcu ödəyəndən sonra avtomobilini geri istəyəndə ona məlum olub ki, şirkət sahibi avtomobili ona satmış şəxslə əlbir olaraq başqasına satıb. İndi isə cumhuriyyet.az-a İlham Abbasovun yeni dələduzluğu ilə bağlı məlumat daxil olub.

Belə ki, onun qızı və həyat yoldaşı vətəndaş Səadət Həsənovanın 47 min manatını mənimsəyib. Bu haqda vətəndaş özü danışır:

Cumhuriyyet.az-a daxil olan məlumata görə icra başçısının digər qardaşı, əvvəllər DYP-də çalışmış İmran Abbasov 4 il Nəsimi rayon su idarəsinə rəhbərlik etdikdən sonra, Azərsu ASC-də departament rəisinin müavin və daha sonra indiki vəzifəsinə təyin olunub. Deyilənə görə, İmran müəllimin kənar biznes şəbəkəsində pivə istehsalına, arpa, buğdaya qədər payı var. Ancaq əsas problem bu şəxsin rəhbərlik etdiyi idarədə dözülməz şərait yaratmasıdır. Belə ki, onun regionçuluq və qərəzçilik prinsipinə söykənən idarəçiliyi kollektiv arasında ciddi narazılıq yaradıb. Siravi gözətçidən,fəhlədən tutmuş hər kəsin işinə yersiz müdaxilələr edən İmran müəllim özünü padşah kimi aparır. İmran Abbasovun idarəçiliyində ən müəmmalı məqam anbara müxtəlif mallar gətirən şirkətlərlə münasibətidir.”İnterkabel”, “Universal”, “Polimart”, “Şurataz”, AkPiping, Hinal Grup kimi şirkətlərə süni şəkildə sertifikat problemi yaradılır ki, bu problem də yalnız İmran müəllimə xüsusi konvert təqdim olunduqdan sonra aradan qaldırılır. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, İmran Abbasovun əməllərindən ən çox əziyyət çəkən şirkətlərdən biri də “Fuad kimya” şirkətidir. Belə ki, şirkətin “Azərsu”ya təqdim etdiyi məhsulların qabları geri verilməli olduğu halda, İmran Abbasov onları Keşlədə yerləşən balıq bazarı alverçilərinə və Bakı şəhərinin müxtəlif rayonlarında yerləşən məzarlıqlara satdırır. Məsələn anbara gələn və əsas vəsait sayılan priterlər Agentliyin regionlarına və idarələrinə göndərildikdən sonar fərqli olduğu üzə çıxıb. Bu mallar İmran Abbasovun “convert siyasəti” ilə qəbul olunsa da departament rəisi Samir Qənili işdən çıxarılıb, lakin səbəbkara göpzün üstə qaşın var deyən olmayıb. Ardınca İmran Abbasov əsas vəsait sayılan UPS – ləri sənəd üzrə olan yox, digər göstəricilərlə anbarına doldurub. Məsəl üçün UPS – 600 – ün yerinə anbara UPS – 700 qəbul edilib. Bu da öz növbəsində Agentliyin rayon və regional sukanal idarələrinə gedib çatanda bəlli olub.İdarələr səsini çıxardanda Abbasov bunun rəhbərliyin tapşırığı olduğunu deyir. İri su xəttlərinin üzərinə qoyulan siyirtmələr müqavilədə Türkiyə istehsalı olsa da anbara daxil olan Çin istehsalıdır.İri diametrli metal borular müqavilədə tikişsiz, anbara daxil olan tikişli və qalınlığı fərqlidir. Bu günlərdə kanalizasiya xətlərinin açılması üçün nəzərdə tutulan material əvəzinə yanmış məftil alınıb ki, işə yaramayan bu kompanent ciddi narazılıq yaradıb. Bütün bu məhsulları anbara daxil etmək üçün konvertin qalınlığı nəzərə alınır. Agentliyin Sədri Zaur Mikayılov İmran Abbasov haqqında ölçü götürməməsi onun özünü də şübhə altına salır.
 
