Ardını oxu...

Göyçay şəhərində 2 nömrəli körpələr-evi uşaq bağçasında özbaşınalığın hökm sürdüyü iddia olunub.

Həmin bağçada çalışan sanitar-dayə Günel Əkbərova iddia edir ki, bağçanın müdiri Kəmalə Abbasova Nar bayramı ilə əlaqədar əl işlərinin hazırlanması üçün işçiləri hədələyərək 30 manat məbləğində pul yığır.

Şikayətçi onu da vurğulayıb ki, Kəmalə Abbasova bağçaya müdir təyin olunduqdan sonra onun iş saatını da azaldıb və əvvəlki iş yerində qalması üçün rüşvət tələb edib. Bağça müdirinin qanunsuz hərəkətlərindən biri isə Günel Ələkbərova tərəfindən lentə alınan bağçadan ərzaq oğurluğu hadisəsidir.

Məsələ ilə bağlı sözügedən körpələr-evi uşaq bağçasının müdiri Kəmalə Abbasova bildirib ki, səsləndirilən iddialar tamamilə əsassızdır:

"61 yaşım var, 40 ildir bu sahədə çalışıram. Hər il eyni qaydada Nar bayramı keçiririk. Bir nəfər deyə bilməz ki, mən rüşvət alıram".

Mərkəzi Aran Regional Təhsil İdarəsinin aparıcı-məsləhətçisi Rüstəm Aslanov bildirib ki, hazırda sözügedən bağçada baş vermiş neqativ hallarla bağlı bir neçə istiqamətdə yoxlamalar aparılır.

Daha ətraflı "ATV Xəbər"in süjetində:


 
Ardını oxu...
 
 
 
 
Ads by Ardını oxu...
0
Reklamınızı SmartBee ilə effektiv edin.
Ardını oxu...
Cəlilabad rayonu, Zərbiəlli kənd sakini Məmmədov Hüseyn Qulam oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə müvafiq qurumlara müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Mən, Məmmədov Hüseyn Qulam oğlu, yazaraq sizdən xahiş edirəm ki, səsimi aidiyyəti qurumlara və ictimaiyyətə çatdırasınız.

Bildirirəm ki, mənə dövlət tərəfindən əvəzsiz verilən 10 hektar 85 sot əkin sahəsini Gülməmmədli kənd sakini Səfərov Hüseyn Qürbət oğlu mənimsəməyə çalışır. O, Əmlak Komitəsinin Cəlilabad rayon şöbəsinin sədri Mircəlal müəllimin köməyilə otuz ilə yaxın əkdiyimiz torpaq sahəsini ələ keçirmək istəyir. Polis kapitanı Elvin müəllim də mənə təzyiq göstərir, deyir ki, bu yer Səfərov Hüseynindir.

Mən etirazımı bildirərək akta qol çəkmədim, dedim ki, əlimdə çıxarışım var. Elvin müəllim mənə bildirdi ki, sənin sənədlərin ləğv olunub. Sual verdim ki, bəs mənim arpam nə olacaq?!.. Onlar yenə bildirdilər ki, sən bu yeri zəbt etmisən, bu torpaq Gülməmmədli kənd sakini Səfərov Hüseynin xüsusi mülkiyyətidir.

Qeyd edim ki, Səfərov qardaşlarının respublikada əli o qədər uzundur ki, həmin torpaq sahəsi ilə bağlı saxta mütəxəssis rəyi alıblar. Rəydə qeyd olunur ki, guya, Hüseynov Azaddan aldığı 3 hektar 15 sot torpaq sahəsini mən zəbt etmişəm. Sağ olsun, müstəntiq Elməddin müəllim işi düzgün araşdırıb və bu rəyi əsassız sayaraq, ləğv etmişdir.

Dəfələrlə mənim yerimi ölçdürüb, guya “artıq əkmişəm” kimi qeyd ediblər.

06 aprel, 2024-cu ildə mən, Məmmədov Əkbər, qardaşım Məmmədov Azər və anam Məmmədova Sidiqə ərazidə olarkən gördük ki, Gülmməmədli kənd sakini Səfərov Hüseyn, torpaq mütəxəssisi Fuad adlı şəxs və kənd bələdiyyəsinin sədri Alovla birlikdə yeri ölçürlər. Atama zəng edib bildirdim ki, yenə yeri ölçürlər. Daha sonra Hüseynə yaxınlaşıb soruşdum ki, əmi, sən bizdən nə istəyirsən? O, mənə dedi ki, torpağın qalan hissəsini verin, ya da elə edəcəm, sizi kənddən çıxaracaqlar.

