Fuad Nəcəfliyə pedaqoq məsləhəti:
12 saylı məktəbin müəllimləri dünən Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin qəbulunda olublar.

TEREF.AZ yazır ki, üəllimlərin Ovqat.com-a verdiyi məlumata görə, Fuad Nəcəfli onları diqqətlə dinləyib və eşitdiklərinə təəccüblənib.

Direktor müəllimədən yarıçılpaq dərs keçməyi tələb edib

Fuad Nəcəflinin ən çox diqqətini cəlb edən məsələlərdən biri bütün müəllimlərin eyni cür geyinməsi olub. Bunun bir uniforma olub-olmadığı ilə maraqlanıb. Müəllimlər uzun illərdir bu uniforma ilə dərsə girdiklərini bildiriblər. Onlardan biri hətta deyib ki, kasıb olduğundan məktəb forması ala bilmir. Məcburən uniformadakı ağ köynək əvəzinə ağ sviter geyinir. 12 saylı məktəbə direktor təyin olunan Turan müəllimə işə başlayar-başlamaz onun dərs dediyi sinifə daxil olub və müəlliməyə geyimini irad tutub. Ondan dərhal, uşaqların yayında sviterini çıxarmağı və çılpaq dərs keçməyi tələb edib. Müəllim bu tələbi rədd edəndə isə onu işdən çıxarmaqla hədələyib.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-02_2.png
Fuad Nəcəflinin müəllim uniforması barədə düşüncələri

Fuad Nəcəfli bu şikayəti eşidəndə təəccübünü gizlədə bilməyib və Təhsil naziri Rəhman Məmmədovdan müəllimlərin niyə və nə zamandan uniforma geyindiklərini soruşub. Nazir isə bildirib ki, 15 ildir Naxçıvan müəllimləri uniforma geyinirlər. Xüsusi nümayəndə bu qərarın anormal olduğunu bildirib və müəllimlərə qul kimi davranmaq kimi xarakterizə edib. O deyib ki, əksinə müasir məktəb xalqın gələcəyi olan yeni nəslə azad vətəndaş kimi yetişməyi təlqin etməlidir. Bunu isə müəllimlər öz sərbəstliyi ilə şagirdlərinə nümayiş etdirməli və nümunə olmalıdırlar. Fuad Nəcəflinin fikrincə, şagirdlər üçün xüsusi uniformaların tələb edilməsi onlarda bir şəxsiyyət kimi intizamlı olmaq xüsusiyyəti yaratdığı üçün lazımdır. Müəllimlər isə artıq şəxsiyyətdirlər və onlar bəlli çərçivə daxilində istədikləri kimi geyinə bilərlər.

Turan Məmmədli necə xüsusi nümayəndənin adamıdır?

Müəllimlərin dediyinə görə, Turan Məmmədli onlara bu vəzifəyə Fuad Nəcəfli tərəfindən təyin edildiyini və heç kimi ona bata bilməyəcəklərini bildirib. Fuad Nəcəfli bu məlumata da təəccüblənib və Turan xanımın “onun necə adamı” olması barədə də danışıb. Deyib ki, 12 saylı məktəbin direktoru olmadığını eşidib və Naxçıvanın köhnə rəhbərliyindən ora uyğun bir namizəd verilməsini tələb edib. Rəhbərlik isə Turan Məmmədlini məsləhət biliblər. Namizədin şəxsi işi ilə tanış olan xüsusi nümayəndə onun elmlər namizədi olduğunu, uzun illər müxtəlif məktəblərdə işlədiyini, hətta Payız kənd məktəbində direktorluq etdiyini öyrənib və onun həqiqətən də uyğun namizəd ola biləcəyinə qərar verib. Əgər o, Turan Məmmədlinin direktorluğunun ilk günündə özünü kobud aparacağını bilsəydi, təbii ki, bu namizəd üzərində dayanmazdı. Müəllimlərlə söhbətində Fuad Nəcəfli məktəbin direkorunu onların özləri tərəfindən seçilməsini təklif edib. Bildirib ki, direktoru özünüz seçin, mən onu bu vəzifəyə təyin edim. Müəllimlər bazarertəsi günü direktoru seçəcəklərinə söz veriblər.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-02_1675590622_3.jpg
Turan Məmmədlinin iş yükü