Ardını oxu...
Roma Aliyev adlı sosial şəbəkə istifadəçisi ötən gün “Facebook” səhifəsində Zaqatala rayon Mərkəzi Xəstəxanası ilə bağlı müzakirələrə səbəb ola biləcək ilginc məlumatlar paylaşıb. Paylaşımda rayon Xəstəxanasının direktor Tamara Nurəliyeva özbaşına əməllərindən bəhs edilir. https://www.facebook.com/srmxphsh/?locale=az_AZ
Qeyd edək ki, bu məlumatlar saytda yayıldıqdan sonra son bir neçə gündürki, Aktualinfo.org redaksiyasına müxtəlif mətbuat orqanlarının nümayəndələrindən və digər şəxslərdən zənglər gəlir. Zəng edənlər bu məlumatları haradan əldə etdiyimizi maraqlanır, yuxarıda təqdim etdiyimiz lingdə – Şəki rayon Mərkəzi Xəstəxanasının “Facebook” səhifəsində – belə məlumatın olmadığını bildirirlər. Yayılmış bu məlumatlardan narahat olanlara bir daha xatırlatmaq istərdik ki, məlumat Roma Aliyev adlı sosial şəbəkə istifadəçisi tərəfindən Şəki rayon Mərkəzi Xəstəxanasının “Facebook” səhifəsində mayın 3-də TƏBİB-in tabeliyində fəaliyyət göstərən Şəki Rayon Mərkəzi Xəstəxanasının direktoru Məcid Əliyev 60 yaşı bitən və 65 yaşı bitdiyi üçün əmək müqaviləsinə xitam verilən tibb işçilərini təbrik etməsi ilə bağlı paylaşımın şərh bölməsindən götürmüşdük. Məqalə geniş ictimaiyyət arasında yayıldıqdan və redaksiyaya olunan zənglərdən sonra qeyd etdiyimiz şərh bölməsində bu məlumatın silindiyini gördük. Araşdırma apardıqda məlum oldu ki, Roma Aliyev adlı sosial şəbəkə istifadəçisi bu məlumatları hələ aprelin 4-də “Facebook”da, Zaqatala Media, Zaqatala Meydanı səhifələrində də paylaşıb. Bu da sözügedən paylaşımların linki: https://www.facebook.com/search/top?q=zaqatala%20meydan%C4%B1&locale=he_IL
Çox maraqlıdır ki,bizə zəng edənlərə bu məlumatların “Facebook”da, Zaqatala Media səhifəsində hazırda qaldığını bildirdikdən sonra gördük ki, məlumatlar artıq oradan da silinib. Yaxşı ki, vaxtında skrinşot edərək yaddaşda saxlamışdıq.
Ardını oxu...Ardını oxu...
Aktualinfo.org sözügedən paylaşımı müəyyən redaktələrlə, amma məzmununu olduğu kimi saxlamaq şərti ilə bir daha diqqətinizə çatdırır.
“Zaqatala rayon Mərkəzi Xəstəxanası demək istərdim, amma xəstəxana deyil, başqa bir yerdə çevrilib. Rüşvətxorluq bazar və xaos… Xəstəxanadan başqa hər şey var burda. Bunu da yardan əlbəttdə ki direktor Tamara Nuraliyeva və müavini Emil Rüstəmovdur. Burda o qədər qanunsuzluqlar var ki, Prokurorluğa verilən iş indi Korpusiyaya təhvil verilib. Bele olduqda Tamara xanım başladı xəstəxandan pul yiğmaga. Yəni söhbəti bağlamaq üçün 250 min manat pul yiğmalıdı. Bunu da bütün burda işləyənlərin belindən çıxartmaq istəyir. Tamara və Emil anbarları satıb sovurdu özlərinə evlər şəraitlər qurdu, işi bağlamq istəyəndə isə işçilərin aldığı bir-iki qəpik maaşlarına göz dikdi. Bu ikili indi hər bir şobəyə müəyyən məbləğlərin yiğlması üçün tapşırıqlar verib.
Yəni bu 250 min manat pulu yiğmaq üçün bütün xəstəxananı ayağa qaldırıb. Cərrahları, həkimləri, tibb bacılarını hamını çarmığa çəkir və tələb edir ki, pul yığılsın mən satdım sovurdum indi isə siz məni bu vəziyyətdən çıxarın. Kefi çəkən sən, satan sən, dövlətin malını mənimsəyən sən, külli miqdarda yeyinti edən sən, pulu niyə bu millət yiğmalıdı ?
TƏBİB nə vaxta kimi göz yumacaq bunlara.
Direktor Tamara Nuraliyeva artıq o həddə çatıb ki… Cərrahlar Tamara tələb edən pulu vermədiyinə görə 7 mart 2024 cü il tarixində cərahiyə korpusda (Diaqnostikada) xəstə qeydiyyatını dayndırmışdı. Nəticədə xəstələr saatlarla gözlədi və sonda bezib özəl klinikalara getməli oldular.TƏBİB isə yatır fil qulağında.Tamara bura sənin şəxsi obyetin deyil ki, öz çirkin maraqlarınla idarə edəsən. Bura dövlətin balansında olan xəstəxandı millətin haqqına girməyə sənin ixtiyarın yoxdu”.
Qeyd edək ki, sözügedən paylaşıma şərh vermək fikrindən uzağıq. Lakin sosial şəbəkə istifadəçisi tərəfindən yayılan bu ittihamlarin araşdırılmasına ciddi ehtiyac olduğunu düşünürük. Zaqatala rayon Mərkəzi Xəstəxanasının direktoru Tamara Nurəliyeva 250 min manatı nə üçün toplamaq istəyirmiş? İddia olunan məbləğ toplanıbmı? Sözügedən pullar nə üçün və kimə verilməli imiş? Təbii ki, bu kimi qaranlıq suallara aydınlıq gətirmək aidiyyatı qurumların, hüquq mühafizə orqanların səlahiyyətləri daxilindədir. Amma…
Aktualinfo.org Zaqatala rayon Mərkəzi Xəstəxanasında satınalmalar zamanı yol verilən bir sıra ciddi nöqsanlarla bağlı araşdırma aparır. Xəstəxanada “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməməsi, zəruri mal-materialların və xidmətlərin satın alınması üzrə keçirilən tender və kotirovka sorğularında saxtakarlıq hallarına yol verilməsi, habelə bağlanmış müqavilələrdə qanun pozuntularına yol verilməsi, satın alınan malların (xidmətlərin) qiymətlərinin süni şəkildə şişirdilməsi kimi hallara yol verilir. Bunula bağlı Mərkəzi Xəstəxananın Satınalma Komissiyasına sorğu məktubu ünvanlamışıq. Məktuba veriləcək cavabdan asılı olmayaraq yaxın günlərdə redaksiya araşdırmanı geniş ictimaiyyətə açıqlayacaq.
Aktualinfo.org
P.S. Redaksiyamıza olunan çoxsaylı zənglərdən belə çıxır ki, Zaqatala rayon Mərkəzi Xəstəxanasında bu məlumatların yayılmasından narahat olanlar var. Amma maraqlıdır ki, bir nəfər də zəng edib bu məlumatların yalan olduğunu, həqiqəti əks etdirmədiyini söyləmədi.
 