Qardaşım ona dedi ki, bizim dolanışığımız bu torpaqdan çıxır, öz torpağımızı kimsəyə vermərik. Həmin yerdə anamı, məni və qardaşımı döydülər. Üçümüz də xəsarət aldıq. Sən demə, o, bizdən qabaq gedib diş həkimindən rəy alıb ki, guya döyülüb. Həkimin adı Raufdur. Görün nə qədər özbaşınalıq var. Rauf həkim rəydə yazıb ki, guya, biz onun biləyini sındırmışıq. Bu işi isə 200 manat müqabilində ediblər. Nəticədə isə bizi bu səbəblə polisə verdi. Oğlum Məmmədov Azəri 48 saat müddətinə həbs etdirdi. Lakin ədalətli hakim məhkəmə zalından oğlumu Azad etdi.

8 may 2024-cu il tarixində Apellyasiya Məhkəməsində şikayətə baxıldı. Məhkəmə naməlum səbəblərdən oğlum Məmmədov Azəri həbs etdi və o, hazırda həbsdədir.

Hüseyn Səfərov kənd arasında danışır ki, əgər qalan yeri mənə verməsələr, ailənin o biri üzvlərini də həbs etdirəcəm.

Səfərov Hüseyn sənədləri saxdalaşdırmaqla məşğul olur. Saxta Ukrayna diplomu alıb, Tatlar deyilən ərazidə 5 il kənd sovetinin sədri işləyib.

300 metrlik 2 mərtəbəli ferması, özünün yaşayış evi, təndirxanası və bir neçə yardımçı yaşayış evi var. Həm imkanlıdır, həm də vəzifəli adamlarla tanışlığı var.

Buradan səlahiyyətli şəxslərə işimin araşdırılıb, aydınlaşmağında mənə köməklik göztərəsiniz”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
 
 
 

Ardını oxu...
İlqar Məhərrəmovun rəisi olduğu Goranboy Suvarma Sistemləri İdarəsi "tender marafonu"na 2021-ci ildən qatılsa da, ən böyük "planlar" 2022-2023-cü illərdə həyata keçirilib.

2021-ci ildən bu günə qədər İlqar Məhərrəmov 3 milyon manatdan çox pulu şirkət və idarələrə "paylayıb".
İdarənin 2021-ci ildən bu günə kimi baş tutan yüksək məbləğli "alış-veriş"lərini təqdim edir.

2021-ci ilin müqavilələri...

MELİORASİYA VƏ SU TƏSƏRRÜFATI AÇIQ SƏHMDAR CƏMİYYƏTİNİN GƏNCƏ İXTİSASLAŞDIRILMIŞ TƏMİR-QURAŞDIRMA VƏ SAZLAMA İDARƏSİ - LOT-2 Suvarma kanallarının lildən təmizlənməsi Məbləğ: 200.867,27 AZN

Qalib idarənin nizamnamə kapitalı 2400 AZN, qanuni təmsilçisi isə RAMİS İSMAYILOV HÜSEYN Oğludur.

İXTİSASLAŞDIRILMIŞ ELEKTRİK AVADANLIQLARI TƏMİR QURAŞDIRMA- SAZLAMA İDARƏSİ - LOT-4 Xan arxı kanalının torpaq məcaralı hissəsinin üzərindəki qurğularla birlikdə beton üzlüyə alınması -Məbləğ: 140.495,52 AZN

"ART-PROJE" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - Nasos stansiyalarının elektrik və mexaniki avadanlıqlarının cari təmiri üçün mal-materialların və ehtiyyat hissələrinin satın alınması - Məbləğ: 118.684,11 AZN

Bildirək ki, nizamnamə kapitalı 1370010 AZN olan MMC-nin qanuni təmsilçisi ƏKRAM ƏLİYEV MUSA OĞLU OĞLUdur.


2022-ci ilin "alış-veriş"i...

"TAYQA LTD" Məhdud Məsuliyyətli Cəmiyyəti - Subartezian quyularının elektrik və mexaniki avadanlıqlarının cari təmiri üçün mal-material və ehtiyyat hissələri satın alınması- Məbləğ: 263.948,3 AZN

Nizamnamə kapitalı 10 AZN olan MMC-nin qanuni təmsilçisi MÖVSÜM SÜLEYMANOV SÜLEYMAN OĞLUdur.

"SABİROĞLU" Məhdud Məsuliyyətli Cəmiyyəti -Maşın-mexanizmlərin və avtomobillərin cari təmiri üçün ehtiyyat hissələrinin satın alınması -Məbləğ: 199.774 AZN

Şirkətin Nizamnamə kapitalı: 50 manat, Qanuni təmsilçi SABİR CƏFƏROV SALEH OĞLUdur.

İXTİSASLAŞDIRILMIŞ ELEKTRİK AVADANLIQLARI TƏMİR QURAŞDIRMA- SAZLAMA İDARƏSİ - Xanarx kanalının (PK 135+00-PK 155+50) torpaq məcralı hissəsinin beton üzlüyə alınması və üzərində qurğularla birlikdə əsaslı təmiri (1876 km) işlərinin satın alınması -Məbləğ: 154.403,08 AZN

"CONSTRUCTİON TRADE" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - İdarə binasının təmiri işləri üçün mal-materialların satın alınması - Məbləğ:179.450,71 AZN

Nizamnamə kapitalı Cəmi 4 AZN olan şirkətin qanuni təmsilçisi ƏLİZADƏ HƏSƏNOV ƏMİR OĞLUdur.

