Ardını oxu...
Sabunçu rayon sakini İmanov Şahin Qabil oğlu tərəfindən Hurriyyet.az saytına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, Ağcabədi rayon pambıq zavodunun rəhbərliyi dələduzluqla məşğuldur:

“Mən, İmanov Şahin Qabil oğlu, yazaraq bildirirəm ki, keçən ilin may ayında bir neçə yoldaşla Ağcabədi rayonuna getmişdik. Məqsədimiz "tender"də udulmuş pambıq zavodundan metal almaq idi.

Bu məqsədlə 38 min manat ödəniş etmişəm. Nə pulumu qaytarırlar, nə də metal verirlər.

Hal-hazırda izahatlar alınıb, amma pulumun geri qaytarılması barədə heç bir xəbər yoxdur.

Nərimanov Rayon Prokurorluğu işi ləğv edir. İşim 2 dəfə rədd olunub, bu gedişlə xitam veriləcək.

Məsələ ilə bağlı hara müraciət edəcəyimi bilmirəm. 38 min manat bizim üçün az məbləğ deyil. Nəyə görə bu məbləği mən itirməliyəm?

Pambıq zavodunun başıma açdığı bu oyunun bir tək adı var, o da dələduzluqdur.

Səlahiyyətli qurumlardan xahiş edirəm ki, pulumun alınıb geri qaytarılması üçün mənə kömək etsinlər.

Cənab Prezident də bilsin ki, Ağcabədi rayon pambıq zavodunun rəhbər şəxsləri dələduzluqla məşğuldur".

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
 
Ardını oxu...
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov mayın 31-də, ardınca, iyunun 6-da Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev vəzifələrindən azad edildilər. Açıqlanmasa da onların idarəetmədə yol verdikləri bir sıra nöqsanlara görə vəzifələrindən kənarlaşdırıldığı şübhəsizdir. İndi geniş ictimaiyyət işindən azad olunacaq növbəti İçra başçısını gözləyir. O, Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ola bilərmi?

Sosial şəbəkələrdə və elektron mediada Ağcabədi rayonundan yayılan şikayətlərin çoxluğuna baxsaq, ola bilər. Rayon sakinləri hazırda İçra başçısı Rafil Hüseynovun baldızı oğlu Fikrət Allahverdiyevin əməllərindən narazılıq edirlər. Rafil Hüseynov 2019-cu ildə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edildikdən cəmi bir il sonra qohumunu, baldızının oğlunu Ağcabədi rayon İcra Hakimiyyəti başçısının Ağcabədi şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi təyin edib. Rayonda bir çox narazılıqlarda elə ondan sonra başlayıb.

Rayondan olan məlumatlı şəxslərin sözlərinə görə Fikrət Allahverdiyev Ağcabədi şəhərində hər yerdən pul toplamaqla məşguldur. Buraya şəhərdə yeni tikililərə icazələrin verilməsindən tutmuş, işə qəbula qədər hər şey daxildir. Fikrət Allahverdiyev Ağcabədi Kommunal Xidmət və Mənzil İstismar İdarəsinin rəisi Səfər Səfərovla əlbir olub, istismar idarəsinin işçilərinin hamısını dəyişib. Yeniləri də təbii ki, pul müqabilində işə götürüb. Məlumatlara görə Ağcabədi şəhərində aparılan abadlıq, təmir tikinti işlərinə də birbaşa İçra başçısının baldızı oğlu Fikrət Allahverdiyev nəzarət edir. O burada Rafil Hüseynovun gizlin işlərini həyata keçirir, yəni “qara kassa” rolunu oynayır.

Məlum olduğu kimi ölkəmizin hər yerində olduğu kimi Ağcabədi rayonunda da geniş miqyaslı abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işlərinə hər il milyonlarla manat dövlət vəsaiti ayrılır.

Aktualinfo.org Rafil Hüseynov Ağcabədiyə İcra başçısı təyin edildikdən sonra rayonda abadlıq, təmir- tikinti işlərinə ayrılmış dövlət vəsaitlər ətrafında kiçik bir araşdırma aparıb. Araşdırmalarda məlum oldu ki, Fikrət Allahverdiyevin idarəsində illik satınalma planlarına uyğun keçirilmiş tender prosedurlarında ciddi qanun pozuntularına yol verilib, habelə bağlanmış müqavilələrdə satın alınan xidmətlərin qiymətləri süni şəkildə şişirdilib. Rayonda ancaq abadlıq, təmir- tikinti işlərinə ayrılmış və şübhəli məqamlarla dolu olan satınalmaları diqqətinizə çatdırırıq.