Ardını oxu...
Ağcabədililərin narazılıq etdiyi şəxslərdən biri də rayon İcra Hakimiyyətinin tabeliyində olan Ağcabədi Kommunal Xidmət və Mənzil İstismar İdarəsinin rəisi Səfər Səfərovdur. Mediada yazılanlara görə rayonda hamı Səfər Səfərovu saxtakar, talançı bir məmuru kimi tanıyır. Buna əyani sübut olaraq deyə bilərəm ki, o, indiki işindən əvvəl Ağcabədi rayonun Baş memarı vəzifəsində işləyirdi. İşində yol verdiyi ciddi nöqsanlara görə titduğu vəzifədən azad edildi. Rayonda onun həbsə gedəcəyini gözlədiyi halda icra başçısı Rafil Hüseynov tərəfindən ona humanistlik göstərilərək bu post ona həvalə edildi. Səfər Səfərov “DOST” XİDMƏT MMC tərəfindən Ağcabədi rayon Kommunal Xidmətlər və Mənzil İstismar İdarəsinə təkim olmuş sosial işçilərə, fəhlələrə, süpürgəçilərə sizi işdən çıxaracam hədə qorxusu gələrək onlardan pul yığmaqdır.

Aktualinfo.org hələ bir neçə il əvvəl Rafil Hüseynovun rayonda yaratdığı qeyri sağlam idarəetmə mühiti barədə məlumatlar yaymışdı. Həmin məlumatlarda regionların sosial iqtisadi inkişafı dövlət proqramı çərçivəsində, bütün rayonlarda olduğu kimi Ağcabədi şəhərində də bir çox mühüm işlərin görüldüyü, infrastruktur layihələrin həyata keçirildiyi bildirilirdi. Onu da əlavə etmişdik ki, Ağcabədi şəhərində küçə və yolların, meydanların asfaltlaşdırılması, yaşıllıqların salınması, işıqlandırma sisteminin yenidən qurulması, təmizlik işlərinin aparılması üçün ayrılmış dövlət vəsaitlərinin təyinatından kənarlaşdırılmasına şübhə yaradan məsələlər kifayət qədər çoxdur. Bu kimi işləri həyata keçirənlər Ağcabədi rayon İcra Hakimiyyəti başçısının Ağcabədi şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi, Ağcabədi Kommunal Xidmət və Mənzil İstismar İdarəsi və rayon Yaşıllaşdırma İdarəsidir.

Bəs işində yol verdiyi ciddi nöqsanlara görə titduğu vəzifədən azad edildikdən sonra Səfər Səfərovu İcra başçısı Rafil Hüseynov nə üçün Ağcabədi rayon Kommunal Xidmətlər və Mənzil İstismar İdarəsinə rəis təyin edib? Büdcədən Ağcabədidə təmizlik işlərinin aparılması üçün ayrılmış dövlət vəsaitlərini təyinatından kənarlaşdırmaq üçün. Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız kiçik bir araşdırmada bu özünü açıq aydın göstərdi. Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsində satınalmalar qanunun tələblərinə uhyğun təşkil olunmur. Bunun üçün aidiyyatı qurumlar tərəfindən bir yoxlama kifayət edər ki, idarədə yol verilən ciddi qanun pozuntuları üzə çıxsın. Burada zəruri mal-materialların və xidmətlərin satın alınması üzrə kotirovka sorğularının keçirilməsində saxtakarlıq hallarına yol verilməsindən tutmuş, bağlanmış müqavilələrdə qanun pozuntularına yol verilməsinə qədər, satın alınan malların (xidmətlərin) qiymətlərinin süni şəkildə şişirdilməsi də daxil hər cür qanun pozuntusuna yolç verilib. İdarənin təkcə 2023-cü ildə bağladığı satınalma müqavilələrinə diqqət yetirsək çox nöqsanlar görmüş olarıq.

Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinin Satınalma Komissiyası tərəfindən 2023-cü il ərzində keçirilmiş 1 açıq tender 1 kotirovka sorğusu üzrə satınalma müqavilələrinin bağlanıldığı açıqlamışdır. Halbuki, İdarə 2023-cü ilin satınalma planlarına 1 açıq tender və 3 kotirovka sorğusu daxil edilmişdir.

Bərk məişət tullantılarının zərərsizləşdirilməsi üzrə “VEDİBASAR İNŞAAT” MMC ilə 45.147,08 manat məbləğində satınalma müqaviləsi 06.10.2023-cü il tarixdə bağlanmışdır.