"İQBAL-R" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - Subartezian quyularının (yeni quyu kolonunun qazılması, elektrik təsərrüfatının təmiri, su sayğacının quraşdırılması və abadlıq işləri) təmiri işlərinin satın alınması - Məbləğ: 168.334,26 AZN

Bu şirkətin qanuni təmsilçisi RAHİM ZEYNALOV ZAHİD OĞLU, nizamnamə kapitalı 50 AZN-dir.

"ART-PROJE" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - Xüsusi vəsait hesabına subartezian quyularının elektrik və mexaniki avadanlıqlarının cari təmiri üçün mal-material və ehtiyyat hissələrinin satın alınması - Məbləğ: 56.089,83 AZN

2023-cü ilə baş tutan tender müqavilələri...

ART-PROJE" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - Subartezian quyularında hidromexaniki və elektrotexniki avadanlıqlar üçün mal-material və ehtiyyat hissələrinin satın alınması - Məbləğ: 194.211,83 AZN

OSKAR-AR MMC - Subartezian quyularının əsaslı təmiri və smeta sənədlərinin hazırlanması işlərinin satın alınması - Məbləğ: 503.839,21 AZN

Bu tenderrin diqqət çəkən məqamı, İlqar Məhərrəmovun yarım milyon manatı 10 manatlıq şirkətə köçürməsidir. Belə ki, qanuni təmsilçisi ZİYA MUSAZADƏ VAQİF OĞLU olan şirkətin nizamnamə kapitalı 10 AZNdir.

"PERLİT" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - Suvarma kanallarının mexanizmlə lildən təmizlənməsi işlərinin satın alınması -Məbləğ:123.433,55 AZN

Perlit MMC-nin nizamnamə kapitalı 300 AZN , qanuni təmsilçisi MƏHƏRRƏM ÖMRÜMOV XANSUVAR OĞLUdur.

"AVTO TEXNİKA DETALİNG" Məhdud Məsuliyyətli Cəmiyyəti - Nəqliyyat vasitələri və maşın mexanizmlər üçün ehtiyyat hissələrinin satın alınması -Məbləğ:183.997,4 AZN

Bu şirkıətin isə nizamnamə kapitalı 20 AZN, qanuni təmsilçisi TEYMUR MÜSLÜMOV ƏKRƏM OĞLUdur.

"HMX TİKİNTİ TİCARƏT" Məhdud Məsuliyyətli Cəmiyyəti - İdarə binasının əsaslı təmiri işləri üçün mal-materialların satın alınması -Məbləğ:79.646 AZN

Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi İNTİQAM RÜSTƏMOV FİRUDİN OĞLUdur.

"SUTİKİNTİ-TƏMİR” MMC - 3 pilləli Səfikürd nasos stansiyasının 1-ci pilləsində (D=1020 x10mm,L=9.0 km) boru xəttinin təmiri işlərinin satın alınması - Məbləğ: 216.400 AZN

Bildirək ki, nizamnamə kapitalı 20 AZN olan MMC-nin qanuni təmsilçisi ƏRƏSDUN İSMAYILOV FƏHRAD OĞLUdur.

Qeyd etmək mütləq yerinə düşər ki, burada göstərilə müqavilələr yüksək məbləğli olanlardır. Bu yazıda sadəcə sürtkü yağına 31 min manatdan çox pul xərclənməsi, dəyəri önəmli olmayan müqavilələr üçün xırda da olsa tender müqavilələrinin bağlanması kimi xırda detallar qeyd edilməyib.

Aidiyyəti qurumlardan xahiş olunur ki, Goranboy Rayon Suvarma Sistemləri İdarəsinin maliyyə şöbəsi, Suvarma İdarəsinə ayrılan Tenderlərin maliyyəsi, yazıda sözü gedən yerlərə xərclənməsi araşdırılsın. Şübhə doğuran odur ki, təkrar olaraq adı dəyişikliyi olduğu halda yenidən Goranboy Rayon Suvarma İdarəsi müxtəlif illərdə Tender elan edibdir.

Hurriyyet.az
 
Ardını oxu...
"Hər kəsdən üzr istəyirəm, mən ana olmağa hazırlaşıram. Yaşadığım Xətai rayonunda 10 Saylı Qadın Məsləhətxanasında (dəyişib 4 saylı olduğunu deyirlər) qeydiyyatdayam..." Dia-azinfo bildirir ki, bunu öz gileyində Gülarə Həmidova adlı şikayətçi ifadə edib.

Narazı vətəndaş daha sonra yazır: "Məni həmin məsləhətxanaya bir həkimə yönləndirdilər. Mən bir neçə aydır ora gedirəm... əvvəlcə hər şey pulsuz idi. Lakin, bildirdilər ki, 3 dəfə "UZİ"yə düşməyi sığorta qarşılayır, amma sonrakıları hər "UZİ"-yə düşəndə (15 manat) ödəməlisən.