Ağcabədi Şəhəri, İ. Qayıbov, N. Nərimanov, Ağcabədi-Zərdab Yolunun Girişində, Şəhidlər Xiyabanının Abadlıq və Təmir İşləri və Heydər Əliyev, Üzeyir Hacıbəyli prospektlərində, Xəlfələddin, H. Hacıyev və Nəsimi Küçələrində Bordyurların və Asfalt yolun rənglənməsi işləri üzrə “M-HOUSE CONSTRUCTİON” MMC ilə 442.482,7 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumat dövlət satınalmalarının vahid internet portalıda 11.12.2023-cü ildə dərc edilib. Müqavilənin başlanma tarixi 24.11.2023-cü il, bitmə tarixi isə 31.12.2023-cü il göstərilib. Tender müsabiqəsi isə 15.06.2023-də elan olunub, zərflər paketinin açılışı isə 24.07.2023-cü ildə olub. Maraqlıdır tenderin nəticəsi nə üçün dekabrda dərc edilib? Digər maraqlı məsələ isə 36 günə bu işlərin görülməsidir. Bu mümkündürmü?

Ağcabədi şəhəri şəhər daxili avtomobil yollarının əsaslı təmiri işlərinin satınalınması üzrə “DREAM CONSTRUCTİON COMPANY” MMC ilə 543.395,56 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumat 06.09.2023-cü ildə dərc edilib.

Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “Dream Construction Company” MMC 20 may 2014-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 5515 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev prospekti, ev 152-də yerləşir. MMC-nin qanuni təmsilçisi İbrahimova Zəhra Musa qızıdır. Apardığımız
araşdırmaları zamanı məlum oldu ki, “Dream Construction Company” MMC əvvəllər “Otaxlı” MMC adı ilə fəaliyyət göstərib. 2022-ci ildə isə şirkətin adı dəyişdirilib. MMC-nin ilk qanuni təmsilçisi Hacıyev Mövlan Nəqşibəndi oğlu olub. Onu Abbasov Xıdır Pirverdi oğlu əvəzləyib. Xıdır Abbasovdan sonra isə şirkətin rəsmi təmsilçiliyi Zəhra İbrahimovaya keçib.
Ağcabədi şəhərində küçələrdə yolların cari təmiri (Hansı küçələrdəki yolların təmir olunacağı şərtlər toplusunda açıq göstərilmir) üzrə “FƏRİD” MMC ilə 547.556,4 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumat 20.12.2022-cü ildə dərc edilib. Müqavilənin başlanma tarixi 05.12.2023-cü il, bitmə tarixi isə 31.12.2023-cü il göstərilib. Tender müsabiqəsi isə 01.09.2022-də elan olunub, zərflər paketinin açılışı isə 05.09.2022 -cü ildə olub. Təsəvvür edin yarın milyonluq tender müsabiqəsi 5 günə yekunlaşdırılıb. Tenderin nəticəsi isə nədənsə dekabrda dərc edilib və 25 gün ərzində Ağcabədidə hansı küçələr təmir olunub bəlli deyil.
“Ağcabədi şəhərində sairə abadlıq işlərinin” satın alınması üzrə “MƏXMƏR-77” MMC ilə 446.037,79 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumat 22.07.2022-ci ildə dərc edilib.
Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən,”MƏXMƏR-77″ MMC 14.02.2012-ci ildə Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınmış, nizamnamə kapitalı 10 manatdır. MMC-nin hüquqi ünvanı AĞCABƏDİ RAYONU, AĞCABƏDİ ŞƏHƏRİ, Ə.TALIBOV, ev 47, qanuni təmsilçisi isə Abdullayev Ramil Abdulla oğludur.
Ağcabədi şəhərinin bəzi küçələrində və yollarında əsaslı təmir işləri (Burada da hansı küçələrdəki yolların təmir olunacağı şərtlər toplusunda açıq göstərilmir) üzrə “FƏRİD” MMC ilə 545.199,54 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumat 07.09.2021-ci ildə dərc edilib.
Açıq dövlət portalları üzərindən əldə etdiyimiz məlumatlara görə “FƏRİD” MMC 01.10.2001-ci ildə Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınmış, nizamnamə kapitalı 10 manatdır. MMC-nin hüquqi ünvanı AĞCABƏDİ RAYONU, AĞCABƏDİ ŞƏHƏRİ, HƏZİ ASLANOV, ev 164-dir. Qanuni təmsilçisi isə Cəfərov Vidadi Bahatur oğlu olduğu göstərilir. MMC Ağcabədi şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən başqa heç bir dövlət sifarişi almayıb.