Mənzil fondunun əsaslı təmiri üzrə “VEDİBASAR İNŞAAT” MMC ilə 143.786,51 manat məbləğində satınalma müqaviləsi 03.08.2023-cü il tarixdə bağlanmışdır.

Qeyd edək ki, Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinin Satınalma Komissiyası nəticələri açıqlanmış bu tenderlərin keçirilməsi barədə qanunla müəyyən edilmiş qaydada iddiaçılara elektron (E-tender) dəvət elanı verməmişdir. İdarənin satınalma planlarına daxil etdiyi “Digər kommunal xitmətləri haqqının ödənilməsi” işlərinin satınalınması və yumşaq inventar, yataq ləvazimatlan va xüsusi geyimlərin alınması üzrə keçirilməsi nəzərdə tutulan kotirovka sorğuları barədə də dövlət satınalmalarının vahid internet portalında iddiaçılara qanunla müəyyən edilmiş qaydada elektron (E-tender) dəvət elanı verilməmişdir.

Apardığımız araşdırmalar zamanı məlum oldu ki, Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinin Satınalma Komissiyası açıq tenderlərin keçirilməsi barədə dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə iddiaçılara əvvəlki illərdə də heç bir elektron dəvət elanı veriməmişdir. Bununla belə 2022-ci ildə “KM SERVİCES” , “GRAVİTY LTD” , “MƏXMƏR TƏMİR TİKİNTİ”, “MƏXMƏR-77” MMC-ləri ilə ümumi dəyəri 257 515 manat olan 4 satınalma müqaviləsinin bağlanıldığını açıqlamışdır.

Qeyd edək ki, Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinin 2022-ci ildə satınalma müqaviləsi bağladığı “MƏXMƏR TƏMİR TİKİNTİ” və “MƏXMƏR-77” MMC-lərin hüquqi ünvanları AĞCABƏDİ RAYONU, AĞCABƏDİ ŞƏHƏRİ, Ə.TALIBOV, ev 47, qanuni təmsilçisi isə Abdullayev Ramil Abdulla oğlu olduğu göstərilir.

Açıq mənbələrdə Abdullayev Ramil Abdulla oğlunun qanuni təmsilçisi olduğu MMC-lər barəsində hər hansı məlumat yoxdur. Şirkətin nə veb-səhifəsi, nə də əlaqə nömrələri var. Bundan başqa Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinin Satınalma Komissiyasının satınalma müqaviləsi bağladığı “VEDİBASAR İNŞAAT” MMC-nin qanuni təmsilçisi Əlizadə Orxan Səbirəddin oğlu riskli vergi ödəyicisi olan “AZ GLOBAL GROUP” MMC-nin də qanuni təmsilçisidir ki, bu da Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, о cümlədən riskli əməliyyatların Meyarları”na görə yolverilməzdir.

Göründüyü kimi Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinin Satınalma Komissiyası son iki ildə keçirilmiş bir çox açıq tender və kotirovka sorğusunun təşkilini qanunla müəyyən edilmiş qaydada həyata keçirməmiş, dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə iddiaçılara elektron (E-tender) dəvət elanı verməmiş, lakin bağlanılan müqavilələr barədə məlumatlar yerləşdirmişdir. Bu da keçirilmiş tender və kotirovka sorğusu prosedurlarında saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır.

Qeyd edək ki, Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsində hazırda baş verən bütün bu və digər məsələlərlə bağlı bir başçı kimi Rafil Hüseynovdan cavab almaq istədiyimiz çox maraqlı suallar var. Birinci sual da budur ki, Ağcabədinin baş memarı vəzifəsindən yol verdiyi nöqsanlara görə çıxarılmış Səfər Səfərovu yenidən vəzifəyə gətirməkdə İcra başçısının marağı, məqsədi nə olub? Göründüyü kimi Səfər Səfərov Ağcabədidə bir vaxtlar baş memar kimi at oynadıb. İndi də rayonun Kommunal Xidmət və Mənzil İstismar İdarəsinin rəisi kimi at çapmaqdadır. Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov da onun vasitəsi ilə büdcə vəsaitlərini talamaqda.
 

Ardını oxu...

Təhsil müəssisəsində külli miqdarda mənimsəmə faktı ilə bağlı cinayət işi başlanıb.
Hurriyyet.az xəbər verir ki, bu barədə Sumqayıt şəhər prokurorluğu məlmat yayıb.
Məlumata görə, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət məktəbində yol verilən qanunsuzluqlarla bağlı müraciət əsasında şəhər prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı həmin təhsil müəssisəsinin vəzifəli şəxsləri tərəfindən 2018-ci ilin sentyabr ayından 2023-cü ilin sentyabr ayınadək olan müddətdə faktiki olaraq əmək funksiyalarını icra etməyən müəllimlər tərəfindən tədrisin aparılmasına dair rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi və əsassız olaraq əmək haqqı ödənilməsi yolu ilə 188 min manatdan artıq pul vəsaitinin mənimsənilməsi və əsassız şəhadətnamələr verməklə vəzifə saxtakarlığı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Ardını oxu...
Göyçayda baş verən sel hadisəsi kəndlərə təkcə su yox, həm də zibil daşıyıb. Rayonun məişət tullantıları kəndlərin yaxınlığındakı dağların arasında qalan dərəyə toplanır. Bu dağlar kəndlilərin örüş yeri, dərədən axan suya qarışan arxlar isə onların yeganə içməli su mənbəyidir.