Amma icbari sığorta ilə də danışdım, eyni zamanda mənim kimi qeydiyyatda olduğu yerə başqa yerə gedən hamilə tanışlardan da soruşdum dedilər ki, 10 dəfə də "UZİ"yə düşsən, pulsuzdur.

Mən bu xəstaxananı hara şikayət edə bilərəm?

Onsuz da hər dəfə gücüm çatandan hörmət edirəm, amma məcbur etmələri xoşuma gəlmir.

Sığorta, dövlət belə demir desəm, qorxuram ki sonra acığa düşüb cavabları düz deməz yaxşı baxmaz.

Ona görə səssiz-sədasız şikayət etmək istəyirəm... Hara şikayət edə bilərəm?"
 
Ardını oxu...
Adı kifayət qədər qalmaqallarla müşaiyət olunan “AzerGold” QSC-nin rəhbərliyində dəyişiklik gözlənilir. Bu barədə dia-az.info-ya mötəbər mənbələrdən informasiya verilib.

Xəbəri verən qaynaq iddia edir ki, yaxın günlərdə sözügedən QSC-də ciddi islahatlar aparılacaq.

Mənbənin söylədikləri: "Məlumdur ki, hazırki rəhbərlik kifayət qədər reputasiyası korlanmış hesab olunur. O da məlumdur ki, ölkəmiz ciddi bir tədbirin - COP29-un tədarükündədir və bütün dünyanın diqqətinin üzərimizdə olduğu bir məqamda adı yetərincə yıpranmış və məhjz EKOLOJİ QALMAQALLARDA hallanmış simalar hazırda ölkəmiz üçün ÜMUMİ BƏLA hesab olunur ki, hazırda da “AzerGold” QSC məhz belələrinin rəhbərliyi altındadır".

Qeyd edək ki, “AzerGold” QSC-nin İdarə Heyətinin sədri postunu Zakir İbrahimov tutur ki, onun adı təkcə təhlükəli işlərdə yox, həm də bir sıra yeyinti məsələlərində də hallanıb ki, günü bu gün də həmin məlumatlar yerli elektron KİV-də yer almaqdadır.

Görünəni odur ki, məhz belə bir keyfiyyətdə olan kadr hazırki məqamda rəsmi Bakı üçün heç də arzuolunan hesab olunmur.

Əlavə bilgilərimiz olacaq... Bizi izləyin...

ANONS

1. Zakir İbrahimov nədən hədəf hesab olunur?

2. “AzerGold” QSC-nin İdarə Heyətinin sədrinə qarşı maliiyyə ittihamları...

Bütün bunlar növbəti yazıda...
 