Abadlıq işlərinin satın alınması ( Şərtlər toplusunda abadlıq işlərinin harada aparılacağı açıq göstərilmir) üzrə “QARABAĞ İNŞAAT-2016” MMC ilə 271.706,09 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumat 02.07.2021-ci ildə dərc edilib. Bu şirkətin qanuni təmsilçisi haqqında a.ağıda daha ətraflı məlumat verəcik.
Yolların əsaslı təmiri işlərinin satın alınması (Burada da hansı küçələrdəki yolların təmir olunacağı şərtlər toplusunda açıq göstərilmir) üzrə “FƏRİD” MMC ilə 529.844,87 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumat 14.12.2020-ci ildə dərc edilib. Müqavilənin başlanma tarixi 07.12.2020-ci il, bitmə tarixi isə 30.12.2020-ci il göstərilib. Maraqlıdır cəmi 23 günə Ağcabədinin hansı yollarında təmir işləri aparılıb.
Abadlıq işlərinin satın alınması ( Şərtlər toplusunda abadlıq işlərinin harada aparılacağı açıq göstərilmir) üzrə “RCİ-İNKİŞAF 2014” MMC ilə 467.759,91 manat məbləğində bir satınalma müqaviləsinin bağlanılması barədə məlumat da 30.07.2020-ci ildə dərc edilib.
Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “RCİ-İNKİŞAF 2014” MMC 28.04.2014-cü ildə Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınmış, nizamnamə kapitalı 10 manatdır. MMC-nin hüquqi ünvanı AĞCABƏDİ RAYONU, AĞCABƏDİ ŞƏHƏRİ, HEYDƏR .ƏLİYEV, qanuni təmsilçisinin isə Camalxanov Rövşən İbrahim oğlu olduğu göstərilir. Rövşən Camalxanov həm də “QARABAĞ İNŞAAT-2016” MMC-nin qanuni təmsilçisidir. Bu şirkətin hüquqi ünvanı isə AĞCABƏDİ RAYONU, AVŞAR kəndidir. Qeyd edək ki, Rövşən Camalxanovun həm də başqa bir neçə şirkəti var. Onun qanuni təmsilçisi olduğu “ELÇİN-TTQİ” MMC və “QARABAĞ İNŞAAT-2016” MMC 27.03.2019-cu il tarixdən 29.04.2019-cu il tarixə qədər, yəni bir ay ərzində Ağcabədi rayon İcra Hakimiyyəti tərəfindən elan edilmiş müxtəlif növ satınalmalarda 8 tenderin qalibi olub və ümumilikdə 240 875 manat dəyətində dövlət sifarişı alıb.
Göründüyü kimi 2020- 2023-cü illərdə Ağcabədi rayon İcra Hakimiyyəti başçısının Ağcabədi şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi şəhərdə abadlıq işlərinin, yolların əsaslı təmiri işlərinin satınalmasına ümumi olaraq 3793978 (qəpikləri hesablamadan) manat məbləğində dövlət vəsaiti ayırıb.
Qeyd edək Ağcabədidə aparılan təmir tikinti işlərinə ayrılan dövlət vəsaitləri bunlarla bitmir. Ağcabədi rayon İcra Hakimiyyəti də bu məqsədlərlə dövlət vəsaiti ayırıb. Ağcabədi şəhəri H.Əliyev parkında, H.Əliyev prospektində və şəhərin digər küçə və prospektində abadlıq və təmir işlərinin satın alınması üzrə “M-HOUSE CONSTRUCTİON” MMC ilə 257.178,28 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumat portalda 05.10.2023-cü ildə dərc edilib.
“Ağcabədi rayonunda 2022-ci il üçün abadlıq və cari təmir işləri” üzrə “MƏXMƏR-77” MMC ilə 192.105,78 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumat portalda 13.10.2022-ci ildə dərc edilib.
Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş bu məlumatlardan da göründüyü kimi, Ağcabədi şəhərində abadlıq, təmir-tikinti işlərinin aparılmasına son 4 ildə 4 milyon manatdan çox dövlət vəsaiti xərclənib. Amma rayondan olan məlumatlı şəxslərin sözlərinə görə şəhərdə nə abadlıq, nə də təmir-tikinti işlərinin aparılmasından əsər əlamət yoxdu. Bütün görülən işlər əsasən şəhərin mərkəzi hissəndə aparılıb və yüngülvarı, kosmetik işlər olub. Şəhərin ətraf hissələrində yollarda bərbad gündədi, küçələr də. Görsənən odur ki, Rafil Hüseynov Ağcabədini tapşırıb baldızı oğlu Fikrət Allahverdiyevə. Baldız oğlu da nə qədər fürsətdir Ağcabədidə istədiyini edir.
Aktualinfo.org
 