Zibil poliqonundan 3 kənd – Qarabaqqal, Bığır və Hacalıkənd əhalisi əziyyət çəkir. Kəndlilər deyir ki, sanki dövlət bu yerlərdə insan yaşadığını unudub.

Kəndlilər on illərdir sərasər dövlət qurumlarını gəzir, şəraitlərini danışır. Lakin nə paytaxtdan xoş bir xəbər gəlib, nə də dəyişən yerli məmurlar vəziyyəti düzəldib.

2018-2022-ci illər üzrə Dövlət Proqramına bərk məişət tullantılarının idarə edilməsi üzrə obyektlərin tikintisi də daxil edilib. Lakin Ekologiya və Təbii Sərvətlər Nazirliyi məsələ ilə bağlı suallarımızı cavablandırmayıb, bizi yerli quruma yönləndirib.

Göyçay Rayon Icra Hakimiyyətindən bildirilib ki, rayonda məişət tullantılarını emal edən müəssisə yoxdur. Bu səbəbdən, zibil dağlıq ərazidə toplanır, üstü ya torpaqla basdırılır, ya da təbii çürümə yolu ilə məhv edilir. Müəssisənin tikintisi üçün Nazirlər Kabineti sərəncam verməlidir.

Dövlət qurumları məsuliyyəti bir-birinin üzərindən atarkən, kəndlilər bir günü də çirkli və qoxulu su ilə başa vurur.

Meydan TV


Ardını oxu...
Ağcabədililərin narazılıq etdiyi şəxslərdən biri də rayon İcra Hakimiyyətinin tabeliyində olan Ağcabədi Kommunal Xidmət və Mənzil İstismar İdarəsinin rəisi Səfər Səfərovdur. Mediada yazılanlara görə rayonda hamı Səfər Səfərovu saxtakar, talançı bir məmuru kimi tanıyır. Buna əyani sübut olaraq deyə bilərəm ki, o, indiki işindən əvvəl Ağcabədi rayonun Baş memarı vəzifəsində işləyirdi. İşində yol verdiyi ciddi nöqsanlara görə titduğu vəzifədən azad edildi. Rayonda onun həbsə gedəcəyini gözlədiyi halda icra başçısı Rafil Hüseynov tərəfindən ona humanistlik göstərilərək bu post ona həvalə edildi. Səfər Səfərov “DOST” XİDMƏT MMC tərəfindən Ağcabədi rayon Kommunal Xidmətlər və Mənzil İstismar İdarəsinə təkim olmuş sosial işçilərə, fəhlələrə, süpürgəçilərə sizi işdən çıxaracam hədə qorxusu gələrək onlardan pul yığmaqdır.

Aktualinfo.org hələ bir neçə il əvvəl Rafil Hüseynovun rayonda yaratdığı qeyri sağlam idarəetmə mühiti barədə məlumatlar yaymışdı. Həmin məlumatlarda regionların sosial iqtisadi inkişafı dövlət proqramı çərçivəsində, bütün rayonlarda olduğu kimi Ağcabədi şəhərində də bir çox mühüm işlərin görüldüyü, infrastruktur layihələrin həyata keçirildiyi bildirilirdi. Onu da əlavə etmişdik ki, Ağcabədi şəhərində küçə və yolların, meydanların asfaltlaşdırılması, yaşıllıqların salınması, işıqlandırma sisteminin yenidən qurulması, təmizlik işlərinin aparılması üçün ayrılmış dövlət vəsaitlərinin təyinatından kənarlaşdırılmasına şübhə yaradan məsələlər kifayət qədər çoxdur. Bu kimi işləri həyata keçirənlər Ağcabədi rayon İcra Hakimiyyəti başçısının Ağcabədi şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi, Ağcabədi Kommunal Xidmət və Mənzil İstismar İdarəsi və rayon Yaşıllaşdırma İdarəsidir.

Bəs işində yol verdiyi ciddi nöqsanlara görə titduğu vəzifədən azad edildikdən sonra Səfər Səfərovu İcra başçısı Rafil Hüseynov nə üçün Ağcabədi rayon Kommunal Xidmətlər və Mənzil İstismar İdarəsinə rəis təyin edib? Büdcədən Ağcabədidə təmizlik işlərinin aparılması üçün ayrılmış dövlət vəsaitlərini təyinatından kənarlaşdırmaq üçün. Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız kiçik bir araşdırmada bu özünü açıq aydın göstərdi. Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsində satınalmalar qanunun tələblərinə uhyğun təşkil olunmur. Bunun üçün aidiyyatı qurumlar tərəfindən bir yoxlama kifayət edər ki, idarədə yol verilən ciddi qanun pozuntuları üzə çıxsın. Burada zəruri mal-materialların və xidmətlərin satın alınması üzrə kotirovka sorğularının keçirilməsində saxtakarlıq hallarına yol verilməsindən tutmuş, bağlanmış müqavilələrdə qanun pozuntularına yol verilməsinə qədər, satın alınan malların (xidmətlərin) qiymətlərinin süni şəkildə şişirdilməsi də daxil hər cür qanun pozuntusuna yolç verilib. İdarənin təkcə 2023-cü ildə bağladığı satınalma müqavilələrinə diqqət yetirsək çox nöqsanlar görmüş olarıq.

Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinin Satınalma Komissiyası tərəfindən 2023-cü il ərzində keçirilmiş 1 açıq tender 1 kotirovka sorğusu üzrə satınalma müqavilələrinin bağlanıldığı açıqlamışdır. Halbuki, İdarə 2023-cü ilin satınalma planlarına 1 açıq tender və 3 kotirovka sorğusu daxil edilmişdir.

Bərk məişət tullantılarının zərərsizləşdirilməsi üzrə “VEDİBASAR İNŞAAT” MMC ilə 45.147,08 manat məbləğində satınalma müqaviləsi 06.10.2023-cü il tarixdə bağlanmışdır.

Mənzil fondunun əsaslı təmiri üzrə “VEDİBASAR İNŞAAT” MMC ilə 143.786,51 manat məbləğində satınalma müqaviləsi 03.08.2023-cü il tarixdə bağlanmışdır.

Qeyd edək ki, Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinin Satınalma Komissiyası nəticələri açıqlanmış bu tenderlərin keçirilməsi barədə qanunla müəyyən edilmiş qaydada iddiaçılara elektron (E-tender) dəvət elanı verməmişdir. İdarənin satınalma planlarına daxil etdiyi “Digər kommunal xitmətləri haqqının ödənilməsi” işlərinin satınalınması və yumşaq inventar, yataq ləvazimatlan va xüsusi geyimlərin alınması üzrə keçirilməsi nəzərdə tutulan kotirovka sorğuları barədə də dövlət satınalmalarının vahid internet portalında iddiaçılara qanunla müəyyən edilmiş qaydada elektron (E-tender) dəvət elanı verilməmişdir.

Apardığımız araşdırmalar zamanı məlum oldu ki, Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinin Satınalma Komissiyası açıq tenderlərin keçirilməsi barədə dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə iddiaçılara əvvəlki illərdə də heç bir elektron dəvət elanı veriməmişdir. Bununla belə 2022-ci ildə “KM SERVİCES” , “GRAVİTY LTD” , “MƏXMƏR TƏMİR TİKİNTİ”, “MƏXMƏR-77” MMC-ləri ilə ümumi dəyəri 257 515 manat olan 4 satınalma müqaviləsinin bağlanıldığını açıqlamışdır.

Qeyd edək ki, Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinin 2022-ci ildə satınalma müqaviləsi bağladığı “MƏXMƏR TƏMİR TİKİNTİ” və “MƏXMƏR-77” MMC-lərin hüquqi ünvanları AĞCABƏDİ RAYONU, AĞCABƏDİ ŞƏHƏRİ, Ə.TALIBOV, ev 47, qanuni təmsilçisi isə Abdullayev Ramil Abdulla oğlu olduğu göstərilir.

Açıq mənbələrdə Abdullayev Ramil Abdulla oğlunun qanuni təmsilçisi olduğu MMC-lər barəsində hər hansı məlumat yoxdur. Şirkətin nə veb-səhifəsi, nə də əlaqə nömrələri var. Bundan başqa Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinin Satınalma Komissiyasının satınalma müqaviləsi bağladığı “VEDİBASAR İNŞAAT” MMC-nin qanuni təmsilçisi Əlizadə Orxan Səbirəddin oğlu riskli vergi ödəyicisi olan “AZ GLOBAL GROUP” MMC-nin də qanuni təmsilçisidir ki, bu da Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, о cümlədən riskli əməliyyatların Meyarları”na görə yolverilməzdir.

Göründüyü kimi Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsinin Satınalma Komissiyası son iki ildə keçirilmiş bir çox açıq tender və kotirovka sorğusunun təşkilini qanunla müəyyən edilmiş qaydada həyata keçirməmiş, dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə iddiaçılara elektron (E-tender) dəvət elanı verməmiş, lakin bağlanılan müqavilələr barədə məlumatlar yerləşdirmişdir. Bu da keçirilmiş tender və kotirovka sorğusu prosedurlarında saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır.

Qeyd edək ki, Ağcabədi rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsində hazırda baş verən bütün bu və digər məsələlərlə bağlı bir başçı kimi Rafil Hüseynovdan cavab almaq istədiyimiz çox maraqlı suallar var. Birinci sual da budur ki, Ağcabədinin baş memarı vəzifəsindən yol verdiyi nöqsanlara görə çıxarılmış Səfər Səfərovu yenidən vəzifəyə gətirməkdə İcra başçısının marağı, məqsədi nə olub? Göründüyü kimi Səfər Səfərov Ağcabədidə bir vaxtlar baş memar kimi at oynadıb. İndi də rayonun Kommunal Xidmət və Mənzil İstismar İdarəsinin rəisi kimi at çapmaqdadır.

Aktualinfo.org
 
Ardını oxu...
Məhkəməsinin hakimi Maarif Kazımov 30 ildir yaşanılan, çıxarışı olan evin sökülməsi haqqında qərar verir, sonradan ona məlum olur ki, sökülməli olan mücərrəd ev başqa kəndə aiddir...