Ardını oxu...
Xırdalan şəhəri, Qalibiyyə küçəsi (köhnə adla Nəsibə Zeynalova küçəsi), 27 ünvandakı (bazarın və bələdiyyə binasının yaxınlığı) binanın zirzəmisində şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olan dəyişikliklər edilməsi, binanın bünövrə və konstruksiyasına bu cür özbaşına müdaxilənin onun etibarlılığını və təhlükəsizliyini azaltması, beton təbəqələrin kəsilərək qapı oyuğu açılması, dayanıqlığı təmin edən armaturların doğranması barədə narahatlığımızı portalımızda dərc olunan “Abdin Fərzəliyev yaşayış binasını qəzalı vəziyyətə salıb?” sərlövhəli, video-materialla müşayiət olunan tənqidi məqaləmizdə bildirmişdik. Sözügedən neqativ faktla bağlı ölkə Prezidentinə, Birinci Vitse-Prezidentə, Baş nazirə, Fövqəladə hallar nazirinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinə, Abşeron rayon İcra Hakimiyyətinin başçısına ünvanladığımız 6 mart 2024-cü il tarixli məktublarımızda sözügedən binanın zirzəmisinin sakinlərin sözlərinə görə, Abşeron Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin Abadlıq və Kommunal Xidmətlər İdarəsinin rəisi Mehman Səfərov tərəfindən peşəsi həkim olan bir şəxsə satıldığı barədə informasiyanı, habelə Mehman Səfərovun özünün bu məsələ barədə sualımıza verdiyi cavabı qeyd etmişdik: “Həmin işlər mənlik deyil, yaxşı olar ki, bu kimi suallarınızı Abşeron rayon icra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevə verin. Bilmək lazımdır ki, bu rayonun ərazisində bütün işlər icra başçısının razılığı ilə həyata keçirilir. Halbuki, “Nyus.az” xəbər portalında gedən məlum başlıqlı məqaləyə Abşeron Rayon İcra Hakimiyyətinin feyzbuk səhifəsindən yazılmış şərhdə bildirilir ki, sözügedən videoda nümayiş olunan neqativ halın tez bir zamanda aradan qaldırılması üçün RİH-nin Memarlıq və Tikinti Şöbəsinə və Abadlıq və Kommunal Xidmətlər İdarəsinə müvafiq tapşırıqlar verilmişdir.
Deməli, Mehman Səfərov bunca qanunsuz işlərə rəvac verməklə, əlbəttə ki, ona etimad göstərmiş icra başçısı Abdin Fərzəliyevin fəaliyyətinə kölgə salır. Başqa sözlə, idarə rəisi ictimaiyyətdə elə rəy yaratmağa çalışır ki, guya icra başçısı “dovşana qaç, tazıya tut” deyir. Hərçənd, nə bilmək olar? Bizə qəribə gələn budur ki, faktla bağlı tərəfimizdən məktubla müraciət edilən adresatlardan biri də Abşeron rayon rəhbərliyidir və icra hakimiyyəti zirzəmidə aparılan qanunsuz işlərin təcili dayandırılması üçün heç də tələsmir. Qarşıdan Novruz bayramının gəldiyini nəzərə alsaq, keçmiş müşahidələrimizdən çıxardığımız təcrübəyə əsasən deyə bilərik ki, yəqin vaxtı uzatmağa çalışırlar – ümid edirlər ki, tətil günlərində “dərə xəlvət” olacaq, “tülkü bəylər” də öz işlərini sürətlə görüb-bitirəcəklər.
Amma məsələ burasıdır ki, Allah eləməmişkən, sabah zirzəmisinin dayaqları sökülmüş bina uçub-dağılsa, bunun cavabını kim, hansı vəzifəli şəxs verəcək, FHN rəhbəri cənab Kəmaləddin Heydərovmu, Abşeron RİH başçısı cənab Abdin Fərzəliyevmi? Problemin faciə ilə sonuclanmasını qabaqlamaq üçün qeyd olunan yaşayış binasının zirzəmisinə aidiyyəti orqanların əməkdaşları baxış keçirməli, vəziyyəti yerində qiymətləndirməli, lazımi ölçü götürməli, ən əsası isə söküntü işlərini dərhal dayandırmalıdırlar. Ən nəhayət, təqsirkarlar müəyyənləşdirilərək, barələrində müvafiq tədbir görülməlidir. Bizə qəribə gələn budur ki, faktla bağlı tərəfimizdən məktubla müraciət edilən adresatlardan biri də Abşeron rayon rəhbərliyi, cənab başçı Abdin Fərzəliyevdir.
Vahid Məmmədov,./nyus.az)

 
  
Ardını oxu...
Bir neçə gün öncə Sabirabadda ana ölümü baş verib. Əzimova Sevinc Elman qızı doğuş zamanı dünyasını dəyişib. Artıq fakt ört-basdıır edilib. Belə işlərdə çox mahirdilər. Amma necə deyərlər, yerin də qulağı var. Məlumat gec-tez sızır. Bizə də Sabirabaddan sədalar gəlib çatır.
Keçən il Sabirabad Rayon Mərkəzi Xəstəxanasının direktoru Ənvər Lümənovun yerinə Həsən Hüseynov təyin edildi. Buna qədər o bir çox yerdə işləyib. Bərdə Diaqnostika Mərkəzi və s. Ən son işi Ağcabədi RMX direktoru olub. Deyirlər, Həsən doktor Sabirabada göndəriləndə Ağcabədidə deyirlərmiş buna görə yeddi qurban kəsilməlidir. Çünki rayonda səhiyyəni daha da pis günə qoyubmuş. Ondan əvvəlki direktoru korrupsiya əməllərinə görə dövlət orqanları cəzalandırmışdı. Bundan sonra gözləyirdilər ki, Həsən doktor ciddi bir düzəliş edər. Ancaq bu da elə köhnə qayda ilə davam edib. Camaat şikayəti günü-gündən artırdı. İndi də "iş təcrübəsi"ni adamları ilə birlikdə Sabirabada daşıyıb. İşlərini Elnur adlı ağxalatlı əlaltısı vasitəsi ilə düzüb qoşur. Məsələn, deyilənə görə Rasim Gözəlov adlı həkimi 30 min manat qarşılığında rayon poliklinikasına müdir qoyub. Rasim həkim əvvəllər VTEK deyilən əlilliyin təyin edildiyi agentlikdə işləyib. Saxta sənədlər verməkdə usta olub. Əmək Məcəlləsinin 70 c maddəsi ilə işdən azad olunub. İndi isə Həsən doktorun əsas kadrlarından biridir. Rasim gizli işləri, saxtalıqları Alıyev Cavanşir Cabbar oğlu ilə görür. Hər gün axşam işdən sonra Həsənə hesabat verilir. Hamısının da aylıq "hörmət" öhdəliyi var.
Tahir Mehdiyev adında adamı təcili yardıma müdir təyin edib. Tahir Sabirabadda patoloji ekspertizanın rəisi olub. Korrupsiya idarəsi tərəfindən saxlanılıb, 6 il iş alıb. O vax cavan katibəsi bədbaxt etdiyi barədə danışırlar.
Həsən Hüseynovun "ehtiyat cib"lərindən biri isə Saatlıdan gətirilmiş Raqib Əliyevdir. Deyirlər, xəstədən çox cibləri yoxlamağı yaxşı bacarır.
Həsən doktorun daha bir üsulunu da bilin. Əslində bu hallar tək Sabirabadda olmur. Xəstələri əvvəldən anlaşdıqları özəl klinikalara yönəldirlər. Göndərilən xəstə sayına uyğun olaraq geri ödəniş gəlir. Yəni cibdən cibə. Dövlət büdcəsini yan keçərək. Məsələn, Həsən doktor işini PHOTOMED klinikası ilə görür. MRT, KT üçün vətəndaşlara zəng edilir və israrla PHOTOMED klinikasına gəlmələri istənilir. Az qala məcbur edilirlər...Daha xəstəxana daxilində Həsən doktorun qoyduğu qiymətləri yazmıram. Yazsam, uzun bir siyahı çıxacaq. O da qalsın başqa yazıya.
Sima Babayeva
TEREF
 
