Teref.az yazır ki, sosial şəbəkə istifadəçisi Yusif Şamil Oğlu öz səhifəsində BNA-ya müraciət ünvanlayıb. Müraciəti olduğu kimi dərc edirik: "194 nömrəli avtobusdan, ümumiyyətlə daşıyıcı şirkətin özündən şikayətçiyik! Şəhərin mərkəzindən xəttə çıxarılan sıradan çıxmış avtobusları 194 Nömrə ilə Məcburi köçkünlərin yaşadığı Qobu-Park yaşayış kompleksinin sakinlərinin xidmətinə veriblər. Avtobus xarab olur, dayandığ yerdə tüstüləyir. Sürücüləri ürəkləri istəyən vaxt sürür, ürəkləri istəyən vaxt isə dayanır. Qobu- Park yaşayış kompleksindən 20 Yanvar metrosuna 1 saata gedir. Vaxtın çoxu Sədərək Ticarət Mərkəzində keçir. Xatırladım ki, Qobu-Park yaşayış kompleksi üç qəsəbədən ibarətdir. Qobu 1, Qobu 2, Qobu 3. Boyük qəsəbədə yeganə avtobus 194- N avtobusdur. İstifadəyə yaramayan avtobus qəsəbə sakinlərini bezdirib. Mən şəxsən 194-N avtobusdan istifadə etmirəm. Nadir hallarda 194-N avtobusdan istifadə edirəm. Qəsəbə sakinləri məcburiyyət qarşısında qalıb manatlıq taksilərdən istifadə edir. Hörmətli Bakı Nəqliyyat Agentliyi sizə müraciət edirəm qeyd etdiyim problemlə bağlı araşdırma aparıb qəsəbə sakinlərinin problemlərini həll edin. Normal intervalla işləyə ən istifadə yararlı avtobuslarla qəsəbəmizi təmin edin." Teref.az