“TezadlarTV”-nin YouTube üzərindən yayımlanan kanalı yeni bir layihəyə imza atıb. Bildiyiniz kimi, qəzetimizə, saytımıza və televiziyamıza müxtəlif bölgələrdən çoxsaylı şikayətlər gəlir. Onları araşdırandan sonra qəzetimizdə və ya saytımızda araşdırma yazıları dərc edilir. Lazım olanda, şikayətçini efirə də dəvət edirik. Amma şəhərə nisbətən, uzaq bölgələrdə yaşayan insanların Bakıya gəlib bizim televiziyamızın qonağı olması bir az çətindir. Ona görə də qərara gəldik ki, televiziyamızın səyyar kameraları vasitəsi ilə bizi dəvət edən şikayətçilərin yanına gedək və elə yerindəcə onların qanuni problemini dinləyək. Artıq bu qəbildən bir neçə bölgədən çəkilişlər həyata keçirmişik və problemlər qarşılıqlı anlaşma şəraitində həllini tapıb. Beləliklə, bununla da şikayətçilərin bölgədən paytaxta gələrək idarə və ya müəssisələri gəzməsinə, nazirliklərdəkiləri, eləcə də Prezident Administrasiyasındakıları narahat etməyinə əsas və zərurət qalmır.

Növbəti belə çəkiliş mayın 10-da Gədəbəy də oldu. Azərbaycanın bu dilbər guşəsindən, daha doğrusu, rayonun Əlinağlar kəndindən olan Niyazi Məmmədov əvvəlcə redaksiyamızda olmuşdu, sonra razılaşdıq ki, qanuni sənədlərini hazırlasın ki, yerində çəkiliş aparanda şikayətin məzmununun əsaslılığı problem yaratmasın. Bu günlərdə isə zəng edərək, onun mövcud problemini televiziya vasitəsilə aidiyyəti qurumların diqqətinə çatdırmağımız üçün bizi rayona dəvət etdi. Dəvəti qəbul edib, mayın 10-da Gədəbəy rayonunun Əlinağlar kəndinə yola düşdüm. Düzünü deyim ki, ilk dəfədir Gədəbəy rayonunda, xüsusilə belə səfalı bir kənddə olurdum.

***

Niyazi Məmmədovun evinin qarşısından Şəmkir çayı axır, ətraf isə uca meşəli dağlarla əhatə olunub. Olduqca gözəl bir mənzərə idi. Amma belə gözəl mənzərədə Niyazi Məmmədova bəzi işbazlar yaşamağa imkan vermirlər. Belə ki, hazırkı evdə N.Məmmədov ailəsi ilə birlikdə düz 30 ildir yaşayır. Amma Oqtay Əliyev adlı sahibkar iddia edir ki, bu ərazilər ona məxsusdur və Niyazi Məmmədov ərazidən köçməlidir. Hara? Bax bu sual olaraq qalır.

Sonradan hakimə məlum olub ki, sökülməsi haqqında qərar verdiyi ev Əlinağlar kəndinin yox, Bilan kəndinin ərazisinə düşür. Gülməlidir, deyilmi!

Məlumat üçün bildirim ki, Oqtay Əliyev Gədəbəyin Bilan kəndindəndir. Şəmkir çayının iki dağın arasından keçən hissəsində restoran tikib. Olsun! Amma o bu restoranın əhatə dairəsini və gələnlərin istirahətini bir az da genişləndirmək üçün ətrafdakı tikililəri sökdürmək qərarına gəlib. Ona görə də Niyazi Məmmədovun evinin sökülməsi üçün Gədəbəy Rayon Məhkəməsinə müraciət edib. Maraqıdır ki, hakim Maarif Kazımov 30 illik, özü də tam qanuni əsaslarla sənədi və çıxarışı olan evin sökülməsi haqqında qərar verib. Sonradan hakimə məlum olub ki, sökülməsi haqqında qərar verdiyi ev Əlinağlar kəndinin yox, Bilan kəndinin ərazisinə düşür. Gülməlidir, deyilmi! Və 3 gündən sonra hakim M.Kazımov verdiyi qərarı dərhal dəyişərək, Əlinağılar kəndində, özü də hansısa adı bəlli olmayan bir yarımçıq tikilinin sökülməsi haqqında qərar verir. Yəqin ki, bunu izah etməyə ehtiyac yoxdur ki, Rayon məhkəməsinin qərarını yalnız Apellyasiya Məhkəməsi dəyişə bilər. Amma Gədəbəy Rayon Məhkəməsinin hakimi Maarif Kazımov Gəncə Apellyasiya Məhkəməsinin funksiyasını mənimsəyərək, bu gün verdiyi qərarı 3 gündən sonra da dəyişdirir. İcraçılar hadisə yerinə gələndə isə məlum olur ki, burada ümumiyyətlə, sökülməli olan yarımçıq tikili də yoxdur. Təsəvvür edin, hakim sökülməsinə qərar verdiyi evin ünvanını belə bilmir. Əslində isə M.Kazımov N.Məmmədovun 30 il yaşadığı evin sökülməsini nəzərdə tutub. Amma və lakin...

Gəlin görək bu barədə şikayətçi Niyazi Məmmədov nə deyir?