 
Ardını oxu...
     

Beyləqan təhsilinə təyin edilmiş rəhbər saxta diplomludurmu deyə sual edirik. Amma “görünən dağa bələdçi nə gərəkdir” hazırda araşdırmamızdan əldə etdiyimiz sənətlərin həqiqiliyinin yoxlanması naminə həmin sənədlərin nüsxəsini Baş Prokurorluğa ünvanlamışıq. Tiktok hesabından Elvin Abbasovun saxta diplomu ilə vəzifəyə gətirilməsinin təfərüatları baxımından bəhs edən məqaləmizə görə, bu gün təhqirdə edildik. Lakin qeyd edək ki, hər bir ərizə sualın bir mərzədə cavabı var. Elvin Abbasov və ya yaxınları olan şəxslər tərəfindən əxlaqsız ifadələrə məruz qalsaqda bunlar peşə fəaliyyətimizi icra etmək üçün maneə deyildir.
Beyləqan Təhsil Sektoruna rəhbər təyin edilən Elvin Abbasov Sevdimalı oğlu eks Təhsil Nazirlərin müraciətlərə baxışı zamanı rədd edilib. Şəxsin nəyinki təhsil sektoruna hətta direktor imtahanlarına qəbuluna qadağa qoyulub. Aparılan islahatlar Elm və Təhsil Naziri Emin Əmrullayevin vasallarının etmədiyinə imza atması bir mənalı qarşılanmayıb. 25.03.2023-cü il tarixində verilmiş əmrlə Elvin Abbasov Sevdimalı oğlu Təhsil Sektor müdiri təyin edilir. Nə təsadüf ki Mİl-Muğan Regional Təhsil Müdiri Rəşad Musayevin təyuin edilməsindən sonra Elvin Abbasovun bəxti gətirməyə başlayıb. E.Abbasovun diplom sahibi olmasına şərait yaratmış mərhum RTŞ müdiri Tofiq Sadıqov olduğuda Beyləqanda bilinən məlumatlarda yer almaqdadır. Hələ Beyləqan Təhsil Şöbəsinin rəhbəri işləmiş Tofiq Sadıqov bir çox qanunsuz əməlləri ilə medianın gündəmindən düşməyən rəhbər şəxslərdən idi. 2023-cü ildən isə onun qanundan kənar əməllərinin biridə vaxtiykən oturduğu kresloya sahiblənib. Nəticəsini Beyləqan təhsili çəkmək məcburiyyətindədir desək yanılmarıq. Buna nümunə olaraq Beyləqan şəhər və kənd məktəblərinin bir çoxunu misal çəkmək olar. Məsələ ilə bağlı detaları isə gələn yazımızda oxuculara təqdim edəcəyik.
Nazirin Elvin Abbasovu Beyləqan Rayon Təhsil Sektorunun rəhbəri vəzifəsinə təyin edilməsi ilə bağlı əmri imzalamasında aparat oyunlarının rolu var. Aparat oyunu əslində illərdir davam edir. Kimi uzaqlaşdırmaq istədikdə və ya harasa vəzifəyə gətirmək cəhdlərində məhs bu aparat oyunları mexanizmi işə düşür. Lakin saxta diplomlu birinin təhsil sektoruna müdir təyin edilməsində kiminsə rolu olmalıdır. Çox maraqlıdır görən bu təqdimatı edən şəxs kimdir? Bu kilid adın nazirin yaxınında olan şəxs olması məlumdur! (yazılarımızda qeyd ediləcək)
Abbasov Elvin Sevdimalı oğlu Azərbaycan Respublikası 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlunun sədrliyi ilə №2-1(82)2963/2016 nömrəli iş üzrə keçirilən prossesi zamanı Təhsil Nazirliyinə sorğu göndərilib. E.Abbasovun diplomunun saxta olub olmaması təsdiqinin təlqin edilməsi üçün vacib olan cavab yubanmadan Təhsil nazirliyindən verilir.
Sorğu: “Azərbaycan Müəllimlər İnistitunun 2004-2009-cu illərdə Abbasov Elvin Sevdimalı oğlunun Coğrafiya ixtisası üzrə təhsilinin olub-olmadığı məhkəmə tərəfindən sual edilib.”
Cavab: “Qeyd edilir ki, Azərbaycan Müəllimlər İnistitunun 2004-2009-cu illərdə Coğrafiya ixtisası üzrə Abbasov Elvin Sevdimalı oğlunun rəsmi Tələbə Qəbulu bazasında heç bir qeydiyyatına rastlanmamışdır. Digər tərəfdən isə həmin sorğuya cavab olaraq ADİU tərəfindən Təhsil Nazirliyinə verilən məlumatda qeyd edilən illərdə tələbə siyahısında Abbasov Elvin Sevdimalı oğlunun adı yoxdur.
Hakimə təqdim edilən sorğuya cavabda qeyd edilən cavab göründüyü qədər “şirinliyin” qarşısında bəs etməyib. Nazirliyin verdiyi cavab şəxsin hər hansı kursda təlimdə iştirakına baxmayaraq onun diplomunun qanuni olmasın təmin edilməsinə izin vermir. Lakin 19 avqust 2016-cı il tarizxində A-774/18-24 saylı Təhsil Nazirliyi tərəfindən göndərilən məktubda buna maddi subutdur.
Ardı gələn yazımızda.

