Şahin Bağırov Bakı gömrüyünə RACON KƏSDİ -
Dünən məlumat verərək bildirdik ki, Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədrin əvəzləyicisi Şahin Bağırov yeni kadr islahatına imza atıb.

DİA.AZ xəbərlədi ki, Şahin Bağılrovun əmri ilə İsmayıl Xəlil oğlu Hüseynov Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, İ.X.Hüseynov buna qədər DGK sədrinin birinic müavini postunu tuturdu.

b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2022-09_1662036548_1.jpg
DİA.AZ bildirir ki, KİV-də yer alan informasiyalarda İsmayıl Hüseynov keçmiş sədr Səfər Mehdiyevin "qara kassası" hesab olunur. Burada maraqlı olanı isə İ. Hüseynovun Şahin Bağırov tərəfindən təkrar etimada layiq görülməsidir. Hər halda, adı kifayət qədər ləkələnmiş bir fiqura belə bir etimadın göstərilməsi Şahin Bağırova olan siyasi inamı da kifayət qədər zədələyə bilər.

Elə DİA.AZ-a daxil olan son informasiyalardan belə anlaşılır ki, artıq Şahin Bağırov ilk zərbəsini alıb. Ən azından belə hesab oluna bilər...

Bu barədə DİA.AZ-a danışan mənbə bildirir ki, İ.Hüseynovun ilk işi ölkəyə mal gətirən iş adamları ilə geniştərkibli görüş keçirmək olub. İ.Hüseynov iş adamlarına bildirib ki, gömrük bəyannaməsində mal-məhsulun alış qiymətini gizlətməyə çalışanlara 10%-lik cərimə tətbiq ediləcək.

Qeyd edək ki, bu “cəza növü” qanunvericilikdə nəzərdə tutulmayıb və iş adamlarını hər zaman narazı salan məsələ də məhz gömrük bəyannaməsində məhsulun qiymətinin göstərilməsidir.

Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin sədri təyin edildikdən sonra “yeni qaydalar” müəyyən edilmişdi, qiymətləri gömrükçülər özləri təyin edirdilər. Bunun üçün isə yerli bazardakı topdansatış məzənnə əsas götürülürdü. Məsələn, ölkəyə idxal edilən yağın qiyməti hər dəfə ölkə daxilindəki topdansatışa uyğunlaşdırılırdı. İş adamı isə yeni qiymətlə malı rəsmiləşdirdikdən sonra topdansatış məntəqələrinə məhsulu verərkən, öz qazancını əlavə etməli olurdu. Beləliklə, topdansatışda yeni qiymətlər yaranırdı və Gömrük Komitəsi növbəti dəfə yeni qiymətlərlə məhsulu rəsmiləşdirirdi. Nəticədə hər ay daxili bazarda məhsul bahalaşması müşahidə edilməyə başlamışdı.

İ.Hüseynovun iş adamlarına xəbərdarlığından belə bəlli olur ki, eyni prosesin davam etməsi ehtimalı var.

Hər halda bu fakt Şahin Bağırovun bundan sonra necə işləyəcəyi haqda təsəvvürlərin formalaşdırılması üçün yetərlidir.
 
 
 

Dünyapress TV

Xəbər lenti