 
 

Ardını oxu...

Bu günlərdə gundemxeber.az-ın redaksiyasına bir çox beynəlxalq konfraslarda iştirak edən, söylənilənlərə görə ayrı-ayrı layihələrin təşkilatçısı, iştirakçısı və rəhbəri olan, 1995-ci ildə “Cahan Holdinq”i təsis edən və hal-hazırda bu qurumda prezident vəzifəsini daşıyan və 12 aprel 1974-cü ildə Naxçıvan şəhərində anadan olan Abbasov Vüqar Zakir oğlunun fəaliyyəti ilə bağlı sensasion məlumatlar daxil olub. Onu da bildirək ki, bu şəxs Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin də sədridir. Çatdırılan məlumatlara görə, Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti Məmməd Musayev, Vüqar Abbasovun ən etibarlı və sədaqətli adamlarındandır. Baxmayaraq ki, bu şəxsin özü isə, vaxtilə Naxçıvan Ali Məclisinə sədrlik edən Fasif Talıbovun kurasiyasında olan, həmçinin  büdcə talançılıqlarında adı hallanan şəxslərdən biri olur.

   Media üzərindən apardığımız araşdırmalara görə, Vüqar Abbasovun prezidenti olduğu “Cahan Holdnq”də ötən il təmizlik işlərinini həyata keçirən 20 nəfər işçinin əmək hüquqları pozulur, hətta həmin şəxslərə əmək haqqı da verilmir. Rəhbərlik isə bunu bəzi sektorların bağlanması, əldə olunan gəlirlərin azalması ilə əlaqələndirsə də, əslində bunlar boş-boş bəhanədən başqa bir şey olmur.  Narazılıq edənlər isə bildirirlər ki, “Bizi bu şirkətdə qanunda nəzərdə tutulmayan işlərə cəlb edirlər, amma bunun qarşılığında bizə əmək haqqı vermirlər. Baxmayaraq ki, biz bu şirkətdə təmizlik, bağban işləri, kommunal xərclərin və kirayələrin yığılması və s. kimi işlərə cəlb olunuruq. Gündəlik işə gəlib-getsək də, maaşımızı vermirlər. Rəhbərliyə etdiyimiz şikayətlərə isə məhəl qoyulmur, dirəniş göstərdikdə bizi işdən çıxardacaqları ilə hədələyirlər”.  Sadalananlarla bağlı qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

 

P.S. “Cahan Holdinq” baş verən bir çox qanunsuzluqların mahiyyətini, çatdırılan sensasion məlumatları yaxın günlərdə geniş ictimaiyyətin diqqətinə çatdırmağa çalışacağıq. Bizi izləməyi unutmayın.

 

GundemXeber.Az

 
 
 
Ardını oxu...
Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti Planlaşdırma Mərkəzinin sədri Ramin Abdullayevdən şikayətlərin gündən-günə çoxalması Komitə sədri Anar Quliyevi çətin vəziyyətə salıb.Ərazi Tikinti Planlaşdırma Mərkəzinin sədrinin fəaliyyətinin aidiyyatı instansiyalarda müzakirəyə çevrilməsi isə bu qurumun başı üzərini qısa zamanda “qara bulud”ların alacağını istisna etmir.

"DogruXeber.az" “Yeni Gundem”ə istinadən xəbər verir ki, Dövlət Arxitektura və Şəhərsalma komitəsinin nəznində olan Ərazi Tikinti Planlaşdırma Mərkəzinin sədri Ramin Abdullayevlə bağlı ağır ittihamların yer aldığı material yerli KİV-də yayılsa da, ortada ciddi tədbirlər müşahidə olunmur. Səslənən ittihamlara görə, Ramin Abdullayev ölkə başçısının yaratdığı şəffaf biznes mühitinə kölgə salaraq tikinti biznesinə ciddi zərbə vurur.”
Görünən odur ki, Ramin Abdullayev öz “biznes bacarığı” sayəsində kifayət qədər şöhrət qazanan, media və sosial mediada populyarlıq əldə edə bilib. Lakin nə qədər qəribə olsa da, media Ramin Abdullayevin göydələn biznesi haqqında məlumatsızdır. Halbuki, bu biznes İdarə Heyətinin sədrinin əsas gəlir mənbələrindən biridir.

Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri Ramin Abdullayev 4 ildir ki, yüzlərlə Gəncə sakinini sözün həqiqi mənasında Kərbala müsibəti yaşatmaqdadır.

Məhz bu yolla Ramin Abdullayev hər ay onlarla mənzil ələ keçirir ki, bu da onu nəinki paytaxtın, bütün ölkənin ən çox mənzi sahibi olan adamına çevirir.

Nəhəng daşınmaz əmlak imperiyasına malik olan Ramin Abdullayev iş adamlarını, tikinti şirkətlərini inşa edilən hər binadan ona “xərac” verməyə məcbur etməklə öz mülklərinin sayını sürətlə artırmaqdadır. Bəzi iş adamları Ramin Abdullayevin qanunsuz tələbini qarşılaya bilmədikləri üçün öz layihələrini illərlə gerçəkləşdirə bilməmiş, maddi baxımdanböyük itkiyə məruz qalmış, dövlətdən narazı salınmışdır.

Xülasə, sədri olduğu idarənin adı ilə əməlləri uyğun gəlməyən Ramin Abdullayev tam bir yoxlanmalı məmurdur. Nəzərinizə çatdıraq ki, Ramin Abdullayev 2021-ci ildən Arxitektura və Şəhərsalma komitəsinin nəznində olan Ərazi Tikinti Planlaşdırma Mərkəzinin sədri vəzifəsində çalışır. Ancaq buna çalışmaq demək olmaz, çapmaq, talamaq demək olar.

Ola bilsin ki, dövlət rəhbərliyi bu qədər işlərin, sıx qrafikin içində onun əməllərindən xəbərsizdir.

Amma Bakının Baş Planı açıqlandığı, 2040 planları qurulduğu bir zamanda Ramin Abdullayevin fəaliyyəti araşdırılmalıdır. Bilinməlidir ki, onun Bakının Baş Planına vurduğu zərbə, dövlət əleyhinə apardığı iş nədən ibarətdir. Bilinməlidir ki, Baş Plana balta vuran, şəhəri az qala kəndə-kəsəyə çevirən, harda gəldi rüşvət aldığı üçün tikintiyə icazə verən, Şəhərin tikinti planlaşdırmasını pozan Ramin Abdullayev əslində hansı xəyanətlə, siyasi rəhbərliyə hansı pisliyi etməklə məşğuldur. Ona görə onun kabinetinin qapısı döyülməmiş içəri girilib siyirməsindəki sənədlər yoxlanmalı, qara dəftəri oxunmalıdır

Aldığımız məlumata görə, Ramin Abdullayev yüksək vəzifəyə getmək üçün dəridən-qabıqdan çıxıb və yuxarı instansiyaların qapılarında qalıb, xahişlər edir.