BakuNews.az

Ardını oxu...
Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti Planlaşdırma Mərkəzinin sədri Ramin Abdullayevdən şikayətlərin gündən-günə çoxalması Komitə sədri Anar Quliyevi çətin vəziyyətə salıb.Ərazi Tikinti Planlaşdırma Mərkəzinin sədrinin fəaliyyətinin aidiyyatı instansiyalarda müzakirəyə çevrilməsi isə bu qurumun başı üzərini qısa zamanda “qara bulud”ların alacağını istisna etmir.
“Yeni Gundem” xəbər verir ki, Dövlət Arxitektura və Şəhərsalma komitəsinin nəznində olan Ərazi Tikinti Planlaşdırma Mərkəzinin sədri Ramin Abdullayevlə bağlı ağır ittihamların yer aldığı material yerli KİV-də yayılsa da, ortada ciddi tədbirlər müşahidə olunmur. Səslənən ittihamlara görə, Ramin Abdullayev ölkə başçısının yaratdığı şəffaf biznes mühitinə kölgə salaraq tikinti biznesinə ciddi zərbə vurur.”
Görünən odur ki, Ramin Abdullayev öz “biznes bacarığı” sayəsində kifayət qədər şöhrət qazanan, media və sosial mediada populyarlıq əldə edə bilib. Lakin nə qədər qəribə olsa da, media Ramin Abdullayevin göydələn biznesi haqqında məlumatsızdır. Halbuki, bu biznes İdarə Heyətinin sədrinin əsas gəlir mənbələrindən biridir.
LİNK:https://vt.tiktok.com/ZSYNwPC8N/
Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri Ramin Abdullayev 4 ildir ki, yüzlərlə Gəncə sakinini sözün həqiqi mənasında Kərbala müsibəti yaşatmaqdadır.
Məhz bu yolla Ramin Abdullayev hər ay onlarla mənzil ələ keçirir ki, bu da onu nəinki paytaxtın, bütün ölkənin ən çox mənzi sahibi olan adamına çevirir.
LİNK:https://vt.tiktok.com/ZSYNwUCMD/
Nəhəng daşınmaz əmlak imperiyasına malik olan Ramin Abdullayev iş adamlarını, tikinti şirkətlərini inşa edilən hər binadan ona “xərac” verməyə məcbur etməklə öz mülklərinin sayını sürətlə artırmaqdadır. Bəzi iş adamları Ramin Abdullayevin qanunsuz tələbini qarşılaya bilmədikləri üçün öz layihələrini illərlə gerçəkləşdirə bilməmiş, maddi baxımdanböyük itkiyə məruz qalmış, dövlətdən narazı salınmışdır.
Xülasə, sədri olduğu idarənin adı ilə əməlləri uyğun gəlməyən Ramin Abdullayev tam bir yoxlanmalı məmurdur. Nəzərinizə çatdıraq ki, Ramin Abdullayev 2021-ci ildən Arxitektura və Şəhərsalma komitəsinin nəznində olan Ərazi Tikinti Planlaşdırma Mərkəzinin sədri vəzifəsində çalışır. Ancaq buna çalışmaq demək olmaz, çapmaq, talamaq demək olar.
Ola bilsin ki, dövlət rəhbərliyi bu qədər işlərin, sıx qrafikin içində onun əməllərindən xəbərsizdir. Amma Bakının Baş Planı açıqlandığı, 2040 planları qurulduğu bir zamanda Ramin Abdullayevin fəaliyyəti araşdırılmalıdır. Bilinməlidir ki, onun Bakının Baş Planına vurduğu zərbə, dövlət əleyhinə apardığı iş nədən ibarətdir. Bilinməlidir ki, Baş Plana balta vuran, şəhəri az qala kəndə-kəsəyə çevirən, harda gəldi rüşvət aldığı üçün tikintiyə icazə verən, Şəhərin tikinti planlaşdırmasını pozan Ramin Abdullayev əslində hansı xəyanətlə, siyasi rəhbərliyə hansı pisliyi etməklə məşğuldur. Ona görə onun kabinetinin qapısı döyülməmiş içəri girilib siyirməsindəki sənədlər yoxlanmalı, qara dəftəri oxunmalıdır
Aldığımız məlumata görə, Ramin Abdullayev yüksək vəzifəyə getmək üçün dəridən-qabıqdan çıxıb və yuxarı instansiyaların qapılarında qalıb, xaişlər edir.
P.S. Qarşı tərəfi də dinləməyə hazırıq.
Yenigundem.az

