Vasif Talıbovun müavini villasının tikintisini yarımçıq saxladı (FOTO)
Naxçıvan Muxtar Respublikasında (MR) aparılan yoxlamalardan sonra Ali Məclis sədri Vasif Talıbovun və mühüm post tutan məmurların görəvdən alınması digər vəzifəlilərin narahatlığına səbəb olub.
Qaynarinfo xəbər verir ki, Vasif Talıbovun dövründə Muxtar Respublikada özünə dəbdəbəli həyat quran həmin məmurlar Vasif Talıbovun aqibətini yaşayacaqlarından narahatdır. Onlardan biri də hazırda Ali Məclisin sədr əvəzi Azər Zeynalovdur.
Azər Zeynalov Vasif Talıbova yaxın şəxslərdən hesab edilir. O, 2005-ci ildən Naxçıvan MR Ali Məclisinin deputatıdır. O, elə həmin ildən Vasif Talıbovun birinci müavini vəzifəsini tutub.
Bildirilir ki, Azər Zeynalovun vəzifə kürsüsündə yüksəlməsinin səbəbi Vasif Talıbova yaxınlığı olub.
Əldə etdiyimiz məlumata görə, Azər Zeynalov Vasif Talıbov istefa verdikdən sonra Naxçıvandakı biznesini və obyektlərini gözdən yayındırmağa çalışır.
Həmçinin onun Naxçıvanda inşa etdiyi dəbdəbəli villasının tikintisi də yarımçıq qalıb. Naxçıvandakı mənbələr bildirir ki, tikilinin yarımçıq saxlanılması Naxçıvandakı proseslərlə əlaqəlidir. Həmin tikilinin fotosunu təqdim edirik.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-02_1675703889_2.jpg
 
 
 

Dünyapress TV

Xəbər lenti