Ardını oxu...
“Novxanı kəndində 3 məzarlıq var. Hər məzarlığın da öz ayrıca yolu var. Artıq yol bağlana-bağlana gəlib, 50 santimetr yol qala yaxud da qalmaya. Maşın yolunda qəbirlər salınıb, hasarlanıb. Ayaq altında ölü basdırarlar? Ölülər bu qədərmi dəyərsizdir? Niyə görə oranı alıb ölünüzü dəfn edirsiz? Qoy heç olmasa son məzarlarında rahat yatsınlar da. Əgər bura maşın yolu qoyulubsa bu yollar niyə bağlanıb? Bu yol bağlanacaqdısa maşın yolu heç qoyulmazdı da. Bəlkə birinin qocası var, gətirib orada düşürdüb piyada gedəcəklər məzar başına. Sən o yolu niyə satırsan?”.

Ardını oxu...

Bunu moderator.az-a açıqlamasında Novxanı kənd sakini Xanım Mövsümova deyib. Şikayətçi iddia edir ki, kənd bələsiyyəsinin sədri Şahin Tağıyev qəbirstanlıqdan torpaqları satır.

“102 xidmətinə də şikayət etmişəm. O gün sahə polisi məni də, Novxanı kənd Bələdiyyəsinin sədri Şahin Tağıyevi də çağırmışdı. Şahin Tağıyev deyir ki, yaxşı edirəm, yer yoxdur. Bu Novxanı kənd qəbirstanlığıdır, bizlərdən pul almırsan. Şəhərdə bilirsiniz ki, qəbir yerləri çox bahadır. İşçiləri şəhərdəki adamlardan pulu alıb ona verirlər. Torpağı şəhər şakinlərinə satır. Hamı bilir ki, şəhər camaatı gəlib orada özbaşına ölü basdırmaz. Yol isə bağlanıb. Kimsə üz-üzə gəlsə gərək o biri gözləsin, bu biri də qəbirlərin üstünə çıxıb ona yol versin. İki adam qəbirstanlığda yanbayan gedə bilmir. Sabah kiminsə ölüsü olsa ya gərək helikopterdən sallamalıdır, ya da çiyninə atıb təkbaşına götürüb dəfn etməlidir. Novxanı kənd sakinlərinin ölülərini dəfn etmək üçün zibilliyi təmizlətdirib 4-cü qəbirstanlıq hazırlayır. Novxanılıların ölüsünü niyə zibillikdə basdırırsan? Bu nə özbaşınalıqdır? Bu nə yiyəsizlikdir? Deyirlər ki, yaxşı edirik, bütün yolları bağlayacağıq. Sizə bir video təqdim edəcəyəm. Orada maket qəbirlər hasarladıb, hazır qoyublar ki, pulla satsınlar. O qəbirlərdə heç kim dəfn olunmayıb. Onların da qiyməti yəqin xüsusi olar. Amma biz kənd sakinlərinə deyir ki, boş yer yoxdur. Aidiyyatı qurumlardan kömək istəyirik” deyə o bildirib.

Ardını oxu...

Ardını oxu...
Azərbaycanın səhiyyə sistemində aparılan islahatlara baxmayarq hələdə bu sahədə ciddi nöqsanlar qalmaqda davam edir. Xalqxeber.az xəbər verir ki, "Beyləqan Xəbərləri" səhifəsində yayılan məlumata görə hazırda Beyləqan Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin direktoru baş direktoru Bayram Muradovun öz "qaydaları" mövcuddur. Bu "qaydalar" isə keçmiş baş direktor Nürəngiz Bəşirovdan qalma qaydaya uyğundur. Belə ki, Beyləqan xəstəxanasında müqavilə ilə işə qəbul olunanların iş müqaviləsinin uzadılmasının qiyməti dəyişib. Son 5 ayda Beyləqan xəstəxanasına 20-yə yaxın tibb bacısı qəbul olunub. Səhifənin iddiasına görə Beyləqan xəstəxanasında tibb bacısı olmaq üçün qiymət 4 min manatdan başlayır. Baş direktor Bayram Muradov pulu özü almasada, bu işi başqa şəxslərə həvalə edib. Belə ki, tibb bacılarının işə düzəldilməsi məsələsinə baş direktorun sosial məsələlər üzrə müavini Elnur Mahmudov baxır. Bildirilir ki, Bayram Muradovun digər ortağı xəstəxanaın baş həkimi Şahlar Əsgərovdur. Baş direktor baş həkimlə əlbir olaraq xəstəxananın dərman və ərzaq pereparatlarının bir hissəsini silərək aptek və mağazalar satdırdığı bildirilir. Qeyd edək ki, Bayram Muradov baş direktor olaraq 8 min manatdan çox əmək haqqı alır.