- Hakim Maarif Kazımova, Füzuli Mirzəquliyevə və Gəncə Apellyasiya Məhkəməsinin hakimi Rəhman Muradova Allah heç kimin işini salmasın. Bunların əlində imkan olsa, Günəş planeti haqqında qərar çıxardarlar ki, niyə bizi isidir? Ancaq bunların hamısı qanunu bilməməkdən irəli gəlmir. Sadəcə, belə qərarlar maddi marağa bağlıdır. Hakim Maarif Kazımov mənimlə söhbətində açıqca bildirdi ki, “...mən Oqtay Əliyevdən müəyyən hesab almışam. Həmin hesabı mənə qaytar, qərarı sənin xeyrinə verim”. Görün bu ədalət təmsilçisi olan bir insana yaraşarmı? Bu adam hakimdir, yoxsa bazarkom? Sonradan öyrənirəm ki, Oqtay Əliyev mənim evimin sökülməsi üçün Maarif Kazımovla “danışıb” və... Görəsən, yeni ədliyyə naziri Fərid Əhmədovun bundan xəbəri varmı? Belə hakimlər hüquq və ədalət, həmçinin dövlətimiz adına ləkə deyilmi? Soruşanda ki, Maarif müəllim, sən əvvəl qərarı Bilan kəndindəki tikiliyə vermisən, sonra isə qərarı dəyişdirib Əlinağılar kəndinin ərazisinə vermisən, özü də əvvəl evə, indi yarımçıq tikiliyə. Yerini göstərə bilərsənmi o tikilinin? Soruşuram ki, niyə belə etmisən? Cavab verir ki, yəqin qərar verəndən sonra torpaq sürüşməsi olub... Deyirəm ki, ay Maarif müəllim, torpaq 1 metr, 5 metr, 10 metr, 50 metr sürüşər, daha 2 km. yox dəəə. Amma bu sözlərin Maarif Kazımova heç bir dəxli yoxdur. Bax belə qanunsuz qərarlara görə 2 ildir mən məhkəmələrdə qalmışam. Ailəmiz 2 ildir səksəkə içində yaşayır. Çünki Maarif Kazımovun, Füzuli Mirzəquliyevin və Rəhman Muradovun qanunsuz çıxardıqları qərarlarına görə mən 2 ildir zülm çəkirəm. Ona görə sizi dəvət eləmişəm ki, mənim müraciətimi canlı olaraq çəkib hörmətli Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin, Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın, Respublikanın Baş Prokuroru cənab Kamran Əliyevin və yeni təyin olunmuş ədliyyə naziri Fərid Əhmədovun diqqətinə çatdırasınız...

***

Göründüyü kimi, Niyazi Məmmədov bəzi hakimlərin maddi marağının qurbanına çevrilərək, əzaba düçar olub. Niyazi Məmmədovdan götürdüyümüz geniş video müsahibə hazırda yayıma hazırlıq prosesindədir. Sadəcə, aidiyyəti qurumlarla bəzi sənədlərin dəqiqləşməsini aparırıq... Tezliklə həmin video müsahibə YouTube kanalımız olan ttv.az (tezadlarTV) televiziyasının efirində olacaq. İnanırıq ki, hansısa maraqları naminə vətəndaşın 30 il yaşadığı qanuni evinin sökülməsinə qərar verən Gədəbəy Rayon Məhkəməsinin hakimləri Maarif Kazımov, Füzuli Mirzəquliyev və Gəncə Apellyasiya Məhkəməsinin hakimi Rəhman Muradov hakim olaraq Azərbaycan Dövlətinin adından çıxardıqları qərarların fərqində olmalıdırlar. Məhz belə hakimlərin elə qərarlarının hesabına Azərbaycan dövləti bəzən Avropa Məhkəməsinin sanksiyaları ilə üz-üzə qalır.

Və inanırıq ki, bu hakimlər ciddi şəkildə cəzalanacaqlar. Eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin heç bir razılığı olmadan meşə zolağında fəaliyyət göstərən restorana, həmçinin qanunsuz olaraq Şəmkir çayının üstündə “besetka”lar tikdirdiyinə görə sahibkar Oqtay Əliyev də sorğu-sual ediləcək.

Bundan əlavə, biz hələ həmin restorana, mühafizə otağına gedən işıq xətlərinin haradan qidalanmasını demirik, şikayətçi olduqca digər ciddi faktları da sübut kimi təqdim edib. Buna aid isə “Azərişıq” rəhbərliyinin müdaxiləsinə ehtiyac var. Hansı ki, həmin işıq xətti üzərində çoxsaylı müşahidə kameraları da quraşdırılıb. Gecələr bərq vuran işıqlar da məhz bu xəttdən qidalanır. Bunları da bizə Niyazi Məmmədov həm söylədi, həm də konkret olaraq göstərdi. Görünür Gədəbəy rayonu gözdən, könüldən bir az uzaq olduğu üçün, burada kim nə istəyir, onu da edir. Bütün bu qanunsuzluqlara isə son vermək lazımdır və vacibdir ki, vətəndaşlar dövlətdən narazı qalmasınlar. Bunun da çox sadə bir yolu var: hər kəs qanunlara güvənməli, şəxsi maraqlar naminə başqasına süni problemlər yaşatmamalıdır! Noolub, dünyanın axırıdırmı?!

Yazıda adı çəkilən qurum rəsmilərinin və hakimlərin, o cümlədən sahibkar Oqtay Əliyevin də qanuni əsaslı mövqeyini dinləyib, dərc etməyə hazırıq.

tezadlar.az
 

Dünyapress TV

Xəbər lenti