Mənbəmizin iddiasına görə, Turan Məmmədli heç də 12 saylı məktəbdə “ölü canlar” ovu ilə məşğul olmayıb. Əksinə, digər biologiya müəllimlərinin dərs yükünü azaltmaqla özünə dərs saatı toplamaq istəyib. Müəllimlər indi də onun bu “acgözlüyünü” anlaya bilmirlər. Bildirirlər ki, Turan Məmmədli həm deputatdır, həm Payız məktəbinin direktoru, həm Ali Məclisdə bir komissiyanın üzvü, həm Naxçıvan Dövlət Universitetində müəllim, həm də “Sevil” Qadınlar Cəmiyyətinin Muxtar Respublika üzrə nümayəndəsi. “Üstəlik, 12 saylı məktəbə də direktor təyin olunub. Bu da azmış kimi, bir də 12 saylı məktəbdə biologiya müəllimlərinin dərsinə göz dikib. Bir insan hətta əjdəha olsa bu qədər işi necə çatdıra bilər?”, - müəllimlər belə deyib.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-02_1675590620_4.jpg
Sabiq Təhsil nazirinin münasibəti

Naxçıvanın sabiq Təhsil naziri Nazim Əkbərov paylaşımlarımızdan birinin altında yazdığı rəydə bu suala belə cavab verir:

“Heydər bəy, yayılan məlumatda hansı müəllimin nə qədər dərs yükü var və onun nə qədəri ondan alınır, bu barədə məlumat verilmir.

Qanuna görə, bir oklad dərs yükü bir məmurun həftədə 41 saat iş gününə bərabərdir. Yəni həftədə 18 saat dərs deyən bir muəllim hər gün 3-4 saat dərsdən əlavə sinif iclaslarinda, fənn birləşmə iclaslarinda, direktor yanında müşavirədə iştirak etməklə yanaşı şagirdlərlə fərdi və qrup işi aparmalı, valideynlərlə işləməli, şagirdlərin dərsi mənimsəmə faizini müəyyən etməli və qüsurları aradan qaldırmaq üçün tədbirlər görməlidir.

Bizdə müəllim tarixən o qədər boş buraxılıb ki, bu gün hansı müəllimə bunları desən, gözləri təpəsinə çıxar. Bizim müəllimlər obyektiv və subyektiv səbəblərdən dərs deyib evə getməyə vərdiş ediblər. Halbuki onlar dünyanın ən məsul vəzifəsini - yarım əsr sonra üçun adam yetişdirmək vəzifəsini yerinə yetirməlidirlər”.

Nazim müəllimin rəyini əlavə şərh etməyə ehtiyac duymuruq.

“Turan xanım “xanzadə” Seymurun 1 nömrəli adamıdır”

12 saylı məktəbin müəllimləri 2 günlük direktorunun onlara qarşı kobud davranışından da narazıdırlar. Dediklərinə görə, məktəbə gələr-gəlməz “fironluğa” başlayan Turan müəllimə onları qadın adına yaraşmaz sözlərlə təhqir edib.

O ki qaldı Turan müəlliməyə, Təhsil naziri Rəhman Məmmədov və Ali Məclisin sədr əvəzi Azər Zeynalov tərəfindən təxribat qurulmasına, həmsöhbətlərimiz bu iddia ilə razılaşmırlar. Müəllimlərin dediklərinə görə, əksinə, 12 saylı məktəbdə məlum insident çıxanda Təhsil naziri onları sakitləşdirməyə çalışırdı ki, hay-küy gedib Fuad Nəcəflinin qulağına çatmasın: “Turan xanım əslində Azər Zeynalovun və Rəhman Məmmədovun adamıdır. Bunu onun Ali Məclisin deputatı olması da təsdiqləyir. Sizcə, bu qadın “xan” rejiminin ən yaxın adamı olmasaydı, onu deputat seçərdilərmi? Naxçıvan Ali Məclisinin indiki tərkibi “xanzadə” Seymur Talıbov tərəfindən müəyyənləşdirilib. Onun ən aparıcı kadrlarından biri də Turan Məmmədli olub. Təsadüfi deyil ki, Turan Məmmədli eyni anda 4-5 yerdə işləyərək faktiki həmin həmin qurumlara nəzarət edib”.

Müəllimlər o fikirlə razılaşırlar ki, Turan Məmmədli üzərində həqiqətən də bir təxribat qurulub. Və bu təxribatı quran Naxçıvanın Təhsili naziri Rəhman Məmmədov və Azər Zeynalov ola bilər. Məqsəd təbii ki, Fuad Nəcəflinin ayağının altını qazmaq, onun fəaliyyətinə kölgə salmaq və Prezidentin Naxçıvanla bağlı islahatlarını sabotaj etməkdir. Həmsöhbətlərimiz bizim vasitəmizlə Fuad Nəcəfliyə də öz məsləhətlərini əsirgəmədilər: “Cənab Fuad müəllim, çalışın, bir yerə gedəndə Azər Zeynalovu öz yanınıza salıb aparmayasınız. Əmin olun ki, o, sizə dizgün informasiya vermir və sizi əks istiqamətlərə yönləndirir”.
 
 
 

Dünyapress TV

Xəbər lenti