Ardını oxu...
Təxminən bir il öncə “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus “ADY Konteyner” MMC-nin direktoru Natiq Cəfərov vəzifələrindən azad edilmişdi. Bununla bağlı cumhuriyyet.net-ə daxil olan məlumata görə bu qurumda korupsiya faktı ilə əlaqədar hüquqi araşdırma aparılır.

Söhbət 10 milyon manatdan çox (təqribən 11 milyon) məbləğdən gedir.Mənbənin söylədiyinə görə ADY özünün tabeliyində olan müəssənin keçmiş direktoru haqqında işi baş prokurorluğa göndərib. Müəssisə yük daşımalarla məşğul olur. Günahlandırılan baş direktor indiki sədrin dövründə də işləyib və bu səbəbdən küllü miqdarda yeyintidə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmovun da iştiraşı şübhə doğurur.

Mövzunu davam etdirəcəyik.
 

Ardını oxu...
Göyçay rayon sakinləri Əsgərov Orxan Vidadi oğlu, Əsgərzadə Elməddin Əli oğlu, Şirinov Fəqan Maarif oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Azərbaycan Su Ehtiyatları Agentliyinin sədri cənab Zaur Mikayılova müraciət edən şikayətçilər yazırlar:

“Cənab Mikayılov!

Bu şikayət ərizəmizdə yazaraq bildirirk ki, Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri vəzifəsini icra edən Orxan Mahmudov öz səlahiyyətlərindən sui-istifadə edərək, birimizi - Fəqan Şirinovu Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə qanunsuz olaraq işdən çxarıb, digər iki nəfəri isə öz ərizəmizlə işdən çıxmağa məcbur edib.

Biz uzun müddətdir ki, Göyçay rayon Suvarma Sistemləri İdarəsində ekskavator sürücüsü vəzifəsində işləyirdik. Bu müddət ərzində işimizdə heç vaxt nöqsana yol verməmişik. Əksinə, yaxşı işçi olduğumuz üçün təltif edilmişik.

Şakir Əhmədov adlı müdir yaş senzinə görə işdən çıxdığı üçün ixtisası bu sahə üzrə olmayan, bir gündə olsun bu sahədə işləməyən təcrübəsiz Orxan Mahmudova müdir vəzifəsinin icrası həvalə edildi. Adam vəzifəsinin icrasına başlayan kimi işçilərə qənim kəsilməyə başladı.

Bir gün iş vaxtı Orxan Mahmudova bildirdik ki, ekskavatorların yağı və filtirləri təcili dəyişdirilməlidir, əks halda sürmək olmaz, 300 min manat qiyməti olan texnikalar xarab olacaq. Orxan Mahmudov bizi məcbur edir ki, öz vəsaitiniz hesabına ekskavatorları təmir etdirin, yağını və filtriini dəyişdirin.

İmkansız olduğumuz üçün buna etiraz edib 6 nəfər işçi Meliorasiya və Su Təsərrüfatı ASC-yə üz tutduq. Orada bizi Qurban müəllim qəbul etdi. O, bizi dinlədikdən sonra Orxan Mahmudova zəng edib problemin həll edilməsini tapşırdı. Orxan Mahmudov Qurban müəllimə bildirdi ki, problemi həll edəcəyəm.

Səhəri günü Orxan Mahmudov idarədə iclas keçirib, birimizi - Fəqan Şirinovu Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə qanunsuz olaraq işdən çxardı, iki nəfərimizi isə öz ərizəmizlə işdən çıxmağa məcbur etdi. Hətta bizə teleqram göndərib qeyd etdi ki, öz ərizənizlə işdən çıxmasanız sizi Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə işdən çıxaracam. Belə şantaj və təhdid yolu ilə bizi işdən öz ərizəmizlə çıxmağımıza dair məcburi ərizə yazdırdı.

Hər birimizin himayəmizdə azyaşlı uşaqlarımız var, ailədə yeganə işləyən, evə çörək pulu gətirən biz idik. İndi isə işinin öhdəsindən gələ bilməyən bu sahənin kadırı olmayan Orxan Mahmudovun intiriqasının qurbanı olub, işsiz qalıb aclığa məhkum olmuşuq.

Onu da qeyd edek ki, Orxan Mahmudov bundan əvvəl bankada işləyib yol verdiyi nöqsana görə işdən qovulub.

Orxan Mahmudov Göyçay rayon Suvarma Sistemləri İdarəsində müdir vəzifəsini 1 ildir icra etsədə, artıq bütün qohum-tanışlarını vəzifəyə gətirib. Hansı ki, onların hamısı bu sahənin kadrları deyil, heç bir iş təcrübələri də yoxdur. Bu isə Göyçayda suvarma sistemlərində fəlakət yaradacaq. Bibisi oğlunu mühasib təyin edib, Ucarda yaşayan dostunu sürücü vəzifəsinə gətirib, bazarda yer pulu yığan tanışını nəzarətçi götürüb. Beləliklə, 11 nəfər qohum tanışlarını idarəyə işə qəbul edib. Hansı ki, onların heç biri bu sahənin adamları deyil. Təcrübəli işçiləri isə sıxışdırırlar. İşinin öhdəsindən gələ bilməyən Orxan Mahmudov dövlət idarəsini şəxsi ofisinə döndərib.

