DİA.AZ: - Tanınmış insan hüquqları müdafiəçisi, “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” (NHMT) İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı növbəti dəfə Neft Daşlarında çalışan işçilərə istinadla ilginc bir faktı açıqlayıb. DİA.AZ bildirir ki, hər hald, gərəkən qurumların bu faktı diqqətə alması ortaya çox ciddi mətləbləri çıxara bilər. Söhbət burada təbii ki, dövlətə aid imkanların şəxsi məqsədlər üçün istifadəsi və digər qanun pozuntularından gedir.
Beləliklə, M.Qəhrəmanlı nefçilərə istinadla yazır: "Neft Daşlarına gedən "Qara Qarayev" gəmisinə ilk öncə "Xəzəriaşə"nin işçisi Akifin yük konteynerləri yüklənir. Daha sonra neftçilər gəmiyə daxil ola bilər. Bu müddət ərzində isə neftçilər soyuq havada bu mənzərəni izləmək məcburiyyətində qalırlar.
"Qara Qarayev" gəmisi nəzərdə tutulandan artıq yüklədiyi üçün, gəmi son vaxtlar təmirə dayanmaq məcburiyyətində qalir.Əvvəllər öncə işçilər düşüb mindikdən sonra konteynerlər yüklənib boşalardı. İndi isə öncə Akifin konteynerləri sonra neftçilər..."
DİA.AZ bildirir ki, NHMT sədri sonda işçilərin arzusunu da yuxarı instansiyaların diqqətinə təqdim edir: "Çox istərdik ki bu özbaşınalığa birdəfəlik son qoyulsun.
Gəmi sərnişinləri daşımaq üçün nəzərdə tutulub. Akifin konteynerlərini daşımaq üçün deyil..."
Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...