 
Ardını oxu...
Aprelin əvvəlində məlumat yayıldı ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin direktoru Səbuhi Əhmədov cərimələnib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Səbuhi Əhmədova İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə cərimə yazıb.

Bu maddə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi ilə bağlıdır. 192.4-cü maddəyə əsasən, vəzifəli şəxslər 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilir.

Səbuhi Əhmədov dövlət xidmətinin qərarından məhkəməyə şikayət ərizəsi ilə müraciət edib. Onun şikayəti Binəqədi Rayon Məhkəməsinin hakimi Aynurə Sadıqovanın icraatına verilib. Ötən müddət ərzində məhkəmənin hansı qərar çıxardığı barədə informasiya yoxdur. Hərçənd, bu dəfəki söhbətimizin mövzusu bu deyil.

Xatırladaq ki, Səbuhi Əhmədov 2003-2006-cı illərdə “Azneft” İstehsalat Birliyinin baş direktoru, daha sonra “Balaxanıneft” Neft Qaz Çıxarma İdarəsinin rəisi vəzifəsində çalışıb. Bu günlərdə redaksiyamızın elektron poçtuna daxil olan məlumata görə, mayın 2-də Səbuhi Əhmədovun rəhbərlik etdiyi departament “Kral” Təmir Tikinti MMC təmir-tikinti şirkəti ilə Bakıda Abşeronda və digər rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərin mənzillərinin təmiri təyinatı ilə 685700 (Altı yüz səksən beş min yeddi yüz) manat məbləğində müqavilə bağlayıb. Məlumatda bildirilir ki, sözügedən MMC-nin özünün xeyli vergi borcu var. “Satınalmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə görə isə, vergi borcu olan müəssisələrlə dövlət satınalmaları üzrə müqavilə bağlamaq olmaz. Ümumiyyətlə, məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qaytarılmasının gündəmdə olduğu indiki vaxtda bu təyinat üzrə külli miqdarda dövlət vəsaitinin büdcədən silinməsini nə dərəcədə səmərəli xərc hesab etmək olar: Yaxşı olmazdımı ki, həmiun vəsait Qarabağda və Şərqi Zəngəzurda evlərin inşasına və infrastrukturun qurulmasına yönəldilsin? Bu və digər suallarımızı səsli mesaj kimi cənab Səbuhi Əhmədovun vatsap nömrəsinə göndərdik. Təəssüf ki, hələ ki ondan cavab yoxdur. Ümid edirik ki, bu suallarımızı Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi, Hesablama Palatası və digər aidiyyəti qurumlar cavablandıra biləcəklər.

P.S. Baş Prokurorluğun Mətbuat Xidməti tərəfindən 14 martda yayılmış məlumatda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Ağdam rayon Mənzil Kommunal İstismar Sahəsinin rəisi Valeh Abdullayevin qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işinin başlanıldığı göstərilirdi.

Məlumatda həmçinin qeyd edilir ki, əməliyyat-istintaq tədbirləri ilə Valeh Abdullayevin müxtəlif şəxslərin işlə təmin olunması, təqaüd yaşına çatanların işdən çıxarılmaması, faktiki olaraq işə gəlməyən şəxslərə əməkhaqqı verilməsinə şərait yaradılması, təmsil etdiyi qurumun balansında olan mənzillərin başqa şəxslərin istifadəsinə verilməsi və digər bu kimi qanunsuzluqlar müqabilində onlardan təkrarən rüşvət istəməsinə əsaslı şübhələr müəyyən edilib. Valeh Abdullayev tələb etdiyi pul vəsaitlərini vətəndaşlardan alarkən cinayət başında yaxalanıb.

Bəs necə oldu ki, Səbuhi Əhmədov bu cinayət hadisəsindən quru çıxdı.

Bu barədə gələn sayımızda geniş məlumat verəcəyik.

Mövzuya qayıdacağıq.

Deryaz.az
 

Dünyapress TV

Xəbər lenti