Qeyd edək ki, Orxan Mahmudov Göyçayın Qarabaqqal kəndi ərazisindəki keçmiş kərpic zavodunda beton istehsalı ilə məşğul olub. Vergidən gəlir gizlətmək üçün əmək müqaviləsi bağlamadan çoxlu sayda insanı işə cəlb edərək, onların əməyini istismar edirdi. İndi isə həmin sex fəaliyyətini dayandırıb, ancaq küllü miqdarda ödənilməyən vegi borcu var.

Adamın niyyəti dövlət idarəsini şəxsi əmlakı kimi idarə edib, kapital toplamaqdır. Bunun qarşısı dərhal alınmalı qanunu tədbirlər görülməlidr. Biz işindən qanunsuz çıxarılan və şantaj olunaraq öz ərizəsi ilə çıxmağa məcbur edilən işçilər olaraq xahiş edirik ki, bizi qəbul edib, dinləyib qanuni və ciddi tədbirlər görəsiniz”.

Ardını oxu...
Ardını oxu...
Çox təəssüflər olsun ki, təkcə təhsil deyil, elə bir çox sahələrdə hər hansı bir vəzifəyə təyin olunan şəxs, işinin məsuliyyətini deyil, çalışdığı qurumda öz yaxınlarını da yerləşdirməyin yollarını düşünür. Yaxud da müəssisədəki boş vakansiyalara xüsusi "qiymət" təyin edərək, satmağa başlayır. Acınacaqlıdır ki, bu kimi hallara təhsil sahəsində daha çox rast gəlinir.

Doğrudur, son günlər təhsil sahəsində ciddi yoxlamalar aparılır və aşkar olunan qanun pozuntularında adı hallanan şəxslər işindən uzaqlaşdırılır. Hansı ki, son bir ayda müxtəlif rayonlarda artıq bir neçə müəllim və direktorlar işdən azad ediliblər. Elm və Təhsil naziri Emin Əmrullayev də öz çıxışında bu cür yoxlamaların hələ davam etdiriləcəyini bildirib.

Beyləqan rayon sakinləri nazirin bu çıxışından ümidlənərək, obyektiv yoxlamaların sözügedən rayonun Xalaç kənd tam orta məktəbinə də təşrif buyurmalarını arzulayırlar.

"DogruXeber.az" bildirir ki, əslində redaksiyamıza müraciət edən Beyləqan rayonunun Aşqallar kənd sakini Məmmədov Sədi Bəndalı oğlunun sözlərinə görə bu ilin fevral ayında Mil-Muğan regional təhsil idarəsi tərəfindən Xalaç kənd orta məktəbində yoxlamalar aparılıb, hətta aşkar olunan nöqsanlara görə sözügedən məktəbin direktoru Murad Məmmədov işindən uzaqlaşdırılıb da, amma iki ay sonra hansısa "sehirli əl" onu yenidən direktor kürsüsünə əyləşdirib.

Sədi Məmmədovun "DogruXeber.az" informasiya agentliyinin tabeliyində fəaliyyət göstərən "Kanal14" YouTube kanalında canlı yayımda danışdıqlarını aşağıda təqdim etdiyimiz videoda izləyin !

Gördüyünüz kimi, Beyləqan rayon Aşqallar kənd sakini Sədi Məmmədov qız övladının təhsil aldığı Xalaç kənd tam orta məktəbində dərs zamanı yoldaşları tərəfindən oyuncaq ilanla qorxudulmasının onun səhhətində ciddi problemlər yaratdığını iddia edir.

Həmçinin, sözügedən məktəbin direktoru Murad Məmmədovun isə məsələdən rahatlıqla sovuşmaq üçün, qızı üç saat otaqda saxladığını, müəllimlərə isə uşağın valideynlərinə bu barədə heç bir söz deməmələrini tapşırdığını deyir.

Sədi Məmmədovun iddiasına görə övladı bu hadisə zamanı ciddi sarsıntı keçirib və psixoloji travma alıb. Direktor Murad Məmmədovun isə tədbir görmək yerinə uşağı üç saat gizlətməsi valideynlərinin hiddətinə səbəb olub.

Bundan əlavə Sədi Məmmədov bütün kənd sakinlərinin sözügedən məktəbin direktoru Murad Məmmədovun əlindən zara gəldiklərini deyir.

Onun sözlərinə görə, "direktorun bir qızı həmin məktəbdə katibə, bir qızı müəllim, bir qzının əri birinci mavini, bir qızının əri kompüter müəllimi işləyir. Bundan əlavə oğlu, qardaşı arvadı, bacısının əri - hamısı məktəbdə işləyir. Ona görə də təhsilimiz yoxdur.

Qeyd edim ki, dəfələrlə şəhid anası Murad müəllimdən məktəbdə hər hansı bir işlə təmin olunmasını xahiş etmişdi. Axırda Murad müəllim o, boyda məktəbdə ona süpürgəçi işi verdi ki, ayaq altı süpürsün.

