Azərbaycan Tibb Universiteti (ATU) "Azərmətbuatyayım” Açıq Səhmdar Cəmiyyəti (ASC) satınalma müqaviləsi imzalayıb.
TEREF.AZ Qaynarinfo-ya istinadla xəbər verir ki, maliyyə dəyəri 12 871.32 AZN olan müqavilədə qəzet və jurnalların abunə yazılışı xidmətlərinın satınalınmasınəzərdə tutulur.
"Azərmətbuatyayım” ASC 7 avqust 2007-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 345 304 AZN olan şirkətin hüquqi ünvanı Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, ev 30 K-də yerləşir. ASC-nin qanuni təmsilçisi Salmanov Süleyman Əli oğludur. O, həm də ASC-nin İdarə Heyətinin sədridir.
Süleyman Salmanov həm də "Kaspi Mətbuat Yayım” MMC-nin qanuni təmsilçisidir. Bu şirkətin hüquqi ünvanı Səbail rayonu Fikrət Əmirov küçəsi, ev 1-də yerləşir. Prezidentdin keçmiş köməkçisi Əli Həsənovun oğlu Şamxal Həsənli da bu ünvanda qeydiyyatdadır.
Bundan başqa, "Kaspi Mətbuat Yayım” MMC-nin "Azərmətbuatyayım” ASC-nin təsisçisi olduğu bildirilir.
Fi̇krət Əmi̇rov küçəsi, ev 1 ünvanında başqa bir şirkət də qeydiyyatdadır. Bu, "Kaspi Education” MMC-dir. Şirkətin qanuni təmsilçisi Vəliyeva Sona Məhəmməd qızıdır. O, Əli Həsənovun həyat yoldaşıdır.
"Azərmətbuatyayım” ASC-nin İdarə Heyətinin Süleyman Salmanovdan əvvəlki sədri Kütləvi İnformasiya Vasitələrinln İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) keçmiş icraçı direktoru Vüqar Səfərli olub. O, KİVDF-nin rəhbəri təyin olunduqdan sonra ASC-dəki vəzifəsindən istefa verib. Vüqar Səfərli hazırda həbsədir. O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma-külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə-ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə mühakimə olunub. Məhkəmənin hökmü ilə 10 il 6 ay azadlıqdan məhrum edilib.
Vüqar Səfərli Əli Həsənovun ən yaxın adamlarından biri kimi tanınıb.