Türkiyədəki zəlzələdən sonra Türkiyə mediasında, eyni zamanda Azərbaycan mediasında və sosial mediada siyasi müzakirələr də artıb. Bir çoxları dağıntıların çox olmasını, eyni zamanda zəlzələdən sonra yardımların və xilas əməliyyatının gecikməsini bunu Türkiyə hökumətinin səriştəsilziyi kimi qiymətləndirir.
Bundan başqa zəlzələdən sonra Türkiyəyə yardım edən ölkələr arasında münasibətlərin yaxşı olmadığı Yunanıstan, Kipr, Ermənistan kimi ölkələrin olması da bir çox müzakirələrə yol açıb. Belə fikirlər var ki, məhz zəlzələnin yaratdığı bu vəziyyət regionda siyasi münasibətlərin dəyişməsinə səbəb olacaq.
Kafkas Strateji Araşdırmalar Mərkəzinin (Kafkassam) rəhbəri Hasan Oktay Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində Türkiyə zəlzələsinin regiondakı siyasəti təsiri mövzusunda danışır.