Dəfələrlə bu barədə aidiyyatı qurumlara şikayətlər etmişik, heç bir nəticəsi yoxdur. Düzdür, Fevralın 12-si və 13-də iki gün ardıcıl Mil-Muğan regional Təhsil İdarəsi tərəfindən məktəbdə ciddi yoxlamalar aparıldı. Aşkar olundu ki, direktor Murad müəllim bir neça müəllimə artq dərs saatları yazıb, dövlətin pulunu mənimsəyirmiş. Həmçinin əlavə olaraq, dövlət hər ay 60 saat məşğələ saatı verirmiş, amma bu dərslər sözügedən məktəbdə heç vaxt keçirilməyib. Həmin 60 saat dərsin 1800 manat pulu mənimsənilib. Ona görə də martın 11-də Murad müəllimin direktorluğuna da, müəllimliyinə də xitam verildi. Amma, iki aydan sonra gəldi ki, "mən müəllim kimi işləyirəm".
İşlədiyi 14 ildə qanunsuz əməlləriylə özünə şərait quran cinayətkar necə oldu ki, müəllim kimi işə qaytdı?

Direktor dərs saatlarını satıb, müəllimlərdən keçirilməyən əlavə saatların pulunu mənimsəyib. Amma, buna görə bir neçə müəllimə cərimə cəzası yazıldı.
Nəyə görə pulu yeyən direktor, cərimələnən müəllimlər olur?"

P.S: Qeyd edək ki, Sədi Məmmədovun söylədikləri barəsində Xalaç kənd tam orta məktəbin direktoru Murad Məmmədovun da mövqeyini öyrənmək məqsədilə, mobil telefonuna zəng etdik. Bir zəngimizə ümumiyyətlə cavab vermədi. Aradan xeyli müddət keçdikdən sonra, təkrar aradıq. Bu dəfə isə bir xanım telefonu götürdü və "Murad müəllimin özü yoxdur, telefonu maşında qalıb. Mən qızıyam, mütləq deyərəm, sizə zəng edər" cavabını verdi. Lakin, aradan bir neçə gün keçməsinə baxmayaraq, hələ də Murad Məmmədov bizimlə əlaqə saxlamayıb.

Onu da vurğulayaq ki, Sədi Məmmədov direktorun telefona cavab verməyəcəyini, yaxud cavab vermək üçün dəstəyi kiməsə verəcəyini əvvəlcədən bizə demişdi. Görünür hətta yerli sakinlər belə təhsil müəssisəsini "ailə biznesi" kimi idarə edən Murad Məmmədovun taktikalarını artıq əzbər bilirlər.

Qeyd: "DogruXeber.az" olaraq bildiririk ki, yuxarıda qeyd olunan məlumatlarla bağlı bütün aidiyyatı qurumlara tərəfimizdən rəsmi sorğular göndərilib.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
 
Ardını oxu...
Yay fəsili yaxınlaşdıqca insanlar istirahət etmək üçün fərqli məkanlara üz tutmağı üstünlük verir. Demək olar ki, qonaqların və ailənlə istirahət edəcəyin yerlərin şahı restoranlar hesab olur.

Havaların həddindən artıq isti keçməsi ilə əlaqədar açıq yay məkanlarında oturmağa üstünlük verirsən amma təəsüfflər olsun ki, yay fəsili başlayar başlamaz bəzi işbazlar hərəkətə keçir.

Dükanlarda satılan 60-70 qəpiklik suyu 6-7 manata, 10-15 manatlıq içkini isə 100-150 manata müştəriyə sataraq sonda hesabın ödənişi vaxtı yeyib-içdiklərində burunlarından gətirirlər.

"Azərbaycan Reallığı"na müraciət edən və adının açıqlanmasını istəməyən vətəndaş bildirir ki, Nizami rayon Bəkir Çobanzadə küçəsində yerləşən "Xan Bağı" restoranı sözün əsil mənasında soyğunçuluqla məşğul olur.

Burada müştəriyə təklif olunan menyu qiyməti ilə sonda ödəniləcək qiymət arasında yerlə göy qədər fərq olur yani qiymət süni halda bahalaşdırılır. Həmçinin müştəriyə göstərilən xidmət səviyyəsi olduğca aşağıdır.

Məkanda işləyən personal işçilərin əmək müqaviləsi yoxdur, hesab ödəyəndə post terminal istədikdə kesabı kartdan-karta göndərməyi məsləhət edirlər bu da təbii ki, qanun pozuntusu və dövlət vergisindən yayınmaqdır.

Narazlıqlar bununla da bitib-tükənmək bilmir. Hesabın sonunda restoranda şhou proqramın ödənişini müştəridən alınması hələ bu azmış kimi servis haqqı da alınması sözün əsil mənasında biabırçılıqdır. Müştəri həmçinin restoranda verilən qidalarında keyfiyyət dərəcəsi çox aşağı olmasından gileylənib.

Redaksiya olaraq bizə daxil olan narazlıqı qısa olaraq yazıb aidiyyəti qurumların nəzərinə çatdırdıq, sözügedən məsələ ilə bağlı ümüdvarıq aidiyyəti qurumlar öz tədbirlərini görəcəklər
 

Dünyapress TV

Xəbər lenti